Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə22/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

 
86 
vurğuların  sayı  da,  müəyyən  bölgülər  də,  nizam  da 
məhz  sintaktik  (və  ritmik)  paralelizmin  təsiri  ilə  bağlı 
olaraq dəyişir”(səh. 533).  
   Qeyd edək ki, hörmətli akademik həmin kitabındakı 
“Azad  şeirin  kompozisiyası”  bölməsində  verlibrin 
strofik  (bənd)  təşkilində  sintaktik  epifora  səviyyəli 
təkrarların,  sintaktik  paralelizmlərin  rolunu  da  çox 
elmi  dəqiqliklə  izah  etmişdir.  Düzgün  nəticə 
çıxarmışdır.  Jirmunski  yazır:  “Hər  bir  strofik  sintaktik 
qapanma mürəkkəb və ya birləşdirilmiş bir cümləni , 
nəzərdə tutulan mükəmməl bir temanı ifadə edir. Bu 
sintaktik və tematik qapanmadan başqa, bəndlərarası 
sərhədlər üç son misrada (örnək verilən şeirin parçası 
nəzərdə  tutulur-N.F.)  təkrarlanan  ”zvuçit  mne  imya 
tvoe  trijdı  blajennoye:  Aleksandriya”,  ”  zvuçit  mne 
imya  tvoe  trijdı  mudroye:  Aleksandriya”və  sairədən 
təşkil edilir. Sonluq hər bəndin xüsusi temasına uyğun 
versiyada  bağlanır:  o,  bəndlərin  kompozisiya 
münasibətində  münfəridləşir  (seçilib  ayrılır-N.F)  və 
bununla  birlikdə  onları  vahid  bədii  bütövlükdə 
birləşdirir. Hər bir xüsusi bəndin daxilində kompozisiya 
qurucusu kimi sintaktik paralelizm verilir”(Göst. Kitab. 
Səh. 529). 
    Qeyd  edim  ki,  verlibr  təcrübəsində  astrofik 
nümunələr  də  az  deyil.  Bənd  ahəngi  olmayan  belə 
şeirlərdə  onu  əvəzedən  digər  harmonik  ünsürlərin 


 
87 
olmadığını demək olmaz. Xüsusən, əski türk azad şeir 
təcrübəsinin tarixi poetikada aparılmış geniş təhlilləri 
bu  cür  ahəngyaradıcı  ünsürlərin  tam  sistem  təşkil 
etdiyinə  əyani  sübutddur.  Bu  nümunələrə  əski  şeirin 
verlibr  kanonları  ilə  yanaşılarsa,  onda  onlarda  necə 
mükəmməl bədii poetik  birikmə,  bədii fikrin obrazlı 
tamlığı 
yaradıldığı 
aydınca 
nəzərə 
çarpar. 
İ.V.Steblevanın    “VI-VIII  əsrlərdə  türklərin  poeziyası” 
kitabında  oxuyuruq:  “Ölçüdən  başqa,  nəzərdən 
keçirdiyimiz  mətnlər  onların  poetik  dilə  aidliyinə 
dəlalət  edən  bir  cəhətə-  anaforada  (ön  qafiyədə) 
alliterasiyalı 
önlüyə, 
şeir 
sətirlərinin 
bənddə 
birləşdirilməsinə 
də 
malikdirlər. 
Anaforik 
alliterasiyanın 
ən 
sadə 
forması 
iki 
sətrin 
birləşdirilməsidir.  Dördsətirliklər  də  bu  prinsip  üzrə 
qurulur:  yəni  müqabil  sətirlərin  birləşdirilməsi  son 
dərəcə  müxtəlifdir.  Bu  zaman  maili  sinharmonizmin 
riayətinə  meyl  göstərilir.”(İ.V.Stebleva.  Göst.əsər, 
Nauka, Moskva, 1965, səh. 27). 
    Qədim  türk  şeirinin  bütün  bu  zəngin  verlibr 
harmoniyası  ünsürləri,  poetik  qayda-qanunları 
çağdaş professional Azərbaycan azad şeirinin başlıca 
vəzn xüsusiyyətlərini təşkil edir. Bu xüsusatlar Vaqif 
Bayatlı  Odər  (Cəbrayılzadə),  İsa  İsmayılzadə,  Fikrət 
Sadıq,  Ramiz  Rövşən,  Vaqif Səmədoğlu...  verlibrinin 
məziyyətləri  kimi  üzə  çıxır.  Çağdaş  Azərbaycan  azad 


 
88 
şeiri  ən  adi  insani  duyğulardan  tutmuş,  ən  əlçatmaz 
kosmik  arzulara  qədər  Qəlb  istəklərini  ifadə  etmək 
gücündədir.  Özünün  əski  ənənələrini  yaşatmaqla 
bərabər,  bu  şeirin  yüksək  səviyyədə  novatorluğu, 
hətta  bəzən  hədsiz  ekstravaqant  keyfiyyətləri  ağılı 
heyran edir. 
   Müasir 
Azərbaycan 
türkologiyasının 
ünlü 
simalarından  biri  sayılan  tənqidçi,  linqvopoetik, 
filologiya  elmləri  doktoru  Kamil  Vəli  Nərimanoğlu 
(Vəliyev)  “Azərbaycan  dilinin  poetik  sintaksisi”(BDU 
nəşriyyatı,  Bakı,  1981.)  əsərində  yazır:  “Qədim  türk, 
eləcə  də  qədim  Oğuz  (Azərbaycan)  şeirnin  başlıca 
faktoru  ritm  və  ritm  yaradan  vasitələr  olmuşdur. 
Alliterasiya,  assonans,  sintaktik  paralelizmlər  həmin 
ritmin  təşkilediciləri  kimi  çıxış  etmişdir”(Səh.  25). 
Kamil  müəllimimizin  qiymətli  fikirlərini  Verlibr 
poetikasının  işlənilməsi  sahəsində  mövcud  ənənəvi 
ədəbiyyatşünaslıq  üçün  inqilabi  addım  sayırıq. 
Müəllimimizin  aşağıdakı  mülahizə  və  müşahidəsi  çox 
diqqətəlayiqdir:  “Paralelizm  nümunələri  “Dədə 
Qorqud”  şeiri  üçün  vahidin  bənd  deyil,  mürəkkəb 
sintaktik  bütöv  olduğunu  göstərir  və  ritmik-sintaktik 
bölmələr  haca  tənliyini,  sərt  misra  sərhədini 
əvəzedir”(  K.V.Nərimanoğlu-Vəliyev.  Göst  əsər. 
Səh.27). Məncə, Kamil müəllimin diqqətindən yayınan 
bir  məsələni  qeyd  etməmək  olmaz.  Ədəbiyyat 


 
89 
nəzəriyyəsi üçün uyğun terminoloji aparatdan istifadə 
edərkən, əlbəttə, çox geniş fərqli isimlər yaratmaq heç 
də  düz  sayılmaz.  Bir  halda  şeirin  hansı  vəzndə 
olmasından asılı olmadan, antik, əruz və s. , münasib 
strofik  birləşməni  “bənd”  adlandırmaq  mümküdür, 
onda  nədən  beyti,  beşliyi,  dördlüyü,  onluğu...  bənd 
kimi  qəbul  etdiyimiz  halda,  verelibr  bəndi  terminini 
qəbul etməyək?..  Bir halda ritmik-sintaktik bölmələri 
vahid kimi götürüb təhlil edirik, deməli onlara verlibr 
bəndi  kimi  də  baxmaq  olar.  Çünki  söhbət  bütün 
hallarda şeirdən gedir... Azad şeirə də bütün yönləri ilə 
Şeir sənəti olaraq yanaşılmalıdır. Ümumi olan metrik 
aparatdan imtina etmək faydasızdır. Bizim fikrimizcə, 
Bənd  ahəngyaradıcı  ünsür  kimi,  bütün  poeziya 
aləminə xas keyfiyyətdir, fərqli təzahürləri ilə. 
   Görkəmli 
türkoloq, 
akademik 
V.M.Jirmunski 
“Ədəbiyyat nəzəriyyəsi. Poetika. Üslubiyyət”kitabında 
(V.M.Jirmunski.  Göst  kitab.  Nauka,  Leninqrad,  1977) 
şeir bəndini bu cür qiymətləndirir: “Bənd/Strof  fikir və 
sintaktik  üzv  vahidinin  ardıcıllığına  xidmət  edir”(səh. 
25). Müasir Qərb verlibrində sürrealist şeir nümunələri 
var ki, məsələm Qiyam Apollinerinin yaradıcılığı kimi, 
fikirin ənənəvi deyil, simvolik ardıcıllığı nəzərə çarpır. 
Bəzən bu rəmzlərin arxasında hansı fikrin durduğu heç 
sezilmir  də.  Lakin  buna  baxmayaraq,  Fransa  ədəbi 
ictimaiyyəti onu şeir kimi qəbul edir. Şeir varsa, orda 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə