Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə10/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

 
38 
Sistemlərin  hər  hansı  birinin  vahidinin  təkrarlanması 
özünəməxsus  ritm  yaradır.  Dil  ritminin  bütün  növlərini 
öyrənən  elmə  ritmologiya  deyilir  və  o,  ümumi 
ritmologiyanın bir hissəsi sayılır. 
    Rus dilinin özünəməxsus cəhəti sözlərin tələffüzü zamanı 
aksent  (espirator)  vurğusu,  sözlərdə  vurğuların  dəyişkən 
yeri,  sözün fərqli hecalara malik olmasından ibarətdir. 
    Rus sözlərində hecalar vurğulu və vurğusuz olur. Vurğulu 
və  vurğusuz  hecaların  müxtəlif  mövqe  və  kəmiyyət 
kompozisiyasından  asılı  olaraq,  daxili  ritmik  bölgülər 
(stopa: Azərbaycan  şeirindəki təqti, təfilə və sairəyə  nisbi 
uyğun  gələn  anlayışdır.-N.A.)  şəkil  və  həcmcə  müxtəlif 
olurlar.  Ritmik  qruplar  (stopa-N.A.)  vurğulu  hecaların 
yerinə (simmetriya və assimmetriya) və vurğusuz hecaların 
kəmiyyətinə  görə fərqləndirilir.”(Bax,  В.  Бурич. Rus  ədəbi 
mətninin 
formal 
quruluşunun 
tipologiyası 
(Nəsr. 
Udeteronlar.  Şeirlər)  kitabı.  Giriş  hissə

(Типология 
формальных структур русского литературного текста (Проза. 
Удетероны. Стихи).
 
   Azərbaycan  əruaşünaslığının  banisi
  Dr. 
Professor  Əkrəm 
Cəfər  məşhur  “Əruzun  nəzəri  əsasları  və  Azərbaycan 
əruzu”(“Elm”  nəşr.,  Bakı-1977)  fundemental  tədqiqat 
əsərində  “Vəzn  nədir?”  sualına  cavab  verərkən,  “vəzn” 
termininin  məna  yükünü  azaldaraq  aşağıdakıları    yazırdı: 
“Terminoloji  mənada,  vəzn  misranın  səslər  kəmiyyətincə 
ölçüsü,  yaxud  bəhrə  görə  misralardakı  uzun  və  qısa 
hecaların  müəyyən  şəkildə  tərtibi  ilə  yaranan  ritm  və 


 
39 
ahəngin ölçüsüdür.”(Gəst. əsər. Səh: 21). Əlbəttə, əgər bu 
fikir  heca  və  əruz  haqqında  deyilərsə,  onda  doğru  və 
yerində olardı. Lakin bu qənaət, əfsuslar olsun ki,  Əkrəm 
müəllimin tərəfindən onun bütün “şeir” anlayışı içində başa 
düşdüyü  və  qəbul  etdiyi  poeziya  aləminə  aid  edilmişdir. 
  Azad  şeirin  elmi  poetikasının  işlənib  hazırlanması  üçün 
təsnifat pozuntusuna yol vermədən, bir-birinə çox yaxın və 
ya  uzaq  olan  poetik  təcrübələri  ümumi-universal  və 
differensial    terminlərin  fərqləndirici  və  birləşdirici 
kateqorial  sisteminə daxil etməklə konkretləşdirmək  lazım 
gəlir. Milli poetikamızda qəbul olunmuş müəyyən ənənəvi 
şeir  normalarından,  məsələn,  qafiyə,  daxili  ritm  (vurğu, 
bölgü, sillabik açıq-qapalılıq, assonativlik və ya alliterativlik, 
epiforluq,  seqmentlik,  aksentivlik  və  s.)  və  sabit  bənd 
quruluşundan  bu  və  ya  digər  səviyyədə  “azad 
olma”(verlibrizasiya, 
sərbəstləşmə, 
bekarlaşma, 
liberizasiya)    dərəcəsindən  asılı  olaraq,  bütün  libiristik 
şeirlərin  ümumi  adını    filoloji  təsnifat  üçün  “Azad  şeir” 
termini  ilə  tanımağı  daha  məntiqi  hesab  etdik.  Çünki 
kateqorial  olaraq,  Azad  şeirin    başlıca  poetik  forma  və 
məzmun  keyfiyyəti  onun  ənənəvi  heca  və  klassik  əruz 
poeziyasında  qabaqcadan  qəbul  edilmiş  konvensional 
qayda və normalardan, vəzn və ritmikadan özünü müəyyən 
hədlərdə  və  ya  tamamən  “azad”  elan  etməsindədir.  Eyni 
zamanda  deyək  ki,  bu  “azadlıq”  onun  üçün  hər  hansı 
konkret kanoniklikdən və ya normativlikdən çıxmaq deyil, 


 
40 
özünəməxsus  poetik  məziyyət,  özünəməxsus  forma      və  
bədii məğz qazanmağı deməkdir. İkinci tərəfdən, dilimizdə 
filoloji  anlayış  kimi  “Sərbəst  şeir”  olaraq  tanıdılmış  xeyli 
bədii nümunələr vardır ki, onları beynəlxalq arenada verlibr 
(özgür  şeir)  kimi  tanınan  şeirlər  ilə  eyniləşdirməklə  milli 
ədəbiyyatşünaslığımızın  elmiliyinə kölgə salmışlar. Buna da 
son  qoymaq  lazımdır.    Odur  ki,  onlara  termin  konkretliyi 
gətirilməklə  fərqləndiricilik  xüsusiyyətlərinə  uyğun    adlar 
vermişik. 
     Milli    poetikamızda  terminoloji  xaos  törədən  bu  cür 
terminoloji başıpozuqluqlar hər bir  elm sahəsindən tələb 
olunan konkretliyə filologiyamızda illərlə ağır kölgə salmış, 
bu  sahədə  elmi-nəzəri    fikrimizin  inkişafına  ağır  ziyan 
vurmuşdur.  Poetika  filoloji  elmin  bir  bölməsi  olaraq, 
şeirşünaslığın şağdaş problemlərini yalnız konkretliyə malik 
terminoloji  aparatla  izah  etməlidir.  Bu  onun  əsas 
vəzifəsidir. 
     Bütün  bu  qüsurlar  filologiyamızda  verlibristikaya  və    o 
cümlədən  verlibr  sənətinə  “vəzn”  və  “ritm”  pozuntusu 
prizmasından  yanaşan  yüzlərcə  “tədqiqatçının”  əsassız 
mülahizələrinə  və  boş  interpretasiyalarına  uzun  illər 
ərzində  rəvac  vermişdir.  İllər  sonrası  aydın  olur  ki, 
ədəbiyyatşünaslığımızda uzun zaman “sərbəst şeir” hesab 
edilmiş əsərlərin əksəriyyəti verlibr (özgür şeir) parametri 
baxımından  həmin  şeirə  uyğun  deyildir  və  ola  da  bilməz. 
Prinsipcə,  Azərbaycan  milli  ədəbiyyatında  verlibr  şeirinin 


 
41 
çox az nümayəndələri və nümunələri  olmuşdur. Və onlar 
elə  bu  gün  də  çox  az  saydadırlar.  Bu  şairlər  sırasında 
korifeylərimizdən  Rəsul  Rza  (şeir  yaradıcılığının  müəyyən 
qismi  etibarilə,  məsələn,“Rənglər”  silsiləsi  ilə),  Mikayıl 
Rəfili,  Vaqif  Səmədoğlu,  Ə.Salahzadə,  habelə  gənc  nəsil 
yaradıcılarımızdan  A.Mirseyid,  Dəyanət  Osmanlı,  Qulu 
Ağsəs, Əmir Pəhləvan, Leyla Əliyeva, Xanəmir Telmanoğlu, 
Sona  Vəliyeva,  S.Babullağlu  və  bir  çox  başqaları müəyyən  
yer  tutublar...    Aşağıda  ədəbi  tənqidi  planda  deyil,  vəzn-
ritm  xüsusiyyətlərinin  araşdırılması  baxımından  onlardan 
bəzilərinin də  yaradıcılığına müraciət edəcəyik. Mən kəskin 
olaraq, ədəbi tənqid ilə poetika elminin arasındakı sərhədin 
qorunmasını  zəruri  sayıram.  Bəzi  araşdırmaçıların  şeirin 
bədii  məzmun  tərəfi  ilə  bədii  texnologiyasını  bir-birinə 
qarışdırmasını  qəbul  etmirəm.  Çünki  texniki  cəhətdən 
güclü yazılmış bir şeir bədii cəhətdən çox zəif də ola  bilər. 
Xüsusən,  indiki  dövrdə  zəif  şeir  “örnəkləri”  milli 
ədəbiyyatımızda dedikcə çox geniş yayılmışdır. 
      Lakin  ədəbiyyatımızda  faktik mövcud olan xeyli uğurlu  
azad şeirləri   verlibr deyildir deyə, ənənəvi əruz və ya heca 
vəzni  ilə  müəyyən  kanonik  bağlılığın  “pozuntu  məhsulu”  
adlandırıb,  milli  poeziyamızdan  kənara  atmaq  da  düzgün 
olmazdı. Odur ki, ilk olaraq, ümumi poetik xüsusiyyətlərini 
nəzərə 
alaraq, 
ənənəvi 
şeir 
sistemlərinə 
xas  
konvensionallıqdan  çıxıb,  müəyyən  azadlıq  keyfiyyətləri 
qazanmış  olan  bütün  əsərləri  özündə  tam  nəzəri  ehtiva 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə