Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə21/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

 
82 
əsərini  kitabça  halında  hədiyyə  etdi.    Burada  Əlişir 
Nəvainin Avrasiya üstünlük mənəviyyatını əks etdirən 
maraqlı ifadələrdən bəzilərini təqdim edirəm: “Söz və 
ifadə yaratmaqda Türk sartdan (- yəni şəhərli farsdan) 
daha  mahirdir  və  öz  sözlərində  sart  ibarələri  ilə 
müqayisədə 
daha 
üstün 
məziyyətlər 
göstəribdir.”(Göst. əsər, səh: 19.) “Mənim təbim Türk 
dilinə  meylli  olduğu  üçün  o  dili  tərifdə  mübaliğələrə 
yol verirəm. Fars dili ilə daha az münasibətdə olduğum 
üçün  onun  nəfini  israrla  inkar  edirəm.”  (səh:  40-41. 
Göründüyü  kimi,  əsrlər  boyu  Avrasiya  türk  ziyalıları  
dünyanın heç bir xalqının onlardan üstünlüyü barədə 
fərziyə və iddiaları qəbul etməmişlər. Əksinə daha çox 
öz 
mənəvi-milli 
keyfiyyətlərinin 
onlara 
qarşı 
yekəbaşlıq edənlərdən üstünlüyünü irəli sürmüşlər.  
    Qədim  Əşkinazi  yəhudilərin  X  əsrdə  Xəzər 
xaqanatının  süqutundan  sonra  Avropaya,    xüsusən 
Almaniya ərazisinə köç etməsi və burada orta əsrdə ilk 
kitab  nəşri  (1543)  nəticəsindəinsan  azadlığının  ən 
monimental  tarixi  abidəsi  sayılan  “Əhdi-ətiq” 
ideyalarını  yaymalarını  da  xüsusi  qeyd  etmək 
istəyirəm. Xolokosta doğru gedən əşkinaz türklərinin-
xəzərilərin  uzun  illər  İdişcə  (kodlaşmış  almanca) 
danışmasını  onlara  ana  dili  olaraq  tanıyanların 
ünvanına  iradlarımı  bildirməkdə  də  fayda  görürəm. 
Əçkinazi-Xəzər  yəhudilərinin  Avropada  oynadığı  fikri 
azadlıq  missiyası  məhz  Avrasiya  liberal  irsinin  parlaq 
təzahürü idi. Onların XX əsr Hitler Almaniyasında Orta 


 
83 
əsr  ikvizisiyasına  xas  krinemotoryalarda  (xüsusi 
sobalarda) diri-diri yandırılması faktı Qərbi Avropanın 
üz  qarasıdır.  Xəzər  yəhudilərininazadlıq  ideya  və 
mənəvi  mirası  kontinental  slavyan-türk  mənəvi 
birliyinin ən dərin bağlarından biri idi... 
 Mark Şaqalın ruscadan hələ ilk gəncliyimdə tərcümə 
etdiyim bir şeirini xatırlatmaq istəyirəm: 
               Dörd yanım lal divar: bağlı bir qapı, 
Daxili doludur nifrət və kinlə. 
Açıb dar qapını çıxdım dışarı, 
Üfüqlər əl verib görüşdü mənlə. 
   Həqiqətən, Avrasiya məkanı tarix boyu öz içindən nə 
qədər  sıxılsa  da,  mənən  öz  geniş  təbiəti  kimi  daima 
azadlıq və hürriyyətlə dolu olmuşdur. 
    Böyük Fransa inqilabının respublikaçılıq prinsiplərini 
Amerikaya 
daşımış  Xəzər 
əşkinazlarının 
dahi 
filosoflarının 
ümumdünya 
liberal 
dəyərlərinin 
formalaşmasında  oynadığı  tarixi  rolunu  da  əsla 
Avrasiya geosiyasi irsindən ayrı tutmaq olmaz. 
   Xəzərilərin  Avrasiya  məkanında  gerçəkləşdirdiyi 
tarixi  missiya  çağdaş  rusdilli  əşkinaz  mədəniyyətinin 
hümanist-liberal  simasında  hələ  bu  gün  də    özünü 
əyani şəkilkdə büruzə verməkdə davam edir. 
 Steblevanın  əski  türk  azad  şeirinə  və  onun  Əruz 
sisteminə tarixi transformasiyasına  Antik vəzn ölçüləri 
ilə yanaşmasını qəti olaraq rədd edirəm. Bu məsələdə 


 
84 
dahi  türkoloq  alim,  akademik  V.M.Jirmunskinin 
mövqeyi  daha  düzgün  və  elmidir.    V.M.Jirmunski 
məşhur “Türk qəhrəmanlıq eposu”(Nauka. Leninqrad, 
1974) kitabında  belə yazır: “O  (yəni qədim türk şeiri-
N.F.),  ritmik-sintaktik  paralelizmdə  qurulurdu,  türk 
xalqlarının  qədim  epik  şeiri  üçün  yeni  Avropa 
metrikasındakı təqti və yeni Avropa musiqisindəki takt 
deyil, məhz bu, xarakterik idi”(Göst. əsər. Səh. 680).  
    Burada  xüsusi  vurğu  ilə  söyləmək  lazımdır  ki, 
göstərilən  poetik  metrika  Türk  şeirinin  zəifliyi  deyil, 
Antik  imperiyalara  qarşı  minillik  müqavimət  gücü 
toplamış  türk  superetnik  Avrasiya  ruhunun  bədii 
məziyyəti idi. Azad türk şeir sistemi kamil metrika və 
ritmika  komponentləri  olan  şeir  sənəti  idi.  Bu 
xüsusiyyətlər  Ümumavrasiya  antiqərb  cəbhəsində 
türklərin  tarixi  Azadlıq  missiyası  ilə  şərtlənirdi. 
Avrasiya  materikal  azadlıq  duyğusu  heç  vaxt  Türk 
dünyasını  tərk  etməmişdir.  Qədim  Çin  quldar 
cəmiyyəti ilə Qədim Antik Qərb imperiyaları arasında 
Azadlığın  qorunduğu  yer  Türklər  üçün  daim  vətən 
olmuşdur.  Ənənəvi  Qərb  tarixçiliyinin  prizmasından 
yanaşaraq, Avrasiya məkanında yaranmış Qədim Türk 
imperiyalarını  quladarlıq  institutları  hesab  etmək 
kökündən  səhvdir.  Burada  labüd  dış  təcavüzlərdən 
qorunmaq üçün yaradılmış ümumavrasiya müqavimət 
cəbhəsindən danışmaq daha doğru olardı. Dahi Nizami 


 
85 
Gəncəvi  İsgəndərin  Şimal  yürüşünü  təsvir  edərkən 
burada hər hansı qul və quldar ünsürlərdən deyil, azad 
qövmlərdən 
söz 
salırdı. 
Antik 
imperiyaların 
mütəfəkkirləri    quldar  sistemlərin  mənimsəyə 
bilmədiyi  bu  dünyanı  heç  də  təsadüfən  öz 
cəmiyyətlərindən  fərqləndirmək  üçün  təhqiramiz 
“Barbariya” geosiyasi termiologiyasını işlətmirdilər. Bu 
ərazidəki  qədim    tarixi  abidələrin  heç  biri  quldar 
imperializminin  maddi  mədəniyyət  sisteminə  daxil 
deyil.  Odur  ki,  əski  türk  şeirinin  minilliklər  ərzində 
mükəmməl  sistemə  çevrilmiş  Azad  şeir  metrikasını 
“barbarizm”ünsürü    kimi  itirmək  üçün  ona  məcburi 
Antik imperiya mədəni sisteminin daxili ritmo-metrik 
ahəng  ünsürlərini  tətbiq  etmək    boşuna  ideoloji 
cəhddən  başqa bir  şey  deyil. Verlibr  şeir  sənəti  Azad 
bir  cəmiyyətin  ilk  poetik  təfəkkürünün  məhsulu 
olmuşdur. Qəti şəkildə deyə bilərik ki, bu poetik sistem 
azad  Avrasiya  ruhunun  ifadəsidir.  Çar  imperiyasının 
süqutundan  sonra  XX  əsrin  əvvəllərində  keçmiş 
müstəmləkə xalqlarının  poeziyasında dərhal verlibrin 
aparıcı  mövqe  qazanmasının  psixogenetik  əsasında 
daha çox  məhz bu tarixi  gerçəklik dururdu. 
     Sintaktik  paralelizmlərin  çağdaş  rus  şeirində 
oynadığı  funksiyanı  akademik  V.M.Jurminski  “Şeir 
nəzəriyyəsi”(Sovetski 
pisatel. 
Leninqrad-1975) 
kitabında  belə  interpretasiya  edir:  “Azad  şeirdə 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə