NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə9/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   6   7   8   9   10   11   12   13   14

19 

 

dil,  din  və  ibrətamiz  keçmişimiz  unudulacaqdı.  Unudurduq  ki, 



biz  zülmün,  təqibin,  sürgünün,  qəsdin  acısını  duymuş 

Bakıxanovun  və  Qutqaşınlının,  Mirzə  Cəlilin  və  Sabirin,  Hadi 

və  Səhhətin,  Cavid  və  Cavadın,  Müşfiq  və  Çəmənzəminlinin 

repressiyaya  qurban  gedən  29  min  Azərbaycan  ziyalısının 

həqiqi  varisləriyik.O  zaman    hələ  qol-qanadı  tam  bərkiməmiş, 

körpə  uşaq  kimi  yenicə  ayağa  qalxmış  Azərbaycanın  başının 

üstünü  fəlakət  təhlükəsi  aldı.  Bunu  görən  sinəsi  dağlı  xalq 

Babək qeyrətli, Nəbi hünərli, Cavanşir siyasətli oğlunu Heydər  

Əliyevi harayladı: 

                                    Heydər! Oğul, Tanrı sənə yar olsun

                                    Üzün gülsün, düşmənlərin xar olsun, 

                                    Bir əncam qıl ana yurdun halına 

                                    Bəlkə, bir gün zəfər himni çalına! 

II Aparıcı:    

Xalqın  imdad  səsini  eşidib,  ulu  öndər  özünü  xalqın  köməyinə 

yetirdi.  Vətən  göylərində  Günəş  kimi  parladı,  şimşək  kimi 

çaxdı,  müdrik  Qorqud  kimi  didərgin  xalqının  önündə  dayandı. 

Öz  müdrik  kəlamı,  dərin  ağlı,  işıqlı  zəkası,  güclü  siyasəti  ilə 

prezident seçildi, dünya şöhrəti qazandı. Onun uzaqgörənliyi və 

siyasəti  sayəsində  Azərbaycanın  haqq  səsinə  hay  verməyən 

dünya  indi  Azərbaycan  həqiqətlərini  qəbul  edir,  ona  dayaq 

durur.  Bu  gün  torpaqlarımızda  qan  tökülmür,  analar,  bacılar 

yeni şəhid qəbirləri üstündə göz yaşı axıtmırlar. 

                                “Kəssə hər kim tökülən qan izini, 

                                 Qurtaran dahi odur yer üzünü.” 

Böyük  ədibimiz  H.Cavid  sanki  bu  misraları  ümummilli 

liderimiz Heydər  Əliyevin haqqında demişdir.  

Sözləri və musiqisi Leyla Əliyevaya aid olan “Elegiya” mahnısı Ağadadaş 

Ağayevin ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş 

etdirilir. 

 I Aparıcı:              XX əsr bəşəriyyətə müdrik rəhbərlər, bacarıqlı dövlət xadimləri 

bəxş  etmişdir.  Bu  gün  fəxrlə  deyə  bilərik  ki,  belə  xoşbəxt  

xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi 

şəxsiyyətlərin  tarixidir.  Azərbaycanın  müasir  tarixi  isə 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  adı  ilə  bağlıdır. 

Bəli, Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də 

bu  cənnət  diyarın  rəşadət,  fədakarlıq,  mərdlik,  məğrurluq 

timsalıdır.  O,  Günəş  kimi  təmənnasız  bir  şəxsiyyət  idi.  Onun 

həyatının  mənası  Azərbaycan  üçün  daim  yanmaq  idi. 

Respublikamızın  mütərəqqi  fikirli,  təmiz  vicdanlı  vətəndaşları 

çox  gözəl  bilir  ki,  Azərbaycan  elminin,  maarifinin, 

mədəniyyətinin  inkişafı,  tərəqqisi  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır. Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə, 

sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng 



20 

 

siyasətçiləri  heyran  edən  əvəzolunmaz  diplomat  idi.  Bunun 



nəticəsi  olaraq  bu  gün  müstəqil  Azərbaycanın  səsi  ən  mötəbər 

kürsülərdən gəlir.  

II aparıcı: 

Hörmətli  tədbir  iştirakçıları,  gəlin  məktəbli  oxucularımızın 

ifasında sözləri Məstan Günərə aid olan” Heydər elə, el Heydərə 

söykənib” şeirindən bir parçaya qulaq asaq. 



2 nəfər oxucu səhnəyə daxil olur. 

I Oxucu:       

Ana torpaq, ana vətən yenilməz, 

          Yenilməyən bir nəfərə söykənib. 

     

Nəğməkarlar sülh nəğməsi düşünür, 



          İnsan oğlu xoş xəbərə söykənib. 

          

 

Daha dövlət saxsıdanmı, sökələr? 



          Sahibsizmi, kərpicini çəkələr? 

          Ölkəmizi arxa bilir ölkələr

          Azərbaycan ölkələrə söykənib. 

II Oxucu:     

Gəlib çıxar ağır yolun hamarı, 

          Köçüb gedər Qarabağın qübarı! 

          Heydər isə bu dövlətin memarı, 

         Bayrağı ər oğlu ərə söykənib. 

          Odur gücü əhdin, eşqin, vüqarın, 

          Dedi: “Gərək eli dardan qurtarım”. 

          Qartal süzür arasında dağların, 

          Qanadları zirvələrə söykənib. 

II Oxucu:     

Millət deyim, söz eşqimi tərpətdi, 

          Heydər deyim, hər kəlməsi sərvətdi. 

          Millət – Heydər hər ikisi qüdrətdi, 

          İki qüdrət bər məhvərə söykənib. 

          Şair Məstan həqiqətdir, xəyal yox, 

         Yazdığına nida qoyar, sual yox. 

          Biri varsa, o birinə zəval yox, 

                              Heydər elə, el Heydərə söykənib.

    


II Aparıcı:    

İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev 

dühası,  Heydər  Əliyev  zəkası  oraya  işıq  saçıb  nur  çiləməsin. 

Heydər  Əliyevin  cəmiyyətin  iqtisadi,  siyasi,  sosial,  mədəni 

sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu 

və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə 

yaradıcı  münasibəti  onu  milli  liderdən,  rəhbər  və  siyasi 

xadimdən  bəşəri  ideyaların  carçısına,  ümumbəşəri  dəyərləri 

daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Mənim 

fikrimcə  Heydər  Əliyev  irsindən  bəhrələnmək,  faydalanmaq, 

onun  hər  bir  fikrini,  məsləhət  və  tövsiyyəsini  gündəlik  iş 

prosesində əldə rəhbər tutmaq hər bir Azərbaycan vətandaşının 

borcudur.  Çağdaş  tariximizdə  Azərbaycan  dövlətinə  ən  çox 

rəhbərlik  etmiş  Heydər  Əliyev  özünə  belə  bir  şöhrət  çələngi 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə