~ 221 ~
Embrional dövrdə ilkin differensiasiya prosesləri
Mayanamadan
əvvəl
heyvanların
yumurta
hüceyrəsində
(sitoplazmada) külli miqdarda m-RNT, r-RNT və n-RNT toplanır. Bunlar
mayalanmadan əvvəl spesifik histon zülallarla birləşərək qeyri-fəal
qranulalar – introsomlar əmələ gətirir.
Mayalanmadan bir neçə dəqiqə keçdikdən sonra introsomun m-RNT-
nin molekulunun bir qismi zülallardan azad olunaraq yumurta hüceyrəsinin
sitoplazmasında ribosomların üzərinə daxil olaraq, ziqotun ilkin inkişafı
üçün lazım olan müəyyən zülalların sintezinə başlayır. Ziqotun ilkin
inkişaf mərhələsi ana orqanizmin genlərinin nəzarəti altında həyata keçir.
Blastula mərhələsinin sonuna qədər zülalların sintezini yumurta
hüceyrəsinin m-RNT-si təmin edir. Qastrulaysiya mərhələsinin əvvəlindən
başlayaraq və ontogenezin bütün sonrakı proseslərində zülalların sintezi
hər iki valideynlərin nüvələrinin birləşməsi nəticəsində əmələ gələrək,
onların genetik məlumatını birləşdirir. Rüşeymin inkişafının ilkin
mərhələlərində ziqotun bölünməsi və blastulanın əmələ gəlməsi yumurta
hüceyrənin sitoplazmasında olan RNT və digər komponentlərin hesabına
gedir. Qastrula mərhələsində artıq nüvə m-RNT-si fəaliyyətə başlayır və
bu vaxtdan nüvə irsiyyəti, yəni həm ana, həm də ata orqanizmindən alınan
genlər fəaliyyətə başlayır.
Toxumaların differensiasiyası
Hüceyrənin ilkin differensiasiyası və qastrulaya qədər differensiasiya
əsasən sitoplazma ilə əlaqədardır. Qastruladan sonrakı inkişaf hər bir
növün, cinsin, sortun və fərdin bütöv genetik məlumatını və genlərin tam
yığınını öz tərkibində saxlayan ziqotun hüceyrə nüvəsinin fəaliyyəti ilə
bağlıdır.
Heyvanlarda embrional toxumaların hüceyrələri forma və zülal
tərkibinə görə nisbi olaraq eyni olurlar. Sonra onlar differensiasiyaya
uğrayaraq müxtəlif ixtisaslı hüceyrələrə çevrilirlər. Hüceyrələrin belə
müxtəlifliyinin meydana gəlməsi differensiasiya adlanır.
Forma əmələ gəlmə proseslərinin və ixtisaslaşmış hüceyrələrin
inteqrasiyası üçün lazım olan spesifik zülalların sintezinə nəzarət edən
genlər differensiasiya zamanı aktiv funksiyaya malik olur.
Hüceyrələrin və toxumaların differensiasiya prosesində DNT-nin,
xromosomların, nüvənin, sitoplazmanın tərkibində geriyə dönməz
dəyişilmələr baş verir, baxmayaraq ki, orqanizmə xas olan bütün genetik
~ 222 ~
məlumat hüceyrədə qalır.
Genotip və fenotip
Genotip termini ilk dəfə 1909-cu ildə danimarkalı alim V. İohansen
tərəfindən elmə gətirilmişdir.
Orqanizmin xromosomlarında (diploid sayda) cəmləşən bütün
genlərin yığımına genotip deyilir. Genotip orqanizmin bütün həyat
fəaliyyətinə, inkişafına, qurluşuna, fenotipinə nəzarət edir.
Müasir genetika sübut etmişdir ki, orqanizmlərin bütün əlamətlərinin
əsasını onların genotipi təşkil edir. Hər bir əlamətin təzahürü genotip və
mühit arasında yaranan mürəkkəb qarşılıqlı əlaqələrin nəticəsidir.
Fenotip orqanizmin daxili və xarici struktur və funksiyalarını
morfoloji, anatomik və fizioloji üsullarla öyrənən və təsvir edən əlamət və
xüsusiyyətlərin cəmidir. Fenotip orqanizmin daimi xüsusiyyəti deyil, o,
orqanizmin inkişaf prosesində fasiləsiz olaraq dəyişilir. Hər bir orqanizmin
fenotipi konkret inkişaf şəraitində genotipin imkanları eyni cür təzahür
etmir.
Odur ki, eyni genotipə malik olan orqanizmlər ayrı-ayrı inkişaf
şəraitində müxtəlif fenotipə malik ola bilər.
Penentrantlıq və ekspressivlik
Eyni bir cinsə və yaxud növə aid olan orqanizmlərdə eyni bir gen
müxtəlif dərəcədə fenotipik təzahür edə bilər. Qohum qrupa aid olan
fərdlərdə bu və ya digər əlamət üzə çıxa və ya çıxmaya bilər. Belə
hadisəyə genlərin penentrantlığı deyilir. Genlərin
penentrantlığı faizlə
müəyyən olunur. Bu faiz öyrənilən genin fərdlərdə üzə çıxması ifadə edir.
Əgər müəyyən genin heyvan cinsinin və yaxud bitki sortunun bütün
fərdlərində meydana çıxıbsa, onda penentrantlıq 100% təşkil edəcək,
həmin genlərin müəyyən bir hissəsində təzahür edirsə, onda onun faizi
müəyyənləşir.
Oxşar genotiplərin konkret mühit şəraitində reaksiyası və genin
fenotipik özünü biruzə verməsini xarakterizə edən hadisəyə genin
ekspressivliyi deyilir.
Heteroziqot vəziyyətdə olan resessiv genlər adi şəraitdə fenotipik
özlərini
biruzə vermir, lakin dəyişilmiş şəraitdə meydana çıxa bilir.
Buna misal olaraq, genin müxtəlif cür fenotipik özünü biruzə
verməsinə və ekspressivliyinə dovşanın xəzinin rənginin dəyişməsini