Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

34 

 

 Uzun  müddət  Türkiyə  üçün  problemlər  yaradan  kürd  separatizmi  hazırki 



dönəmdə  yeni  bir  mərhələni  yaşamaqdadır.  Belə  ki,  Türkiyədə  fəaliyyət  göstərən 

Demokratik Toplum partiyasını  tam şəkildə kürd separatizminin  leqal  forması  hesab 

etmək  olar. PKK-ilə  münasibətlərin  gərgin  dönəmində  açıqdan-açığa  terrorizmi 

dəstəkləyən, hətta sərbəst şəkildə PKK bazalarına gedib gələn DTP liderlərinin böyük 

əksəriyyəti  bir  zamanlar  əllərinə  silah  götürərək  terrorçu  kimi  fəaliyyət  göstəriblər. 

Düzdür  DTP-nin  siyasi  düzəndə  yer  alması  Ankaranın  özünü  Avropaya  Milli 

azlıqlara  hörmətlə  yanaşan  və  dinc  kürd  etnosuna  qarşı  qərəzçilik  etmədiyini 

göstərməsi  ilə  bağlıdır.  Amma  son  reallıqlar  da  onu  göstərdi  ki,  bu  yanaşma  nəticə 

etibarı  ilə  kürd  separatizminin  leqal  formada  Türkiyə  siyasətində  söz  sahibinə 

çevrilməsinə gətirib çıxarır

47



 



1.4.  Separatizm və Rusiya 

            Ukraynada baş verən olaylar, xüsusilə də Krımda Rusiyanın son aktivləşməsi 

və  muxtariyyətin  mərkəzdənqaçma  meyilləri  postsovet  məkanında  separatizm 

problemini  yenidən  gündəmə  gətirib.  Nəzər  yetirsək  görmüş  olarıq  ki,  postsovet 

məkanında  öz  inkişaf  yolunu  sərbəst  müəyyənləşdirmək  istəyən  cəmiyyətlər, 

müstəqil  siyasət  yeritməyə  meyil  edən  dövlətlərin  hər  biri  separatizmdən  əziyyət 

çəkir

48

.  Separatizm  meyillərinin  arxasında  isə  birbaşa  Rusiya  amilinin  durması  heç 



kəsə  sirr  deyil.  Həm  Dağlıq  Qarabağ,  həm  Abxaziya  və  Osetiya,  həm  Dnestryanı, 

həm  də  son  vaxtlar  aktuallaşan  Qaqauziya  və  Krım  problemləri  açıq  şəkildə 

Rusiyanın  SSRİ-nin  şinelindən  çıxmış  dövlətlərə  təzyiq  vasitəsi  olduğunu  ortaya 

qoyur.  


     Qeyd  edək  ki,  ayrı-ayrı  postsovet  ölkələrində  mövcud  olan  sözügedən 

problemlərin  əksəriyyətinin  mövcudluq  tarixi  elə  həmin  dövlətlərin  yaşı  ilə  eynidir. 

                                                

47

  Curtois,  Stéphane.  Démocratie  délibérative  et  sécession”,  Revue  Canadienne  de  science  politique, 



Cilt. 37, No. 4, (Aralık 2004), ss. 811-838. 

48

 



Д. В. Заяц  выделял  54  очага —  вместе  с  Сербией,  Черногорией  и  Восточным  Тимором, 

которые стали независимыми государствами, признанными ООН

 



35 

 

Bu problemlərin həll olunmaması Rusiyanın marağında olmaqla həmin dövlətləri bir 



növ, özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır

49

.  



  Azərbaycanın  üzləşdiyi  Dağlıq  Qarabağ  separatizminə  nəzər  yetirsək  görərik 

ki,  bu  problem  uzun  illərdir  ki,  ölkəmizin  inkişafının  qarşısında  bir  növ  səddə 

çevrilib.  Problemin  mövcud  olduğu  26  ildir  və  hazırda  Azərbaycan  torpaqlarının 

20%-i  işğal  altındadır.  Bu  torpaqlarda  yaşayan  1  milyon  əhali  isə  məcburi  köçkün 

vəziyyətindədir.  Əlbəttə  ki,  onların  bütün  problemləri  dövlətin  üzərində  bir  yükdür. 

Həmçinin  problemin  həllinin  açarının  Rusiyanın  cibində  olması  ölkəmizin  müəyyən 

məqamlarda bu dövlətin maraqlarını nəzərə almasını zəruri edir. Bu isə Azərbaycanın 

inkişafına  müəyyən  mənada  da  olsa.  öz  təsirini  göstərir.  (Son  dövrlər  Rusiyanın 

Azərbaycana  təsir  imkanlarını  minumuma  endirəcək  ciddi  addımlar  atılmışdır. 

Məsələn, ölkənin iqtisadi-enerji müstəqilliyinin möhkəmləndirilməsi, Qəbələ RLS-in 

bağlanması  və  s.  Lakin  digər  ölkələr  hələ  də  bunu  reallaşdıra  bilmirlər.  Bu  isə 

Azərbaycan dövlətinin uğuru kimi qiymətləndirilə bilər)

50



Abxaziya  və  Osetiya  problemləri  isə  Gürcüstanın  inkişafını  və  Avropaya 



inteqrasiyasını  əngəlləməkdədir.  Bu  separatizm  Rusiya  tərəfindən  xüsusilə  açıq 

dəstək görməkdədir. Hətta məlum olduğu kimi, Rusiya bu separatçı qurumları dövlət 

kimi də tanıyıb.  

Dnestryanı,  Qaqauziya  problemləri  isə  Moldovanın  qarşısında  səddir. 

Dnestyanı  problemi  çoxdan  mövcud  olsa  da,  Qaqauziya  Moldovanın  assosiativ 

üzvlüklə bağlı Avropa İttifaqı ilə bağladığı müqavilədən sonra ortaya çıxıb.  

Krım  bölgəsində  baş  verən  separatçılıq  hərəkətləri  isə  məlum  olduğu  kimi, 

Rusiyameyilli  Yanukoviçin  devrilməsindən  sonra  aktuallaşdı.  Qeyd  edək  ki, 

                                                

49

 



Абдулатипов Р. Г. Этнополитология. СПб.Питер, 2004. С. 249. 

50

 Бодрова Е. В. К вопросу о причинах роста национального сепаратизма на Северном Кавказе в 



годы Великой Отечественной войны // Знание. Понимание. Умение. — 2005. — № 2. — С. 23-

30



 


36 

 

Ukraynada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlişindən sonra Rusiyanın adekvat 



addımlar  atacağı  gözlənilən  idi.  Lakin  onun  açıq  şəkildə  separatist  və  təcavüzkar 

reaksiyası dünya ictimaiyyətini bir növ şok vəziyyətinə salıb

51

.  


 Göründüyü  kimi,  Rusiya  regional  proseslərdə  öz  maraqları  naminə  hər  cür 

varianta  əl  atmaqdadır.  Xüsusilə  də  Ukraynanın  Gömrük  İttifaqı  və  Avrasiya  Birliyi 

kimi  Rusiyanın  rəhbərliyi  ilə  yaradılan  birliklərdən  imtinası  onun  üçün 

bağışlanmazdı.  

  Müşahidələr  göstərir  ki,  Rusiya  postsovet  ölkələrini  öz  təsir  dairəsində 

saxlamaq  üçün  20  ildən  çoxdur  ki,  eyni  taktikadan  istifadə  edir.  Dünyanın 

dəyişməsinə,  siyasi  proseslərin,  beynəlxalq  münasibətlərin  yeni  çalarlar  kəsb 

etməsinə baxmayaraq Rusiyanın hələ də öz köhnə  metodlarından əl çəkmək fikrində 

olmadığı  ortadadır.  Məhz  Rusiyanın  bu  mahiyyəti  köhnə  müttəfiqlərini  ondan  üz 

döndərməyə  meyilləndirir

52

.   Rusiyanın  separatizmə  dəstək  vasitəsilə  təzyiq  siyasəti 



müəyyən  mənada  işə  yarasa  da,  əslində  həmin  dövlətlər,  cəmiyyətlər  öz  yollarına 

davam  etməkdədirlər.  Digər  tərəfdən  Rusiyanın  bu  metodu  cəmiyyətlərdə,  xalqlarda 

ona  qarşı  bir  növ,  aqressiya  yaradır,  ikrah  doğurur.  Demokratiyanın  növbəti 

dalğasının  başlandığı,  qloballaşmanın  vüsət  aldığı  bir  dövrdə  Rusiyanın  öz 

maraqarını  yalnız  aqressiv  metodlarla  müdafiə  etməsi  yalnız  müvəqqəti  effekt  verə 

bilər. Çünki sirr deyildir ki, Rusiyanın təsir altında saxlamağa cəhd  göstərdiyi  bütün 

bölgələr ondan uzaqlaşmağa, Qərbə, Avropaya inteqrasiyaya can atırlar. Bu dövlətləri 

Qərbə  meyilləndirən  nədir?  Əlbəttə  ki,  sivil  demokratik  cəmiyyət,  hüquqi  dövlət, 

                                                

51

  Конституція України | від 28.06.1996 № 254к/96-ВР (Сторінка 2 з 4) 



52

 

Elxan Şahinoğlu “Ukraynanın separatizm üzərində qələbə çalmaqdan başqa alternativi yoxdur”  



23.01.2015 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə