Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə178/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   174   175   176   177   178   179   180   181   ...   185

572

***


 ...Kamera soyuqdu, taxtabitilər də bir yandan aman ver-

mir, qaşınmaqdan canı yara olub. Yəqin, evdə soyuq olmaz, 

Bulqu,  cox  güman,  divar  sobasını  yandırıb,  uşaqların 

üşüməsinə  imkan  verməz.  Görəsən,  güzəranları  necədi? 

Gərək  tələb  eləyə  ki,  əmanət  kitabçasını  ailəsinə  versinlər, 

orda  alın  tərilə  qazandığı  dörd  min  manat  pulu  var,  bir 

müddət xərclik eləyərlər, ona qədər də hər şey aydınlaşar.

 Amma yox, istintaqın əsas hissəsi bundan sonra başlayır, 

müstəntiq “əksinqilabi-millətçi fəaliyyəti”ni sübut eləməyə çalı-

şır, üstəlik, əleyhinə ifadə verənlər də məlum olur: Ruhulla 

Axundov, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Hacıbaba Nə-

zərli,  Nurməmməd  Şahsuvarov.  Dördü  artıq  bu  dünyada 

yoxdu, haqsızlığa qurban gedib; əgər ifadə veribsə, deməli, 

Nur məm məd də həbs olunub.

 “Nurməmməd Şahsuvarov ifadəsində göstərir ki, Çəmən-

zəminli  əksinqilabçı-millətçi  təşkilatın  (partiyalar  blokunun) 

rəhbər  heyətində  təmsil  olunub.  O  eyni  zamanda,  həmin 

heyətə daxil olan daha on ziyalının da adını çəkib. Bu barədə 

nə deyə bilərsiniz?”

 “Bu ağ yalandı. Mən heç bir bloka qoşulmamışam, heç bir 

rəhbər heyətdə də olmamışam”, – məhbus təmkinlə dillənir.

 “Hacıbaba Nəzərli ifadəsində göstərir ki, Həbib Cəbiyev, 

Ruhulla  Axundov  və  Əliheydər  Qarayev  burjua-millətçi 

Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü 

təsiri altında idilər”, – müstəntiq onsuz da cavabını bildiyi su-

alı verir.

 “Bizim həmin şəxslərə heç bir təsirimiz olmayıb”, – Yusif 

Vəzir ittihamı qətiyyətlə rədd eləyir.

 Müstəntiq Bəkir Çobanzadə, Əhməd Pepinov, Şamo Nax-

çıvanski,  Əliağa  Şıxlınski,  Cavad  Axundov,  Atababa  Mu-

saxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar 

Məmmədzadə,  Mikayıl  Müşfiq,  Səməd  Vurğun,  Məmməd 

Arif,  Əbülhəsən  Ələkbərzadə,  Zəki  Pepinov  və  Hüseyn 

Rəhmanov barədə soruşur:




573

 “Bu şəxslərin düşmənçilik fəaliyyəti barədə nə deyə bilər-

siniz?”

 Tanıdıqları barədə fikri qətidi: Abdulla Şaiq? Neft institu-



tunda birgə işləyiblər. Pedaqoji işinə çoх bağlı idi. Onun xalq 

düşməni  olduğuna  inanmır.  Səməd  Vurğun?  Onunla 

ədəbiyyat  haqqında  söhbətləri  alınmırdı,  siyasi  fikirləri 

haqqındasa nəsə deməyə çətinlik çəkir. Məmməd Arif? Arif 

ən gözəl tərcüməçilərdən biridi. O nəinki bilikli, həm də vic-

danlı adamdı. Salman Mümtaz? Salman Mümtaz böyüklərin 

yanında  bal,  kiçiklərin  yanında  istiot  idi.  Əbülhəsən? 

Əbülhəsən istedadlı yazıçıdı.

 ...İstintaq martın on doqquzunda başa çatdı...

  Sabah  Novruz  bayramıdı.  Bakıda,  evinə  yaxın  olsa  da, 

bayramı ailəsilə birgə keçirə bilməyəcək...

  Bilqeyis  xanımın  kədərli  görkəmi,  uşaqlarının  məhzun 

sifəti  gözlərinin  qarşısından  getmir.  Onların  nə  günahı  var 

axı?


 ...Bir neçə gün sonra Yusif Vəziri “çernaya vorona”yla Keş-

lədəki həbs düşərgəsinə apardılar. Maşının barmaqlıqlı pən-

cə rəsindən  yazın  şəhərə  necə  gəldiyini  hiss  eləmək  istədi. 

Am ma dumanlanmış nəzərləri yalnız binaların tutqun siluet-

lərinə ilişdi.

 Həbs düşərgəsinin adi rahatlığı olmayan dar kamerasında 

qəlbinə toxtaqlıq gətirən yeganə bir şey vardı: kimsəni satma-

dı,  hətta,  evinə  gəlib-gedən  Nurməmməd  Şahsuvarovun 

barəsində belə nahaq söz demədi. Bundan sonrası taleyin işi-

di, olacağa çarə yoxdu.

 Düşərgədə Zavyalovun adına ərizə yazdı: “Xahiş edirəm, 

mənim əmanət kitabçamı həyat yoldaşıma verəsiniz. Çünki ailəm iki 

aydan  çoxdur  ki,  kənardan  heç  bir  maddi  kömək  almır”.  Hələ 

ittihamnamə tərtib olunmayıb, təsdiq edilməyib, bəlkə yuxa-

rılarda  haqqı-nahaqdan  ayırmağa  çalışacaqlar,  günahsız  ol-

duğu aşkara çıxacaq.

  Amma  aprelin  on  altısında  Yusif  Mir  Baba  oğlu  Vəzirov 

barəsində 169 saylı cinayət işi üzrə ittiham qərarı çıxarıldı: peşəkar 



574

müsavatçı kimi 1927-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksin-

qilabi millətçi-müsavatçı təşkilatına daxil olub; ətrafındakı adamlar 

arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğatı aparıb ona 

görə  də  Azərbaycan  SSR  Cinayət  Məcəlləsinin  72  və  73-cü 

maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır.

 Üç gün sonra ittihamnaməni Xüsusi Müşavirədə baxılmaq 

üçün  SSRI  Xalq  Daxili  İşlər  Komissarlığına  baxılmaq  üçün 

göndərdilər. 

 İntizar dolu, üzücü günlər başladı.

  Bəlkə,  hələ  hər  şey  bitməyib?  Bəlkə,  Xüsusi  müşavirə 

ittihamnaməni qəbul eləməyəcək?

 Amma təxminən iki aydan sonra respublika Xalq Daxili 

İşlər  Komissarlığından  göndərilən  qərarı  oxudular:  Xüsusi 

müşavirənin  on  bir  iyun  qərarına  əsasən  Yusif  Mirbaba  oğlu 

Vəzirov antosovet fəaliyyətinə görə səkkiz il müddətinə islah-əmək 

düşərgəsində həbs cəzasına məhkum olunur.

  Səkkiz  il!  Səkkiz  il  ailəsinə  həsrət  qalacaq!  Amma 

güllələnməkdən  qurtardı,  gərək  buna  da  sevinsin.  Düzdü, 

sonra  bu  ləkəylə  yaşamağa  çalışacaq!  Əgər  sağ  qalsa,  onda 

mənəvi əzablardan, nisgildən, həsrətdən üzülmüş altmış bir 

yaşında qoca olacaq! Heç olmasa, cəza yerinə göndərilməzdən 

əvvəl  ailəsi,  doğmalarıyla  görüşməyə  icazə  verəydilər,  son 

dəfə Bilqeyisdən verdiyi əzablara görə üzr istəyəydi, Orxanı-

nı, Fikrətini, Taisini son dəfə bağrına basaydı!

 

***



 İyulun üçündə Yusif Vəziri bir dəstə adamla Keşlə ötürücü 

həbsxanasından çıxarıb güclü nəzarət altında vağzala apardı-

lar,  “Pulman”  tipli  vaqonlardan  ibarət  qatarın  yanındakı 

əllərində uzun syahılar olan zabitlərə təhvil verdilər, zabitlər 

də adbaad çağırıb, mindirdilər. Dörd günlük yolu yüzdən ar-

tıq adamın yerləşdirildiyi ümumi vaqonda, ağlagəlməz əzab-

əziyyət  içində  keçirib  mənzilə  çatdıqlarını  öyrənəndə  hələ 

hara gəldiyini bilmirdi. Çatdıqları yerin adını dustaqlar ba-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə