Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə15/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   11   12   13   14   15   16   17   18   ...   185

49

daşları  arasında  “Nikitiç”,  “Yuhanson”,  “Loşad”,  yaxud 

“Vinter”  kimi  tanınır.  İyirmi  rubl  alan  mənbə  onu  da  dedi 

ki, Kamo bu cür əməllərinə görə, Metex qalasında yatırmış, 

soyadını  dəyişməklə  qaçmağa  nail  olub,  indi  polis  hər 

tərəfdə  onu  axtarır.  Krasinsə  Rusiya  Sosial-Demokrat  Fəhlə 

Partiyasının  son  qurultayında  Lenindən  sonra  ikinci  adam 

seçilib,  texniki-döyüş  qrupuna  başçılıq  eləyir,  təşkilatın  si-

lah və pulla təmin olunması məsələləri ona tapşırılıb.

Abram arvadının necə böyük və təhlükəli oyuna girdiyi-

ni dərk elədi. Onu da başa düşdü ki, Basya, əslində, Berta-

nın gizli təşkilatdakı ləqəbidi, Tiflisdə yaşamağı, hətta, abır-

lı görünmək üçün ailə qurmağı ona həmin təşkilat tapşırıb. 

Basya  Krasinin  Tiflisdəki  əməllərinin  ortağıydı,  günlərin 

birində  hələ  xəbər  tutmadığı  işləri  üzündən  həbs  oluna 

bilərdi. İndi taleyinə belə bir qadın çıxdığına görə vaysınır, 

çəlpəşik fikirlər içində çapalayırdı. Ondan ayrılmaq, ən azı, 

günlərin birində malını-mülkünü satıb ortadan qeyb olmaq 

çətin məsələ deyildi, amma Basya qarnında onun körpəsini 

gəzdirirdi, hələ ki, o günahsız məxluqun xətrinə dözməkdən 

başqa əlac görmürdü.

Aralarındakı  uçurum  gündən-günə  dərinləşirdi,  artıq, 

demək olar, danışmırdılar. Abram kontorda ləngiməyə adət 

eləmişdi,  çalışırdı  ki,  evə  gec  qayıtsın,  qulluqçunun  hazır 

qoyduğu yeməkdən iştahasız-iştahasız bir-iki tikə yeyib, elə 

qonaq  otağındakı  divandaca  yuxuya  getsin.  Bəzən  arvadını 

heç  evdə  də  tapmırdı.  Basya  gecədən  xeyli  keçmiş  qayıdır, 

mətbəxdə yeməyini yeyir, dinməzcə yataq otağına girib işığı 

söndürürdü.  Təsadüfən  üz-üzə  gələndə  Abram  onun  get-

gedə  böyüyən  qarnını  necə  laqeydcəsinə  gəzdirdiyini  sezib 

dəhşətə  gəlirdi.  Arvadının  sifətində  xoşbəxt  əzab  yox,  so-

yuq bezginlik vardı, elə bil, övladının doğulacağı onu zərrə 

qədər də maraqlandırmırdı.

 Avqustun axırlarında Basya elə həmin laqeyd görkəmlə 

Sürixə  getməli  olduğunu  dedi.  Onun  təəccübünə  rəğmən 

Abram zərrə qədər də qəzəblənmədi.




50

 “Nikitiçin tapşırığıdı?” – Yalnız istehzayla soruşdu.

  “Bunun  əhəmiyyəti  yoxdu,  –  Basya  etinasız  tərzdə  ca-

vab verdi. – Getməliyəm, vəssalam”.

  “Əhəmiyyəti  budur  ki,  tək  getmirsən?”  –  Abram 

nəzərlərini onun qarnına zillədi.

  “Ondan  da  vacib  məsələlər  var”,  –  Basya  arxasını  çevi-

rib yataq otağına getdi.

 Abram başa düşdü ki, heç bir qüvvə bu bolşevik ideya-

sıyla zəhərlənmiş məxluqu yolundan saxlaya bilməz. Arva-

dının gizli işləri barədə polisə məlumat vermək də ağılsızlıq 

olardı: övladının həbsxanada doğulmasını istəmirdi.

  Təbii  ki,  Basyanı  ötürmək  üçün  vağzala  getmədi, 

təşkilatdakı “dostları”nın onu nəzarətdə saxladıqlarını gözəl 

bilirdi. Onsuz da mənasını itirmiş həyatında daha dözülməz 

boşluq yarandı. Basyanın körpəni tələf eləyəcəyindən, ya da 

vədəsi  çatanacan  geri  qayıda  bilməyəcəyindən,  daha  pisi, 

bir  daha  qayıtmayacağından,  onu  Krasinə  dəyişəcəyindən 

qorxurdu. Ötəri gördüyü, şıx geyinmiş, ilk baxışdan fəlsəfə 

professoruna, yaxud bank məmuruna oxşayan adamla arva-

dının  arasında  intim  bağlılıq  olub-olmadığı  barədə  düşü-

nürdü. Axırda  bu  qənaətə  gəlmişdi  ki,  onların  yaxınlığı  in-

tim  bağlılıqdan  daha  qorxunc  şeydi,  təkcə  Abramın  və 

gələcək  körpəsinin  yox,  milyonlarla  insanın  taleyini 

dəyişdirməyə yönəlib.

***


Oktyabrın  ortalarında  tanımadığı  bir  nəfər  kontora 

məktub  gətirib  yoxa  çıxmışdı.  Onda  Abram  harasa  getmiş-

di,  amma  gizlin  gəlib-getməsindən  kuryerin  gizli  təşkilatla 

bağlı olduğunu başa düşdü. Basya tanış xəttilə yazmışdı ki, 

Sürixdən yola çıxıram, məni Kiyevdə qarşıla, ümidvaram ki, 

Kiyevə  çatanacan  bizə  bir  şey  olmaz.  “Bizə”  sözünün  altın-

dan  qalın  xətt  çəkmişdi,  Abram  dərhal  onun  nəyə  işarə 

elədiyini  başa  düşdü:  deməli,  körpəsi  dünyaya  gəlmək 




51

ərəfəsindəydi.  Bircə  kəlmə  ona  bəs  elədi,  o  qədər  həyə-

canlandı ki, arvadının əməlləri dərhal yadından çıxdı. 

 Həmin axşam da yola düşdü.

  Təbii  ki,  oktyabrın  axırlarında  Kiyevə  çatanda  arvadını 

göstərilən ünvanda tapmadı, görünür, gizli fəaliyyət qayda-

larını  kifayət  qədər  yaxşı  mənimsəmişdi.  Onu  başqa  yerə, 

şəhərin ucqar məhəllələrindən birinə apardılar, alçaqtavanlı 

otaqda  solğun  bənizli,  laqeyd  görkəmli  arvadının  yanında 

bir  gün  əvvəl  doğulmuş  oğlunu  gördü.  Həmin  məqamda 

Basyayla  arasındakı  uçurum  yoxa  çıxmışdı,  gözləri  hələ 

açılmamış,  tez-tez  ağlayan  balaca  məxluq  öz  varlığıyla  o 

uçurumu  doldurmuşdu.  Abram  arvadının  solğun  alnından 

öpdü, sonra ev sahibəsinin uzatdığı körpəni qucağına götü-

rüb dilləndi:

  “Bu  dünyaya  xoş  gəldin,  oğlum.  Gələcəyin  işıqlı  olsun, 

Lev!”

 Bir həftə sonra körpəni sinaqoqda qeydə aldırıb sünnət 



etdirdi,  üç  həftə  də  arvadının  gücünü  bərpa  eləməsini 

gözlədi.  Basyanın  uşağı  əmizdirmək  üçün  nə  qədər 

məşəqqət çəkdiyini, bundan heç ləzzət almadığını görürdü. 

Bu  da  cəmi  bir  həftə  çəkdi,  sonra  Basyanın  südü  kəsildi, 

süni qidalandırmaya keçdilər. 

  ...Tiflisdə  körpənin  doğuluşuyla  yaranan  ailə  duyğusu 

uzun  sürmədi.  Basya  özünə  gələn  kimi,  əvvəlki  həyatına 

qayıtdı:  körpəni  qulluqçuya  tapşırıb  harasa  gedir,  yenə  də 

gecədən  xeyli  keçmiş,  yorğun-arğın  qayıdırdı.  Ölkədə  baş 

verən  çaxnaşmaların,  siyasi  qətllərin,  bank  soyğunlarının, 

varlıların  özlərinin,  ya  da  ailə  üzvlərinin  qaçırılmasının  adi 

hadisəyə  çevrildiyi  bir  vaxtda  Basyanın  yenidən  gizli 

fəaliyyətə  qoşulması  Abramı  daim  qorxudurdu.  Oğlunun 

körpə vaxtında arvadının həbs olunacağıyla bağlı narahatlıq 

onu tərk eləmirdi. Tiflisdən köçmək barədə axır vaxtlar tez-

tez  fikirləşməsi  də  bununla  bağlıydı.  Fikrincə,  ən  münasib 

yer  Bakıydı,  dünyanın,  az  qala,  bütün  neft  maqnatları  bu 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə