Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

49 

 

sevmək bir-birindən çətin, edilməsi demək olar ki qeyri-mümkün şeylərdir. O zaman 



millətini  sevmək  dedikdə  görünən  asanlığın,  təbiiliyin  nə  qədər  müvəqqəti  olduğu 

meydana çıxar”

83



       Nəticə  olaraq  insan  bütün  çətinliyə  baxmayaraq,  millətinin  bütün 



mənsublarını, bunların hər birini, heç bir mövzuda və heç bir ayrı - seçkilik  etmədən 

sevmək  məcburiyyətindədir, sevməlidir. Ancaq adamın mənsubu olduğu millətin hər 

bir  fərdini,  heç bir ayrı  - seçkilik etmədən ayrı-ayrı  və tək-tək sevməsi belə  yetməz. 

Bu sevgisinin də səmimi-içdən və gerçək-xalis olması da lazımdır ... Ölkəci hərəkatın 

böyük  mütəfəkkiri  rəhmətlik  S.Əhməd  Arvasi  bunu  belə    izah  edir: 

            “"Sevgi"  söz  deyil,  özünü  iş  və  hərəkətlə  müəyyən  edən  bir  davranışlar 

bütünüdür. Sevən insanın "sevgisi", danışmasam da bəlli olur. Siz, heç, bir-birini can 

ü  könüldən  sevən  iki  insanın  bir-birinə  baxışını,  bir-birlərinə  qarşı  rəftarlarını  və 

hərəkətlərini  incələdiniz  mi?  Bir  "ana"  ilə  "balası"  arasındakı  "sevgi  bağı"  nə  qədər 

ovsunlayıcıdır”. 

  

        Biz  insanlar  "sevgi"  sözünü  çox  asan  və  pulsuz  cinsindən  istifadə  edirik. 



"Yalancı sevgilər" ilə həm özümüzü, həm başqalarını aldadarıq. Məsələn, şiddətli bir 

qışda, yolların qarla bağlandığı iztirab dolu günlərdə, tədarük etdiyi qida maddələrinə 

artım  edən  və  ya  əl  altından  od  bahasına  satan  karaborsacının  "millət  sevgisindən", 

"xalq  sevgisindən"  söz  etməsi  nə  qədər  iyrənc  bir  yalandır.  Yenə  "qonşusu  ac  ikən, 

tıxa - basa yeyən" kimsənin "qonşularımızı və insanları sevirəm" deməsi nə qədər boş 

bir sözdür

84



    Misalları çoxaltmaq mümkündür. Adam "meşələri məhv edər", "dənizləri və 



gölləri dinamitləyər", "prospekt və küçələri zibilxana halına gətirir" sonra çox rahatca 

bizə  "vətənpərvərlik  dərsi"  verir.  Digər  tərəfdən  adam  Türklüyə  və  İslama  aid  nə 

qədər dəyər varsa küfr edər, mədəniyyət və mədəniyyətimizi aid nə qədər dəyər varsa 

kiçik  hesab  edər,  sonra  qalxar  "ulusallıktan"  və  "milli  sevgilərdən"  söz  edər.  Adam 

sabah  -  axşam,  dinimlə  müqəddəslərimlə  lağlağı  edər,  həyasızca  bir  neşriyyat  ilə 

                                                

83

 

Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı”    21.10.2014 



84

 

Female Chauvinist Pigs: Women and the Rise of Raunch Culture, Ariel Levy, 2006 




50 

 

vicdanlarımızı  yaralar,  sonra  qalxar  bizə  "din  və  vicdan  azadlığının  müqəddəsliyi" 



ətrafında  nitq  çəkər.  Tariximi  sevdiyini  söyləyər,  tariximi  yerin  dibinə  batırar, 

millətimi sevdiyini söyləyər, onu xor və alçaq görər, vətənimi sevdiyini söyləyər, onu 

ya şəxsən məhv edər, yaxud məhv etməyə cəhd  göstərir. Adam dövlətimizi sevdiyini 

söyləyər, lakin ona vergi verməmək üçün nə mümkünsə edər. O qədər nümunə var ki, 

saymaqla bitməz. 

   Ölkəçi  hərəkatın  ilk  ideoloqlarından  mərhum  Necmətdin  Hacıeminoğlu  

millətini sevmək mövzusunu belə izah edir:

85

  



   Millətçiliyi  təsvir  edərkən  "milləti  və  ona  aid  bütün  dəyərləri  şüurlu  olaraq 

sevmək" ifadəsi istifadə edilmişdi. Diqqət edilsə burada "sevmək" hərəkətinə "şüurlu 

olaraq" şərti  kəsilmişdir. Çünki şüurlu olmayan sevginin  heç bir əhəmiyyəti  yoxdur. 

Hər  canlı  instinktinin  təsiri  ilə  mənsub  olduğu  icma  və  ya  qrupu,  təbii  bir  şəkildə 

sevər.  İnsanlar  da  bir  tərəfdən  instinktləri,  bir  tərəfdən  də  vərdişləri  səbəbiylə  öz 

millətlərini sevərlər. Lakin bu "təbii sevgi" milliyyətçiliyin tərifindəki "şüurlu olaraq 

sevmək  şərtinə  girməz.  İkisi  arasında  mahiyyət  fərqi  vardır.  Siyasi  mənadakı 

millətçiliyin  şərtlərindən  biri  olan  vətənpərvərlik  üçün  də  vəziyyət  belədir.  Necə  ki 

"vətənpərvər"  sifətinə  layiq  görülmüş  bir  kimsənin  vətəninə  qarşı  duyduğu  sevgi  ilə 

hər  hansı  bir  insanın,  sırf  doğulub  böyüdüyü  yer  olduğu  üçün,  məmləkətini  sevmək 

arasında  da  yenə  belə  bir  mahiyyət  fərqi  vardır.  Məsələn,  minlərlə  günahsız  Türkü 

öldürdükləri  üçün  ölkəmizdən  sürülən  Ermənilərlə,  istiklal  savaşında  işğal  qüvvələri 

ilə  əməkdaşlıq  etdikləri  üçün  Türkiyənin  hüdudu  xaricinə  qaçan  rumların  Türkiyəyə 

qarşı duyduqları həsrət və sevgiyə heç bir zaman vətənpərvərlik deyilməz. Bu quru və 

eqoist bir duyğudan ibarətdir. Əsas olan milləti və milli dəyərləri şüurla sevməkdir. 

  Qorumaq - millətçiliyin ikinci ünsürüdür. Ancaq əsla unudulmamalıdır ki, bu 

ikinci  olma  halı  yalnız  ifadə  asanlığını  təmin  etməküçün  deyilməkdədir,  yoxsa 

qorumaq,  yüksəltmək  və  ucaltmaq  eyni  anda  olmalıdır.  Başa  dönsək  millətini  sevən 

adam  millətini  və  milliyyət  ünsürlərini  qorumalıdır.  Əks  təqdirdə  qoruyacaq  millət 

də,  milliyyət  ünsürləri  də  qalmaz.  Qaldı  ki,  həqiqətən  sevən  adam  bunu  onsuz  da 

                                                

85

 



Aktürk,  Şener.  “Etnik  Kategori  ve  Milliyetçilik:  Tek-etnili,  Çok-etnili  ve  Gayri-Etnik  Rejimler”, 

Doğu Batı, Cilt 9, No. 38, Ağustos-Ekim 2006, ss. 23-53

 



51 

 

edər.  Adam  sırf  milləti  ilə  milliyyət  ünsürlərini  deyil,  sevdiyi  hər  şeyi  təbii  olaraq 



qoruyar

86



Beynəlxalq  mübarizə  hər  zaman  çox  mərhəmətsiz  olmuşdur,  amma 

dövrümüzdə  bu  yaxşıca  çərçivədən  çıxmışdır.  Artıq  millətlər  yalnız  bir-birlərini 

keçmək  və  ya  məğlub  etmək  üçün  deyil,  sanki  yox  etmək  üçün  çalışmaqdadırlar. 

Üstəlik  inkişaf  edən  texnologiya  nə  təəssüf  ki,  buna  imkan  təmin  edə  biləcək  bir 

səviyyəyə  çatmışdır.  Bu  görə  millətini  sevən  adamın,  milləti  ilə  bərabər  zamanlı 

olaraq milliyyət ünsürlərini qoruması daha da mənalı bir hala gəlmişdir

87



Tarixdə  millətlər  yalnız  hərbi  və  iqtisadi  imperializm  təhlükəsinə  məruz 



qalarkən  bu  gün  artıq  bunlara  mədəniyyət  imperializmi  ilə  siyasi  imperializm  də 

əlavə edilmişdir.  Hətta buna demokratiya  və  insan  hüquqları  imperializmi  deyə  yeni 

və  lakin  qorunması  heç  də  asan  olmadığı  üçün  çox  daha  təhlükəli  bir  imperializm 

şəklini də əlavə edənlər vardır. 

Adam sevdiyi  milləti ilə  milliyyət ünsürlərini hər cür - hərbi, iqtisadi, mədəni, 

siyasi  və  demokratiya  və  insan  hüquqları  hücumlarına  qarşı  qorumalıdır.  Bu  ancaq 

adamın çox təchizatlı  və şüurlu olması  ilə təmin edilə bilər. Elə  isə adam özünü çox 

yaxşı  yetişdirmək  məcburiyyətindədir.  Bu  isə  yalnız  milləti  ilə  milliyyət  ünsürlərini 

və  millətinə düşmən  və  ya düşmən  millətləri tanımaq  üçün çox oxumaq, araşdırmaq 

və  xüsusilə  ola  biləcək  qədər  təşkilatlı  olmaqla  mümkündür.  Çünki  millətlərə  qarşı 

edilən  bu  fikri  yaxud  həm  fikri  həm  də  hərəkətli  hücumlar  təşkilatlı  olan  bəzi 

qüvvələr  tərəfindən  həyata  keçirilir.  Hətta  bir  çoxu  dövlətlər  tərəfindən  təşkil 

edilib,idarə edilməkdədir

88



Adamın 

milləti 


ilə 

milliyyət 

ünsürlərini  qoruması  adamın  özünü 

hazırlamasından sonra, milləti ilə milliyyət ünsürlərini gücləndirməsi ilə mümkündür. 

                                                

86

 



Əhməd  Şahidov  “XXI  əsrin  ideal  tələbəsi  ifrat  dini  və  şovinist  ideyalardan  uzaq  olmalıdır” 

12.05.2012 

87

  Beland,  Daniel  ve  André  Lecours,  “Sub-state  nationalism  and  the  welfare  state:  Nations  and 



Nationalism, 12 (1), 2006, ss. 77-96

 

88



  Beran,  Harry.  “A  democratic  theory  of  political  self-determination  for  a  new  world  order”,  Percy 

Lehning (der.) (1998), Theories of Secession (London: Routledge, 1998), ss. 32-59

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə