Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

37 

 

sərbəst  bazar  iqtisadiyyatı,  bərabərhüquqlu  münasibətlər  və  s.  qurmaq,  yaratmaq 



arzusu

53



 Lakin  Rusiya  öz  təsir  dairəsində  olan  regionda  böyük  qardaş  funksiyasını 

yerinə  yetirmək  iddiasından  imina  etməməkdə,  təzyiq,  hədə  metodundan  istifadə 

etməkdə  israrlı  görünür.  Bu  isə  əlbəttə  ki,  köhnə  tərəfdaş  dövlətlərin  ondan 

uzaqlaşmasına gətirib çıxarır.  

 ABŞ  və  ümumilikdə  Qərb  ölkələrinin  də  dünyanın  müxtəlif  bölgələrində  öz 

maraqlarını reallaşdırmağa cəhd göstərdiyi də sirr deyil.  Lakin onlar bunu,  müəyyən 

istisnalarla,  daha  çox  sivil,  şirnikləndirici  yolla  həyata  keçirməyə  çalışdıqları  halda, 

Rusiya hələ də aqressiv metodlardan əl çəkmir. Bu isə Rusiyanın bir növ, demokratik 

və sivil dünya ictimaiyyətinə əks olan dövlət imicinin formalaşmasına gətirib çıxarır.  

 Təhlillər  göstərir  ki,  Rusiya  postsosialist  dövlətlərini  təzyiq  üsulları  ilə  deyil, 

ancaq şirnikləndirici vasitələrdən istifadə etməklə öz ətrafında saxlaya bilər. Bu, həm 

siyasi,  həm  də  iqtisadi  müstəvilərdə  reallaşdırılmalıdır

54

.   Ümumiyyətlə  ətrafında 



Qərblə  mübarizə aparmaq  gücünə sahib olan bir  ittifaq  yaratmaq  niyyətində olan bir 

dövlətin  xüsusilə  yaxın  qonşuları  və  köhnə  müttəfiqləri  ilə  münasibətlərinə 

həssaslıqla yanaşması zəruridir. Lakin görünən odur ki, bunu Rusiyanın bəzi dairələri 

dərk etməkdə çətinlik çəkirlər.  

Həmin  dairələrin  atdığı  addımlar  imperiyaya  çevrildiyi  XVIII  əsrdən  uzun  bir 

dövr  keçməsinə  baxmayaraq  Rusiyanın  öz  imperiya  iddialarından  bu  gün  də  əl 

çəkmək  niyyətində  olmadığını  nümayiş  etdirir.  Rusiya  ötən  əsrlərdə  həm  xarici 

siyasətdə,  həm  də  öz  təbəəsi  altına  keçmiş  xalqlarla  münasibət  aspektindən  daxili 

                                                

53

  Elxan  Şahinoğlu  “Ukraynanın  separatizm  üzərində  qələbə  çalmaqdan  başqa  alternativi  yoxdur”  



23.01.2015 

54

 Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на Северном Кавказе в 



годы Великой Отечественной войны // Знание. Понимание. Умение.  2005. — № 2. — С. 23-30 


38 

 

siyasətdə  hansı  iş  üslubundan  çıxış  edirdisə  bugünkü  demokratik  adlandırılan  siyasi 



sistemə malik olduğu bir vaxtda da eyni yanaşmalara üstünlük verir

55

.  



 Bu isə birbaşa Rusiyanın artıq oturuşmuş  ənənəvi  imperiya  iddialarından  irəli 

gəlir.  Yəni  Rusiya  artıq  imperiya  xüsusiyyətlərini,  imperiya  baxışlarını,  imperiya 

maraqlarını  mənimsəmiş  və  onlara  alışmış  bir  dövlətdir.  Bir  vaxtlar  «Avropanın 

jandarmı»  rolunda  köhnə  qitədə  baş  verən  mühüm  mütərəqqi  tarixi  prosesləri 

əngəlləməyə  cəhd  göstərən  Rusiya  Sovet  İttifaqı  adı  altında  bu  fəaliyyətini  davam 

etdirmiş,  özü  ilə  bərabər,  bir  sıra  postsosialist  dövlətlərinin  inkişafını  da  70  il 

ləngitmişdi.  Rusiya  bu  gün  də  müəyyən  mənada  ənənəvi  missiyasını  davam 

etdirməkdədir.  Bu  onun  son  dövrlər  artan  aqressiv  siyasi  kursunda  özünü  açıq-aşkar 

büruzə verir.  

Əslində  hər  bir  böyük  dövlət  istər  regional,  istərsə  də  dünya  miqyasında  öz 

maraq və iddialarını təmin etməyə cəhd göstərir və bu, normaldır. Lakin Rusiyanın öz 

iddialarını  müəyyən  güc  və  təzyiq  metodlarına  üstünlük  verməklə  reallaşdırması 

qəbuledilməzdir.  Öz nüfuz dairəsi hesab etdiyi regionda Rusiyanın  müasir dünyanın 

qəbul  etdiyi  metodlardan  deyil,  özünün  ənənəvi  yanaşmalarına  üstünlük  verməsi, 

region  ölkələrinə,  Qərbə  inteqrasiya  xətti  götürən  cəmiyyətlərə,  xalqlara  təzyiqlər 

göstərməsi,  müxtəlif  iqtisadi-  tranzit  və  enerji  layihələrinə  maneçilik  törətməsi,  ən 

əsası isə separatizmi dəstəkləməsi onun imperialist maraqlarının təzahürüdür. 

 

 



 

 

 



                                                

55

  Кримінальний кодекс України | від 05.04.2001 № 2341-III (Сторінка 4 з 13) 




39 

 

II Fəsil. Şovinizm, şovinist millətçiliyin müasir dünyada yeri və nəticəsi  



 

2.1. Şovinizmin ilk təzahürləri və yaranması.  

  Şovinizm (fr. chauvinisme)  —  millətçiliyin  ifrat,  mürtəce  formalarından 

biridir.  Başqa  millət  və  xalqlara  nifrət  və  ədavəti  qızışdırmağa  yönəlmişdir. 

Milliyyətçiliyin,  bir  xalqın  digərindən  ya  da  digərlərindən  üstün  olduğu,  başqa 

xalqları  boyunduruq  altına  alan  və  milli  qarşıdurmaların  həddindən  artıq  mürtəce 

forması  şovinizm  olaraq  adlandırılır.   Şovinzm  siyasəti  "ikinci  dərəcəli"  millət  və 

irqlər  üzərində  hökmranlıq  etməli  bir  millətin  milli  müstəsnalığını  təbliğ  edir.  Ən 

geniş  mənasıyla  şovinizm,  hər  hansı  bir  qrupa  olan  həddindən  artıq,  səbəbə 

söykənmədən  ibarət  olan  bağlılıqdır,  digər  tərəfə  qarşı  olan  nifrət  və  pis  niyyət 

duyğularını  da  bərabərində  gətirər.  Eyni  zamanda  şovinizm  hər  hansı  bir  şeyə  olan 

həddindən artıq, səbəbli və ya səbəbsiz bağlılıqdır. Xüsusilə də başqa millətlərə qarşı 

dözümsüzlük  və  təcavüzkarlıq,  həddindən  artıq  və  fanatik  milliyyətçilik  mənasında 

istifadə  edilən  bir  termindir.  Həddindən  artıq  milliyyətçi  və  vətənpərvər  bir 

düşüncədir.  Bu  milliyyətçi  və  fanatik  bağlılığı  sərgiləyən  kimsəyə  də,  şovinist 

deyilməkdədir

56



 Şovinizm  termininin  ilkin  mənası,  1815-ci  ildən  sonra  yayılan  və  əsgərliklə 

əlaqədar  hər  şeyi  ucaltma  ehtirasına  söykənirdi.  Hal-hazırda  "Şovenizm"  bir  adamın 

aid  olduğu  yerə  ya  da  qrupa,  həddindən  artıq  və  romantik  bağlılığını  ifadə  etmək 

üçün  də  istifadə  edilir.  Amma  əsl  mənasıyla  milliyyətçiliyin  böyük  ölçüdə 

abartılmasına söykənən mürtəce burjua ideologiyası və siyasətidir

57



      Şovinizm  boyun  əydirilən  digər  xalqların  talan  edilməsi  məqsədinə 

yönəlmişdir,  öz  ulusunun  üstün  ulus  olduğunu  irəli  sürərkən  digər  xalqları  aşağı 

səviyyəli görür və təhqir edər. Kobud bir ayrı-seçkilik təməlinə oturan bu ideologiya 

                                                

56

 

Əhməd  Şahidov  “XXI  əsrin  ideal  tələbəsi  ifrat  dini  və  şovinist  ideyalardan  uzaq  olmalıdır” 



12.05.2012 

57

 



 Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə