Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   13   14   15   16   17   18   19   20   21

xeyli  çikrlənib.  çməli  suyun  mənbələri  olan  –  Temza,  Sena,  Selda,  Reyn,  Elba, 

Oder,  Visla  kimi  çaylar  öz  gözəlliklərini  çoxdan  itirmişlər.  Onların  sahillərində 

Avropada ən iri kimya sənayesi zavodları fəaliyyət göstərir. Bu çaylara hər il 100 

min  tonlarla  fosforit,  1,5  mln.ton  təhlükəli  azot  birləşmələri  atılır.  Son  vaxtlar 

çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28 min ton sink, 950 min ton mişyak, 

335  ton  kadmiy  və  75  ton  civə  axıdılmışdır.  Ağır  metallar  qrunt  faunasını 

(balıqqulağı, xərçəng, dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər 

ə

mələ gətirir. 



Dünya  su  ehtiyatının  beşdə  biri,  keçmiş  ttifaqın  şirin su  ehtiyatının isə 70 

%-ni  təşkil  edən,  dünyada  ən  dərin  tektonik  göl  Baykala  ən  dəhşətli  təhlükə 

törədən,  orada  tikilmiş  sellüloz-kağız  kombinatıdır.  Kombinatın  fəaliyyəti 

nəticəsində ekoloji itgi hər gün milyon manatlarla hesablanır. Baykaldan həyəcanlı 

xəbərlər verilir;balıqların qırılması, Selenqa çayında ikibaşlı balıqların və üzgəcsiz 

balıqların  əmələ  gəlməsi,  dayazlaşma,  Baykal  xərçənginin  (suyu  özündən 

buraxaraq gölü şəffaf və təmiz edən) sayının xeyli azalması və s.  

Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast gəlmək olar: 

-

  Xəstəlik  törədən  mikroorqanizmlər  -  (bakteriyalar,  birhüceyrəlilər,  viruslar  və 



göbələklər). Onlardan ən çoxu çirkab sularla yayılır; 

-

  bərk  tullantılar-tullantıların  emalı  zamanı  qalıq,  həmçinin,  işlədilməyən  və  ya 



müddəti  keçmiş  sənaye  məhsullarıdır.  ABŞ  alimlərinin  məlumatına  görə  hər  il 

dünya  okeanına  6,6  mln.  tona  qədər  müxtəlif  zibil  atılır  ki,  onların  da,  əsas 

kütləsini plastmas əşyalar təşkil edir;  

-

  istilik  tullantıları  –  dəniz  mühiti  ilə  əlavə  istiliyin  kontaktından  onun  səciyyəsi 



dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər:  

-

  şirin  su  və  duzlar-şirin  suyun  çox  olması  ciddi  problem  yaratmır,  lakin  əgər 



saflaşdırmaya meyilli olan zonaya düşərsə problem yarada bilər;  

-

  zəhərlər-qeyri-üzvi  zəhərlər  adətən  sənayedə  xəstəlik  törədən  orqanizmləri  və  ya 



yosunları  məhv  etmək  üçün  istifadə  olunur.  Üzvi  zəhərlər  isə  dənizə  qəsdən  və 

təsadüfən  atılmış  müasir  kimyəvi  maddələrdən  ən  təhlükəlisidir  (biosid-

Behruz Melikov

Behruz Melikov




fungusidlər,  herbesidlər,  insektisidlər,  podensidlər,  həmçinin,  karbohidrojenlər, 

neft məhsulları və sənaye kimya məhsulları); 

-

 neft-təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun müddət ərzində bioloji yolla 



parçalanan maddələrdir;  

-

 gübrələr-ən çox yayılanı azot və fosfor birləşmələridir. Onlar ətraf mühitdə həmişə 



mövcud  olmuşdur  və  onların  bəziləri  çürüyən  orqanizmdən  ayrılaraq  təbii  yolla 

mühitə qayıdır;  

-

 radioaktivlik-radioaktiv maddələr dəniz mühitinə nəinki uran istifadə olunan atom 



stansiyalarının  işləməsi  şəraitində  və  başqa  növ  fəaliyyətlə,  həm  də,  kömürün 

yandırılması kimi adi şəraitdə də düşürlər;  

-

 turşular  və  qələvilər  –  turşu  və  qələvilərin  dənizə  atılması  ekoloji  sistemin 



balansına  zərərli  təsir  edir.  Dəniz  suyunun  normal  turşuluğu  təqribən  8,0%  olur, 

yəni dəniz suyu zəif qələviləşmiş olur.  

-

 estetik baxımdan – xoşa gəlməyən görüntülü və iyli tullantılar cəlbedici deyillər;  



-

 nəqliyyat  gəmiçiliyi-mütəxəssislər  qeyd  edirlər  ki,  Okeana  düşən  neft 

məhsullarının  əksəriyyətini  motorlu  qayıqların  mühərriklərində  daxili  yanma 

şə

raitində  işlənmiş  yağlar  təşkil  edir.  Neftin  tankerlərdən  qəza  nəticəsində 



dağılması  və  daşması  prosesi  də  baş  verir.  ri  tankerlər  yüklərini  boşaltdıqda 

gəminin  dinamik  xüsusiyyəti  xeyli  dəyişir.  Belə  ki,  onun  çəkisi  azalır  və  onun 

idarə olunma xüsusiyyəti tam yüklə dolu olmasını tələb edir. Ona görə əksəriyyət 

tankerlərə ballast su vurulur. Tanker neft götürməyə hazırlaşanda ballast su dənizə 

buraxılır və o sularla dənizə xeyli miqdar neft tullantıları atılır;  

-

 sənayedə suların çirklənməsi;  



-

 çirkab suların təmizlənməsi sistemi;  

-

 kənd  təsərrüfat  mənbələri  (süni  gübrələr,  heyvanların  çirkabı,  pestisidlər, 



herbesidlər və asılı hissəciklər); 

-

 istirahət zonalarındakı çirkləndiricilər;  



-

 tikinti və s. zamanı yaranan çirkləndiricilər. 

Bir  çox  tədqiqatçılar  hesab  edirlər  ki,  tullantıların  basdırıldığı  yerlər 

gələcəkdə  insanların  təkrar  istifadə  edə  bilməsi  üçün  əlçatan  yerdə  olsun. 

Behruz Melikov

Behruz Melikov




Yaponiyada  tullantıları  pasportlaşdıraraq,  ciddi  nömrələnmiş  konteynerlərə  yığıb 

bir-birinə  yaxın  adaların  arasında  suyun  dibinə  üst-üstə  endirilməsi  və  səthə  bir 

neçə  metr  qalmış  üstünün  gətirilmə  torpaqla  doldurulması  sınaqdan  keçirilir. 

Bunun nəticəsində  həm  adalar birləşdirilir,  yeni  torpaq sahəsi əldə  edilir, həm  də 

ə

n  vaciblisi,  gələcək  nəsillər  üçün  hazırda  istehsalı  mümkün  olmayan  təkrar 



istehsal  xammal  bazası  yaradılmış  olur.  Bəzən  hesab  edirlər  ki,  radioaktiv 

tullantıların basdırıldığı ərazilər yaşayış yerlərindən çox uzaqda olmalıdır. Görünür 

ikuinci üsul daha təhlükəsizdir.  

Hazırda  cəmiyyətin  ictimai  fəaliyyəti  və  canlıların  həyatı  üçün  vacib  olan 

içməli su problemi ən vacib məsələlərdən biridir.  

 Son  vaxtlar  sənaye  və  mətbəx  axarlarının  çirkablarının  90%-dən  çoxu 

bilavasitə su hövzələrinə axıdılır. Aparılan tədqiqatlar nəticəsində açıq sularda iki 

minə yaxın zərərli maddələr olduğu aşkar edilmişdir. Torpaq və havada olan zərərli 

maddələrin əksəriyyəti qar və yağış suları vasitəsilə açıq su hövzələrinə qaytarılır. 

ri  sənaye  müəssisələrində,  xüsusilə,  böyük  sənaye  şəhərlərində  (Tokio,  London, 

Paris, Nyu-York) yağış sularında müşahidə edilən civə, mərgümüş və qurğuşunun 

miqdarı qonşu ərazilərdən 100-1000 dəfə artıqdır. 

Hazırda  açıq  sularda  DDT-in  miqdarı  500 000  tondan  artıqdır.  Göründüyü 

kimi, suların çirklənməsi təhlükəsi artır. Azərbaycanın su hövzələrinin mikrobiooji 

cəhətdən  öyrənilməsinə  1958-ci  ildən  başlanmışdır.  Respublikamızın  əsas  su 

arteriyası olan Kür çayı öz axımı boyu üç hissəyə: yuxarı, orta və aşağı hissələrə 

bölünür.  Orta  və  aşağı  Kür  uzun  illərdən  bəri  dəfələrlə  tədqiq  edilmiş,  yuxarı 

Kürün tədqiqinə isə ilk dəfə 1965-ci ildə başlanmış, həmin işlər 1974-76-cı illərdə, 

1984-86-cı illərdə təkrar edilmişdir. 

Gürcüstanın ən iri sənaye mərkəzlərindən olan Tbilisi və Rustavi şəhərlərinin 

çirkabları  Kür  çayına  axıdılır.  Son  vaxtlar  ES-lərin  işləyən  aqreqatlarının 

soyudulması nəticəsində qızdırılmış sular da çirkab sular sırasında su hövzələrinə 

daxil edilir. 

Respublikamızın  ərazisinə  qədər  Araza  sol  sahil  boyu  Ermənistanın  çayları 

qarışır.  Arazın  əsl  mənada  bəlası  da  buradan  başlayır.  Yerevan  şəhərindən  keçən 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə