Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə13/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   9   10   11   12   13   14   15   16   ...   444
! fəsil. Sahibkarlıq fəaliyyəti 29

Adi səhmə malik olan səhmdar səhmlərin əldə edilməsi və ya səhm- lorin dəyərinin ödənilməsi üzrə öhdəlikləri pozduğu halda, malik olduğu səhmlərin sayından asılı olmayaraq səsvermə hüququndan məhrum edilir.

Hər bir səhmdarın ümumi yığıncaqda iştirak etmək, müşahidə şurasının, idarə heyətinin üzvlərindən izahat tələb etmək, təkliflər vermək, öz iradlarını bildinnək hüququ vardır.

Cəmiyyətin nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdarlar ümumi yığıncağın keçirilməsini tələb etdikdə idarə heyəti bu tələbi yerinə yetirməlidir. İdarə heyəti bu tələbi 30 gün ərzində yerinə yetirmədikdə müşahidə şurası 30 gün ərzində cəmiyyətin ümumi yığıncağını çağırır.

Cəmiyyətin nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdar öz məqsidini və dəlillərini göstərməklə müşahidə şurasından cəmiyyətin sahibkarlıq fəaliyyətinin yoxlanılmasını tələb edə bilər. Bu tələb 30 gün ərzində yerinə yetirilmədikdə səhmdarlar ümumi yığıncağa müraciət edə bilərlər.

Cəmiyyətin nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat məbləğində müəyyən edilir. Elan olunmuş nizamnamə fondunun məbləği bir il ərzində formalaşmalıdır və cəmiyyət səhmlərini dövlət qeydiyyatından keçirməlidir.

Cəmiyyət nizamnamə fondunu o vaxt artıra bilər ki, buraxılmış bütün səhmlər nominal dəyərindən az olmamaq şərti ilə ödənilmiş olsun. Nizamnamə fondu yeni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırılır.

Cəmiyyətin zərərinin ödənilməsi məqsədi ilə yeni səhmlərin buraxılması qadağan edilir.

Açıq tipli səhmdar cəmiyyəti Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində kütləvi informasiya vasitələrində məlumat dərc etdirməlidir. Dərc olunmuş məlumatın dürüstlüyünə səhmdar cəmiyyəti və onun məsul işçiləri məsuliyyət daşıyırlar.

Səhm bölünməzdir. Bir səhm bir neçə şəxsə məxsus olduqda səhmdarların hamısı cəmiyyət qarşısında bir şəxs kimi çıxış edirlər.

Səhmlər yalnız onların dəyəri tam ödənildikdə verilir. Fiziki şəxslər ancaq adlı səhmlərin sahibi ola bilirlər.

Cəmiyyət həmçinin imtiyazlı səhm buraxa bilər. Onların ümumi məbləği cəmiyyətin nizamnamə fondunun 10 faizindən çox ola bilməz. Cəmiyyətin nizamnaməsində başqa hallar nəzərdə tutulmadıqda imtiyazlı səhm sahibləri səsvermə hüququna malik olmurlar. Cəmiyyətdə nizamnamədə nəzərdə tutulmuş həcmdə ehtiyat fondu yaradılır. Ehtiyat Ibndunun minimum həcmi nizamnamə fondunun 15 faizindən az, maksimum həddi isə 25 faizindən çox olmamalıdır. Ehtiyat fondu cəmiyyətin balans mənfəətindən ayırmalar hesabına yaradılır. Ayırmaların həcmi nizamnamədə

30 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

Comiyyət səhmdarların ona verdiyi əmlakın, təsərrüfat fəaliyyəti nəticəsində istehsal olunmuş məhsulun, qazanılmış gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsaslarla əldə edilmiş əmlakın sahibidir.

Səhmdarlar cəmiyyətin nizamnamə fonduna öz paylarım bina, avadanlıq, qiymətli əşyalar, qiymətli kağızlar, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə hüquqları, pul vəsaiti, o cümlədən xarici valyuta şoklində verə bilərlər.

Cəmiyyətin ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır.



Onun səlahiyyətlərinə aşağıdakılar aiddir:

  • cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyy’ən etmək, tərtib olunmuş planları və hesabatları təsdiq etmək;

  • cəmiyyətin nizamnaməsini dəyişdirmək;

  • müşahidə şurasının tərkibini, idarə heyətini nəzarəti, maliyyə- təftiş komissiyasını seçmək və geri çağırmaq;


  • Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə