Nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix31.10.2018
ölçüsü18,24 Mb.
#76936
1   ...   23   24   25   26   27   28   29   30   31

Çağdaş Azərbaycan postmodern romanı 
 
 
87 
janr formalarına həsr olunan və romandan fərqlənən əlavə 
mətnlərə  əlavə  hissələri  daxil  edə  bilər.  D.P. Bak,  belə 
əsərləri nəzərdən keçirərkən təsdiq edir ki, belə halda mət-
nin  refleksiyasının  və  reallığın  refleksiyasının  yeri  var. 
«Ədəbi şüurun tarixi və nəzəriyyəsi: yaradıcı refleks bədii 
əsərdə» əsərində D.P. Bak yazırdı: «Yazıçı xarakteri mey-
dana çıxdı, hansı ki, amma yanaşı dayana bilən, xarici əsə-
rə alternativ olan natamam əlavə əlyazma yaradır». 
İlqar Fəhminin «Akvalanq» 
51
 romanında sənətkar ob-
razına xüsusi diqqət yetirmək lazımdır. İstirahət üçün bağa 
köçmüş  gənc  qadın  təklikdən  sıxılır.  Yoldaşının  məşğul 
olması və ona diqqət yetirməməsindən can qurtarmağa can 
atır. Müxtəlif yollar düşünsə də, nəhayət rahatlığını dəniz, 
balıq və boya iyisi arasında tapır. Bu trio arasında öz dün-
yasını  qurur,  yaradıcılığında  rahatlıq  tapır.  Buna  isə  təsa-
düfən  dənizdə  tapılan  medalyon  şərait  yaradır.  Bundan 
sonra əsərin qeyri-adi inkişaf xətti, yəni «əsər içində əsər» 
strukturu formalaşır və reallıqla təxəyyül arasında sərhədin 
itməsi baş verir. Romanda sənətkar qadın kimi həyatını ta-
mam fərqli, başqa cür davam etdirir. Qadının gündəliyinin 
əsas  mətndən  fərqləndirilməyən  əsər  novellavari  sonluqla 
başa çatır. 
Postmodern romanlarda mifoloji obrazların təsvir edil-
mə  məqamı  özünün  rəngarəngliyi  ilə  seçilir.  Mifoloji  ob-
raz konkret obraz olmaqdan çox, müəyyən təsəvvürün ifa-
dəsi kimi özünü göstərir. 
Mif tarixi faktları əks etdirməyən harmoniya yaradıcı-
sıdır. Roman isə tarixilik və müasirliyi özündə əks etdirən 
                                                 
51
 Fəhmi İ.  Akvalanq.  http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id 
=1595 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
88 
bir janrdır. Roman və mif süjetləri arasında paralel addım-
lama  prosesi  ədəbiyyatda  yeni  janrın  yaranmasına  səbəb 
oldu.  Roman-mif  janrının  ilk  nümunələri  C. Coys, 
T. Mann,  F. Kafka,  Q. Markes  yaradıcılığında  özünü  gös-
tərdi.  Y. Lotman,  E. Meletinski  və  digər  tədqiqatçılar  ro-
man-mifi yeni janr hadisəsi kimi qəbul etmişdilər. Roman-
mif  kimi  qələmə  alınmış  əsərlərin  əksəriyyətində  genetik 
yaddaşa söykənən karnaval texnikası izlənilir. 
Roman-antimif  janr  formasına  aid  olan  Kəramət  Bö-
yükçölün «Çöl» əsərində Koroğlu obrazı dekonstruksiyaya 
edilir. Müəllifi tərəfindən romanın adı dastandakı baş qəh-
rəman Koroğlu obrazının adı ilə adlandırılıb. K. Böyükçöl 
əsərində təsvir etdiyi Koroğlu folklor dünyasının qəhrəma-
nı Koroğlu deyil (qeyd etmək lazımdır ki, əsərdə Koroğlu-
dan  başqa  Halaypozan,  Sarı  donlu  Selcan  xatun  və  digər 
dastan qəhrəmanları var), o, dastandan qopub gələn qəhrə-
man deyil, sadəcə adındakı simvolik məna ilə reallığı təs-
vir  edən  bir  obraz  kimi  yaddaşlara  hopur.  Müəllifin  sar-
kazmla qələmə almış olduğu bu əsərdə Koroğlu öz dastan 
prototipi  Koroğlu  kimi  İstanbul,  Dərbənd  səfərləri  etmir. 
Böyükçölün  qələmə  aldığı  «müasir»  Koroğlu  «Urusyetə» 
səfər  edir.  Burada  Koroğlu  «Çənlibel»  supermarket  açır. 
«Müasir» Koroğlu sələfindən irəli gedərək Amerikaya, qı-
sası Vaşinqtona səfər edir. Prezident Puşla (Buş) görüşərək 
İraq məsələləri ətrafında müzakirələr aparır. 
İlqar  Fəhmi  Koroğlu  və  Cəlalilər  hərəkatı  haqqında 
yazdığı «Qarğa yuvası» əsərində mifikləşmiş Koroğlu ob-
razına  müraciət özünü qabarıq göstərir. İ. Fəhminin  «Qar-
ğa  yuvası»  əsəri  bəzi  tədqiqatçılar  tərəfindən  yarımtarixi 
roman adlanır. Əsərin yarımtarixi roman olmasının səbəbi 
nədir? «Qarğa  yuvası»nda  yazar tərəfindən tarixi həqiqət-


Çağdaş Azərbaycan postmodern romanı 
 
 
89 
lərin  üzə  çıxarılmasına  cəhdi  və  Koroğlunun  real  təsviri 
deyil, Koroğluya və o dövrə  müəllif təxəyyülündən gələn 
ştrixlərin əldə edilməsidir. «Koroğlu» dastanındakı qəhrə-
mandan  fərqli  olaraq,  İ. Fəhminin  əsərindəki  qəhrəmana 
müəllif tərəfindən əlavə edilən qorxaqlıq ştrixləri ilə qarşı-
mızda başqa bir obraz yaranır. Əsərdə Koroğlu islama ta-
pınır, yanında molla saxlayır, məscidi var, Ramazanı qeyd 
edir,  dəliləri  namaz  qılır,  cin-şeytandan  qorunmaq  üçün 
üstlərində  dua  gəzdirirlər,  Koroğlunun  hərəmxanası  var. 
İ. Fəhmi Koroğlunu qorxmazlıq zirvəsindən endirir, «atan 
kor  edilənə  qədər  niyə  xalq  üçün  döyüşmürdün»  sualını 
verməklə qəhrəmanın xalqı deyil, özünü fikirləşdiyini qa-
bardır. Dastandan fərqli olaraq əsərdə Koroğlunun öz gü-
cünə deyil, «Çənlibel tülküsü» adlandırdığı Həmzənin hiy-
ləsinə inanması özünü göstərir. 
Postmodernizm  romanlarda  mifoloji  obrazlar  qədim 
varislik təsiri ilə yanaşı, yenidən yaradılan «şəhər mifolo-
giyası»nın  elementləri  əsasında  yaradılır.  Şəmil  Sadiqin 
«OdƏrlər» 
52
 romanında mifologizmə xüsusi yer ayrılmış-
dır. Romanda eposlarımızdan gələn obrazların təsirini gör-
məmək qeyri-mümkündür. Belə ki, Dədə Əfəndi, Ata kişi, 
Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu 
canlandırır. Söhbətlərində əsasən dini və tarixi mövzulara 
toxunan Dədə Əfəndi əcdad kultunu yeni-yeni elementlər-
lə zənginləşdirərək Dədə Qorqud kimi ibratəmiz söhbətləri 
ilə gələcək nəsillərə nəsihət edir. Bununla belə, «şəhər mi-
fologiyası» «Ulu Şaman» adlı məxfi təşkilatına daxil olan 
insanların obrazlarına təsir göstərir. 
                                                 
52
 Sadiq Ş. OdƏrlər. Bakı, Hədəf Nəşrləri, 2013. 244 səh. 


Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə