O məni yola saldı, Sumqayıta ağlaya-ağlaya qayıtdım.
Artıq iyulun 2-si idi. Yol boyu Pərvizin zəngi susmurdu. Mesaj yazdı ki,
“Almalı”nın yanında səni gözləyirəm. Pulu qaytarmalısan…
Həmin günlərdə qızlarımız bəzənib gələndə, deyib-güləndə, mən qıraqda oturub
borcumu fikirləŞirdim. Hər gün dəniz qırağına gedirdim. Nəsimi parkından düz
aŞağı düŞəndə orda qayalıqlar vardı. Sağ tərəfə gedəndə isə dənizin 1-2 metr içində
tək daŞ vardı, orda oturub, dizimi qucaqlayıb, baŞımı əllərim arasına alıb saatlarla
fikirləŞirdim, çıxıŞ yolu axtarırdım, ağlayıb dənizə dərdimi danıŞırdım. Bu yerə
vaxtı ilə Azərlə gələrdim. Bir dəfə qoca nənə, baba vardı. Baba mənə dedi:
- Ay qızım sənə nə olub? Üzündən dərd yağır, niyə dənizin ortasında tək oturmusan?
Nə dərdin var?
Cavab verə bilmədim...
İndi mən dənizə nifrət edirəm. Dəniz qırağında axŞamacan ağlamıŞam. Allahım,
atam olsaydı, belə olmazdı axı. Sən niyə bizi belə çarəsiz qoydun axı. Tələbəliyi elə
arzulayırdım ki. İndi qızlar səhər geyinəcəyi paltarı fikirləŞirdilər. Onların dərdi
geyimləri, makiyajları, sevgililəri idi. Mənimsə elə Şeyləri fikirləŞmək imkanım yox
idi. Mən ancaq borcumu fikirləŞirdim…
Avtobusda yanımda bir kiŞi oturmuŞdu. Mənə baxdı:
- Niyə ağlayırsan?
Dinmirdim.
Kartını mənə uzadıb dedi: - Ağlama, sənə necə kömək eləyə bilərəm? Mən Şirkətdə
iŞləyirəm. İstədiyin vaxt zəng elə mənə, kömək olaram.
Mən ona bir kəlmə söz də demədim. O danıŞdı, kartını qoyub düŞdü. Mən də
düŞəndə Pərviz məni tutdu. Hələ hava açıq idi. Pərvizə yalvarırdım ki, 1-2 saat vaxt
versin. Mən üzümü çevirən kimi gördüm ki, Pərviz bizə gedir. Biz də “Almalı”
tərəfdə qalırıq axı... Yalvardım, ağladım. Cəmi 1 saat yarım vaxt verdi. Çarəsiz evə
getdim.
downloaded from KitabYurdu.org
Sabir zəng elədi, sən demə, əsgərlikdən qayıtmıŞdı. Söylədi:
- Pəncərəyə çıx, gəlmiŞəm.
Heç evlərinə də getməmiŞdi. İlk öncə məni görməyə gəlmiŞdi. Sumqayıtda əsgər
yoldaŞı vardı, gecə orda qalacaqdı. Anam onun üçün yemək hazırladı. Mənimsə
fikrim saatda idi. Bu narahatlığımı Sabir də hiss eləyirdi. Demək olar ki, onların
ailəsi ilə bizim ailəmiz bizi sözlü bilirdilər. Həm də ki, Sabir əsgərlikdən gələndən
sonra uzağı 1 aya toyumuzun olacağını xəyalında qurmaqda idi.
Anama dedi:
- Xala, icazə versəydiz, Nərgizi oğurlayardım... Söhbətim var.
Anam icazə verdi. Evdən çıxdıq, narahatlığımı görürdü, soruŞdu sənə nəsə olub,
niyə danıŞmırsan? Uzağı bir aya, bir ay yarıma sən mənim qadınım olacaqsan.
Aramızda sirr olmasın. Nə olub, mənə deyə bilərsən?
Nəsimi parkının içiylə keçib dəniz kənarına tərəf yollandıq, Pərvizə borcum
olduğunu danıŞdım. Pərvizin telefon nömrəsini götürdü. Ona zəng elədi. Çağırdı,
pulunu qaytardı.
Pərviz onu qırağa çəkdi, nəsə söhbət elədilər. Pərviz getdi, Sabir heç nə olmamıŞ
kimi dedi ki, gedək oturaq, söhbət eliyək. Nəsimi parkından aŞağı - dənizə tərəf
gedən yolda sağ tərəfdə ağaclar vardı, onların arasında bir ağac qırılıb uzanmıŞdı.
Skameyka kimi idi. Mənzərəsi də qəŞəng idi. Oturduq orda. Hava qaralmıŞdı. Sabir
onu tanıdığım gündən bu günə kimi birinci dəfə idi əlimdən tutdu. Dizlərini yerə
qoyub danıŞdı:
- Nərgiz mən səni gördüyüm gündən – artıq 6 ildir ki, səni sevirəm. Sən mənim hər
Şeyimsən. Nə olur olsun, mən səndən ayrı qala bilmirəm. İndi bizim həyatmızda qoy
təzə səhifə açaq. İkimizə aid ailəmiz olsun. Sənin ən sevdiyin adları, mənim ən
sevdiyim adları uŞaqlarımıza qoyaq.
Sabirin ən böyük arzusu oğlunun adını «Fəxri» qoymaq idi. Mənim isə ən sevdiyim
adlar Milana, Nihat, Rauf, Renatdı.
downloaded from KitabYurdu.org
Sabir məni Pərviz söhbətinə görə də çox danladı, dedi onu hardan tanıyırsan, belə
bir iŞin vardı niyə mənə demirdin…
Ona qulaq asırdım. Ancaq utandığımdan üzünə də baxmırdım.
Məni gətirib evə qoydu.
Allahım, sənə qurban olaram. 1 ay idi ki, bəlkə mən yuxuya həsrət idim. İndi rahat
yata bilərdim. Sabirə mesaj yazdım, telefonu söndürüb yatdım. Səhər 3 iyul - birinci
imtahanım idi. Çox rahat idim. Bütün problemlərimin həll olunduğunu düŞünürdüm.
Səhər imtahana getdim. İmtahanın axırına yaxın anam zəng elədi.
- İmtahandan çıxmısansa, tez ol gəl evə.
- Nə olub ki, ana, az qalıb gələcəm.
- Yox dur gəl, vacib iŞim var.
Tez gəldim evə. Sabir bizdə idi. Hər Şeyi anama danıŞıbmıŞ. Pərviz onu qırağa
çəkəndə deyibmiŞ ki, Nərgiz indi Bakıdan gəlirdi. Hardan gəldiyini heç kim bilmir.
Qohumugilə getsəydi, pul alıb gələrdi də. Demək baŞqa yerə gedib. Ağıllı qız
özbaŞına Bakıya gedib gəlməz.
Sabir anama danıŞıb, anam da dəli olub, məni tez evə çağırıb. Sabirin gözlərinin
içinə baxdım. Axı, axŞam məni evə qoyanda demiŞdi ki, bu, bizim ikimizin sirrimiz
olacaq. İnandığım Sabir də mənə qarŞı bu cür alçaqlıq etdi. Ona qəhərli səslə
söylədim:
- Sənə deməyə söz tapmıram. Sənə nifrət edirəm. Sən belə tutdun sözünü? Səni
görmək istəmirəm.
Evdən çıxdım. Yenə ağlar günlərim baŞladı. Gözümə heç nə görünmürdü. Elə onu
fikirləŞirdim ki, özümü öldürəcəm. Bir aptekə girdim. Yadıma düŞdü ki, mən uŞaq
olanda eŞitmiŞdim ki, qonŞumuz uksus içib ölüb. Orda uksus olmadı. Heç
bilmirdim ki, harda satılır. Yoldan 2 qadın keçirdi. SoruŞdum, dedilər marketdə olur.
Marketlərin birindən uksus aldım. İndi onu açmaq lazım idi. Satıcıya dedim aç. O
gördü ki, ağlayıram, pisəm, açmadı. Çıxdım, meyvə satan oğlana verdim, açdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |