5
Vüqar Babayev –
Naxçıvan Muxtar Respublikası Dini
Qurumlarla İş üzrə İdarəsinin rəisi
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat
Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti-
nin paytaxtı elan olunması ilə bağlı tədbirlər planını üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər
Kabi
netinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-
cam
dan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2016-cı il
6
Tərtibçidən
Qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan
bütün dövrlərdə dünyanın diqqətində olub. Müxtəlif mədəniyyət-
lərin, dünaygörüşlərinin vəhdət təşkil etdiyi ölkəmizdə İslam
mədəniyyətinin xüsusi yeri var. Azərbaycanda bir sıra şəhərlər,
eləcə də t
arixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri
olan
Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyə-
tinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında
ö
zünəməxsus rol oynayıb. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfran-
sında 2018-ci ildə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı
elan olunm
uş, həmçinin Azərbaycanın “Gənclər Paytaxtı” seçil-
mişdir.
Təqdim olunan vəsaitdə Naxçıvan şəhərinin “İslam mədəniy-
yətinin paytaxtı” elan edilməsi ilə əlaqədar kitabxanalarda
keçiriləcək tədbirlərə dair metodik tövsiyələr, görkəmli şəxslərin
Naxçıvan haqqında qiymətli fikirləri, tədbirlərin təşkili zamanı
istifadə olunmaq məqsədilə müxtəlif dillərdə tövsiyə ədəbiyyat
siyahısı verilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya göndərən
şəxslərə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-
1000 Bakı ş., Хaqani küç. 57
Е-mail: metodik@anl.az
7
Naxçıvan 2018-ci il
İslam mədəniyyətinin paytaxtıdır
Naxçıvan Azərbaycan xalqının qədim
tarixini əks etdirən müqəddəs bir
torpaqdır.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində
həyatın başlandığı ilk insan məskənlərindən biridir. Beş min il
bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azər-
bay
canın bu qədim torpağında sivilizasiyanın inkişafının ən
mühüm göstəricisi hesab olunur. Azərbaycan xalqı bu diyarda
zəngin mədəniyyət yaratmış, qədim filosof və mütəfəkkirlər
Naxçıvanı təkcə Şərqin deyil, həm də Qərbin Günəşi adlandır-
mışlar.
Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadrat
kilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan
Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati
rayondan təşkil olunub: 5 şəhəri, 8 qəsəbəsi, 207 kəndi vardır.
Naxçıvan Muxtar Respublikasının sərhədi Türkiyə Respublikası
ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermə-
nis
tanla 246 kilometr təşkil edir.
Naxçıvan diyarı tarixən özünün görkəmli yetirmələri ilə
tanınmışdır
. Naxçıvan torpağının ölkəmizə bəxş etdiyi ümummil-
li lider Heydər Əliyev dünyada böyük şöhrət qazanmış görkəmli
dövlət xadimi kimi müstəqil Azərbaycanı yaratmış, dövlət
müstəqilliyimizin banisi olmuş, böyük inkişafın mühüm təməllə-
ri
nin əsasını qoymuşdur. Naxçıvan hərb tarixində qüdrətli
sərkərdələr kimi tanınmış Ehsan xan Naxçıvanski, Hüseyn xan
8
Nax
çıvanski, Cəfərqulu xan və Cəmşid xan Naxçıvanskilərin
vətənidir.
Azərbaycanın ədəbiyyat,
mədəniyyət və incəsənət
tarixində
də Naxçıvanın əhəmiyyətli yeri vardır. Belə ki, Naxçıvanda
yaşayıb-yaratmış Şərq memarlıq məktəbinin banisi Əcəmi
Əbubəkr oğlu Naxçıvaninin məşhur Möminəxatun məqbərəsi
özü
nün sənət dəyərinə görə Nizami Gəncəvinin məşhur
“Xəmsə”si ilə müqayisə olunur.
1883-
cü ildən fəaliyyət göstərən
Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr
vermişdir. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış
Nəsirəddin Tusi,
qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmməd-
quluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz
Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi,
böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi
cərəyanının əsasını qoymuş Hüseyn Cavid, dünyaca məşhur
kimyaçı alim, akademik Yusif Məmmədəliyev,
görkəmli
publisist
Məhəmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq
yazıçısı Hüseyn İbrahimov bu diyarın yetirmələridir.
Qüdrətli
sənətkarlar olan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin,
Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin
ev muzeyləri, ədəbiyyat, tarix və xalça muzeyləri Naxçıvanın
mədəni həyatında mühüm yer tutur.
Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas
elm, təhsil və ictimai fikir mərkəzlərindən biridir. Azərbaycan
Milli Elmlər Akademiyasının
prezidentləri, görkəmli
kimyaçı
alim Yusif Məmmədəliyev,
yarımkeçiricilər fizikası məktəbinin
yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz
Maqsudov, informatika-rad
iasiya üzrə qəbul olunmuş elm
xadimi, professor
Mahmud Kərimov, akademik Məmməd Cəfər
Cəfərov, professor Abbas Zamanov, Azərbaycan Milli Elmlər
Akademiyasının
vitse-
prezidenti, akademik İsa Həbibbəyli,
akademik Teymur Kərimli və onlarla başqa görkəmli elm
xadimləri Azərbaycan elminə, təhsilinə, ictimai fikrinin inkişafına
yeni səhifələr yazmışlar.