NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

25 

 

Burada olduqca çoxlu xarakterik səhnələr var idi, mən onlar haqqında susuram. 



Nəhayət, müsəlmanların deputatlar heyəti yanıma gəlir və özlərini məğlub edilmiş 

hesab edərək müharibəni dayandırmağı xahiş edir. 

Mən dərhal yol. Çaparidzeyə

58

 zəng edirəm. 



O, deputatlar göndərməyə söz verir. 

Bu vaxt daşnaklar mənim mənzilimə basqın edirlər. 

Mən qaçıb gizlənirəm. 

Mənim  qardaşımı  tutub  aparırlar.  Bir  saatdan  sonra  yol.  Şaumyan  məni  ailəmlə 

birlikdə “Sovet hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir. 

Bundan  sonra  Bakı  şəhəri  üzrə  üç  gün  vəhşiləşmiş  daşnakların  dəhşətli  azğınlığı 

baş  verir.  Nəticədə  daşnaklar,  yəni  “Sovet  hakimiyyətinin  müdafiəçiləri”  əliuşaqlı 

müsəlman  qadınlarını  əsir  edirlər...  Burada  bizim  müdafiəçilərimiz  daşnaklar  tərəfindən 

qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir. 

Bu haqda susmaq daha yaxşıdır. 

Lakin Alyoşa Çaparidzenin çox nəcib ürəyi bu haqda susmamışdı. 

 Çaparidze  ilə  mənim  aramda  nə  kimi  söhbət  olmuşdur,  mən  bunların  hamısının 

üzərindən keçirəm. 

Lakin  belə  bir  dəhşətli  hadisədən  sonra,  onun  qəzalar  üzrə  həyata  keçirilməsini 

davam etdirmək nəyə lazım idi. 

Bax, bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir. 

Bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək 

barəsində danışmağa məcbur edirdi. 

Bununla belə, lap əvvəldən bu günə kimi, BEKA elə bil qəsdən, Mikoyan, Sərkis 

və Mirzoyan tərəfindən tutulur. 

Axırıncı, yəni Mirzoyan, artıq daha cəsarətlə fəaliyyət göstərir. 

Mən təkrar edirəm – bu eynilə göstərildiyi kimi, müəyyən edilmiş plandır. 

Lakin çoxları bunu başa düşmürlər. Bunu hazırda AKP MK katibi olan yol. Kirov 

da başa düşmür, bu adama Mirzoyanla əlbir fəaliyyət göstərmək təlqin edilmişdi. 

Hətta əgər Kirova təlqin edilməsəydi də, o bu kompaniyanın təsiri altına düşərdi, 

çünki bu kompaniyanın fəaliyyəti onun daxili aləmini məmnun edir. 

Bu  kompaniyanın  fəaliyyəti  isə  məhz  Azərbaycanın  simasızlaşdırılmasına 

yönəlmişdir.  Bir  tərəfdən  kommunizm  bayrağı  altında  daşnaklar  öz  işlərini  görür,  digər 

tərəfdən keçmiş eserlər tədriclə və inadla Sovet hakimiyyətini içəridən dağıdırlar. 

Əgər bir vaxt Hüseynov, Qarayev, Ruhulla Axundov və bu cəhdləri şüurlu surətdə 

müdafiə edən başqaları Azərbaycanın fəhlə və kəndliləri qarşısında cavab verməli olsalar, 

məhz  bu  nöqteyi-nəzərdən  cavab  verməlidirlər.  Onlar  isə  müdafiə  etmiş  və  indi  də 

müdafiə  edirlər,  çünki  öz  keçmişlərindən  qorxurlar.  Məgər  bunun  hamısını  yoxlamaq 

çətindir. 

Mən  isə  yenə  də  öz  əsas  məqsədimi  irəli  sürürdüm:  Azərbaycanda  Şərq  üçün 

nümunəvi  Sovet  Respublikası  yaratmaq  və  bununla  da  Şərqin  məzlum  xalqlarını  tez  bir 

zamanda öz tərəfimizə cəlb etmək, azadlıq hərəkatını alovlandırmaq və bu yolla Avropa 



26 

 

kapitalizmini  öz  iqtisadi  bazasından  məhrum  etmək,  Avropa  fəhlələrinin  həyatındakı 



böhranı  dərinləşdirmək,  tezləşdirmək  və  beləliklə  də  Avropada  arzu  etdiyimiz  inqilabı 

sürətləndirmək. 

Öz qarşıma qoyub həll etmək istədiyim başlıca vəzifə bundan ibarətdir. 

İranda Mikoyanla Sultanzadənin birgə  kommunist inqilabı olmasaydı;  əgər məni, 

ancaq özlərinin bugünkü vəziyyətini düşünən xəbis qəlbli adamlar əhatə etməsəydi, əgər 

Mərkəz mənə etibar etsəydi bu çox asan olardı. Mərkəz ancaq Serqo Orconikidzeyə etibar 

edir. 

Serqo isə o xəbis qəlbli adamlara daha çox etibar edirdi, onlar da öz vəziyyətlərini 



qorumaq və möhkəmləndirmək üçün onun qarşısında nökərlik edir və Azərbaycanda milli 

təmayül haqqında çığırırdılar. Bu isə yol. Serqonun çox xoşuna gəlirdi. 

Mərkəz  baş  aça  bilmirdi  ki,  nə  üçün  mən,  20  il  bundan  əvvəl  öz  romanımda 

beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman  ən çətin halda  müsəlmanlar arasında hər 

cür dini inkar etdiyim halda, indi mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya 

müsavatçı isə beynəlmiləlçi olmalıdır. 

Burada məsələni belə qoymaq lazımdır: 

Ya həqiqətən Mərkəz bu məsələdən baş aça bilmir, ya da o, ucqar respublikaların 

daxili  işlərinə  qarışmaq  məqsədilə  qəsdən  bu  “beynəlmiləlçiləri”  irəli  çəkir,  müdafiə 

edir... 


Onsuz  da  bir  qədər  sonra  Mərkəz  bu  suallara  cavab  verməli  olacaqdır,  belə  ki, 

bütün  bu  müddət  ərzində  ucqar  respublikaların  həyatından  olan  zəngin  materialı  inkar 

etmək çətindir. 

Biz  partiyamızın  intizamı  ilə  qüvvətliyik,  lakin  intizamı  Şərqdə  az-çox  məşhur 

olan  partiya  üzvlərinin  şəxsiyyətsizləşdirilməsinə  yönəltmək  bizim  Şərq  siyasətimizin 

məhv olması deməkdir. 

Əgər  birinci  məsələ,  yəni  Mərkəzin  öz  üzvlərinin  yararlı  olub-olmamasını  ayırd 

edə bilməməsi, bu anlaşılmazlıqların səbəbidirsə, bunun eybi yoxdur, lakin əksər çoxluğu 

müsəlman kommunistlər olan ucqar respublikaların nə vaxtsa Sovet Rusiyası üçün zərərli 

ola biləcəyi fikrini birdəfəlik başdan atmaq lazımdır. 

Müsəlman  zəhmətkeş  kütlələri  rus  çarlarının  siyasətindən  cana  gəlmişlər,  indi 

onlar  çarizmin,  demokratizmin  və  Sovet  hakimiyyətinin  nə  demək  olduğunu  çox  gözəl 

başa düşürlər. Zəhmətkeşlərin özlərinin hakimiyyəti. 

Bu fikri qəti surətdə başdan atmaq lazımdır və kim istəyirsə, rahat yata bilər, həm 

də  əmin  olsun  ki,  keçmiş  və  indiki  Rusiyanın  ərazisində  yaşayan  müsəlmanların 

zəhmətkeş kütləsi Sovet hakimiyyəti tərəfdarıdır. 

Lakin onlarda milli təmayül vardırmı. 

Yol.  Stalinə  məruzələrimdən  birində  mən  deyirəm:  əgər  sabah  Avropada  proletar 

inqilabı  alovlansa  və  hər  yerdə  hakimiyyət  fəhlələrin  əlinə  keçsə,  bununla  belə,  biz 

sənayemizi bərpa etmək üçün havayı olaraq hər şey əldə edəcəyimizə ümid ola bilmərik, 

yəni hələ uzun müddət belə bir vəziyyət olmayacaq ki, bu zaman biz deyə bilək: 

“Bizimki – Sizinkidir, Sizinki isə - Bizimki”. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə