həyətə baxanda o qızla Azəri o biri korpusa gedən gördüm. Lap hirsləndim. Bu dəfə
Azərə zəng elədim.
- Deyəsən, artıq hər səhər, günorta o qızı sən aparıb gətirirsən hə?
- Nə danıŞırsan? Dəlisən? O mənim qohumumdu, dedim də sənə. Sadəcə yolda
gördüm. SalamlaŞırdıq.
Ona inanırdım. Mənim onu sevdiyim kimi, onun da məni sevdiyinə inanırdım.
Susdum ki, eybi yox, qohumudur, söz verib. Mənə heç nə bildirmirdi. Amma hərdən
günorta dərsdə olmurdu, telefonu da kodda olurdu. SoruŞanda da deyirdi ki, iŞdə
oluram, o vaxtlar telefon iŞlətməyə icazə vermirlər.
Günlər keçirdi. Onunla demək olar ki, yaŞayırdıq. Dekabr davam edirdi.
Problemimiz yox idi. Zaçotlar baŞladı. Bizim pulumuz yox idi. Anama deməyə
çəkinirdim. Ona görə də özüm oxuyub heç olmasa bəzi fənləri özüm vermək istədim.
İlk zaçot idi. Səhərə kimi yuxusuz qalıb zaçota hazırlaŞmıŞdım. Elə həyətə
düŞürdüm ki, müəllimi tapım, birdən...
Gözlərimə inana bilmədim. Beynim dondu, o anda heç nə fikirləŞmirdim...
Azər həmin qızın belindən tutub bir kənarda durmuŞdu. Bəlkə də elə bilirdi ki, mən
dərsə gəlməmiŞəm. Onların yanlarından keçdim ki, görüm Azər gözlərimə baxa
biləcəkmi? Baxdı da. Gözlərimi çəkmədim, üzünə baxıb yanlarından keçdim.
Qayıdanda isə yenə gördüm ki, qızın əlindən tutub getdilər. Sinfə necə qalxdığımı
bilmədim. Çox pis, inanılmaz dərəcədə pis halda idim. 1-2 saat keçdi. Azər
sinfimizin yanında durub mənə baxırdı. Bu dəfə isə onun üzünə də baxmadım. Evə
gəldim, zəng elədi, cavab vermək istəmədim. Amma nə deyəcəyi, hansı üzlə hansı
bəhanəni, hansı açıqlamanı söyləyəcəyi çox maraqlı idi. Cavab verdim, bircə onu
dedi ki, səni bir də o halda görmək istəmirəm.
- Səncə, bu halı kim yaratdı?
- Balam, uzun söhbətdi, sənə izah eləyəcəm.
downloaded from KitabYurdu.org
Artıq mən qərarımı da vermiŞdim. Onu son dəfə görüb, ayrılacağımı deyəcəkdim.
Amma yenə də ürəyimdə ona inam qalmıŞdı. Bəlkə də gördüklərimə inanmaq
istəmirdim. Səhər dostu Muradı görən kimi yanına qaçıb soruŞdum?
- Murad, qaqaŞ, qurban olaram düzünü de. Azərin yanındakı o qız kim idi?
Murad bir az fikirləŞib gülümsədi və dedi:
- Aa, bəs nə yaxŞı Azər deməyib? O, qızı - Tahirəni deyirsən də. O qız Azərin
istədiyi qızdı. 2 ildi bir yerdədilər.
Yenə inanmaq istəmirdim.
- Nə danıŞırsan? Axı o qız eybəcərdi. QəŞəng də deyil. Azər onu sevə bilməz axı!
Murad yenə gülümsədi:
- O sənin gözündə elədi.
Demək, Azər – mənim təslim olduğum, sevdiyim Azər məni aldadırmıŞ?
Günorta dərsdən çıxmağa az qalmıŞ ona zəng elədim ki, görüŞək, sənə sözüm var.
26 dekabr olardı, səhv etmirəmsə. Soyuq, amma günəŞli hava... Üzü aŞağı yol var,
dənizə tərəf, orda, düz yolda, ortalıqda skamyalar var. Oturduq. Mən baŞladım...
- Nə olar, üzümə bax, de də. Məni heç sevmədin? Sənin elədiyini ya o adama
eləyərsən ki, o adama nifrət eləyirsən, ya da o adam sənin üçün heç kimdi. Sən də
belə elədin, niyə? Onu sevirdinsə, bəs niyə ona xəyanət elədin? Bəs məni niyə yarı
yolda qoydun? Artıq mən səninlə heç danıŞmaq da istəmirəm. Ürəyində baŞqası
olan adamın mənim yanımda nə iŞi var? Mən nəyəm ki, səninçün?
Özümü saxlaya bilmədim. Mən baŞımı aŞağı salıb ağlayıram, Azər əyilib üzümə
baxır, gözümün yaŞını silirdi...
- Mənə bax, sən mənə görə ağlayırsan? Dəlisən ee. Ağlama heç kimə görə. Sənin
göz yaŞına dəyməz. Mən ona söz vermiŞdim. Ona görə ayrıla bilmirəm. Əgər o
olmasaydı, mən səninlə axıra kimi gedərdim. Arxayın ol, həmiŞə gözüm üstündə
olacaq. Nə problemin olsa, mənə de, bizim aramızda olanlar da ki, elə bizim
aramızda qalacaq. Söz verirəm! Mən həmiŞə səni axtaracam.
downloaded from KitabYurdu.org
Dinməz-söyləməz durub evə yollandım. Çünki, deyiləsi nə sözüm olacaqdı ki?
Birinci dəfə idi ki, o adımı çəkirdi. Mən yolu keçirdim, artıq danıŞmırdım. İçimdə
ağlayırdım, arxadan çağırırdı:
- Nərgiz... Nərgiz...
Çevrilmədim, gəlib qolumdan tutdu.
- Nə olub sənə... yaxŞısan? Piyada getmə.
Məni maŞına mindirdi. Evə çatana qədər də zəng elədi... Ancaq mən telefonu
götürmədim...
... İlahi, necə də asan, necə də rahatca siviŞib aradan çıxdı. Məni qızlıqdan, vüqar və
namusdan məhrum edən, mənə bir dünya iztirab və acı yaŞadan bu bəni-insan necə
də əziyyətsiz özünü təmizə çıxardı: «Mən ona söz vermiŞdim. Ona görə ayrıla
bilmirəm. Əgər o olmasaydı, mən səninlə axıra kimi gedərdim...»
Niyə axı hər Şey belə oldu? Niyə belə sındırdı, alçaltdı məni? Yolunda hər Şeyə
hazır olduğum, uğrunda ölümə belə gedəcəyim, ilk və son sevgim olan birisi niyə bu
qədər zalım və vecsiz çıxdı?
Ağlayırdım, hönkürürdüm... Heç cür sakitləŞə bilmirdim. Hər Şey birandaca məhv
olmuŞdu. Gözəl bir toy mərasimində gəlinlik libasında oturmaq, ailə qurmaq, uŞaq
dünyaya gətirmək, ana olmaq... Gör bir, gənc bir qız üçün ən ideal, ən gözəl
sayılacaq neçə-neçə arzularımdan məhrum olmuŞdum...
Göz yaŞlarım telefonumun üstünə tökülürdü. Onun zəngi isə artıq kəsilmiŞdi...
Sevgi və nifrət… Vüsal və həsrət… QovuŞuq və ayrılıq… Əks qütblər. Bir-birindən
doğan və bir-birini məhv etməyə hazır olan əks qütblər…
Onların sevgi dolu günləri də sona çatdı, əli qılınclı ayrılıq bir anda araya girib hər
Şeyi doğram-doğram etdi.
Bəzən insan oturub öz həyatını saf-çürük etmək məqamına çatanda dəhŞətə gəlir.
Bir ömür üçün yəni bu qədər səhvlər etmək olarmı?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |