prinsipinin konfransda iştirak edən nümayəndələr tərəfindən irəli sürülməsi Litvinov üçün gözlənil-
məz oldu. Litvinovun təklifi aydın idi. O dövlətləri tanıyırdı və bunlardan başqa hər hansı bir şəxsi
həmsöhbəti qəbul etmirdi.
Bolşeviklər bununla kifayətlənməyərək şəxslərə aid neft imtiyazlarını da tanımayacaqlarını qəti bir
ifadə ilə təkrar edirdilər.
Litvinovun israrla irəli sürdüyü bu sovet tezisinin mənası aydın idi. Ayrı-ayrı şəxslərin əllərində olan
imtiyazlar ləğv ediləcək və onların haqları sovet dövlətinin əlinə keçəcəkdir. Bu təklif «Standard
Oyl»un Nobel qardaşlardan satın aldığı böyük hissələrə də şamil idi. Ruslar şəxslərin
imtiyazlarından çox qorxurdular. Onlar heç bir mülk sahibinə Bakı neftindən imtiyaz vermək fikrində
də deyildilər. Rusiyanın yeni bolşevik rejiminin rəhbərlərini bir çox sərmayədar ilə qarşı-qarşıya
gəlmək daha çox qorxudurdu.
Litvinov Bakı nefti üzərindəki imtiyazlardan danışarkən bir çox mülk sahibləri adından danışa
biləcək və ya onların hissələrinə də sahib olacaq bir şirkət və trestdən də bəhs edirdi. Litvinov bu
şirkət və trest 1918-ci ildən əvvəl imtiyaz almışdılarsa onlara aid ediləcəkdir fikrini də irəli
sürmüşdür. Litvinovun təklifi «Standard Oyl»u özündən çıxartdığı halda Deterdinqi təmin edirdi.
Sanki danışan bolşevik nümayəndəsi deyil, Deterdinqin adamlarından biri idi. «Standdard Oyl»
Litvinovun irəli sürdüyü təkliflərə qarşı çox sərt reaksiya verdi. Buna səbəb iki il əvvəl milyonlarla
pul xərcləyərək Nobel qardaşlarının Bakı neftinə aid olan imtiyazlarını satın alaraq dünyaya elan
etməsi idi.
Haaqa konfransında mülk prinsipləri müzakirə edilərkən Rusiyanın nümayəndə heyəti Litvinovun
mülk bəhsində ortalığı bir-birinə qatan bəyanatının tam əksinə hərəkət edir və konfransa bir qərar
layihəsini təqdim edir.
Mətbuatda verilmiş bu qərarın layihəsi sovet hökumətinin Bakının neft sahələrində hansı bölgələrin
Litvinovun bəyanatının çərçivəsi içinə girə bildiyini bütün açıqlığı ilə göstərən ifadələr vardır.
Rusların nümayəndə heyəti bu mövzuya aid xəritələr də nəşr etdirirdi. Bu xəritələr Haaqa
konfransında böyük marağa səbəb oldu. Konfransda gərginlik hökm sürməyə başladı. Bir çox nüma-
yəndə Rusiya nümayəndələrinin təqdim etdiyi qərar layihəsindən və xəritələrdən sonra müzakirələrin
mənasının qalmadığını açıqca söyləyirdilər.
Ruslar konfransın gedişinə mənfi təsir göstərən layihədən sonra yenisini də nümayəndələrə təqdim
etdilər. Burada deyilirdi ki, Rusiyaya veriləcək təklifləri əvvəlcədən Moskvada tədqiq ediləcək və
hansı uyğun görülərsə o da qəbul olunacaqdır. Rusların bu təklifi konfransda fikir ayrılığına səbəb
oldu və nümayəndələr iki yerə bölündülər. Bir tərəfdə bolşevik Rusiya, digər tərəfdə isə nəhəng neft
trestləri və bu trestlərin oyuncağı halına gələn Fransa, Belçika, Hollandiya, İtaliya, Almaniya və
digər Avropa məmləkətləri yerlərini aldılar. Vəziyyətin belə bir şəkil aldığı dövrdə Londonda səfir
Krasinlə İngiltərənin Xarici İşlər Nazirliyində «Royyal Datç-Şell Qrup» şirkətinin rəhbəri Deterdinq
arasında qəbul olunan bir müqavilə imzalanacaqdır. Müqavilənin şərtlərinə görə İngiltərə üç il
müddətində Rusiyaya maliyyə yardımı olaraq kredit verəcək, qarşılığında isə Bakı neftindən istifadə
imtiyazı əldə edəcəkdir.
Londonda baş verən bu hadisəyə paralel olaraq Haaqa konfransında İngiltərəni təmsil edən
nümayəndələrin rəhbəri və burada təşkil olunmuş xüsusi mülkiyyət komissiyasının sədri ser Filipp
Lloyd Briam 1922-ci il iyul ayının 12-də komissiyanın hüzurunda aşağıdakıları söyləmişdir:
«Məlumdur ki, müsadirə edilmiş əmlakın qarşılığında sovet hökumətinin edə biləcəyi yeganə şey, hər
dəfə mümkün olduğu halda bəhs mövzusu olan mülkün qaytarılmasından ibarətdir. Bizim buraya
gəlməkdə məqsədimiz isə qaytarılacaq şeylərin nələrdən ibarət olduğunu anlamaqdır».
Haaqa konfransında iştirak edən ingilis nümayəndəsi Londonda imzalanan müqavilədən xəbərsiz belə
bir fikir irəli sürür və Bakının neft sahələrində mülkü olanlarla digər Avropa dövlətlərinin könlünü
alırdı. İngilis diplomatıyası həmişəki kimi yenə də ikitərəfli oynamış və qazanmışdır.
İngilis şərqşünaslarından Cook «Neft trestləri və ingilis Amerika münasibətləri» adlı əsərində Haaqa
konfransını tədqiq edərkən belə demişdir:
«Bunu da diqqətə almaq lazımdır ki, sovetlərlə «Royyal Datç-Şell Qrup» şirkəti arasında imzalandığı
iddia edilən bir anlaşma təhlükəsinə qarşı Genuyada fransızlarla belçikalılar arasında bağlanan neft
müqaviləsi sonradan müştərək bir neft kartelinin yaranmasına səbəb oldu. Bu neft kartelinin məqsədi
Qafqazın neft sənayesindəki Fransa və Belçikanın mənafelərini qorumaq idi. Elə bu fikirlə də öz
nümayəndələrini Haaqaya göndərmiş və orada qeyri-rəsmi də olsa Deterdinq və onun nümayəndələri
ilə müzakirələrdə iştirak etmişdilər. Bizim təxmin və təsəvvürlərimizə görə həqiqi Haaqa konfransı
bunlardan ibarətdir».
Buradan da aydın olur ki, Haaqa konfransında iştirak edən bütün nümayəndə heyətinin üzvlərini
sadəcə olaraq bir şey düşündürürdü. Bakı neftindəki mülkiyyət haqlarını və səhmlərini təkrar ələ
keçirmək.
İngilislər Londonda Krasin ilə müzakirələr aparmalarından bir an öncə nəticə əldə etmək üçün hər
carəyə baş vururdular. Haaqa konfransındakı ingilis nümayəndə heyətinin rəhbəri Filipp Lloyd
Briamın verdiyi bəyanat da ustalıqla hazırlanmış bir manevr və yeni rus hökumətinə edilən təsir amili
idi. Nəticə ingilislərin gözlədikləri kimi oldu. Yəni bu bəyanat Moskvada vahimə yaratdı.
İngilislər bolşevik liderlərini Polşaya yardım edəcəkləri ilə də hədələdilər.
Rusiyanın yeni liderləri qurduqları rejimin təhlükə ilə üz-üzə durduğunu hiss edirdilər. Elə bu
səbəbdən də ingilislərlə anlaşmaqdan başqa çarələri qalmamışdı. Onlar hələ içərisində yaşadıqları
bir hadisəni də bilir və bunun ağırlığını çiyinlərində daşıyırdılar.
Əsrlər boyunca rus çarlarının boyunduruğu altında inləyən polşalılar Rusiyadakı bolşevik çevrilişi
ilə birlikdə üsyan qaldıraraq istiqlallarını zorla əldə etmişdilər. Kommunist liderlər polşalıların baş
qaldırdıqları zaman eynilə özlərindən əvvəlki iqtidarın nümayəndələri kimi onları silah gücünə
yenidən əsarət altına almaq yolunu tutmuşdular.
Bolşeviklərə qarşı ingilis silahları ilə döyüşən polşalılar marşal Pilsudskinin rəhbərliyi altında çox
ciddi müqavimət göstərərək yeni rejimin ordusunu müğlubiyyətə uğratmışdılar. Qələbədən ruhlanan
Polşa ordusu Moskvaya doğru sürətlə irəliləyirdilər. Vəziyyəti belə görən ingilislər Polşa ordusunun
komandanı marşal Pilsudskidən müharibəni dayandırmağı tələb etdilər. Polşa İngiltərənin xarici işlər
naziri Kerzonun bu təhdidləri qarşısında Moskvaya yürüşünü dayandırmağa məcbur oldu.
İngilislər Bakı nefti üzərində imtiyaz əldə etmək «Standard Oyl» şirkəti və digər neft müttəfiqlərini
bitərəfləşdirmək bahasına bolşevizmi himayə etmiş və kommunist rejimi devirməyə qərarlı olan
polyakların da qarşısını almışdır.
Qarşıya belə bir sual çıxır: Kommunizmi hələ o zaman məhv etməyə qadir olan Polşa ordusunun
hərəkətinə ingilislər nə üçün mane olmuşdular? İngiltərə bolşevik rejimini ləğv edəcək Polşa
ordularının hücumunu dayandırmaqla yalnız Bakı neftinin imtiyazınımı düşünmüşdü? Zənn etmirik.
Bizcə Polşa ordularının hərəkətinin qarşısının alınmasının mənası çox dərindir və ingilislər bəs-
lədikləri kommunist Rusiyası ilə dünya neft hakimiyyətini gerçəkləşdirmək və qarantiya altına almaq
üçün mücadilə etdiyi Amerikanı gələcəkdə qarşı-qarşıya buraxmaq istəmək kimi bir fikir və ya
siyasətin əsiri olmuşdular.
Dostları ilə paylaş: |