Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

 
40 
 
Biz irəlidə demişdik ki, ayrı-ayrı fəlsəfi sistemlərdə Tanrı dürlü adlarla bildirilir və hər ad-anlayış Tanrı 
ideyasının ilkin tanımını verir. Ortaçağ Avropa filosofu Yohan Skott Eriuqen Tanrını «təbiəti yaratmış 
yaradılmamış Təbiət» adlandırırdı. Bu anlayışda düşüncə ardıcıllığı belə idi: hər şey Təbiətlə yaradılıb və 
beləcə, o yaradılanlar ikinci təbiəti, yəni yaradılmış təbiəti əmələ gətiriblər. Tanrının isə onlardan fərqi odur 
ki, o yaradılmayıb, deməli, Ondan uca, Ondan güclü heç bir varlıq ola bilməz. Tərsinə, hamı hər şey ondan 
asılıdır. 
İbn Sinanın Tanrı anlayışı ilə bağlı həm Doğu, həm də Batı fəlsəfəsinə təsir edən açımı isə anladırdı: iki 
cür varlıq var. Birincisi Tanrıdır, çünki Tanrının olumu onun özündən çıxır. Tanrının mahiyyətini 
hörgüləyən əlamətlərdən biri də varlıqdır. Bütün başqa nə varsa, varlığı öz mahiyyətindən yox, başqasından 
alır. Məsələn, ağac varlığını toxumdan və torpaqdan alır. Deməli, heç nəyin mahiyyəti ona həm də varlığı 
vermir, Tanrıdan başqa. Ona görə də İbn Sina Tanrıya ilkin Varlıq deyirdi. 
XIX yüzilin alman filosofu Şellinq Tanrını Absolyut adlandırırdı. Absolyut heç nə ilə tutuşdurulmaz, heç 
nəyə «baxandalığı» olmayan deməkdir. Hər nə varsa, nəyəsə baxanda filan cürdür. Absolyut olan bu 
tutuşdurma ölçülərindən dişarıdadır. 
Hegelin fəlsəfəsində Tanrıya Absolyut İdeya deyilir. İdeya nədir? Nələrisə tapıb, bilmək. İdeya bir də bu 
tapılanlar, bilimlər əsasında düzəltməyə yönəlməkdir. Məsələn, əsərin ideyası elə bir başlanğıcdır ki, əsərdə 
olan nə varsa, hamısının necəliyini, necə düzümlənməsini verir. Hegelə görə, Mütləq İdeya tam tapıb, 
bilmək və bunun əsasında törətmək, yaratmaqdır. Mütləq İdeya öz anlayışları ilə nələrin necə olmasını tapır 
və materiyada onların (anlayışların) biçimləri əsasında nələrisə düzəldir. Sonra düzəltdiklərinə tamaşa edib, 
onlardan nələri çıxara bilməsini tapır və nəticədə onlardan nələrsə törəyir. Beləliklə, torpaqdan, məsələn, 
dağın yaranmasını Mütləq ideya tapır və bunun əsasında torpaqdan dağlar yaranır. 
Hegel ilk dəfə Tanrı anlayışına görünməmiş açıqlama vermişdi. Tanrı İdeya kimi düşünüşdür, düşünüb 
axtarmaqdır. Gəlin bunu anlayaq. 
Götürək ixtiraçını. Məsələn, onda oktavalar (musiqi səslərinin ardıcıllığı) anlayışı var, var ayrı-ayrı 
maddələrin çıxardığı səslər haqqında bilik və s. Bunların əsasında «yeni bir musiqi aləti necə olar?» sualına 
cavab verən anlayışlar tapır (fikir verin anlayışları qıraqdan almır, özündə olan başqa anlayışlar sayəsində 
özündən tapır). Və tapılan anlayış əsasında yeni musiqi aləti düzəldir. 
İndi Hegelin Mütləq İdeyası da buna oxşar iş görür. Özü-özünə düşünə-düşünə qıraqdan yox, özündən 
anlayışları tapır, onların görkündə, biçimində, şəklində də həməncə yeni nəsnələr, hadisələr əmələ gətirir. 
Mütləq İdeya, beləcə, özü-özünü düşünməklə, özünü bilmək işi ilə özünü zənginləşdirir, buna uyğun olaraq 
dünya da yeni nəsnə, olay soylarını ondan alıb zənginləşir. Əgər dünya Mütləq İdeyanın qrimasıdırsa, 
ideyada baş verənlər bu qrimasda, üz ifadələrində də görünməlidirlər.  
Ortaçağ Xristian və İslam fəlsəfəsi Hegelin Tanrı anlayışına verdiyi açımı küfr sayardı. Necə yəni Tanrı 
bilməməkdən bilməyə doğru dəyişir? Tanrının bilmədiyi varsa, deməli, yetgin deyil, deməli, bilmədiyindən 
çaşa bilər, nədəsə zəifliyi ola bilər. Tanrıda zəiflik, bilməməzlik varsa, o yarımçıqdır, yarımçıq varlıq isə 
Tanrı ola bilməz. 
 
 
Tanrının olması, olmaması haqqında sübutlar 
 
Fəlsəfədə «Tanrı var, ya yoxdur?» sorusu ilə bağlı ünlü bir sübut var, o da Tanrının yetginliyinə 
söykənir. Sübutu Ortaçağ Avropa filosofu Kenterberli Anselm vermişdir. Həmin sübuta ontoloji sübut da 
deyilir, yəni Tanrı varlığının (ontos varlıqdır, axı) sübutu. Bu sübuta görə, bizim bilincimizdə getdikcə 
yetginliyin artması haqqında bilik var. Yetginliyi bir dərəcədə olan varlıqdan daha yuxarıda yetginliyi ona 
baxanda daha artıq olan varlıq durur və belə-belə yetginliklərinin dərəcəsinə görə nəsnələr və hadisələr 
pillə-pillə düzülür. Ancaq bu sıra haradasa bitməlidir. Və təbii, bitə bilər yetginliyi ən yüksək olan Varlıqda. 
Tam Yetginliyi olan Varlıq isə Tanrı anlayışına uyğundur, deməli, Tanrıdır. 


 
41 
Bəs tam yetginlik nədir? Odur ki, bütün yaxşı cəhətlər onda var, özü də əyər-əskiksiz, sonsuz dərəcədə. 
Məsələn, bilmək yaxşı keyfiyyətdir, deməli, Tanrıda var, özü də Tanrının biliyi sonsuz olacaq. Varlıq da, 
yəni olmaqlıq da, olum da yaxşı keyfiyyətdir. Deməli, o da Tanrıda var, özü də sonsuz dərəcədə. Deməli, 
Tanrı anlayışının özündən, onun ən yetgin varlıq sayılmasının özündən onun əbədi, həmişəlik varlıqda 
olması məntiqi şəkildə çıxır. 
Görürsünüz, fəlsəfə sübutları necə tapır? Ancaq di gəl ki, neçə yüzildən bəri sevilən bu ontoloji sübutu 
Kant vurub-pozdu. O soruşdu: varlanmaq istəyən tacir daxılındakı pulu göstərən rəqəmin yanına sıfırları 
artırmaqla varlana bilərmi? 
Aydındır ki, yox! Çünki pulun var olması kağızda yazılandan və ya şüurda «yazılandan» gəlmir. Pulun 
doğrudan da var olmasını tam inamla o, əldə tutulanda, gözlə görünəndə söyləmək olar. Bizim anlayışlar 
da elədir. Kant söyləyir ki, mən anlayışda nəsnəni istənilən qədər dolğun göstərə bilərəm, ancaq həmin 
anlayışdan həmin nəsnənin doğrudan da var olduğunu heç cürə çıxara bilmərəm. Bunun üçün nəsnə gərək 
özü qavrayışıma təsir etsin. Olduğuna tanıq versin (şəhadət etsin). 
Deməli, Tanrının yetginliyi haqqında olan anlayışdan mən onun olumunu çıxara bilmərəm, bunun üçün 
gərək onun özünü olan varlıq kimi qavrayam. Tanrı anlayışı isə anladır ki, Tanrı laməkandır, məkansız 
olduğu üçün də sərhədləri, sınırları yoxdur (məkanlı şeyin qırağı, sərhədi olar). Sərhədsiz, sonsuz varlıq 
özü-özlüyündə heç vaxt bizim təcrübəmizə girə bilməz, yəni duyğularımızın, qavrayışımızın hədəfi 
(obyekti) ola bilməz. Biz sonsuzluğu görə bilmərik.  
Buradan Kant sonuc çıxarır: Tanrının var və ya yox olmasını heç vaxt elmi yolla, yəni dəqiq sübutlar 
dilində göstərmək olmaz. Çünki elmi yolla, sübut etmək odur ki, gördüyün, qavradığın nəsnələrə 
söykənərək nəyisə sübut edirsən, sonra cavabını təcrübədə (duyularında) yoxlayırsan. Tanrını isə bu cür heç 
vaxt yoxlamaq olmaz. 
XIX yüzildə Kantın, beləcə, Tanrı varoluşunu və ya yoxluğunu sübut etməyin olabilməzliyi haqqında 
düşüncə söyləməsi dinçiləri çox qəzəbləndirmişdi. Ancaq sonrakı yüzildə onlar bu Kant düşüncələrinin 
faydasını görməyə başladılar. Kant söyləmişdi: elmin qaydaları ilə Tanrını sübut etmək olmaz, ancaq Tanrı 
ideyası insan üçün çox gərəklidir və əxlaqlı olmaq istəyən insanlar onun varlığını qəbul etməsələr, əxlaqın 
söykənci də dağılar. Çünki mən Allahdan mükafat (dəxli yoxdur mənəvi, yoxsa maddi mükafat) alacağımı 
düşünəndə bu dünyada özümə ziyan etmək bahasına da olsa, xainlik və s. etmirəm (onun üçün də Volter 
ömrünün sonunda söyləmişdi: Allah olmasa da onu uydurmaq lazım idi). 
İndi isə keçək Tanrının başqa sübutuna. Avam adamlar və eləcə də din bilginləri tez-tez Tanrının estetik 
sübutundan çıxış edirlər. Bu sübuta görə dünyada tam uyarlıq (harmoniya) var. Aydınca görünür ki, bir 
şeyin olumu başqa bir şeyin olumu üçündür, bir şeyin ölümü başqa bir şeyin diriliyi üçündür, bir şeyin belə 
olması başqa bir şeyin elə olması üçündür. Bir sözlə, dünyada uyarlıq var. Uyarlıq isə əskidən bəri gözəllik 
sayılmışdır. Ona görə də gerçəkliyin uyarlığından, harmoniyasından Tanrının varlığı üçün çıxarılan sübuta 
Tanrının estetik sübutu deyiblər. 
Dünyada hər şeyin məqsədəuyğun şəkildə ölçülüb-biçilməsi inamına fəlsəfədə teleologiya deyilir («tele» 
məqsəd, «logiya» isə təlimdir. Teleologiyanı teologiya ilə qarışdırmayın. Teologiya Tanrı haqqında 
təlimdir).  
Biz irəlidə gördük ki, Aristotel gerçəkliyə teleoloji prinsiplə yanaşıb, sonra Ağıl (Nus) olan Tanrını bu 
teleologizmin yaradıcısı, hesablayıcısı sayıb. 
Qurani-Şərifdə oxşar ideyalar belə deyilir: «Aləmlərə soraqlayıcı olsun deyə qulu Məhəmmədə furqanı 
(haqqı batildən ayırma ölçüsünü) endirənin (Allahın) xeyir və bərəkəti çoxdur! O (Allah) ki göylərin və 
yerin mülkü (və yönətimi, idarəsi) Onundur< Hər şeyi yaratmış, ona düzüm vermiş, müqəddəratını 
(qabiliyyətlərini, özəlliklərini) təyin etmişdir» (Quran, XXI, 1-2). 
Allahın dünyada olanlara düzüm, nizam verməsi, hər şeyin müqəddəratını həll etməsi Onun gerçəkliyi 
teleoloji yönümdə qurmasını göstərən anlamdır. 
Azərbaycanlı filosof Şəbüstəri gerçəklikdə hər şeyin məqsədli şəkildə biri-birinə bağlandığını belə 
anladıb: 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə