Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə16/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

 
62 
       Hər nə ağladım, hər nə sızladım, 
       Qoymadın görəm gül camalını. 
       Təbi vermə çox tari-zülfinə, 
       Mən xəzinəsiz marı neylirəm. 
       (S.Ə.Nəbati. Seç. əsərləri, Yazıçı, Bakı-1985, səh: 133) 
 
Və yaxud: 
        Çarə əqildən olmaz aşiqə, 
        Çox gözətlədim,  etdim imtahan. 
        İndi gəlmisən nəşim üstünə, 
        Dur ki, sən edən zarı istəməm.  
                                     (
Yenə orada)
 
 
  Bu    parçalar  dahi  klassikimizin  şeirində  kanonik 
pozuntular deyil. Əksinə poeziyamızda sərbəst qafiyə 
ənənəsinin  Heca  vəznli  şeirimizə  də  yad  olmadığına 
əyani misaldır.  
    Lakin mənim sabiq Universitet müəllimim, filologiya 
elmləri doktoru, Nyu-York EA-nın fəxri üzvü  Əmirxan 
Xəlilovun  “Şairin  rübailər  aləmi”adlı  ön  sözü  yazdığı 
Mirəfsəl Təbibin “Rübailər”kitabında (Mütərcim, Bakı-
2008)  rübai  adına  yazılmış  1250  şeirin  heç  biri  rübai 
janrında  və  vəznində  deyildir.  6+5  heca  vəzni 
ölçüsündə 
qələmə 
alınmış 
bu 
şeirlər 
ədəbiyyatşünaslıqda heca  vəznli Dördlük adlandırılan 
şeir formasıdır: 
 


 
63 
Qədim zaman adlı/ eradan sonra//     6+5 
Bizim eramız var,/ çıxıb yollara.//      6+5 
Onda da, indi də/ insan əxlaqı/           6+5 
Sabitdir, dəyişmir/ bizə, onlara
.//         
6+5
 
                     (Göst. kitab. 662-ci şeir. Səh: 187). 
Bu  cür  terminoloji  qələtlərin  başlıca  səbəbi  milli 
poetikamızdakı    nəzəri“boşluqlar”olsa  da,  belə 
vəziyyət  nə  şairə,  nə  də  filologiya  elmləri  doktoruna 
haqq  vermir  ki,    şeir  vəznlərinə  münasibətdə 
volyuntarizmə  yol  versinlər.  Ömər  Xəyyamın 
rübailərini müəllimim Əkrəm Cəfər bütün ömrü boyu 
tərcümə  etmişdir.  Sonradan  kimlərsə  Xəyyamı 
“hecalaşdıraraq”, öz tərcümələrini rübai kimi qələmə 
vermişdir.  Rübai  şeirini  tərcüməyə  baş  vuran  hər  bir 
kəs  əvvəlcə  Xəyyamın,  Xaqaninin,  Nizaminin, 
Nəsiminin, Sədinin, Füzulinin, Seyid Əzimin rübailərini 
oxumuş  olmalıdır.    Rübai  əruz  şeiri  deyil  .  O,  fars 
ədəbiyyatında  yaranıb,  ordan  Azərbaycan  şeirinə 
keçmişdir.  Rübai  yalnız  bir  şeir  janrı  deyil,  həm  də 
müstəqil şeir vəznidir. Onun vəzn və ritmi Əruza daxil 
deyil.  Heca  vəznində  yazılmış  və  ya  tərcümə  edilmiş 
şeirlərə  “rübai”adı  verilməsi  yalnız  acı  gülüş  doğura 
bilər... 
    Şeirin  metrik  müəyyənliyi  üçün  onun  əsas  kanonik 
xarakteri  bəlirlənməlidir.  Aşağıda  qardaş  Terkiyə 
şairlərinin 
ünlü 
ismlərindən 
sayılan 
Gülten 
Akının“Kesik” adlı şeirindən bir parçaya diqqət yetirək: 


 
64 
                   Yaşamının kesik bir yerinde 
                   Sevgiler yüzleri düşündürürdü 
                   Gide gide incelen, kaybolan 
Uçucu an kalırdı ağırlıksız 
Kırılıp dökülen bir şeylerden 
 
Şimdi hiçbir şey degiliz doğru mu 
Bizim için kimse kimsenin bir şeyi degil 
İlgiler gündelik giysiler kibi eski inceliksiz 
İsadan bu yana giydigi herkesin...  
(Türkiye  edebiyyatçılar 
ve  kültür  adamları 
ansiklopedisi. 
İhsan 
İşık.  
 I cild, Ankara-2007, səh: 175). 
 
   Bu şeir parçasını Heca vəzn sistemi ilə sərbəst 6+5-ə 
yaxın təqtilərə bölmək olar, lakin bu onun heç də heca 
metrikası ilə yazıldığını ifadə etməz.  
 
 
Baxaq: 
Yaşamının kesik / bir yerinde//                   6+4 
Sevgiler yüzleri / düşündürürdü//               6+5 
Gide gide incelen, /kaybolan//                     7+3 
Uçucu an kalırdı /ağırlıksız/                        7+3 
Kırılıp dökülen/ bir şeylerden//                   6+4 
Şimdi hiçbir/ şey degiliz/ doğru mu//      
4+4+3... 


 
65 
Bizim için /kimse kimsenin/ bir şeyi degil// 
İlgiler/ gündelik/ giysiler kibi/ eski inceliksiz// 
İsadan bu yana/ giydigi / herkesin...//  
 
   Buradakı qafiyəsizlik,  heca bəndinin olmaması, ikinci 
verlibr  bəndində  tamam  fərqli  ritmik  sxem,  poetik 
intonasiya və vurğu,  seqmentiv quruluş, poetik misra 
düzəni  bu  şeirin  metrikası  üçün  “heca  düzəninin” 
qeyri-mümkün olduğunu bariz göstərir. Şair əsərin heç 
bir  misrasında  durğu  işarəsi  də  işlətməyib.  Bu  şeirin 
verlibr (özgür şeir) olmasına şübhə yeri yoxdur. 
    Lakin  Azərbaycan  əruzşünaslıq  elminin  atası,  əziz 
müəllimim,  professor  Əkrəm  Cəfərin  ilk  gənclik 
illərində  (1924-cü  ilin  24  nyabrında)  yazdığı 
eksperimental  şeirlərində,  yəni  “Sərbəst  əruz” 
adlandırdığı sərbəst şeirdə, yuxarıda ondan gətirdiyim  
misralardan  aydın  göründüyü  kimi,  ilk  öncə  qafiyə 
“sərbəstliyi”  nəzərə  çarpır.  Bu  xüsusiyyətilə  şeirin 
tamamilə  qafiyəsiz,  daxili  ritmik  qruplardan  xali 
olduğunu düşünməyə haqqımız yoxdur. Bu şeir daha 
çox  “sərbəst  şeir”  təsnifatına  uyğunluğu  ilə  seçilir. 
Çünki şeirin təfilə sərbəstliyi  və  astrofikası (ənənəvi 
bənd  sistemindən  çıxması  )  və  s.  cəhətləri  onu 
verlibrdən  daha  çox,    “sərbəst  şeir”  vəzn  təsnifatına 
daxil  edir.  Yeri  gəlmişkən,  bu  bədii  fakt  əruzşünas 
Əkrəm Cəfərin Azərbaycan ədəbiyyatında azad şeirin 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə