Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə5/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   2   3   4   5   6   7   8   9   ...   185

17

dikəlmişdi. Peter Taldan aldığı dörd yüz markanın yarıdan 

çoxunu xəstə tələbəyə vermişdi, hər halda, dava-dərmanına 

xərcləyər,  bir  ay  gününü  yola  verərdi.  Onun  bir  qədər 

dirçəlməsi,  qalxıb  yatağında  oturması  da  əhvalını  xeyli  du-

rultmuş,  elə  bu  gün  yola  çıxmaq  fikrini  daha  da 

qətiləşdirmişdi.  Çamadanı  da  əməlli-başlı  yüngülləşmişdi, 

elə bil, o iki əlyazmanın ağırlığı təsəvvür elədiyindən daha 

böyükmüş...

  Hər  şey  yoluyla  getsə,  on  günə-iki  həftəyə  Bakıda  ola-

caqdı.  Axırıncı  dəfə  altı  il  əvvəl,  onda  da  bircə  ay  qaldığı 

şəhər,  şübhəsiz,  indi  başqa  havayla  yaşayırdı.  “Hər  şey 

dəyişir,  hər  şey  başqalaşır,  –  fikrindən  keçirdi.  –  Mən  də 

dəyişdim, daha doğrusu, dəyişmək məcburiyyətində qoydular”.

  “Bu  gediş  daha  bir  səhvim  deyil  ki?”  Bu  sual  tez-tez 

yaddaşına  soxulur,  beynini  cırmaqlayırdı.  Amma  artıq  çıx-

dığı  yoldan  qayıtmağa  gücü  yox  idi,  o  yad  məmləkətdə 

Ceyhun  bəydən  və  bir  neçə  nəfərdən  başqa  üz  çevirəsi 

adam  qalmamışdı.  Hər  halda,  Vətən  -  vətəndi,  başını  aşağı 

salıb  işləyəcək,  ev-eşik  quracaq,  siyasətə  qarışmayacaq,  ya-

zı-pozusuyla məşğul olacaqdı.

 Bayırda yaz başının şaxtasız, amma tutqun havası vardı. 

Qatar  tərpənəndə  yağış  çisələdi.  Damcıların  vaqonun 

pəncərəsində  saldığı  çəpəki  izlərə  baxa-baxa  qüssəylə 

gülümsədi:  “Nə  qədər  yolunu  düz  getmək  istəyirsən,  kənar 

qüvvələr imkan vermir...”



18

I FƏSİL

CÜMHURİYYƏT ELÇİSİ



 Yusif Vəzir

 Odessa, İstanbul, Bakı, Batum, İstanbul

 Yanvar-oktyabr 1919-cu il

 ... Bəlkə tələsdi?

 Bəlkə səhv elədi?

 Ola bilər...

  Amma  səkkiz  ay  məhrumiyyətlər,  qeyri-müəyyənliklər 

içində çapalayan adam başqa addım ata bilərdimi?

 Başa düşürdü, Osmanlı dövlətinin can çəkişdiyi, böyük 

dövlətlərin də Osmanlını və dünyanı təzədən bölüşdürməklə 

məşğul  olduqları  bir  vaxtda  kimsə  şimaldan  sel  kimi  gələn 

qırmızı istilaya qarşı duruş gətirmək iqtidarında deyildi. Bu-

nunla belə, uğrunda on bir ay çarpışdıqları milli haki miyyəti 

əqidədaşlarının bu cür asanlıqla yəhudi-bolşevik sui-qəsdinə 

qurban verə biləcəklərini ağlına gətir mirdi. Dedik lərinə görə, 

qan  tökmək  istəməyiblər,  bolşeviklərin  məm ləkətin  müstə-

qil liyini qoruyacaqlarına inanıblar.



19

 Bəs axırı nə oldu?

 Yeni hakimiyyətin adı müstəqil idi, hər şey Moskvadan 

idarə olunurdu, Nərimanov və beş-üç tərəfdarının cəhdləri, 

əlbəttə ki, bir fayda verməyəcəkdi...

 Artıq ölkədə qırmızı terror başlamışdı, milli hökumətin 

üzvlərini  və  tərəfdarlarını  sorğu-sualsız  güllələyir,  həbsxa-

nalara doldururdular. Son nəfəsinəcən bolşeviklərə təslim ol-

mayan Gəncədə müqavimət qan gölündə boğulmuşdu. Bəzi 

əqidə yoldaşları qırmızılarla dil tapmış, bir parası mühacirətə 

getmişdi...

 Belə bir vaxtda hələ də özünü Milli Hökumətin elçisi say-

maq xülyadan başqa bir şey deyildi...

 İndi durub-oturub özünü siyasətə qoşulduğuna görə dan-

layırdı... 

 ...1915-ci ildə almanların hücumundan çəkinən hökumət 

Kiyev Müqəddəs Vladimir universitetini müvəqqəti Saratova 

köçürmüşdü,  hüquq  fakültəsinin  tələbəsi  Yusif  Vəzirov  da 

təhsilini  orda  başa  vurub  Saratov  məhkəmə  palatasında 

hakimliyə  namizəd  oldu. Amma  vəzifəsi  maaşsız  idi,  buna 

görə də iş axtarmaq məqsədilə Kiyevə qayıtdı, amma burda 

da  üzünə  bir  qapı  açılmadı:  cəbhədə  uğursuzluqlar  davam 

eləyir, imperiya get-gedə çökürdü. 

  Üstəlik,  Novoçerkasskda  təhsilini  yarımçıq  qoyan  Mir 

Həsən gəlib Kiyevə çıxmış, Ticarət İnstitutuna qəbul olunsa 

da,  oxumağa  amanı  qalmamışdı.  Yusif  Vəzirsə  həm  özünü 

dolandırmaq, həm də pulsuz və xəstə Mir Həsənə əl tutmaq 

iqtidarında deyildi. Ancaq gücü ona çatdı ki, taleyinə qəzəbli 

olan dostunu qatara mindirib Bakıya yola salsın. 

 Sonra tez-tez fikirləşirdi ki, əgər Mir Həsən onda Bakıya 

getməsəydi,  yəqin,  həyatı  başqa  cür  olardı.  Amma  taledən 

qaçmağın mümkünsüzlüyünü də bilirdi... 

 Özüsə həmyerlilər təşkilatına girib cəbhəyə getdi, fevral 

inqilabını  Qalitsiyada  qarşıladı,  Ukraynada  milli  hərəkat 

genişlənəndəsə təzədən Kiyevə qayıtdı: hadisələr artıq başqa 

məcraya yönəlirdi.




20

  Aldığı  xəbərə  görə,  Əbdürrəhim  bəy  və  Hüseyn  bəy 

Tiflisdəydilər,  sonra  Əbdürrəhim  bəy  Həştərxana  getdiyini 

eşitdi,  Hüseyn  bəysə  Tiflisdə  qalıb  pyeslər  yazır,  həm  də 

gürcü  dramaturqlarının  əsərlərini  Azərbaycan  türkcəsinə 

çevirirdi. 

  Haşım  bəyin  ölüm  xəbərini  də  elə  o  vaxt  aldı.  Mir  Ab-

dulla Aşqabaddan  əvvəlki  ünvanına  məktub  yazmış,  “Açıq 

söz”  qəzetinin  1916-cı  il  fevralın  7-də  çap  olunmuş 

nömrəsindən  Məmməd  Əmin  Rəsulzadənin  “Haşım  bəy 

Vəzirov” adlı yazısını kəsib qoymuşdu: “İştə, ruhlu, məsləkli, 

qəlbləri  atəşin  bir  amalpərvərliklə  dolu  olan  cavanlar,  iştə,  sizə 

dəyərli bir nümunə!.. – Məmməd Əmin bəy yazırdı. – Məqsəd 

uğrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum 

qədər fədakar olunuz!..»

  Haşım  bəyin  atası  Mir  İmanla  babası  Mir  Abdulla  qar-

daş idilər. Mir İman məktəb açıb uşaqları mədrəsəyə hazır-

layırmış, Haşım bəy də ilk təhsilini o məktəbdə almışdı. On 

iki  yaşında  atasını  itirəndən  sonra  Molla  Əli  və  Molla 

Həmidin  mədrəsəsinə  getmiş  ərəb-fars  dillərini  öyrənmiş, 

şəhər məktəbini, sonra İrəvan Müəllimlər Seminariyasını bi-

tirirmiş, tələbə vaxtı pyeslər yazmış, bir müddət Böyük Vedi 

kəndində  müəllimlik  olmuşdu,  sonra  Şuşada  “müsəlman-

rus” məktəbi yaradılanda onu həmin məktəbə müdir dəvət 

eləmişdilər.  Haşım  bəy  həm  də  şəhər  bələdiyyə  idarəsinə 

vəkil seçilmiş, realnı məktəbin hazırlıq sinfində ana dilindən 

dərs demişdi. Mirzə Həsən bəyin qızı – Əhməd bəy Ağaye-

vin  bacısı  Sayalı  xanımla  evlənmişdi,  amma  Allah  onları 

oğul  sarıdan  sevindirməmişdi,  hamısı  yetkinlik  yaşına  çat-

mamış tələf olmuşdular...

  Haşım  bəyin  vəfatı  ondan  ötrü  əməlli-başlı  sarsıntıydı: 

həmişə  qolundan  tutmuş,  məsləhət  vermiş,  əlindən  gələn 

yardımı eləmişdi. İndi onun dəfninə getməyə, son borcunu 

verməyə belə imkanı yox idi. Fikirləşdi ki, Məmməd Əmin 

bəy belə vaxtda ailəni darda qoymaz, həm də Mirhəsən indi 

Bakıdadı, yəqin, köməyini əsirgəməz...




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə