Nəriman
ƏBDÜLRƏHMANLI
QURBAN
R O M A N - X R O N İ K A
(YÜZİLİN “ƏLİ və NİNO” ƏFSANƏSİ)
Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino”
əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh.
Redaktor: Tapdıq Yolçu
Korrektor: Ceyran Abbasova
Təkcə adamlar repressiyaya uğramırlar...
Repressiya qurbanı olan kitablar da var...
Qurban Səid imzasıyla çap olunmuş, dünya bestsellerinə çev-
rilmiş “Əli və Nino” romanı neçə illərdir ki, bitib-tükənməyən
mübahisələrin mövzusudur.
Əsəri kim qələmə alıb? Lev Nussimbaum, Muhamməd Əsəd bəy,
Elfrida fon Ehrenfels, yoxsa Yusif Vəzir Çəmənzəminli?
Yusif Vəzir Çəmənzəminlinin zəngin və faciəli həyatı, Lev Nus-
simbaum və Muhamməd Əsədin (Muhamməd Əsəd bəyin deyil)
ömür yolu, “Əli və Nino” romanının macəralarla dolu taleyi haqqın-
da bu roman-xronika həmin sirri ortaya çıxarmaq yolunda daha bir
maraqlı cəhddir.
Nəriman
ƏBDÜLRƏHMANLI
QURBAN
R O M A N - X R O N İ K A
(YÜZİLİN “ƏLİ və NİNO” ƏFSANƏSİ)
ISBN 978-9952-26-
© N.Əbdülrəhmanlı, 2014
© Ãàíóí Íÿøðèééàòû, 2014
Áàêû, ÀÇ 1102, Òáèëèñè ïðîñ., 76
Òåë: (+994 12) 431-16-62; 431-38-18
Ìîáèë: (+994 55) 212 42 37
å-ìàèë: èíôî@ãàíóí.àç
www.ãàíóí.àç
3
Bütün günahsız qurbanların xatirəsinə
Əsərin yazılmasında Yusif Vəzir Çəmənzəminlinin,
Lev Nussimbaum-Əsəd bəyin, Muhamməd Əsədin həyat
və yaradıcılığından, xanım Betti Bleyerin
tədqiqatlarından, eləcə də “Əli və Nino”romanının
taleyinə həsr olunmuş digər araşdırmalardan, həm də
arxiv materiallarından istifadə edilib.
5
ÖN SÖZ YERİNƏ
QƏFİL RAHATLIQ
Yusif Vəzir
Paris, Berlin, Vyana
Mart 1926-cı il
...Bu gedişdə səhvin payı nə qədər idi?
Vətəndə olmaq onu gözləyən təhlükələri, üzləşəcəyi
mənəvi sıxıntıları, çəkəcəyi əzabları unutdura biləcəkdirmi?
Məsləhətləşdiyi yeganə adam – Ceyhun bəy bu barədə
susmuş, hər şeyi öz öhdəsinə buraxmışdı, amma qırımından
bəlliydi ki, doğma adamının gedişilə bağlı əndişələri var,
Vətəndəki hökm-fərmalara hələ də inana bilmir. Bununla
belə, qürbətdə keçirdiyi dörd il yarımın əzabları onu irəli
itələyir, düşünüb-daşınmağa qoymurdu.
Üç gün əvvəl Berlində görüşdüyü adamın – İbad Əliye vin
görkəmini xatırladı. Sovet ticarət nümayəndəliyində çalışan,
tələbələrlə işə məsul olan həmin adamı da Ceyhun bəyin
məsləhətilə tapmışdı; daha doğrusu, qohumu Teymur bəy
Aslanov ötən yay təhsilini başa vurub Vətənə qayıtdığına,
başqa güman yeri olmadığına görə, Mir Abdullayla yaxşı
6
münasibətdə olmuş İbad, yəqin ki, kömək əlini əsirgə-
məyəcəkdi. Nümayəndəliyin binasını tapanda içəri girməmiş,
heç İbadla orda görüşməyə də can atmamışdı, əl boyda kağız
göndərmişdi: “İbad yoldaş, Sizi iş saatından sonra elə bu küçənin
tinindəki meyxanada gözləyirəm. Gəlməsəniz də, sağ olun!”
Amma İbad gəldi, sifətində əndişə, gözlərində qorxu, do-
daqlarında hörmətkaranə ifadə vardı; nəzakətlə görüşdü,
hal-əhval tutdu:
“Sizinlə görüşmək məndən ötrü şərəfdi, – dedi, – isminizi
çoxdan eşitmişdim, kitablarınızın bir neçəsini oxumuşdum,
İstanbulda bizə göstərdiyiniz qayğını da unutmamışam. Şü-
kür, bir də rastlaşdıq. Mir Abdullaya görə çox kədərləndim,
yeri behişt olsun”.
İndi xatırladı: düz yeddi il əvvəl İstanbulda qarşıladığı
cavanların arasında İbad da vardı. Deməli, iradəli oğlandı,
təhsilini başa vurub, üstəlik, yeni quruluşda özünə yer tuta
bilib.
Müsahibi ədəb xətrinə özünü rahat saxlamağa çalışır,
nəzərlərisə meyxananın masalarını dolaşır, bir tanış olub-ol-
madığını yəqinləşdirmək istəyirdi. Onun bu halı da gözlə-
rindən yayınmamışdı, buna görə də dərinə getmək istə-
məmişdi:
“Sizi çox məşğul eləməyəcəyəm. Vətənə çatmaq üçün
maddi yardımınıza ehtiyacım var. Bir neçə ay ərzində
istədiyiniz ünvana göndərər, ya da oradakı etibarlı adamınıza
çatdıraram. Lazımdısa, borc iltizamı imzalamağa da hazı-
ram”.
“Nə iltizam, canım, – İbad qəti etiraz eləmişdi. – Milyon-
lardan söhbət getmir ki. Çox təəssüf, maddi vəziyyətim elədi
ki, ancaq əlli dollar yardım eləyə bilərəm. Ümidvaram ki, bu
məbləğə ən azı Moskvaya çatarsınız, orda da Sizi darda qoy-
mazlar”.
Bir istəmişdi, Vyanada əlinə pul gələcəyi, borcunu elə or-
dan da qaytara biləcəyi ehtimalını açıb desin, amma dilinin
ucundakı sözləri vaxtında geri qaytarmışdı. Qonağını gözlə-
7
yəndə sifariş verdiyi qəhvələrini artıq içib qurtarmışdılar.
İbad qəlyanaltı gətirtmək istəsə də qoymamışdı, bu görüşün
uzanmasını istəmirdi.
“Nə vaxt imkanınız olsa, bacıma çatdırarsınız, – İbad pulu
ehtiyatla çıxarıb əlinin altında ona tərəf sürüşdürə-sürüşdürə
bacısının ünvanını demişdi, – olmasa, canınız sağ olsun.
Bəlkə, elə Bakıda rastlaşdıq”.
Bundan sonra İbadın əlini bərk-bərk sıxıb, dönə-dönə
təşəkkür eləyib yola salmışdı. Birgə olduqları hər dəqiqə iki-
sini də həyəcanlandırırdı, keçmiş Rusiya imperiyasından
gələn mühacirlərinin qaynaşdığı şəhərdə Fövqəladə Komissi-
ya agentlərinə rast gəlmək ehtimalı kifayət qədər çox idi.
İbad gedəndən sonra Parisdəki nümayəndəlikdən aldığı
puldan olub-qalana yüngülvarı nahar eləyib vağzala tələs-
mişdi: Berlin-Vyana qatarına bilet almaq lazım idi. Hilal bəy
Münşizadəylə görüşmək təhlükəli olardı, Fövqəladə Komis-
siya onun kimi fəal adamı nəzarətsiz qoymazdı; Əhməd
Cəfəroğlunun Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü
kimi, Berlin və Breslau universitetlətində tədqiqat aparmağa
gəldiyini Ceyhun bəydən eşitmişdi, amma indiki vəziyyə-
tində onu axtarmaq da ağlasığmaz ehtiyatsızlıq olardı...
***
...İkinci dərəcəli vaqonun ikinəfərlik kupesindəki yol
yoldaşı bir az əvvəl ara stansiyaların birində düşüb getmiş-
di. Yolboyu danışdığına görə, sərhədə yaxın bir yerdə
malikanəsi vardı, yolunu dörd uşağı, bir də arvadı
gözləyirdi. Təsəvvüründə malikanəyə tələsən atanı, intizar
içində onu gözləyən ailəni canlandırıb duyğulandı: hər hal-
da, belə bir sakit və rahat həyatının olmasını çox istəyərdi;
gecələr də çıraq, ya da şam işığında duyğularını, yaşantıla-
rını kağıza köçürərdi.
Bayırda qarlı çölləri tutqun meşələr əvəz eləyirdi. Vya-
naya yaxınlaşdıqca tez-tez rast gələn kiçik stansiyalar bir-
Dostları ilə paylaş: |