Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə71/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   82

 
284 
Konuşmanızdan tanıdım ne kadar nazik... 
Gözlerinizden tanıdım: 
bütün dünya hüzünleri kat kat birikmiş. 
Haklısınız. 
Hep birileri vurdu sizi arkadan: 
onlar ne yazık ki  BİZ idik... (səh: 20) 
 
Həmin jurnalın 2016-cı il may nömrəsində Azərbaycan 
şairi Vaqif Bayatlı Odərin də “Qalxdım yeni birisi tək” 
adlı şeiri dərc edilmişdir. İntonasiya, özgür şeir bəndi, 
sərbəst  metrika və ritm baxımından yaxınlığına görə 
həmin  şeirin  də    Türkiyə  türkcəsinə  tərcüməsini 
təqdim edirəm: 
Alın yazısı tek 
kırışık bir gecede 
taşlı topraklı bir küçede 
egilip toprağa 
çöküp toprağa 
kalktım yeni birisi tek. 
 
Kırış kırış gülesi 
çopur çopur dökülesi 
ak yüzümü 
sürtüp kara toprağa 
kalktım yeni birisi tek. 
 


 
285 
Kimi dünyada egik gider 
kimi düzüne, 
Kiminin kaderi alnına yazılır 
kimininki yüzüne. 
Burakıp alın yazımı 
           kara toprağa 
yemin ettim alın yazıma, 
kalktım yeni birisi tek. (səh: 16). 
 
    Hər  iki  şair  tarixi  Böyük  Azərbaycan  dövlətinin 
hazırda parçalanmış və özgələri tərəfində siyasi idarəsi 
ələ  alınmış  ərazilərində  yaşayıb  yaradırlar:  Vaqifin 
dilbər Qarabağı (onun ən gözəl parçası sayılan Cəbrayıl 
yurdu)  düşmən  işğalına  məruz  qalmışdır.  Mehmet 
Ömer  Kazancının  da  Kərkük  türkmən-azəri  eli  İraqın 
taleyini  əlində  oyuncaq  etmiş  imperialist  güclərin 
əsarətindədir.  Lakin  hər  iki  şairi  birləşdirən  dərdin 
ümumiliyidir.  Bu  şeirlərdəki  azadlıq  ruhu,  ümummilli 
birlik  duyğusu,  milli-mənəvi  doğmalıq  onlarınbədii-
poetik  yazı  texnologiyasına,  sərbəst  metr  və  ritm 
komponentlərinə,  intonasiya  və  təhkiyə  tərzinə  də 
nüfuz  etmişdir.  Roma  Klubunun  üzvlərindən  məşhur 
fin alimi Pekka Kuusi “Bu insan dünyası”adlı kitabında 
(Proqress  nəşr.,  Moskva-1988)  XX  əsrin  bədbəxt 
xallarının  3  tipini  göstərir:  hazırkı  həyat  tərzi  Homo 
sapiens sapiensin 40-35 min il bundan əvvəlki yığıcılıq 


 
286 
və  balıqçılığına  uyğunlaşan  xalqlar,  10  min  il  əvvəlki 
dövrün  aqrar  (əkinçilik  və  heyvandarlıqla  məşğul 
olanlar)  mədəniyyətinə  uyğunlaşan  xalqlar,  nəhayət, 
XIX-XX  əsrin  kapitalizm  və  müstəmləkə  təlabatına 
uyğun olaraq, öz daxili xammalını xam neft və s.) xaricə 
satıb yaşayan xalqlar. Bu xalqların düşüncə tərzindəki 
bəla  Hakimiyyət  ehtirasları  və  təbii  ehtiyatların 
tükənən taleyini görə bilməməsidir. Eramızdan əvvəlki 
600-cü ildən bizim eramızın 500-cü ilinə qədərki Antik 
dövlətlər  erası  ərzində  İnsanlıq  tarixində  50  nəsil 
dəyişmişdir. Bütün bu 1000 illiyin mənəvi dərsi yalnız 
ondan  ibarət  olmuşdur  ki,  İnsanın  cəmiyyət  halında 
həyatında bir yalnız Bilik obyekt olaraq tükənməzdir. 
Çağımızın elmi-texniki tərəqqi dövrü üçün əsas inkişaf 
istiqaməti  də hər bir xalqın öz bilik sərvətini fasiləsiz 
və məhsuldar şəkildə artırmasından ibarətdir. Bu həm 
bir yarışdır, həm də savaşdır... 
     Azad 
şeir 
təcrübəsində 
insanın 
mənəvi 
simasızlaşdırılmasına  çağırış  örnəyi  yoxdur.  Bu  şeir 
yarandığı  gündən  insan  haqqının  və  xalq  azadlığının 
sədaqətli carçısı olmuşdur, olaraq qalır.  1o milyon il 
bundan  əvvəl  iki  ayağı  üzərində  qalxıb  duran  İnsan 
əcdadı üzü səmaya, ordakı sonsuzluğa baxmağı ilə ilk 
kəz  öyünmüşdür.  Azad  şeirin  qeyri-konvesional  ruhu 
ilkin  insan  azadlığı  haqlarının  təməllərinə  söykənir. 
Çağdaş  Azəri  şairlərinin  bu  poetik  sistemə-  onun 


 
287 
metrik  və  ritmik  sərbəstliyinə  qırılmaz  bağlılığında, 
sanıram, məhz bu amillər əsas rol oynayır. 
    Ritm  haqında  Y.Q.Etkindin  “Poetik  əsərin  ritmi 
məzmun  faktoru  kimi”  məqaqləsində  Azad  şeir 
poetikası  üçün  çox  qiymətli  olan  aşağıdakı  fikirlərə 
baxaq:  “Poetik  əsərin  ritminin  formaları  rəngarəng, 
növləri  müxtəlifdir.  “Poetik  ritm”  anlayışı  ilə  söz-səs 
materiallarının bütün nizamlı kompozisiya əhəmiyyətli 
təkrarları  baqğlıdır.  Bunlara  aşağıdakı  təkrarlar 
daxildir:  1)  eyni  və  ya  analoq  heca  qrupları  (-tonik 
ritm), 2) eyni ölçülü şeir sətirləri (sillabik, heca  ritmi), 
3)  bir  və  ya  bir  neçə  sətirlərin  hüdudunda  sintaktik 
konstruksiyalar  (sintaktik  paralelizmlər  ritmi),  4) 
sətirlərin  sonundakı  səslər  (qafiyə  ritmi),  5)  sətir 
daxilində  bərabər  kompozisiya  yerlərindəki  səslər 
(daxili  qafiyə  ritmi),  6)  şeirin  sonundakı  vurğulu 
hecaların  vəziyyətinə  görə  qafiyələnən  sonluqların 
növbələnməsi-  qadın,    kişi;  kişi  və  daktil;  qadın  və 
daktil (katelektika ritmi), 7)  şeir sətrinin daxilində və 
sonunda pauzalar (sezura ritmi), 8) cümlənin sintaktik 
quruluşu  və  şeirin  metrik  əsasının  münasibəti 
(astonasional ritm), 9) eyni və anoloq şeir qruplarının 
– sadə qoşaqafiyəli iki sətirlikdən mürəkkəb mono və 
polimetrik 
quruluşa 
qədər 
konstruksiyası 
(strofikə/bənd 
ritmi). 
” 
(Bax:“Vvedeniye 



 
288 
literaturavedeniye”.  Vısşaya  şkola.  Moskva-1975, 
səh:- 235). 
Y.Q.Etkindin  monoritmika  və  poliritmika  ilə  bağlı 
mülahizələri  də  maraqlıdır.  O,  eyni  ritmliyə  “tonik 
ritm,  sillabik  ritm,  sintaktik  ritm,  anoforik  ritm, 
intonasiya ritmi, daxili pauzalar ritmi, qafiyələr ritmi, 
son  alliterasiyalar  ritmi,  qoşa  sözlər  ritmi,  müxtəlif 
bəndlərin misra sonluğu ritmi, analoji və oxşar ritmlər, 
bəndlər ritmi, semantik (obrazlı) ritm,  intellektual və 
emosional ritm və s.”(Bax, səh: 107-112)  ritm tiplərini 
misal göstərirdi. 
    Ritmoloji  arsenalı  artıraraq,  B.V.Tomaşevski  də 
aşağıdakı ritm növlərini qeyd etmişdir: “1) söz vurğusu 
ritmi,  2)  intonasiya-fraza  ritmi,  3)  harmonik  ritm”. 
(Bax,B.V.Tomaşevski  .  O stixe.  Leninqrad-1979).  Şeir 
ritminin geniş arsenalına ümumi nəzər yetirmək üçün 
daha  iki  Sovet  filoloqunun  düşüncələrini  alaq. 
S.D.Baluxatanın təqdimatında 4 ritm növü vardır: “1) 
Vurğu  ritmi,  2)  səs  ritmi,  3)  obraz  ritmi,  4)  bənd 
ritmi.”(Bax,  K  voprosı  ob  opredelenii  pitma  v  poezii. 
İzvestnik,  Moskva-1922,  3-cü  Buraxılış).  V.V.Kojinov 
isə ritmə belə bir təsnifat verirdi: “1) Poliritmiya (ölçü-
söz bölgüsü), 2) fonik ritm (alliterasiya və assonans), 3) 
qrammatik  ritm  (təkrarlar  və  həmçinin  sintaktik 
konstruksiyaların  qarşılıqlı  təsiri),  4)  semantik  ritm 
(poetik 
fikrin 
gərginlik 
və 
boşalmalarının 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə