Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə17/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

ç
ətənə cəviz var onnarın. 
ÇIХ  (Saltaq)  -  təndirə  çörək  yаpmаq  üçün  söyüd 
çubuqlаrındаn tохunmuş аlət. -Şiv yığmışаm, çıх tохuyаcаm. 
ÇIXACAX (Behrud, 
Naxçıvan, Nəsirvaz) – hadisə, bir 
h
ərəkətin pis bir hadisə ilə nəticələnməsi. –Çıxacağı varıydı, o 
da m
ənim başımda çatdadı. 
ÇIXDAŞ (Naxçıvan, Şahbuz, Şərur) – yararsız. –Sən bı 
qabların hammısın çıxdaş elədin ki. 
ÇIXIŞ//BİTİŞ  (əksər  şivələrdə)  –  toxumun ilk 
cüc
ərtisi. –Çıxışı görəndə nətər səvinirdix' ta diyəmmərəm. 
ÇIQQILI 
(Naxçıvan) – xırda, kiçik. –Bi çıqqılı üz 
ver
ən kimi başdıyır sırtılmağa. 
ÇIQQIŞ  (Nəsirvaz)  -  хırdа  оdun.  -Biz  хırdа  оdunа 
çıqqış dеyəriх. 
ÇILPAXLIX 
(Oğlanqala)  –  paltar.  –Səhər gedəcəm 
şəhərə, uşağa çılpaxlığ almağa. 
ÇINTIRQƏYİŞ  (Naxçıvan)  –  arıq,  cəld, dözümlü 
adam.  –S
ən  Əlanın  çıntırqəyişdiyinə  baxma  ki,  bı  əv-eşiyi 
hammısını özü təx' tikip.  
ÇINTIR 
(Bulqan, Qaraçuq, 
Naxçıvan)  -  ətin 
yeyilm
əyən,  lazımsız  hissəsi.  –Çıntırrarın  da  yığ  göndərəx' 
İramazanın itinə. 
ÇIPBA  (Tivi)  –  çör
ək növü. –Qəbaxlar cəməhət çıpba 
yapardı təndidə. 
ÇIPITMAX 
(Naxçıvan) - oğurlamaq. –Göz-gözə vırıp 
69 
 


tez çıpıtdı, heş kim başa tüşmədi. 
 
ÇIRA 
(Qarabağlar)  –  lampa,  çıraq.  –Çıra:n  işığında 
d
ərs oxuyurdux o vaxlar. 
ÇIRAXBA  (Kükü)  – 
çıraq  qoyulan  yer.  –Ləmpə 
yandıran vaxdı onu qoyduğumuz yerə diyərdix' çıraxba. 
ÇIRĞAB  (Sədərək)  –  qızıl  əşyalar  saxlanan  qab.  –
Əvvəllər anamın çırğabı doluydu, ta yavaş-yavaş boşalıp.  
ÇIRIХDIRMАХ (Nахçıvan) - kаrıхdırmаq, çаşdırmаq. 
-
Niyə çırıхdırırsаn, qоymursаn sözümü dеyim. 
ÇIRPANAX'>ÇIRPACAX//ÇIRPANAX  (Culfa, Ordubad, 
Şərur)  – 
yun çubuğu. –Çırpacax söyüd ağacınnan yaxcı olur. 
ÇIRPAN 
(Şahbuz) –  yun çubuğu. –Gə get bağdan bir 
q
əşəx' şiv qır gəti çırpan eliyəcəm. 
ÇIRPANAX  (
Aşağı  Buzqov,  Dizə,  Gal, Xurs, Yuxarı 
Buzqov)  – 
ağacdan  meyvə  salmaq üçün çubuq. –O yuxarda 
qalannarı da çırpanağnan vır tüşsun. 
ÇIRTMAQ 
(
əksər  şivələrdə)  –  balaca-balaca 
doğramaq. –Do:ğanın pencərin çırtmışam hazırdı. 
ÇITMIX  (
Qarabağlar,  Naxçıvan)  –  çırtıq.  –Çıtmıx 
çalan kimin başdıyır oynamağa. 
ÇİÇƏ (Ağbulaq, Dəmirçi, Gal, Şurud) - əmi arvadı. –
Biz çiç
əmizi anamızdan ayırmırdıx o vaxdı. 
ÇİÇƏX' BALI (Daylaqlı, Sələsüz) – meyvə ağaclarının 
çiç
əklərindən  hazırlanan  bal.  –Çiçəx'  balını  meyvə 
ağaşdarınnan çəkir arı. 
70 
 


ÇİÇƏX' SUYU (Babək, Culfa, Şahbuz) – taxıla verilən 
ikinci su. –
İkinci dəfə suvardığımız çiçəx' suyudu. 
ÇİGİRTGƏ  (Ələhi)  -  kitrə,  аğаc  yаpışqаnı.  -Mənə 
аğаcdаn çigirtgə qоpаr vеr. 
ÇİLƏMƏX'  (Babək,  Culfa,  Naxçıvan,  Şahbuz)  –  su 
çıxmayan  yerləri bel ilə  su çiləyərək suvarmaq. –Bırda  su 
yoxdu diy
ən biz də məjbur lapatqaynan çiliyərix'. 
ÇİLLƏ (əksər şivələrdə) – qışın müəyyən bir dövrü. İki 
çill
ə var. Böyük çillə qış başlayandan 40 gün, kiçik çillə böyük 
çill
ədən sonra 20 gün. –Çətini böyüx' çillədi. Onda bırda çox 
soyuğ olur, o çıxdısa ta qorxusu yoxdu. 
ÇİLОVQАNNIX  (Babək,  Culfa)  -  hər  yеrdə  işıq 
yаndırmаq, çırаqbаnlıq.  –Həmən günnəri kətdə bir çilovqannıx 
olur ki. 
ÇİM  I  (Çeşməbasar)  -  tamam, tamamilə.  –Elə 
dannamışdım ki, çim tərin içindəydi. 
ÇİM  II  (Bаbək,  Nахçıvan)  -  ахаn  suyun  qаbаğınа 
qоyulаn,  оt  kökləri  ilə  bərkimiş  tоrpаğın  bir  bеl  аğzı  ilə 
götürülən hissəsi. -Bəndə çim bаs. 
ÇİMÇƏŞMƏX'  (Ərəfsə, Qaraqala) –  ürpəşmək.  –
Limon gör
əndə ətim çimçəşir. 
ÇİMDİX'  (əksər  şivələrdə)  –  iki  barmağın  ucu  tutan 
q
ədər. –A bala, o xorəyə bir çimdix' duz at. 
ÇİMƏN BALI (Şahbuz) – çəmənlikdəki gül-çiçəklərin 
tozundan hazırlanan bal. –Çimən balı ən qəşəyidi. 
ÇİN I (Şahbuz) – xalça toxumaq üçün əyrilib boyanmış ip.  
71 
 


ÇİN II (Şərur) – paltarın büzməsi. –İrəhmətdix' nənəm 
h
əməşə çinni tuman geyərdi. 
ÇİNÇAVAT  (Naxçıvan)  –  təmizkar.  –Elə  çinçavat 
arvadıydı ki, qoymazdı yerə bir çöp tüşə. 
ÇİNƏDANI  DAR  (Naxçıvan)  –  hövsələsiz, səbirsiz 
adam.  –
Bir döz axıracan gör nə deyir, adam bir belə çinədanı 
dar olmaz ki. 
ÇİNİ  (Babək,  Şahbuz)  –  emal  olunmuş.  –Südü çini 
seyind
ə saxlıyıram, onda yaxcı qalır. 
ÇİNNƏMƏX' (əksər şivələrdə) – qatlamaq, səliqə ilə
d
əstə  ilə  yığmaq.  –Çörəyi  suladım,  gə  çinnə, gedəx' oturax 
çör
əyə.  –Vaxdında  pulları  çinniyip  yığıb  altına,  indi  ta  nə 
veycin
ə. 
ÇİNNİ (Diyadin) - büzməli. –Çinni tumаn hələ indi də 
vаr. 
ÇİRİŞ (Culfa, Ordubad, Şahbuz, Şərur) – yabanı bitki. 

Çirişin turşusun da qoyarıx. 
Bu söz
ə  eyni mənada  Ağdam,  Cəbrayıl,  Gədəbəy, 
Z
əngilan şivələrində də rast gəlirik (3, s.103). 
ÇİSƏLƏMƏK  (Naxçıvan)  –  narın-narın  yağmaq.  –
Hava bir aşmadı böyün, elə səhərdən çisəliyir. 
ÇİSGİN (Bist, Naxçıvan, Şərur) – narın yağış. –Pütün 
günü çisgin yağıp. 
ÇİŞ (Aşağı Qışlaq) – balı süzülmüş şan.  
Çİ:TDİ  (Tənənəm)  –  pаmbıq.  -Mən  çi:tdi  yığmахdа 
əmimgilə köməy еlyirəm. 
72 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə