Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir


İkinci yuxu - Dünyanın ən orijinal saxtakarı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

İkinci yuxu - Dünyanın ən orijinal saxtakarı 

 

“Dünən bu şəklin dəyəri milyon dollarla ölçülürdü. Dünyanın bütün mütəxəssisləri 



və sənətsevərləri bu şəkli görə bilmək üçün pul ödəməyə hazır idilər. Bu gün şəklin 

heç bir dəyəri yoxdur. Heç kim onu pulsuz görmək üçün belə küçəni keçib gəlməyə 

tələsmir. Şəkil dəyişməyib. Bəs dəyişən nədir?” - H.V.M

 

 

Gecə saat 03:36



 

Ayılanda güclü şəkildə silkələndiyimi gördüm. Yenə də həmin dua otağında idim. 

Məni silkələyən qoca ona baxdığımı görüb dayandı. Ağarmış saçları və nazik bığı 

vardı.  Boz  pencəyinin  altında  qara  rəngli  damalarla  bəzədilmiş  narıncı  köynək 

gizlənirdi.  Yarıya  qədər  çəkdiyi  siqaretin  tüstüsü  üzümə  dəyirdi.  Huşumun 

qayıtması onu sevindirmişdi. Həyəcanlı şəkildə dedi:

 

-

 



Deyəsən, məni xatırladın! 

-

 



Sən  dünyanın  ən  tanınmış  saxtakarısan!  (Hirsli  şəkildə  qocanın  əlini 

yaxamdan çəkib, ondan aralı keçdim.) 

-

 

Niyə  mənə  rəssam  deməyə  dilin  gəlmir?  Divarda  gördüyün  şəkillər  dahi 



rəssam olduğumu sübut etmir ki?  

-

 



Sən dahi deyilsən. Dahi Vermeyer idi.  

-

 



Hamınız  eyni  bezin  qırağısınız!  (Eşitdiyi  cavab  onu  qəzəbləndirmişdi.) 

Hamınız  düzgün  və  müqəddəssiniz!  Mən  sadəcə  uşaq  idim.  Şəkil  çəkməyi  çox 

sevirdim. O qədər sevirdim ki, rəssam olmaq qərarına gəlmişdim. Atam buna görə 

məni  dəfələrlə peşman  etmişdi.  “Səndən düz-əməlli  rəssam  çıxmayacaq”  deyirdi. 

Rəssamlıq  akademiyasında  da  eyni  sözləri  eşidirdim.  Heç  kim  dahi  rəssam 

olacağıma inanmaq istəmirdi.  

-

 

Bunu bilmirdim.  



-

 

Bəli,  hamınız  beləsiniz!  (Qoca  əlindəki  siqareti  külqabının  üstünə  qoydu.) 



Bilmirsiniz!  Amma  mühakimə  etməyə  tələsirsiniz!  Uşaq olanda  insan  xoş bir  söz 

və ya həvəsləndirici bir cümlə eşitmək istəyir. Siz isə əksini edirsiniz. Sözləriniz və 

cümlələriniz insanın içindəki bütün yaxşılığı məhv edir.  

-

 



Sənə pis heç nə demədim.  

-

 



 “Saxtakar”  sözü  ilə  cümlənə  başladın.  “Saxtakar”  ola  bilərəm,  amma  bu 

dünyada  yaşamış  ən  dahi  və  ən  orijinal  saxtakar  özüməm.  Bu  isə  məni 

başqalarından fərqləndirir.  

-

 



Başqalarından fərqlənməklə nə əldə etdin? 

-

 



Özün  yazıçısan  və  məndən  belə  bir  sual  soruşursan.  Bilmirsən  ki,  tarixdə 

yalnız  fərqlənə  bilənlər  qalır?!  Bilmirsən  ki,  hamı  kimi  olan  müəlliflər  sadəcə 




unudulmağa  və  tərk  edilməyə  məhkumdurlar?!  Boynuna  al!  Sən  də  mənim  kimi 

fərqlənməyi və ölməzliyi arzulayırsan! 

Eşitdiklərimi  həzm  edə  bilməyib  qapıya  tərəf  getdim.  Elə  qapını  açırdım  ki, 

arxamdan dilləndi:

 

-

 



Səncə,  mən  də  səninlə  söhbət  edən  iş  adamına  “yox”  deyən  rəssamın 

aqibətini  yaşamalı  idim?  Mən  də  həmin  rəssam  kimi  ideyalarımın  başqası 

tərəfindən mənimsənilməsinə göz yummalı idim?  

-

 



Bilmirəm. Cavabım yoxdur.  

-

 



Cavablar?! Mühakimə etmək cavab verməkdən necə asandır!  

-

 



Nə üçün dahi olduğunu düşünürsən? Səni nələr dahi rəssam edir?  

-

 



Bu  şəkillərə  yaxşı-yaxşı  bax.  (Dua  otağının  divarlarından  asılmış  şəkilləri 

göstərdi.) Vermeyer özü istəsəydi, belə bir şey çəkə bilməzdi. Amma mən çəkdim. 

Çünki sübut etməli idim.  

-

 



Kimə sübut etməli idin?  

-

 



Qanadlarımı  qayçılayan  hər  kəsə.  (Dərindən  ah  çəkən  qoca  otağın 

mərkəzindəki  “Emmausda  şam  yeməyi”  şəklinə  baxdı.)  Bütün  həyatım  bu  şəkli 

çəkəndən  sonra  dəyişdi.  Bu  şəklə  görə  həm  utanıram,  həm  də  fəxr  edirəm.  Onu 

çəkib bitirəndə bütün  dünya  dahiyanə planımın  qurbanına  çevrildi.  Akademiyada 

çəkdiyim  rəsmlərə  baxan  axmaqlar  bilirsən  vaxtı  ilə  nə  demişdilər?  “Megeren, 

səndə  rəssam  olmaq  üçün  tələb  olunan  bütün  cəhətləri  görürük.  Çatışmayan  bir 

cəhətin  var.  O  da  orijinal  ola  bilməməyindir.  Dövrünün  dahilərini  gözəl 

təkrarlayırsan.  Amma  dövrünə  yenilik  gətirəcək  xüsusiyyətin  yoxdur”.  (Qoca 

gülməyə başladı.) İncəsənət və tənqid dünyasını alt-üst etdim. Onlar elə düşünürdü 

ki,  dediklərini  ciddiyə  alıb,  həyatıma  başqa  bir  işlə  davam  edəcəyəm.  İş  adamı 

haqlıdır. Sürətli və bacarıqlı olmalısan. Yenicə ailə həyatı qurmusansa, daha sürətli 

və daha bacarıqlı olmalısan. Bəzən ailəni dolandırmaq üçün dünyanın ən yaxşısına 

çevrilməlisən.  Ən  yaxşı  rəssam  ola  bilməsən  də,  ən  yaxşı  saxtakara  çevrilməyi 

bacarmalısan.    

Onun  “Emmausda  şam  yeməyi”  şəklinə  yaxınlaşıb  bir  qədər  baxandan  sonra 

soruşdum:

 

-

 



Nə üçün məhz Vermeyer? 

Qoca gözlərimin içinə baxıb bütün ciddiyyəti ilə dedi:

 

-

 



Onu  bütün  Hollandiya  sevirdi.  İncəsənət  dünyası  ondan  danışırdı.  Hara 

getsəm,  onun  əsərlərini  tərifləyən  bir  qrup  insan  qarşıma  çıxırdı.  Tanışlarımın 

hamısı Vermeyerin heyranı idilər. Düşündüm ki, onun adından şəkillər çəksəm, bu 

böyük sevgini dolayı yolla mən də hiss edərəm. İlk şəkillərini saxtalaşdıranda heç 




nə  hiss  etmədim.  Onu  təkrarlamağa  çalışanlardan  heç  bir  fərqimin  olmadığını 

anladım.  

-

 

Bəs nə üçün dayanmadın?  



-

 

Biz  saxta  rəsm  çəksək  belə,  rəssam  olduğumuzu  unutmuruq.  Bizdən  əvvəl 



yaşamış  rəssamların  eqosu  böyükdürsə,  bizim  eqomuz  daha  böyükdür.  Elə  məhz 

bu səbəbdən bütün saxtakarlar tez ifşa olunurlar.  

-

 

Nə demək istəyirsən? 



-

 

Vermeyeri məndən öncə təkrarlamağa çalışıblar. Bu rəssamlar sırf öz adları 



tarixə  düşsün  deyə,  şəkillərin  aşağı  hissəsinə  şəxsi  imzalarını  əlavə  ediblər. 

İncəsənət  mütəxəssisləri  bu  məqamı  yaxşı  bildiklərindən  rahatlıqla  onların 

hamısını  ifşa  edirdilər.    Bu  mütəxəssislər  bizi  tanıyırdılar.  Ata biləcəyimiz  bütün 

addımları təxmin edə bilirdilər. Ona görə də başqa bir çıxış yolu tapdım. Bununla 

da hər şeyi dəyişdim. Elə bir şey etdim ki, dünyanın ən güclü mütəxəssisləri illərlə 

qazanılan etibar və hörmətlərini itirdilər.  

-

 

Doqquz şəkli deyirsən? 



-

 

Bunlar  sadəcə  doqquz  şəkil  deyil.  Dünyanın  ən  yaxşılarının  gözünün  içinə 



baxıb,  onların  bütün  bilik  və  təcrübələrini  9  dəfə  yararsız  vəziyyətə  salan 

zəfərimdir.  

-

 

Bəs yaxşı, birinci şəkli necə alındırdın? 



-

 

İlk  dəfə  müqəddəs  İsanın  özü  köməyimə  gəldi.  (Qoca  rəssamın  üzündə 



təbəssüm  yarandı.)  Şəhadət  barmağı  ilə  Emmausda  şam  edən  İsa  peyğəmbəri 

göstərib söhbətinə davam etdi: 

-

 

Bütün dahilər onun şəklini çəkmək üçün yarışıblar. Da Vinçi, Mikelancelo 



və əlbəttə ki, Vermeyer. Gənclər ambisiyalı olurlar. Onlar qoca qurdlarla yarışmağı 

çox sevirlər. Mikelancelo Da Vinçini, Vermeyer Mikelancelonu özünə rəqib görüb. 

Mən isə Hollandiyanın əfsanəvi rəssamını özümə rəqib bildim. 

Rəqibə  qalib  gəlməyin  yeganə  yolu  onu  dərindən  öyrənməkdir.  Gənclərin 

əksəriyyəti  böyük  iddialar  irəli  sürür,  amma  çox  az  qismi  dərindən  öyrənir.  Mən 

onun bütün həyatını və yaradıcılıq dəsti-xəttini öyrənməyə başladım. Texnikasını, 

taxtalar,  parçalar  və  boyalarla  iş  prinsiplərini  mənimsədim.  Bir  sözlə,  həyatını 

bütün  incəsənət  tənqidçilərindən  daha  yaxşı  araşdırmış  oldum.  Bu  işi  o  qədər 

dərinə  apardım  ki,  nəticədə  Vermeyerin  özünə  çevrildim.  Onun  tapmacasının 

çatışmayan doqquz parçasını tapdım. Sən də bir müəllif kimi dərindən öyrənirsən. 

Heç narahat olma, sənə lazım olan parçaları mütləq tapacaqsan. Sirli sousun resepti 

və 3 dairə sənə lazım olan nəticəni verəcək.  

-

 

Nə demək istəyirsən? (Təəccüblə ona baxırdım.) 



-

 

Sən Alamoya boş yerə gəlməmisən. Çılğın kolumbiyalını və məni əbəs yerə 



görməmisən. Qalanın içində 13 dua otağı var. Bu otaqlar təsəvvür etdiyin heç bir 

otağa  bənzəmir.  Hər  otaqda  bir  nəfər  dua  edir.  Sonuncu  otaqda  isə  özün  dua 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə