sonra əldə etmişdilər. Bu səbəbdən də fransızlarla belçikalılar qurulacaq Konsorsiumda iştirak edə
bilməyəcəkdilər.
Bu memorandumun elanı Bakı neftində haqları olduğunu iddia edən dövlətlərdə böyük əks-səda
doğurdu. Fransa prezidenti müsyo Puankare Genuyadakı nümayəndə heyətinə göndərdiyi teleqrafda
memoranduma imza atmamasını və fransız təbəələrinin Rusiyada malik olduqları hüququn onlara
qaytarılmasını tələb etməsini bildirdi.
İngilislər bunları nəzərə almamışdılar. Onlar memorandumu vaxt itirmədən və etiraza məhəl
qoymadan müttəfiqlərinə qəbul və imza etdirə biləcəklərini fikirləşirdilər. Halbuki, heç bir dövlət
Azərbaycan neftində malik olduqları haqlarından vaz keçmək niyyətində deyildi.
Bu dövlətlərin əksəriyyətinin arxasında isə Amerika dövləti dururdu. Amerika dövlətinin siyasətini
yürüdənlərin arxasında isə «Standard Oyl» neft şirkəti vardı.
Genuya konfransında hazırlanan memorandumun Amerikadakı əks-sədası Fransadakından da,
Belçikadakından da daha təsirli oldu. Amerika prezidenti Hardinq başda olmaqla bütün dövlət və
hökumət rəsmiləri hərəkətə keçdi. Prezidentin xarici məsələlər üzrə müşaviri Huqhs dövlət adından
aşağıdakıları bildirdi:
«Amerika təbəələrinin haq və hüquqlarını Avropada və başqa yerlərdə qorumağı özünün əsas
vəzifələrindən sayır. Nəyin bahasına olursa olsun onların mənafelərini himayə edəcəkdir. Amerika
hamıya açıq qapı prinsipini diqqət mərkəzində saxlamayan və hər kəsə bərabər hüquq verməyən, istər
milli, istər beynəlxalq olsun hər hansı bir planın tətbiqinə əsla razı olmayacaqdır».
Amerika və vətənlaşlarının haq və hüquqlarını dünyanın harasında olursa olsun müdafiə edəcək və
buna əks heç bir prinsipi əsla qəbul etməyəcəyini açıqca elan etdi. Amerikanın belə bir hərəkəti,
Genuya konfransının gedişinə ciddi təsir etdi. Artıq konfransda ab-hava dəyişdiyindən iştirak edən
nümayəndələrin əksəriyyəti İngiltərənin və Rusiyanın əleyhinə çıxış edirdilər.
Genuya konfransında bu hadisə Lloyd Corca endirilən birinci zərbə deyildi. O, konfransın davam
etdiyi tarixlərdə Orta Şərqdə, yəni İraqda neft imtiyazları əldə etmək üçün Vasil Zaxarovun
rəhbərliyində yunan qoşununu Türkiyəyə hücum etməyə təhrik edən zaman da uğur qazanmamışdı.
Türk millətinin ona verdiyi bu dərsin son səhifəsi Genuya konfransının öz işini başa çatdırmasından
dörd ay sonra qapanacaq və Lloyd Corcun siyasi karyerası sona çatacaqdır.
Amerika hökumtəinin adından rəsmi olaraq nəşr edilən bu bəyanatdan sonra Londonda aşağı palatada
Lloyd Corcun əleyhinə çıxışların sayı çoxalmışdı. Ancaq, Lloyd Corc bu vəziyyətdən Deterdinqin və
Entelijans Servis sayəsində xilas ola bildi.
Amerika hökumətinin qəbul etdiyi sərt qərar özünü göstərdi. Bu qərarın elanından qısa bir müddət
sonra ruslar Bakı neftini milliləşdirdiklərini elan etdilər. Beləliklə Avropa dövlətləri kimi şəxsən
Amerika da bu neftdən məhrum qaldı.
Amerikanın sərt reaksiyası nəticəsində İngiltərə çox şeylər itirmiş və Genuya konfransında məğlub
olmuşdur. Amerika da o vəziyyətdə idi. Bu konfransdan yalnız Rusiya qalib çıxmışdır. Ancaq,
gələcəkdə baş verən hadisələr Deterdinqin rəhbərlik etdiyi «Royyal Datç-Şell Qrup» şirkətinin
məğlubiyyəti o qədər də asan qəbul etmədiyini göstərəcəkdi.
Deterdinq Genuya konfransının başa çatmasından sonra amerikalıların ona Genuyada vurduğu
zərbənin intiqamını almaq üçün neft mücadiləsinin əsas mərkəzini şəxsən ABŞ-a keçirdi. O,
«Standard Oyl»un Bakı nefti məsələsində ona qarşı oynadığı oyunun əvəzini artıqlaması ilə ödəməyə
qərar vermişdi. Bu səbəbdən də bütün gücü ilə Amerikanın daxili bazarlarında “Standard Oyl”un
inhisarını yox etmək üçün müəyyən tədbirlər gördü. Bu işdə Entellijans Servis və ingilis diplomatları
da ona yaxından kömək etməyə başladılar. Strateji məqsədləri «Standard Oyl»un köməyi sayəsində
Amerika prezidenti olmuş Hardinq ilə «Standard Oyl» şirkətinin arasını vurmaq və bir-birindən
ayırmaq idi. Bir il gərgin çalışmalarıdan sonra onlar istədiklərinə nail oldular. Yəni, Hardinq artıq
«Standard Oyl»un tapşırıqlarını yerinə yetirməkdən boyun qaçırmağa çalışır və onlardan uzaqlaşırdı.
Onun belə bir dönüş etməsi müəmmalı ölümü ilə nəticələnir. Prezidentin həyat yoldaşı onun
«Standard Oyl» şirkəti tərəfindən öldürüldüyünü iddia edir.
Genuya konfransından sonra Deterdinq vaxt itirmədən fransızlar və belçikalılarla müzakirələrə
başladı. Bu uzun sürən müzakirələr fransızların və belçikalıların güzəştə getmək istəmədiklərindən
nəticəsiz başa çatdı. Fransa və Belçika Deterdinq tərəfindən edilən yeni təklifləri də cavabsız
qoydular. Bu iki dövlət onlara yeni bir konfransın toplanması təklifinə uzun müddət rədd cavabı
versələr də sonradan «bəli» demək məcburiyyətində qaldılar. Deterdinq bu iki dövlətin razılığını
alarkən Avropada çox güclü nüfuzu olan Rotşildin köməyindən istifadə etmişdir.
Neft kralı Deterdinqin bu planından xəbərdar olan Lloyd Corc dərhal fəaliyyətə başladı və Haaqada
keçirilməsi nəzərdə tutulan konfransda iştirak edəcək dövlətlərlə əlaqə yaratmağa çalışdı. İngilislər
nəyin bahasına olursa-olsun bolşeviklər güclənmədən Bakı neftindən imtiyaz əldə etməyi qarşılarına
məqsəd qoymuşdular.
Lloyd Corc bu konfransda Versal sülh müqaviləsini imzalamış dövlətləri dəvət etməyi nəzərdə
tutmuşdu. Bu dövlətlər arasında məğlub olmasına baxmayaraq Almaniya da var idi. Rusiyanın
bolşevik rejiminin rəhbərləri də konfransda dəvət ediləcəkdir. İngilis diplomatlarının apardıqları
təbliğatın məqsədi Rusiyanın yeni bolşevik rejimini Avropa dövlətlərinə tanıtmaq idi. Onların fəaliy-
yətləri nəticəsiz qalmadı, yəni Avropa dövlətlərinin bir çoxu Rusiyanı tanımağı qərara almışdılar. Bu
andan etibarən ingilislər ruslarla əlaqə quraraq bir neçə təklif irəli sürməyə çalışdılar. Ruslar
ingilislərin təfliklərini müsbət qarşılamaqla bərabər onların məqsədlərini bilmək istədilər.
İngilislər təkliflərini açıq bildirdilər: Rusiyanın xeyrinə apardıqları təbliğatların və fəaliyyətlərin
qarşılığı olaraq Bakı neftindən imtiyaz əldə etmək. Lloyd Corc bu zaman belə demişdir: «İngiltərə rus
bolşevik rejiminin Avropada tanınmasına çalışacaq. Bunun əvəzində isə bolşeviklər Bakı neftindən
istifadə etmək üçün onlara imtiyaz verməlidir».
Rotşildin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan Haaqa konfransının 1922-ci il iyunun15-də
açılması qərara alındı.
Konfransın keçirilsməsi ərəfəsində Genuya konfransı zamanı qurulmuş olan Fransa-Belçika neft
kartelinin nümayəndələri də Haaqaya gəldilər. Onlar şəhərə qədəm qoyan kimi mətbuat konfransı
keçirərək konfransda rəsmi olaraq iştirak edəcəklərini bildirdilər.
1922-ci il iyunun 15-də öz işinə başlayan konfransda Sevr sülh müqaviləsini imzalamış dövlətlərin
hamısı iştirak edirdi. Konfrans ilk günlərdə sakitliklə keçirdi. Ancaq, mülklərinin qaytarılması mü-
zakirə olunmağa başlayanda Haaqa şəhərinə gələcəkdə Rusiyanın xarici işlər naziri olacaq Maksim
Maksimoviç Litvinov gəldi. İyunun 22-də Haaqaya gələn M.M.Litvinovun çantasında konfransa
təqdim edilmək üçün bir neçə təklif olduğu aydın oldu. Neft Haaqada qəti bir bazarlıq mövzusu
olmuşdur. Yeni qurulmuş bolşevik rus dövləti maliyyə baxımından çətin vəziyyətdə idi. Litvinovun
çantasında bolşevik Rusiyasını maliyyə böhranından çıxartmaq üçün Haaqa konfransında iştirak edən
dövlətlərin nümayəndələrinə təqdim ediləcək təkliflər vardır.
Bu təklifdə Qərb dövlətlərinin, xüsusilə də İngiltərənin Rusiyaya ediləcək maliyyə yardımlarının
əvəzinə Bakı neftindən imtiyaz veriləcəyi öz əksini tapmışdı.
Ancaq, Bakının neft sahələrində haqları olan bütün mülk sahiblərinə imtiyazların verilməsi
Dostları ilə paylaş: |