Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

 
50
ev  tapşırığının  nədən  ibarət  olduğunuн  hamısını  qeyd  etsin,  sinifdən  əvvəlcə 
özü, sonra şagirdləri çıxsın. 
Ev  tapşrıqlarının  icra  vəziyyətində  ortaya  çıxan  faktlara  müəllimlərin 
münasibətlərinə  nəzər  salaq.  Təcrübəli  müəllimlər  ev  tapşırıqlarının  yerinə 
yetirilməsinə  məsuliyyətlə  yanaşan,  səliqəli  və  keyfiyyətlə  öhdəsindən  gələn 
şagirdləri nümunə gətiriр, onların işlərini nümayiş etdirir. Dəftəri itən şagirdlər 
məzəmmət edilir; Hər hansı səbəbdən tapşırığa əməl etməyənlər, onu səliqəsiz 
yerinə yetirənlər yenidən işləməli olurlar. Nəticədə şagirdlər yəqin edirlər ki, ev 
tapşırıqları vaxtında və keyfiyyətlə icra edilməlidir.  
Müəllim  hər  hansı  məsələyə  aydınlıq  gətirərkən  şagirdlərin  dinləmək 
qabiliyyətlərində  üzə  çıxan  hallara  müəllimlərin  münasibətində  rəngarənglik 
olur. Şərhə diqqətlə qulaq asan və buna görə də deyilənləri şüurlu başa düşən, 
soruşanda  ətraflı  cavab  verən  şagirdlər  təcrübəli  müəllimlər  tərəfindən 
qiymətləndirilir;  belə  müəllimlər  sinifdəki  bütün  şagirdləri  нязарятдя  saxlayır, 
tək-tək  şagirdlərdə  diqqətin  azacıq  yayınması  halını  müəyyənləşdirən  kimi 
dərhal tədbir görür, belə şagirdi ayağa qaldırıb, ağır söz demədən soruşur: 
-De görüm, mən nəyi izah edirdim, nədən danışırdım? 
Bəzən  isə  müəllim  səsinin  tonunu  qaldırmaqla  və  ya  aşağı  salmaqla 
həmin şagirdə baxır, diqqətinin yaйındığını ona щисс етдирир.  
Bu  cür  hallar  danışan  yoldaşı  dinləməyi  bacarmaqda  da  müşahidə 
olunur.  Müəllim  bəzən  sinif  qarşısında  hər  hansı  sual  qoyur,  hansı  şagirdдян 
isə  izah  etməsini  istəyir;  eyni  zamanda  sinifdən  xahiş  edir  ki,  diqqətlə  qulaq 
assınlar,  yoldaşlarının  fikrinə  münasibətlərini  bildirsinlər.  Müzakirə  zamanı 
diqqəti yayınan şagird müəyyənləşir. Müəllim həmin şagirdə müraciət edir: 
-Deyə bilərsənmi yoldaşının son fikri nə oldu? 
Şagird  pis  vəziyyətə  düşdüyünü,  diqqətsizliyə  yol  verdiyini  duyur  və 
sinifdəki ümumu işə qoşulur. 
Müəllim kiçik bir epizoddan böyük pedaqoji nəticə çıxarıb deyir: 
-Unutmayın  ki,  diqqət  biliyin  qapısıdır.  Kim  özünü  ələ  alıb  diqqətini 
səfərbər edə bilиrsə  dərsdə  fəal  iştirak  edir və nəticədə uğurla təhsil alır; kim 
özünü  ələ  ala  bilmirsə,  kimin  diqqəti  tez-tez  yayınırsa,  o,  təhsildə  çətinlik 
çəkməli olur, uğur qazana bilmir. 


 
51
Diqqət  biliklərin,  bacarıq  və  vərdişlərin  qazanılmasında  böyük  rol 
oynayan  qüdrətli  psixoloji  qüvvələrdən  biridir.  Belə  psixoloji  qüvvələrə  nəzər 
salaq. 
4.Təlimdə psixoloji inkişaf imkanlarının aşkar edilməsi. 
Dərsin  nəinki  tərbiyəvi  iş  aparmaq  imkanları,  həmdə  şagirdlərin 
psixoloji  qüvvələrini  hərəkətə  gətirərək  səviyyəsini  artırmaq,  təhsillilik 
dərəcəsini yüksəltmək vasitəsinə çevirmək imkanı olur. 
Təlim  zamanı  müəllimdən  xoş  söz  eşitmək,  valideynlərini  sevindirmək
yoldaşları arasında sayılıb seçilmək istəyi ilə nümunəvi oxumağa və nümunəvi 
intizama can atan şagirdlərimizlə yanaşı, müəllimindən tənəli sözlərə alışan, öz 
mənliyini  başqa  cəhətlərdə,  dəcəlliyi  ilə  yoldaşlarını  güldürməyə  və  nəticədə 
müəlliminin əsəbləşməsinə səbəb olan şagirdlərimiz də olur. 
Birinci  qrup  şagirdlərdə  diqqət,  iradə,  təsəvvür,  təxəyyül,  təfəkkür, 
hafizə kimi psixoloji qüvvələr intensiv inkişaf etməyə başlayır; uğurlar gündən- 
günə artır.  Şagirdин özü də sevinc hissi keçirir, müəllim də razı qalır, valideyn 
də  məmnun  olur.  İkinci  qrup  şagirdlərdə  dərs  zamanı  diqqətin  yayınması, 
özünü  ələ  ala,  özünü  müəllimin  tələbinə  tabe  edə  bilməmək,  müəllimin  təklifi 
üzrə  cavab  verməyə  hazır  olmamaq,  hafizəsində  ilişib  qalan  məlumatları 
xatırlamaqda  tənbəllik  etmək,  lazım  olan  zaman  təsəvvürü  işə  salmaqda 
çətinlik  çəkmək,  görmədiyi  hadisələri  eşitdiyi  və  ya  oxuduğu  əsasında 
təxəyyülündə  canlandırmağa  qadir  olmamaq,  ev  tapşırıqlarını  səbirsizlik 
üzündən səliqəsiz və ya yarımçıq yerinə yetirmək kimi qüsurlu psixoloji hallar 
müşahidə olunur. 
Müşahidələrdən alınan belə faktlar göstərir ki, sadaladığımız qüsurların 
başlıca  səbəblərинdən  birini  ailə  tərbiyəsində  və  məktəbdə  təlimə  ənənəvi 
yanşmada,  psixoloji  qüvvələrin  təlimdə  roluna  əhəmiyyət  verməməkdə 
axtarmaq lazımdır. 
Valideyn  də,  müəllim  də  yaxşı  halda  şagirddən  dərslikdəki  materialı 
söyləməsini,  şeri  əzbər  danışmasını,  ev  tapşırığının  icrasını  tələb  edir.  Bu 
tələblər təbiidir  və təlimlə əlaqədar  hər  bir şəxs  tərəfindən görülməsi mümkün 
olan tərəfidir. Lakin valideynlərimizin və müəllimlərimizin xeyli hissəsi təlimin 
digər  cəhətini,  özü  дя  dərsдə  onun  gözlə  görünməsi  bir  qədər  çətin  olan 
tərəfini-psixoloji  qüvvələrin  necəliyini  mənalandırmır.  Halbu  ki,  təlimdə 
şəxsin, o cümlədən, şagirdin, xüsusən təhsilin ilk pilləsinə qədəm qoymuş aşağı 
sinif şagirdlərinin təlimdə uğur qazanmasının ən vacib, ən zəruri vasitəsi onun 
diqqətli,  iradəli,  hafizəli  olması,  fikir  yürütmək,  lazımı  məqamlarda  təsəvvür 


 
52
etmək,  xəyalda  canlandırmaq,  özünü  ələ  ala  bilmək,  səbirli  olmaq 
qabiliyyətidir. 
Valideyn  də,  müəllim  də  möhkəm  yadda  saxlamalıdırlar  ki,  qeyd 
etdiyimiz  psixoloji  qüvvə  və  qabiliyyətlər  anadangəlmə,  irsən,  nəsildən-nəslə 
keçən əlamətlər deyil; onlar şəxsin həyatında formalaşır. Təlim-tərbiyə bu işdə 
aparıcı  rola  malikdir.  Sadaladığımız  psixoloji  qüvvələrin  və  qabiliyyətlərin 
təlimdə  rolunu  aydın  təsəvvür  etməyən  valideynlərin  uşaqlarında  və 
müəllimlərin  şagirdlərində  həmin  qüvvə  və  qabiliyyətlərin  səviyyəsi,  adətən, 
aşağı  olur.  Əksinə,  təlimdə  diqqətin,  iradənin,  hafizənin,  təsəvvürün, 
təxəyyülün, təfəkkürün və s. psixoloji qüvvələrin aparıcı  rolunu başa düşən və 
öz  əməli  işində  nəzərə  alan  valideynlərin  uşaqlarında  və  müəllimlərin 
şagirdlərində  psixoloji  qüvvələrin  səviyyəsi  yüksəlir;  təhsildə  müvəffəqiyyətə 
yol açır. Necə? Təlimə müasir yanaşma tərzində bu suala da cavab verilir. 
5.  Təlimdə psixoloji qüvvələrin inkişaf etdirilməsi. 
Nəzərə  alınmalıdır  ki,  diqqəti  çəkən  psixoloji  qüvvələrin  hər  biri  ayrı-
ayrı  dərslərdə  formalaşdırılmır.  Konkret  dərsdə  şagirdlərin  bütün  psixoloji 
qüvvələri:  diqqət,  iradə,  hafizə,  təsəvvür,  təxəyyül,  təfəkkür  və  s.  iştirak  edir. 
Adları çəkilən psixoloji qüvvələrin səviyyəsi isə aşağı sinif şagirdlərinin fərdi və 
yaş xüsusiyyətlərindən aslı olaraq müxtəlif ola bilir.  
Konkret sinifdən, fəndən, öyrənilən mövzunun imkanından və müəllimin 
istəyindən  asыlı  olaraq  bir  dərsdə  bütün  psixoloji  qüvvələrin  hamısınы  da, 
onlardan  hər  hansı  birini  də  əvvəlcədən  müəyyənləşdirib  актуallaşdırmaq, 
inkişafına təkan vermək olur. 
Psixoloji  qüvvələri  kompleks  şəkildə  inkişaf  etdirməyə  misal  olaraq  IV 
sinifə aid “Oxu” dərsliyi  üzrə gətirilən məşğələyə qayıdaq. Həmin məşğələdən 
göründüyü  kimi,  tapşırıqdakı  on  sual  üzərində  çalışan  şagirdlərdə 
müşahidəçilik  hafizə,  təsəvvür,  təxəyyül,  təfəkkür,  yarаdıcılıq,  təşəbbüskarlıq 
kimi qabiliyyət və bacarıqların inkişafına münasib şərait yaradılmışdır. 
Əvvəla,  sualların  hamısı  şagirdlərdən  şəklə  ümumiyyətlə  baxmağı  yox, 
istənilən əlaməti görməyi, digər əlamətlər arasında onu seçib qeyd etməyi tələb 
edir.  (9  sual:  Şəkildə  Azərbaycanın  hansı  təbii  sərvətləri  əks  olunub?  sualı 
misal  ola  bilər).  Bu  qəbildən  olan  suallar  üzərində  işləyən  şagirdlərdə,  hər 
şeydən  əvvəl,  müşahidəçilik  qabiliyyətlərini  inkişaf  etdirir.  İkincisi,  oradakı 
sualların  bəziləri,  məsələn,  8-ci  sual  (Dədə  Qorqud  sazda  çalıb  nə  oxuyur?) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə