Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə69/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

 
276 
heyvandı”-tezisi  tam  olaraq  yerini  aldı.  Ramiz  nəinki 
Azərbaycan  poeziyasının  ənənəvi  şeir  texnikasını 
“pozmuşdu”,    daha  çox  “ənənəvi  şeir”  adlı 
konvesiyonal  istibdadın  daxili  məzmunundakı  saxta 
“bədiilik”  cövhərini  əzib  yerə  tökmüşdü.  Bu  şeir 
“burjua  təmayülçülüyü”  kimi  saxta  “izmlər”  ilə 
yeniliyin  qarşısına  ideoloji  sədlər  çəkmiş  ətalət  və 
durğunluq  içində  boğulan  bir  ölkədə  mənim  gələcək 
elmi  aqibətimi qabaqcadan müəyyənləşdirmişdi. 
    Dr.Professor   Kamil Vəli Nərimanoğlunun  linqvistik 
olduğu  qədər  də  monumental  ədəbi    poetika  əsəri 
sayılan  “Azərbaycan  dilinin  poetik  sintaksisi”(BDU 
nəşri,  Bakı-1981)  əsərində  Azad  şeir  poetikasının 
ritmometrik  əsaslarını  təşkil  edən  təməl  prinsiplər  o 
qədər aydın və ətraflı şərh edilib ki, R.Rövşənin “Kim 
bilir”  şeirinin  niyə  bu  qədər  tarixi  səslənməsi,  bizim 
gənclik yaddaşımızı bu qədər “zəbt etməsi” özlüyündə 
aydın olur. Şeirdəki sintaktik paralellər, tezis-antitezis 
üslubu, azadfikirlilik, ictimai etiraz, assosiativ düşüncə 
tərzi,  asstrofizm,  dismetrizm,  disrifmika  ötən  əsrin 
içindən  hələ  də  ildırım  vüsəti  ilə  zəkaya  işıq 
saçmaqdadır.  “Göy  üzündə  uçmaq”  üçün  qanadlana 
bilmək  istəyi  bütün  XX  əsr  mütərəqqi  inqilabi 
poeziyasının baş məramı olmuşdur. Çoxlarından fərqli 
olaraq, öz coşqun, aksentik, uitmenist ruhu ilə Ramiz 
sanıram ki, həqiqətən poeziya səmasına ucalmış qartal 
qanadların    sahibi  ola  bildi.  “İnsanları  insan” 
adlandıran  bu  poeziya  minlərlə  gənci  Azərbaycanın 
istiqlalı uğrunda ayağa qaldırdı. 


 
277 
   Azərbaycan  və  ümumtürk  poeziyasında  Azad  şeirin 
ritmikası  öz  əsasını  ədəbi  ənənə  olaraq,  əski  türk 
poeziyasından  götürmüşdür.  Bu  şeir  isə  başdan-başa 
xalqın azadlıq ruhu ilə aşıb daşan bir poeziya idi. 
  Çağdaş Türkiyə şeirinin ən yeni nəsil şairlərindən olan 
Yavuz  Yavuzərin  (1987)  “Türkiye  edebiyyatçılar  ve 
kültür  adamları  ansiklopedisi”nin    (Elvan  yayınları, 
Ankara-2009) XI cildinə daxil edilmiş “Adım özgürlük” 
şeirindən bir parçaya diqqət yetirək: 
Varsın ayıplasınlar bizi 
taşa tutsunlar ne çıkar, 
haqsızlığa, zorbalığa alışkanız ne de olsa. 
 
Sen yine yağan yığınlara rağmen, 
alnında tane-tane belirsin yaşam 
yarılsın toprak, 
madem ki; dönemiyoruz cocukluğumuza 
madem ki; süremiyoruz birlige, yarılsın.   
                                     (Göst. kitab, səh: 355). 
    Bu  şeir  parçasındakı  mənəvi  ruh  və    poetik  sistem 
eynən    VIII əsr  ümumtürk  yazılı   ədəbiyyatında ilk 
lirik şairimiz olmuş Aprinçur Tiginin yazdığı: 
“Tanrım,   
Alpım,  
Bayrağım 
 gövhərdən daha üstündür”  --  
misralarında olduğu kimidir. Şübhəsiz ki, Avrasiya  
azadlıq ruhu ilə aşılanmış qədim Türk xalqı və qədim  


 
278 
  Türk dünyası üçün bu, təbii haldır. Azad şeirin forma 
və  məzmununu  tamamilə  siyasətə  bağlamaq  da 
istəmirəm.  Bu  təfəkkür  və  mənəvi    proses  bütün 
Avrasiya  insanının  (o  cümlədən  Türklüyün)  təbii 
özgürlüyünə,  daxili  azadlığına  və  əzəli  dünyabaxışına 
bağlı  məsələdir.  Fikrimin  sübutu  üçün  son  dövr  Türk 
dünyasının  ən  “siyasi  insanı”  olduğu  qədər  də  ən 
səmimi  və  bəşəri  insanı  olan  Möhsün  Yazıçıoğlunun 
(1954-2009) “Üşüyorum” şeirindən bir parçaya nəzər 
yetirmək kifayətdir: 
Güne gülümserken papatyalar 
Dualar kibi yükselir ümitlerim, 
Güneşle kol kola kırlarda koşarak 
Siz peyğamber çiçekleri toplarken 
Ben çeşme başında uzanmak istiyorum. 
 
Huzur dolu içimde  
Ben sonsuzluğu düşünüyorum. 
Ey  sonsuzluğun  sahibi,  sana  ulaşmak 
istiyorum. 
Durun,  kapanmayın, pencerelerim, 
Güneşimi kapatmayın: 
Beton çok soğuk, üşüyorum.. 
 (“Türkiye edebiyyatçılar ve kültür adamları ansiklopedisi”,  Elvan 
yayınları, Ankara-2009, səh:  356) 
    
Bu misralarda helikopter qəzası ilə öz ölümünə sarı 
gedən özgür bir Türkün faciəvi şəxsi taleyinə tarixi bir 


 
279 
ironiyası da apaçıq hiss olunur. Şeirin ritmik sisgtemi 
sintaktik 
paralelizmlərdən 
çox, 
misralardakı 
seqmentiv  pauzalar  və  intonativ  ton,  patetik 
deklamasiya və aksentiv deyim tərzi ilə bəlirlənmişdir. 
Bu ustad şairlik qabiliyyəti  Möhsün Yazıçıoğlunun əski 
özgür  Ümumtürk  poeziyasını    necə  də  dərindən 
mənimsədiyini  və  əsl    mahir  sənətkarcasına  həmin 
şeirin    bədii  texnologiyasını    tətbiq  edə  bildiyini  bizə 
açıq  şəkildə  göstərir.    Odur  ki,  tam  səmimiyyətimlə 
deyirəm : 2009-cu ilin məşum helikopter sui-qəsdində 
Möhsün bəyin şəxsində Türk dünyası yalnız böyük  bir 
siyasi xadimini deyil, həmçinin (və bəlkə, daha ziyadə) 
dahi bir şairini itirdi... 
    Bu  günlərdə  virtual  aləmdə  çağdaş  Türkiyə  şairi 
Yusuf Xəyaloğlunun ünlü müğənni Əbru Gündeşin ad 
günü  üçün  ifa  etdiyi  “Ah,  ulan  Rza”  şeirini  canlı 
dinlədim: 
 
Sonununda  sən  də  düşüb  getdin  arxayın 
peşinə, 
Dün boşuna günahını almışam. 
Nolur kızma,be, kardaşım. 
Öyle, kahvede söylediler, 
Rza öldü dediler. 
Ən kolay söylediler. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə