NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə12/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   6   7   8   9   10   11   12   13   14

25 

 

fədakarlıq  simvolu  idi.  Böyük  öndərin  yeganə  amalı,  yaşamaq 



devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün 

qüvvə  və  bacarığını,  əqli  və  fiziki  potensialını  ana  yurdu 

Azərbaycana  həsr  etmək!  Heydər  Əliyevin  adı  tarixə  digər 

böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın 

qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk 

növbədə  onun  milliliyində,  mənsub  olduğu  xalqa,  adət- 

ənənələrə  bağlılığında,  vətənpərvərliyində  idi.O,  varlığı, 

duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin 

həyatsevərliliyinin,  bitib-tükənməyən  həvəsinin  təməlində  ana 

Vətən,  doğma  Azərbaycan  dayanırdı.  Bu  böyük  insan  köklərə 

möhkəm  bağlı  olduğuna  görə  güclü,  qüdrətli  idi.  Böyük  öndər 

bütün  həyatı  və  fəaliyyəti  boyu  xalqını  özünə  arxa  sanmış  və 

özü  də  xalqa  dayaq  durmuşdur.  Dillər  əzbəri  olan  musiqisi 

Kamal, sözləri Baba Vəziroğlu olan “Xalq Heydər söyləyəcək – 

Heydər xalqım deyəcək “deyimi də məhz bu qırılmaz bağlılığın 

dəqiq ifadəsidir. 



Bu vaxt sözləri və musiqisi Xanim İsmayılqızına aid olan “Dahi” mahnısı Faiq 

Ağayevn ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş etdirilir. 

I Aparıcı:     

Heydər  Əliyev  Azərbaycan  müstəqilliyinin  tarixi  yaradıcısıdır. 

O,  neçə      ömürlərə  bəs  edən  ömür  yaşamışdır.  Qarşılaşdığı 

bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız 

qalib kimi çıxmışdır. Şair Nəsib Qaramanlı yazır: 

                                  Bu Vətənə xidmətində

                                  Bu millətə hörmətində

                                  Bu dövlətin qüdrətində 

                                  Yaşayır Heydər babamız! 

                                  Əməli zəfər babamız! 

Heydər  Əliyev  totalitarizm  labirintlərindən  Azərbaycanı 

məharətlə  və  salamat  çıxarmışdır.Ulu  öndər  nəinki    ölkədə 

sabitliyi bərqərar etdi, həmçinin,  Azərbaycanı dünya arenasında 

sayılıb  –  seçilən  ölkələr  içərisinə  çıxardı.  Hörmətli  tədbir 

iştirakçıları.  İndi  isə  gəlin  kitabxananın  fəal  oxucusunun  

ifasında  şairə  Şəlalə  Çingizqızının  ulu  öndərə  həsr  etdiyi 

“Xalqın öndəri “şeirini dinləyək. 

Oxucu: 

 

Xalqın tükənmişdi səbri – dözümü, 



        

 

O, yetirdi ağır gündə özünü, 



Sülh carçısı dedi haqqın sözünü 

Heydər kimi öndəri var xalqımın. 

Tanıtdı dünyaya, Azərbaycanı, 

Torpaqdır, Vətəndir onun imanı, 

Dağıtdı yurdumdan qara dumanı 

Heydər kimi öndəri var xalqımın. 

        

 

Doğdu Günəş kimi göylərdən baxdı, 




26 

 

Nur olub yurduma şəfəqlər saçdı. 



Tilsimli yollardan düyünü açdı, 

Heydər kimi öndəri var xalqımın. 

 

 

II Aparıcı:    

Bəli,  böyük şəxsiyyətləri tarix yetişdirir. Onlar isə tarixdə əbədi iz 

qoyurlar. Heydər Əliyev böyük dövlət adamı, siyasi xadim, siyasət 

şahmatının  məğlubedilməz  qrossmeysteridir.  O,  müstəqil 

Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını 

təmin  edən  strategiyanın  müəllifi  olmuşdur.  Azərbaycan  xalqının 

ümummilli lideri Heydər Əliyev, sözün əsl mənasında böyük ömür 

yaşadı.  Lakin  onun  ideyalarının  ömrü,  qurduqlarının  və 

yaratdıqlarının  ömrü  daha  böyükdür.  Bu  sonsuza  qədər 

uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident 

İlham  Əliyev  tərəfindən  uğurla  inkişaf  etdirilən  müstəqil 

Azərbaycan  Respublikasının  tərəqqisində,  möhkəmlənməsində, 

qüdrətlənməsində  təcəssüm  edir.  Bu  gün  dünyanın  müxtəlif 

guşələrində  yaşayan  hər  bir  azərbaycanlı  böyük  iftixar  hissi  və 

vüqarla 


“Mən 

müstəqil 

Azərbaycan 

Respublikasının 

vətəndaşıyam”  –  deyə  bilir,  bununla  fəxr  edirsə,  ulu  öndərin 

Vətəni və Azərbaycan xalqı yolunda şərəfli mücadiləsini, ömrünü 

şam  kimi  əritməsini  unuda  bilməz.  Heydər  Əliyevin  bu  mənalı 

ömür  yoluna  neçə  -  neçə  dastanlar  ,  poemalar    yazıldı.  Gəlin  bu 

gün  o  poemalardan    birinə  müraciət  edək.  Xalq  şairi  Zəlimxan 

Yaqubun qələmə aldığı ”Böyük ömrün dastanı” poemasına. 



Səhnəyə “Böyük Ömrün dastanı” poemasını sənələşdirən oxucular çıxırlar. 

I oxucu (Şair):                     

Verdi salamını müdriklər kimi, 

                     

Önümdə bir aqil qoca dayandı. 

                              Sandım ki Tanrıdı qarşımda duran, 

                              Qalxdı, ucalardan uca dayandı. 

II oxucu (Aqil qoca):            

“Eşitdim Heydərdən kitab yazırsan 

                              Gəldim əllərini sıxmağa, oğul. 

                              Dizində güc gərək, qəlbində təpər, 

                              O qarlı zirvəni çıxmağa, oğul. 

                              Gəril kaman kimi, dartıl yay kimi, 

                              Bir düşün əsəri kimdən yazırsan. 

                              Dövlətin dayağı, millətin ruhu, 

                              Ən sağlam özüldən, himdən yazırsan. 

                              Tərəzi deyilən elin gözüdü, 

                              Səni də çəkəcək, kitabını da. 

                              Ürəkdənmi gəlir, dodaqdanmı söz, 

                              Çox dürüst verəcək cavabını da. 

                             Rəssamın silahı rəngdi, fırçadı, 

                              Memarın sərvəti qayadı, daşdı. 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə