Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12

vaxtda olmaq istədi? Bunu mənə dərs kimi verdin, hə, tanrım? Dedin bax bu hissi də 

yaŞa, amma o da Azər kimi sonda sənin olmasın...  

Dərman  atdım.  Bir  az  sonra  dəhŞətli  sancılar  baŞladı.  Mənim  uŞağım  olacaqdı. 

Azərə görə, onun bizə sahib çıxmayacağını bildiyimə görə o indi yoxdu. Evə necə 

gəldim, bilmirəm. Sancı, qanaxma kəsmədi. Səhərə kimi əzab çəkdim.  

Səhər  Gülərlə  görüŞdüm. Pis  idim.  Heç  olmasa  o  bir  çarə  tapsın, sancı, qanaxma 

dayansın.  Bacısının  yanına  apardı  məni,  sistem  qoydular.  Sistem  altında  tamam 

halsızlaŞmıŞdım. Sonradan Gülər məni evə gətirdi. İndi də ağrılarım var. Praktikaya 

getmədim. Ağrıdan tərpənə bilmirdim. Olanlarla barıŞmaq çətindi.  

İndi  tamam  tək  qalmıŞdım...  Xəyallarımda  öncə  3  nəfər  qoŞa  idi.  Mən  Azər  və 

körpəmiz. İndisə yalnız özüm qalmıŞdım...  

***  


Bu  gün  -  20  iyun  Sabirin  toyudur.  O  evlənir.  Anası  tapdığı  qızla.  Mənə  heç  kim 

demək  istəmirdi.  Məhəllədə  hamı  məndən  gizlədirdi.  Dayımın  yoldaŞının  ifritə 

anası dedi.  

Məhəllənin oğlanları toya hazırlaŞırlar.  

Mənim indiki hisslərim çox qarıŞıqdı... 1 il keçmədi bizim ayrılmağımızdan, ancaq 

Sabir evlənir. Mən isə pəncərə qabağında tək-tənha oturub günlüyümlə dərdləŞirəm. 

Həyətdə isə səs-küy var. Hamı da məni soruŞur.  

- Bəs Sabir Nərgizi sevirdi, indi Nərgiz neyləyir?  

Mən hələ öz dərdimləyəm. Həyatım tamam qaralıb. Heç bir arzum yoxdu. Səhərin 

açılması da məni sevindirmir.  

Həyat bir gün, o da bu gün. Həyat mənimlə oynadı. XoŞbəxt günləri sadəcə göstərdi 

ki, var, amma o günlərin əzablarını hələ də göstərir. Sabir... diz çöküb, yalvarıb səni 

sevirəm  deyən  Sabir.  Heç  ayrılmağımızdan  1  il  keçməmiŞ  özünə  toy  eləyir.  İndi 

kimin sevgisinə inanmaq olar? Oğlanlar qızlar kimi deyil. Sabiri məcbur evləndirə 

downloaded from KitabYurdu.org



bilməzlər  ki...  Deməli,  özü  də  istəyib.  Deməli,  onun  sevgisi  də  yalan  imiŞ.  İndi 

hansısa oğlan gəlib damarlarını kəsib, «Səni sevirəm» desə, yenə də inanmaram.  

Orxan, onun dostu, məhlə uŞağı mənə səhərdən zəng eləyir ki, «Səni sevirəm», mənə 

bir söz de. Deyir, bax Sabir də xoŞbəxt oldu. O artıq istəsə də bizim iŞimizə qarıŞa 

bilməz, gəl biz də xoŞbəxt olaq, səni dünyanın xoŞbəxti edərəm.  

Cavab vermədim. FikirləŞirəm ki, xoŞbəxtlik var ki, xoŞbəxt də olum? XoŞbəxtlik 

də ehtiras kimi anlıq hissdi.  

Heç bir xəyalım, arzum yoxdu. Təkəm...  

Gecə ağ “Mercedes”də bəylə gəlini gətirəndə nədənsə hönkürtü ilə ağladım, özümü 

saxlaya bilmədim…  

***  

Afət mənlə danıŞmır. Məndən inciyib - onu çətin günlərində tək qoyduğum üçün. 



Mən də onun üçün bir dəftər yazıram, axırıncı imtahanda verəcəm. Amma o elə bilir 

ki, onu çox istəmirəm.  

Məcbur  qalıb  ona  hamilə  qaldığımı  dedim,  daha  doğrusu,  özü  sözlərimdən  baŞa 

düŞdü. Məni bağıŞlamayacaq, bilirəm. Amma  yenə də baŞıma gələnləri yazıram, 

ona verəcəm.  

Bu gün kiçik bacımın ad günüdü. Ailədə 4 nəfərik. Hərəmiz bir yerdə...  

Niyə bütün pis Şeylər üst-üstə düŞür? Gedib onu dayımgilə gətirdim. UŞaqlar ona 

tort  aldılar.  Dayımın  yoldaŞı  yemək  hazırladı.  Heç  olmasa  bacımın  üzünün 

gülməyini istəyirəm.  

Bayaq  Azərə  yenə  zəng  elədim.  Bütün  olanları  ona  danıŞacam.  Axır  ki,  zəngimə 

cavab verdi. Dedim:  

- Sənlə vacib iŞim var.  

Dedi:  

- 2-ci gün gələ bilərsən? Gəl iŞ yerimə.  



- Hardadı?  

downloaded from KitabYurdu.org




- Köhnə avtovağzal tərəfində binaların arasında mağaza iŞlədirəm. Əli də gələcək. 

Ona görə də tez gəl, danıŞaq.  

2-ci gün gedəcəm. Hər Şeyi ona danıŞacam. Mənə konkret bir söz desin. Ya onunla, 

ya onsuz...  

***  

Bu  gün  Azərin  iŞ  yerinə  getdim.  Mən  sözə  necə  baŞlayacağımı  bilmirdim.  O, 



özündən danıŞdı. Dayısının oğlu rəhmətə gedib. Üzü saqqallı idi. Ondan danıŞırdı. 

15-20  dəqiqə  keçmiŞdi  ki,  Əli  gəldi.  O  da  məzəli  uŞaqdı.  HəmiŞə  də  mənə 

kompliment deyir. Azər əlimi tutub oturmuŞdu. Əli bizim Şəklimizi çəkdi.  

- Nə gəŞəng görünürsüz. Bu anı ölümsüz eləyim.  

Bizim  1-ci  Şəklimiz  idi.  Sonra  Əli  ancaq  bizim  Şəkillərimizi  çəkdi.  Sonra  Azər 

bacısının  oğlunu  gətirdi.  2-3  yaŞı  olardı.  Ancaq  uŞaqla  oynadıq.  İkilikdə  söhbət 

eləməyimizə imkan olmadı. Amma arada Azər mənə dedi:  

- Səni ərə versələr, gedərsən?  

- Nə demək istəyirsən ki, bizim axırımız yoxdu? Mən necə ərə gedim ki...  

- Yox daa. Bax mənim dayım oğlu rəhmətə gedib. Bizdə azı 2 il toy eləmək olmaz. 

Sonra  mən  ev  saxlamağı  bacarmalıyam,  ya  yox?  Anan  səni  ərə  vermək  istəyəndə 

deməyəcək ki, istədiyin varsa, qoy adamlarını qapıma göndərsin? Məni də ən azı 3-

4 il gözləməlisən. Bu necə olacaq?  

Mən cəld dedim:  

-  Nə  demək  istəyirsən  ee.  Əgər  3-4  il  gözləməyimə  dəyərsə,  eybi  yox,  mən 

gözləyərəm.  

- Yox gözləmərsən...  

Məni  yola  saldı,  gəldim  evə.  Hələ  heç  zəng  də  eləmədi  ki,  hardasan.  Mən  onu 

tanıdığım kimi heç kimi tanımıram. O adamın nəfəsinin necə gedib gəldiyini də mən 

yaxŞı bilirəm. İndi o məni heç axtarmayacaq.  

downloaded from KitabYurdu.org



Bu  görüŞ  mənim  sonuncu  ümidlərimi  də  qırdı.  Yüz  faiz  əmin  oldum  ki,  bundan 

sonrakı həyatımı Azərsiz yaŞamalı olacağam. Həmin gün az qalırdı ürəyim partlasın, 

nə yaxŞı ki, Moskvadan Şad xəbər gəldi. Böyük bacımın uŞağı olmuŞdu. Mən artıq 

xala idim.  

23.06.09. Bu da bizim axırıncı imtahanımız. Neçə vaxtdı Afətin dəftərini yazıram. 

Bura  ürək  eləyib  yaza  bilmirəm.  İmtahandan  çıxanda  o  dəftəri  Gülərə  verdim  ki, 

Afətə çatdırsın. Mən versəm, bilirəm götürməyəcək.  

Görəsən, o dəftəri oxuduqca nə fikirləŞəcək?  

Çox halsızam. Həyatdan yorulmuŞam.  

Hər Şeyi indi baŞa düŞürəm, hamını indi tanıyıram. İndi baŞa düŞürəm ki, əbədi 

olaraq təkəm. Elə pisəm ki.  

BezmiŞəm! Çox bezmiŞəm...  

Və sanki qeybdən ən çox sevdiyim bir mahnının ürək göynədən sözləri eŞidilir:  

Mən sənə, sevgilim, heç bilmədən vuruldum,  

Suallar cavabsız, düŞünməkdən yoruldum  

İçimdə bir dəniz, səni görməsə daŞacaq,  

Sən məni tərk etsən, inan qiyamət qopacaq  

Mən səni itirsəm, dünya tərsinə dönər  

Mən səni itirsəm, içimdə hər Şey ölər  

Mən səni itirsəm, düŞmənlərim sevinər  

Mən səni itirsəm, alovlu gecəm sönər...  

***  


KaŞ ki, gündəlik yazmağı heç bacarmayaydım. Çünki, yazılarımda ürəkaçan heç nə 

olmur...  

İkinci gündəlikdən  

Bundan əvvəlki dəftərim ancaq yaŞadıqlarım idi. Bu dəftəri isə yazmağımın səbəbi 

öz səhvimlə incitdiyim, həyətamın ən dəyərli dostu, can dostum Afətdir.  

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə