Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə11/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

 
42 
edəcək  vahid  üniversal  terminin  qəbul  edilməsi  elmi 
zərurətini qəbul etmək lazım gəlir. 
     Həmin  termin  ilə  biz  bütün  əski  sərbəst  şeir 
nümunələrimizi,  habelə  ən  yeni  modernist  şeirlərimizi  
konvesional  şeirdən  fərqli  olan  “azadlıq  və  ya  sərbəstlik  
xüsusiyyətləri”(Mir 
Cəlal) 
daşımaqları 
əsasında 
müəyyənləşdirib,  universal  bir  ad  altında  təsnifata  sala  
bilərik.  Zənnimcə,  “Azad  şeir”  termini  bunun  üçün  ən 
uğurlu seçimdir. 
     Hörmətli 
yazıçı-pedaqoqumuz, 
əziz 
Universitet 
müəllimimiz  Mir  Cəlal  (Paşayev)  bugün  də  çox  dəyərli 
olan“Ədəbiyyatşünaslığın əsasları”( Maarif nəşriyyatı, Bakı-
1988)  adlı  dərslik  kitabında  “Şeir  vəznləri”bölməsində 
aydın şəkildə yazırdı: “Ədəbiyyatımızda üç əsas vəzn vardır: 
heca  vəzni,  əruz  vəzni,  sərbəst  vəzn”(səh-102).    Bizim  bu 
təsnifata  etdiyimiz  yeganə  dəyişiklik  “sərbəst  şeir 
vəzninin”terminoloji olaraq, daha universal səslənən “Azad 
şeir  vəzni”  ilə  əvəzlənməsidir.  Biz  bununla  “sərbəst 
şeiri”əsla    kənara  atmırıq,  əksinə  ona  daha  universal 
səslənən “Azad şeir” vəzninin daxilində olan  geniş yayılmış 
bir  növ  şəkili,  cinsi  və  ya  janrı  kimi  konkret  terminoloji 
məna  veirik.  Buradakı  diqqətəlayiq  cəhət    “sərbəst  şeir” 
anlayışının “Azad şeir vəzni”kimi  universal bir ad  içərisində  
öz differens terminoloji yerini tutmasıdır.. Bu fakt sərbəst 
şeirin  “vəznsiz  ”  olması  haqqında  deyilmiş  minlərcə    boş 
əsassız mülahizələri, nəhayət, rədd etməyə bizə də  elmi-


 
43 
filoloji imkan verir. Mir Cəlal müəllim kitabın“Sərbəst vəzn” 
yarımbölmısində  bunu yazırdı: “Bu vəzn (yəni sərbəst şeir: 
bizim  indiki  təsnifatla  “azad  şeir  vəzni”-N.A.)  misraların 
həm  həcmi,  misra  arası  bölgü,  həm  də  qafiyə  sistemi 
etibarilə  sərbəstliyə  daha  çox  imkan  verir
”(Səh-116).
  Aydın 
görünür  ki,  “sərbəstlik”  deyəndə  azad  şeir  texnikasında 
liberalizasiya prosesləri başa düşülür. Ədəbiyyatşünaslığın 
keçmiş sovet elmi təcrübəsinin“xətaları”da az olmamışdır. 
Bunların  çoxunun  üzərindən  sükutla  keçərək,  ən  yeni 
sayılan 
və 
xüsusən 
cavan 
nəsil 
alimlərinin 
Universitetlərimiz üçün yazdıqları “Ədəbiyyat nəzəriyyəsi” 
dərslik  kitablarından  birinə  diqqət  yetirək.    Bu  ədəbiyyat 
nəzəriyyəsinə baxaraq, digər dərsliklərdə də (orta məktəb, 
bakavratura  və  magistratura  səviyyəsində  )  vəziyyətin, 
demək olar ki, tam eyni olduğuna əmin ola bilərsiniz.  
    Filologiya  elmlər  doktoru,  professor  Məmməd  Əliyevin 
2012-ci  ildə  “Elm  və    təhsil”  nəşriyyatında  bakalavr  və 
magistr pilləsində Universitet təhsili alanlar üçün “dərslik” 
statusunda nəşr olunmuş “Ədəbiyyat nəzəriyyəsi”kitabı bu 
sahədə 
yaranmış 
terminoloji 
xaosun 
bariz 
nümunəsidir:“Azərbaycan  sərbəst  şeiri  özünün  bütün 
ritmik  formalarında  heca  vəznli  şeirimizin  ritmik 
prinsiplərinə  əsaslanır”(Bax:  Göstərilən  kitab,  səh:  218). 
Müəllif belə bir qənaəti nədən hasil etmişdir?!  Yanlış göz 
qabağındadır... 
   Digər müəlliflərin də fikirlərində bu cür qarmaqarışıqlıq az 
deyil. Bu cür terminoloji xaosa ümumi filoloji bəla demək 


 
44 
daha doğru səslənərdi. M.Əliyevin “sərbəst şeirin bundan 
artıq elmi təsnifini vermək mümkün deyildir” deyə  təqdim 
etdiyi H.İlyadının sərbəst şeir təsnifatına nəzər yetirək: 
              “1. vəznli-  qafiyəli sərbəst şeir
                2. vəznsiz- qafiyəli sərbəst şeir; 
                3. vəznsiz- qafiyəsiz sərbəst şeir.” 
                      
 (Bax, göst. kitab, səh: 209). 
Bu şərhdə  yalnız “vəznsiz-qafiyəsiz sərbəst şeir”kimi təsnif 
edilmiş  şeirin  beynəlxalq  termin  üzrə  “verlibr”sayıla 
biləcəyi  güman  edilir.  Alimin  “vəznli-qafiyəli  sərbəst 
şeir”adlandırdığı isə rus filologiyasında “volnıy stix”sayılan 
şeirlərdir  ki,  bunların    bizdəki  milli  nümunələrinin 
Azərbaycan milli verlibristikası üçün dilimizin tarixi-ənənəvi 
prinsipinə  uyğun  olaraq,  “sərbəst  şeir”termini  ilə 
tanındığını diqqətinizə çatdırıram.  
     Təsnifatda    sadalanan“vəznsiz-qafiyəli  sərbəst  şeir”  ilə 
hər  iki  müəllifin    rus  filologiyasında  “vəznli  şeirin”  (yəni 
sillabik, 
tonik, 
sillabotonik 
və 
s.) 
ritmometrik 
keyfiyyətlərindən  məhrum  “qafiyəli  şeirləri”  nəzərdə 
tutuğu    başa  düşülür.  Lakin  doğrudanmı,  ədəbiyyatda 
“vəznsiz  şeir”    olması  mümkündür?..  Azad  qafiyəli  və  ya 
tamamilə qafiyəsiz verlibr  əsərlərinin olması mümkündür. 
Amma verlibrə “vəznsiz”damğası vurmaq, onu poeziya kimi 
itirməkdən başqa bir şey deyil. O da ayrı bir söhbətdir ki, 
verlibr  (yəni  özgür  şeir)  bütün  digər  vəznli  şeirlər  kimi, 
özünəməxsus vəzni olan şeir növüdür.  


 
45 
   Təsnifatdakı “vəznsiz-qafiyəsiz sərbəst şeir” adlandıraılan 
şeirin  məhz  “verlibr”(özgür  şeir)  anlamına  yaxın  olduğu 
anlaşılır.    Bu cür təsnifat ilə  dilimizə tərcümədə “volnıy” 
və “svobodnıy” rus sözlərinin hansının “sərbəst”, hansının 
“özgür”şeir  anlamını  verdiyi    qeyri-müəyyən  qalır.  Digər 
tərəfdən, “sərbəst vəzn” kimi təsnif edilmiş şeirin “vəznsiz” 
sayılması da, yuxarıda dediyimiz kimi, yalnız gülüş doğurur. 
Çünki    vəznsiz  şeir  ola  bilməz.  Hər  bir  şeir  vəzninə  
özünəməxsus  “kanonik”  tələblərdən  yanaşılmalıdır. 
Velibrin  (özgür  şeirin)  də  aşağıda  göstərəcəyimiz  kimi  bu 
cür  xeyli  özünəməxsus  ritmometrik  xüsusiyyətləri  vardır.  
Əsas məsələ də elə məhz bunları üzə çıxarmaqdan ibarətdir 
 Biz  yuxarıda müasir Azərbaycan ədəbiyyatşünaslıq elminin 
atası,  əziz  müəllimimiz  Mir  Cəlalın  “sərbəst  şeir”  vəzni 
barədə tutarlı nəzəri fikirlərini misal gətirdik. Bu qədər net 
deyilmiş  nəzəri  fikirlərin  qarşısında  dr.  M.Əliyev  də  
aşağıdakı fikri irəli sürür: “Azərbaycan sərbəst şeiri özünün 
bütün  ritmik  formalarında  heca  vəznli  şeirimizin  ritmik 
prinsiplərinə əsaslanır.”(Bax.Elm və təhsil nəşr., Bakı-2012, 
səh-218).    Daha  sonra  müəllif  bu  terminoloji  xaosu 
dərinləşdirərək,  öz  fikrini    digər  bir  nəzəri    bataqlığa 
düşürüb yazır: “Bu şeirin (yəni sərbəst şeirin.- N.A.) ritmik 
cəhətləri  taktlara  deyil,  müxtəlif  quruluşlu,  müxtəlif 
simmetriya  üzrə  növbələşən  durğulara  əsaslanır.”(səh-
218). Buradaca qeyd  edək ki,  “takt” sözü dilimizdə “təqti” 
formasında  işlənir.  M.Cəlalın  şeir  texnikasının  üç  şərti 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə