NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə5/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   ...   14

11 

 

Böyük  natiqlik  qabiliyyətinə,  dərin  zəkaya,  məntiqi  ardıcıllığa,  iti  zehnə, 



möhkəm  yaddaşa  malik  olan  bu  böyük  insan  öz  əsərlərini  xalq  qarşısındakı 

çıxışlarında,  dinləyicilərlə  üzbəüz,  onların  qarşısında,  onların  iştirakı  ilə 

yaratmışdır.  Heydər  Əliyevin  hər  bir nitqi,  hər bir  çıxışı  xalqla  təmasda,  ictimai- 

siyasi  yığıncaqlarda,  izdihamlı  mitinqlərdə,  əsgər  səngərlərində,  qaçqın 

düşərgələrində,  rəsmi  dövlət  tədbirlərində,  beynəlxalq  məclislərdə  yaranmış  və 

Azərbaycanda  dövlət  quruculuğu  proqramının,  milli  dövlətçilik  ideologiyasının 

əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dovlət 

xadimi  çox  azdır.  Bu  əsərlərdəki  elmi  fikirlər  ulu  öndərin  çox  geniş  mütaliə 

dairəsinə,  çox  zəngin  və dərin biliyə,  elmi  məlumata  malik olan bir şəxsiyyət  və 

görkəmli ziyalı olduğunu sübuta yetirir. 

        Heydər  Əliyev  elə  nadir  şəxsiyyətlərdəndir  ki,  tarix  belələrinin  əməlləri, 

fəaliyyəti  ilə  yaranır.  Onun  keşməkeşli  həyatı,  zəngin  bioqrafiyası  isə  bütöv  bir 

epoxanın  canlı  salnaməsidir.  Bu  salnamənin  nə  az,  nə  çox  –  düz  34  illik  bir 

dövrünü  əhatə  edən  və  xalqımızın  qadir,  yaradıcı  əməyini  təcəssüm  etdirən 

səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev 

zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.  

Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, 

zamana,  gələcəyə  qiymət  vermək  iddiası  qədər  çətindir.  Onun  yorulmaz 

fəaliyyətinin  Azərbaycan  elminin  müxtəlif  sahələri  ilə  bağlı  əlaqələrinin 

coğrafiyası  və  tarixi  çox  genişdir.  Bu  tarixi  şəxsiyyəti,  fenomeni  sözlə 

səciyyələndirmək  çətindir.  Çünki  Heydər  Əliyev  yalnız  bir  dövləti  idarə  edən 

siyasi  xadim,  rəhbər  deyil,  həm  də  milyonlarla  insanı  böyük  ideallar  ətrafında 

səfərbər edən bir  dövlət qurucusu, tarix memarıdır.Onun  bütün həyatı,  fəaliyyəti, 

məqsəd  və  arzuları  bu  idealın  dövlət  quruculuğu,  tarix  yaradıcılığı  idealının 

ətrafında  cəmlənmişdir.  Heydər  Əliyev  Azərbaycan  elminin  hamisi  və  böyük 

mütəfəkkir  idi.  Heydər  Əliyevin  varlığı  xalqa,  onun  mədəniyyətinə  xidmətdən 

yoğrulmuşdur. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi 

xidmətlər  unudulmazdır.O,  sənətdə,  ədəbiyyatda  həmişə  tərəqqi  və  irəliləyiş 

yolunu  seçməyi  vacib  sayardı.  Doğrudan  da,  Heydər  Əliyev  kimi  görkəmli 

şəxsiyyətlər  xalqımızın  zəkasını,  elmini,  mədəniyyətini,  mənəviyyatını  dünyaya 

nümayiş etdirirlər. 

   


Azərbaycanın  dövlətçilik  tarixində  müstəsna  xidmətləri  olan,  ideyaları, 

idarəçilik  təcrübəsi  bu  günümüzə,  sabahımıza  bələdçilik  edən  ümummilli  lider 

Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on 

illər  bundan  sonra  da  nəsillər  bu  varislik  xəzinəsindən  istifadə  edəcəklər.  Ulu 

öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və 

mədəni  potensialından  istifadə  edərək  Şərqlə  Qərb  arasında  etibarlı  körpüyə, 

dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. 

   


Adı  həmişə  milli  dövlətçiliyimiz,  müstəqillimizlə  qoşa  çəkilən,  fenomen 

siyasətçi  kimi  təcrübəsi  daim  öyrənilən  Heydər  Əliyev  min  ildən  bir  tanrının 

insanlara  bəxş  etdiyi  müdrik,  lider  olduğunu  fəaliyyəti  ilə  təsdiqləyən  dahilərdən 

biri,  bəlkə  də  birincisidir.  Ölkəmizdə  müasir,  demokratik,  hüquqi  və  dünyəvi 

dövlət  quruculuğu,  vətəndaş  cəmiyyətinin  təşəkkülü,  milli  mənəvi  dəyərlərə 



12 

 

qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı 



ilə bağlıdır. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, 

xalqıma  həsr  etmişəm”  söyləyən,  həyatının  mənasını  Azərbaycan  xalqına, 

dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində 

əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün 

də  fəxr  edirəm  ki,  mən  Azərbaycanlıyam”  sözləri  ilə  bir  daha  bildirirdi  ki,  hansı 

sahədə  çalışmasından  asılı  olmayaraq  Azərbaycanın  adına,  vədinə  sadiq  əsgəri 

kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. 

O,  heç  bir  zinətlə  ölçülə  bilməyəcək  qədər  qiymətli  ideyaları,  qətiyyəti,  sağlam 

azərbaycançılıq məfkurəsi ilə  Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, 

komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Milyonların ürəyindən gələn bu 

sözlər  ona  ümumxalq  məhəbbətinin  ifadəsi  oldu:  “Nə  qədər  ki,  müstəqil 

Azərbaycan  dövləti  var,  Azərbaycan  xalqı  var  Heydər  Əliyev  ürəklərdə 

yaşayacaqdır”. 

     


Dünya birliyində, Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi 

ilə  tanınan  Azərbaycanın  keçdiyi  yol  hamar  olmasa  da  xalqı  zamanın 

burulğanlarından  çıxarmağı  bacaran  sərkərdələri  olub.  Adı  hörmət  və  etiramla 

anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Heydər 

Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb 

edir.  Azərbaycan  tarixinin  mühüm  əhəmiyyətə  malik  1970-1985-ci  illərdəki 

təkamülü,  1993-2003-cü  illərdə  müstəqilliyin  möhkəmlənməsi  naminə  göstərilən 

siyasi  iradə  və  bacarıq,  dövlətçilik  təcrübəsi,  zəngin  irsə  malik  siyasi  məktəb 

Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Azərbaycan  dilinə  diqqət  və  qayğı  göstərməklə 

insanlarda milli məfkurə və təfəkkürü formalaşdıran, Konstitusiyamızın qəbulu ilə 

hüquqi  dövlətin  əsasını  təşkil  edən,  ali  qanunları  təkmilləşdirən  ulu  öndər 

arzuladığı demokratik islahatların aparılması üçün möhkəm, etibarlı təməl yaratdı.  

Heydər  Əliyevin  söylədiyi  kimi,  müstəqilliyin  qorunması  isə  təbii  ki,  iqtisadi 

imkanlar,  siyasi  sabitlik,  vətəndaş  birliyi  və  həmrəyliyindən  asılıdır.  Neft 

strategiyasını  hazırlamaqla  ölkəmizi  düşdüyü  iqtisadi  böhrandan  xilas  edən  ulu 

öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl işıq” yandırdı. 

Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək 

üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri 

-birindən  önəmli  islahatlar  apardı,  proqramlar  həyata  keçirdi.  Həmin  vaxt 

Azərbaycan dilinə dövlət statusu verildi. Bütün dövlət və xalqlarla əməkdaşlıq və 

qarşılıqlı anlaşma şəraitində yaşamağa xarici siyasətimizin prioritetləri kimi diqqət 

yetirən  ulu  öndər  xarici  ölkələrə  intensivləşən  səfərləri  zamanı  ən  çox  diqqət 

yetirdiyi  məsələ  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli,  işğala  məruz  qalan 

Azərbaycan  həqiqətlərini  dünya  xalqlarına  çatdırmaq,  qürbətdə  yaşayan 

həmyerlilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi. 

    


Yaxın  tariximizin  son  bir  qərinəlik  dövrünə  nəzər  saldıqda  görürük  ki, 

Azərbaycanın  bütün  sahələrində  qazandığı  uğurlar,  onun  günbəgün  artan  nüfuzu, 

sözün əsl mənasında, böyük insan olan Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.                          

Cənab Heydər Əliyevin xüsusilə təhsilə, elmə, mədəniyyətə olan qayğısı, məktəbə, 

müəllimə  verdiyi  yüksək  qiymət  siyasi  xadim,  dövlət  rəhbəri  kimi  daim  onun 



Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə