Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 
66
 
məhsulu  olan  yüzlərlə  belə  yazıya  rast  gəlmək  mümkündür.  Sözsüz  ki, 
ermənilər həmin yazılarda Dağlıq Qarabağ  ətrafında yerləşən bu kəndin 
nə üçün qanunsuz silah anbarına çevrilməsinə toxunmur. Lakin o vaxtkı 
Azərbaycan hökumətinin tələbi ilə SSRİ hüquq-mühafizə orqanlarının bu 
kənddə  qeyri-qanuni  silah  anbarlarının  müsadirə  edilməsi,  Ermənistan-
dan  gələrək  bu  kənddə  kök  salmış  millətçilərin  və  silahlı  təlimatçıların 
uzaqlaşdırılması üçün həyata keçirilən əməliyyat ermənilərə qarşı ―misli 
görünməmiş diskriminasiya, təzyiq və təqiblər‖ kimi total təbliğat kam-
paniyasının mövzusuna çevrildi (39). 
Eləcə də Azərbaycan ərazisində yaşayan ermənilərin köçürülməsi an-
tiazərbaycan  təbliğatının  aparılmasında  erməni  səxavəti  ilə  istifadə  olu-
nan  mövzulardan  biridir.  Beynəlxalq  miqyasda  Azərbaycana  təzyiqlər 
göstərilməsi üçün ermənilərin Azərbaycandan köçürülməsi ətrafında yal-
nız erməni məntiqinin məhsulu ola biləcək təbliğat kampaniyası bu gün 
də davam edir. Bu halda erməni təbliğatçıları heç bir vəchlə erməni köç-
künlərinin Azərbaycandan köçkün düşməsinin səbəblərinə, Ermənistanda 
yaşayan azərbaycanlıların hansı  vəhşiliklə  öz  ev-eşiklərindən  qovulduq-
larına  toxunmurlar.  Əlbəttə  ki,  erməni  təbliğatçılarının  məqsədi  tamam 
başqadır. Onlar Azərbaycanda erməni dözümsüzlüyü, ermənilərin Azər-
baycanda  yaşamasının  mümkünsüzlüyü  barədə  ümumi  ictimai  təsəvvür 
yaratmaq istəyirlər ki, erməni qaçqınları da bunun üçün yaxşı mövzudur. 
Bütün başqa sahələrdə olduğu kimi erməni təbliğatçıları bu mövzuda da 
ilkin  təbliğat  prinsipindən istifadə  edirlər.  Onlar  öz  məntiqlərinə əsasla-
naraq  obyektivliyə  uyğun  olmayan  məsələni  təbliğat  mövzusuna  çevir-
məklə ictimai fikirdə ilkin təsəvvür yaratmaq imkanından məharətlə isti-
fadə edirlər və yaxşı bilirlər ki, bu ilkin təsəvvürün dəyişdirilməsi asan-
lıqla baş vermir. 
Hələ 1906-cı ildə V.F.Mayevski ötən 15–18 il ərzində erməni qəzetlə-
rində,  mətbuat  səhifələrində,  erməni  təbliğatçılarının  çıxışlarında  səslə-
nən mövzuları ümumiləşdirərək onların daha çox aşağıdakı istiqamətlər-
də qruplaşdırılması qənaətinə gəlmişdi: 
1.  Ermənilərin,  guya,  Türkiyə  rejiminin  ağır  yükü  altında  zülm  çək-
məsi haqqında erməni təbliğatı; 
2. Rusiya hakimiyyətinin dözülməz ədalətsizliyi nəticəsində ermənilə-
rin  Rusiyada  da  zülmə  məruz  qalması  haqqında  erməni  təbliğatı.  Guya, 
məhz  buna  görə  ermənilər  öz  mədəni  həyat  maraqlarını  qorumaq  məc-
buriyyətində qalıblar ki, heç olmasa, hakimiyyətlə açıq mübarizədə özlə-
rinə insan kimi yaşamaq hüququnu təmin etsinlər (40). 


 
67
 
Bir əsrdən də çox bundan əvvəl söylənmiş bu fikirlər erməni təbliğa-
tının  bugünkü  mahiyyətini  doğru  əks  etdirir.  Həmin fikirlərdə  Türkiyə 
və  Rusiya  yerinə  ―Azərbaycan‖  sözü  yazılsa,  onların hazırkı  dövrdə  er-
məni təbliğatının tarixi ənənələr üzərində qurulduğunu görmək mümkün-
dür. Başqa sözlə, erməni millətçi təbliğatının sınanmış ənənələri yeni şə-
raitdə də erməni millətçilərinin xidmətindədir. 
V.F.Mayevski öz əsərində erməni təbliğatının yuxarıdakı iddialarının 
doğru olmadığına da toxunur və bildirir ki, nədənsə yalnız erməni təbli-
ğatçıları  və  onların  çağırılmamış  himayədarları  ermənilərin  sıxışdırıl-
ması, milli təzyiqlərə məruz qalması haqqında yazırlar. V.F.Mayevskinin 
çox dəqiqliklə müşahidə etdiyi bu mənzərə Dağlıq Qarabağ münaqişəsi-
nin timsalında eynilə təkrar olunmaqdadır. Azərbaycan ərazisində nədən-
sə yalnız ermənilər etnik təcavüzə məruz qaldıqları barədə hay-küy qal-
dırırlar,  halbuki  Ermənistan  ərazisində  yaşayan  azərbaycanlıların  da  öz 
yurdlarında  dinc  yaşamağa  haqları  var  idi.  Amma  ağlasığmaz  vəhşilik-
lərlə onların yurdlarından qovulması nəticəsində Ermənistan hazırda mo-
noetnik  bir  ölkəyə  çevrilmişdir.  Təəssüf  ki,  Ermənistanda  yaranmış  bu 
mənzərəyə dünya ictimaiyyəti tərəfindən diqqət yetirilmir. Əvəzində isə 
Azərbaycan  aparılmış  erməni  təbliğatlarından  sonra  haqsız  təzyiqlərə 
məruz  qalır.  Bu  istiqamətdə  lazımi  işlərin  aparılması  üçün  ermənilərin 
kifayət  qədər  himayədarları  da  vardır.  Məsələn,  İngiltərədə  Baronessa 
Koks, Amerikada Barbara Bokser və Robert Menendez, Rusiyada Vladi-
mir Kazimirov, Polşada Adam Mixnik və digərləri kimi. 
V.F.Mayevski əsərində erməni təbliğatı ilə bağlı öz fikirlərini davam 
etdirərək  bildirir  ki,  erməni  mətbuatının  və  təbliğatının  belə  bir  mövqe 
tutmasının nə dərəcədə saxta və yalan olduğunu geniş araşdırmaq niyyəti 
yoxdur. Amma müəllif belə bir məqamı xüsusi olaraq vurğulayırdı ki, er-
məni məsələsi ətrafında yalanlar yaymaqla erməni milləti özü də bu ya-
lanlara inanmalı olmuşdur, bu yalanlar ermənilərin zəkasını kütləşdirmiş, 
yüzlərlə  və  minlərlə  ermənini faydalı işlərdən qoparılaraq anarxiya  yolu-
na, erməni kəndliləri üçün bədbəxtlik gətirən ənənələrin girdabına atmışdır. 
Erməni ölüsündən erməni təbliğatının  genişləndirilməsi üçün istifadə 
edilməsi haqqında Skotland Liddelin işarə etdiyi təcrübədən  bu gün də 
istifadə  olunur.  Bu  baxımdan  2010-cu  ilin  sentyabrında  ələ  keçirilmiş, 
oktyabr ayının 5-də isə Azərbaycan təcridxanasında özünə sui-qəsd etmiş 
erməni kəşfiyyatçı-təxribatçısı Manvel Sarıbekyanın meyiti ətrafında er-
məni təbliğatının total hücuma keçməsini nümunə göstərmək olar. Ermə-
nilər  və  ermənipərəst  kütləvi  informasiya  vasitələri  bu  hadisədən  Azər-


 
68
 
baycan xalqına qarşı iftira və böhtan yağdırmaq, erməni əzabkeşliyini bir 
daha  qabartmaq  üçün  gen-bol istifadə  etdilər.  İşıq  üzü  görmüş  yazıların 
çoxunda hadisənin başvermə səbəbinin araşdırılması haqqında  əməli bir 
təklif irəli sürülmədən M.Sarıbekyanın meyitinin dərhal geri qaytarılması 
ilə  bağlı  Azərbaycan  dövlətinə  və  xalqına  sonsuz  ittihamlar  yağdırıldı. 
Azərbaycan  tərəfi  qəddarlıqda,  qeyri-humanistlikdə,  beynəlxalq  norma-
lara  əməl  etməməkdə  günahlandırıldı,  beynəlxalq  təşkilatlar  qarşısında 
Azərbaycana  qarşı  sərt  münasibət  göstərilməsi  tələbləri  irəli  sürüldü 
(41).  Özü  də  bu  o  halda  baş  verirdi  ki,  Azərbaycanın  hərbi  qulluqçusu 
Mübariz İbrahimovun meyiti 4 aydan da çox bir müddət ərzində erməni 
tərəfində  qalırdı  və  erməni  tərəfi  onun  meyitini  geri qaytarmamaq  üçün 
müxtəlif bəhanələr irəli sürürdü. Mübariz İbrahimovun meyitinin qayta-
rılması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 
qərarı isə  erməni millətçiləri Ermənistana zidd bir qərar kimi qiymətlən-
dirirdilər (42). 
Eyni faktlarla müxtəlif münasibət bəslənməsi erməni təbliğatının ma-
hiyyətindən  irəli  gəlir.  Yuxarıdakı  faktla  bağlı  qeyd  etmək  lazımdır  ki, 
hər iki tərəfdə qarşı tərəfin nümayəndəsinin meyiti var idi. Lakin Ermə-
nistan təbliğatının nümayəndələri Azərbaycan hərbi qulluqçusunun dörd 
aydan artıq Ermənistan tərəfində qalmış meyitinin varlığını xatırlamadan 
erməni  nümayəndəsinin  meyitinin  qaytarılmaması  ətrafında  hətta  etik 
normalara sığmayan hay-küyü davam etdirirdilər. Belə bir təsəvvür yara-
nır  ki,  ermənilər  üçün  reallıq  yalnız  öz  meyarları  və  öz  təsəvvürləridir. 
Sanki qarşı tərəf və onun irəli sürə biləcəyi arqumentlər heç mövcud de-
yil  və  qarşı  tərəfin  reallıqlarını  nəzərə  almadan  istənilən  iddianı  ictimai 
fikir meydanına çıxarmaq olar. 
Belə bir mövqe tarixə baxışda özünü xüsusilə göstərir. Erməni millət-
çiləri qonşu xalqlara ərazi iddialarının işğalçılıq və etnik təmizləmə siya-
sətinin  əsaslandırılması  üçün  tarixin  özününküləşdirilməsini  təbliğatın 
ana xəttinə çevirmişlər. Erməni millətçiləri çox asanlıqla qonşu xalqların 
ərazilərini  tarixi  erməni  torpaqları  olması  haqqında  saxta  təbliğat  apar-
maqla həmin ərazilərə olan iddiaları təcavüzkarlıq müstəvisinə çevirə bi-
lirlər. 
Gürcü  yazıçısı  İ.Çavçavadze  XX  əsrin  əvvəllərində  qonşu  xalqların 
tarixinin mənimsənilməsi üzərində qurulmuş erməni təbliğatını belə qiy-
mətləndirirdi: "...Erməni tarixçiləri yenə də çərənləyir və heç vaxt yaşa-
madıqları  yerin  sakinləri  olurdular.  Məgər  aydın  deyil  ki,  dayaz  alimlər 
dünyanı  inandırmaq  istəyirlər  ki,  guya  bu  yerləri  tutmağa  onların  tarixi 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə