Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   75   76   77   78   79   80   81   82   83

 
205
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSİL 28 
MƏKTƏBDAXİLİ RƏHBƏRLİK PEDAQOJİ PROSESƏ XİDMƏT КИМИ 
 
 
1.Məktəbə rəhbərliyin ümumi məsələləri 
Azərbaycan  Respublikasında  təhsil  sisteminə  bilavasitə  rəhbərlik  vertikal 
istiqamətdə,  yəni  yuxarıdan  aşağıya  doğru  həyata  keçirilir.  Ölkəmizdə  təhsil 
sisteminin  başında  respublika  Təhsil  Nazirliyi  durur.  Nazirliyin  kollegiyasının 
qərarları və nazirin əmrləri təhsil sisteminin bütün vəsilələrində icra edilir. 
Təhsil  sisteminin  vəsilələrinə  aiddir:  Naxçıvan  Muxtar  Respublikasının 
Təhsil  Nazirliyi,  şəhər  təhsil  şöbələri,  rayon  təhsil  şöbələri,  ayrı-ayrı  tədris 
müəssisələrinin  müdirliyi  və  rektorluğu.  Sadalanan  orqanların  və  tədris 
müəssisələrinin  rəhbərləri  təhsilin  yerlərdə  rəhbərləri  hesab  edilir.  Məsələn,  orta 
ümumtəhsil  məktəbində  direktor  və  onu  müavinləri,  orada  ictimai  əsaslarda 
fəaliyyət göstərən qurumların başında duran şəxslər də təhsilin rəhbərlərinə aiddir. 
İndiyədək  Azərbaycanda  təhsil  rəhbərləri  ayrıca  ixtisas  rəhbərləri  kimi 
hazırlanmamışdır. Təhsil sahəsində rəhbər vəzifələrə adamlar müsabiqələr yolu ilə 
seçilmiş,  yaxud  müəllimlərdən  ən  bacarıqlıları  müəyyənləşdirilərək  təyin 
edilmişdir. 
Son  zamanlar  bəzi  xarici  ölkələrdə  təhsilə  rəhbərlik  edəcək  mütəxəssislər 
hazırlanmasına başlanmış və belə mütəxəssislərə təhsil meneceri deyilir. 


 
206
Azərbaycan  Respublikasında  da  təhsilə  rəhbərlik  edəcək  mütəxəssislərin 
hazırlanması üzərində düşünürlər.  
Bu  yeni  meyl  reallaşanadək  biz  indidən  ümumtəhsil  məktəbində  pedaqoji 
prosesə xidmət  mövqeyindən təhsilə rəhbərliyin bəzi məsələləri ilə tələbələri tanış 
etməyi vacib sayırıq. 
Məktəbdə  pedaqoji  prosesə  xidmətdə  həm  vəzifəli  şəxslər,  həm  də  ictimai 
qurumlar  iştirak  edir.  Məktəbin  direktoru  və  onun  müavinləri,  sinif  rəhbərləri  və 
müəllimlər  birincilərə  aiddir;  məktəb  pedaqoji  şurası,  fənn  komissiyaları,  məktəb 
valideynlər komitəsi, sinif valideynlər şurası və s. ictimai qurumlardır. 
Pedaqoji  prosesin  səviyyəsini  yüksəltməkdə  məktəbin  vəzifəli  şəxslər  ilə 
yanaşı  ictimai  qurumların  rolu  böyükdür.  Həm  vəzifəli  şəxslər,  həm  də  ictimai 
qurumların  rəhbərləri  məktəbdə  pedaqoji  prosesə  xidmət  göstərərkən  bir  sıra 
sənədlərə  əsaalanırlar.  Azərbaycan  Respublikası  Konsitutiyası,  Təhsil  Haqqında 
Qanun,  Ümumi  Orta  Təhsil  məktəbinin  Əsasnaməsi,  Azərbaycan  Respublikası 
Təhsil Nazirinin əmrləri, sərəncamları və bu cür sənədlərdir. 
Pedaqoji  prosesə  rəhbərlik  bir  çox  təşkilatı  məsələlərin  həllini  də  nəzərdə 
tutur. Məktəbdaxili nəzarətin təşkili, dərs cədvəlinin tərtibi, məktəbdə təlim-tərbiyə 
işinin  planlaşdırılması,  tədris  rejiminin  yaradılması  və  ona  əməl  edilməsi, 
müəllimlərin  vaxtaşırı attestasiyadan keçirilməsi,  ictimaiyyətlə  və dövlət orqanları 
ilə ünsiyyətin tənzimlənməsi və s. tədbirlərin hazırlanması və həyata keçirilməsi bu 
cür təşkilati tədbirlərdəndir. 
Pedaqoji  prosesin  məktəbdə  səviyyəsini  yüksəltməkdə  Təhsil  Nazirliyinin 
rolu  ayrıca  qeyd  edilməlidir.  Respublikamızda  təhsil  sisteminə,  ayrı-ayrı  tədris 
müəssisəsinə  ümumi  dövlət  nəzarətini  Təhsil  Nazirliyi  həyata  keçirir.  Nazirlik 
təhsilin  inkişafı  üzrə  dövlət  proqramını  hazırlayır,  təsdiq  etdirir  və  həyata 
keçirilməsini təmin edir; eyni tipli tədris müəssisələri üçün ümumi olan baza tədris 
planını,  tədris  proqramları  və  dərslikləri  təsdiq  edir;  təhsilin  səviyyəsini 
müəyyənləşdirməyə imkan verən dövlət standartlarını rəsmiləşdirir və s. 
 
2.Məktəbin maddi-texniki təminatı pedaqoji prosesə xidmət edir 
 
Pedaqoji  prosesin  yüksək  səviyyədə  qurulması,  birinci  növbədə,  zəruri 
maddi-texniki  təminat  tələb  edir.  Yadda  saxlamalıyıq  ki,  ayrı-ayrı  fənlər  üzrə 
biliklərin,  bacarıq  və  vərdişlərin  şagirdlər  tərəfindən  şüurlu  və  möhkəm 
mənimsənilməsi  müvafiq  tədris  avadanlıqlarının,  cihazların,  əyani  və  texniki 
vasitələrin  məktəbdə  olub-olmamasından  da  asılıdır.  Pedaqoji  prosesin  bu  cür 
maddi-texniki  baza  ilə  təmin  edilməsində  məktəb  rəhbərləri,  fənn  müəllimləri, 
ictimaiyyət  nümayəndələri  hətta  imkan  daxilində  valideynlər,  rayon  təhsil  şöbəsi, 
bələdiyyə  iştirak  edir.  Məktəbin  maddi-texniki  bazasının  möhkəmləndirilməsində 
Təhsil  Nazirliyi  də  xeyli  real  iş  görür.  Son  zamanlar  Mehriban  Əliyeva  Heydər 
Əliyev  fondu  xətti  ilə  məktəblərimizin  maddi  bazasının  möhkəmləndirilməsində 
xüsusi 
böyük 
fəaliyyət 
göstərmişdir. 
Xarici 
ölkələrin 
Azərbaycan 
Respublikasındakı  bəzi  səfirlikləri  də  məktəblərimizin  maddi-texniki  bazasının 
möhkəmləndirilməsində  fəallıq  göstərir.  Burada adları  qeyd olunan  və olunmayan 
təşkilatlar  çalışırlar  ki,  məktəbimizin  uşaq  zövqünü  oxşayan  binası,  məktəbyanı 


 
207
sahəsi,  idman  zalı,  fənn  kabinetləri  və  labaratoriyaları,  emalatxanaları,  həkim 
məntəqəsi,  zəngin  kitabxanası,  iclas  zalı,  muzeyi,  canlı  guşəsi,  pedaqoji  fikir 
carçısı olan müəllimlər otağı və s. , və i.a. olsun. 
Məktəb  binasının  tikilməsində,  onun  təmirində,  avadanlıq  və  cihazların 
alınmasında  işin  əsas  ağırlığı,  əlbəttə  məktəbin  direktorunun,  bələdiyyənin  və 
Təhsil nazirliyin üzərinə düşür. 
Fənn  kabinetləri  və  labaratoriyaların  təchizi  və  orada  pedaqoji  prosesin 
səmərəlilik 
dərəcəsi 
daha 
çox 
fənn 
müəllimlərinin 
fəallığından 
və 
təşəbbüskarlığından  asılı  olur.  Respublikamızın  məktəblərində  fizika,  kimya, 
biologiya, coğrafiya, ədəbiyyat və digər fənn kabinetlərini nümunəvi şəkildə təchiz 
və  tərtib  edən,  orada  fənnin  tədrisini  yüksək  səviyyədə  quran  müəllimlərimiz  az 
deyil. Bununla yanaşı, məktəbin maddi-texniki bazasına lazımi qayğı göstərməmək 
halları da olur. Baxımsızlıq ucundan bəzi nəktəblərdə avadanlıq, cihazlar, əyani və 
texniki  vasitə  vaxtından  tez  sıradan  çıxır,  istifadəsiz  qalır.  Adətən  bu  cür 
məktəblərdə  pedaqoji  prosesin  səviyyəsi  aşağı  düşür.  Odur  ki,  məktəbin  mövcud 
maddi-texniki bazasını nəinki qoruyub saxlamaq, hətta onu daim yeniləşdirmək və 
zənginləşdirmək  zəruridir;  onu  pedaqoji  prosesə  xidmətin  tərkib  hissəsi  hesab 
etməliyik. 
Yadda  saxlayaq:  məktəbə  rəhbərlikdə  iştirak  edən  şəxslər  və  qurumlar  nə 
qədər  səriştəli,  fəal,  işgüzar,  məktəbcanlı  olurlarsa  pedaqoji  proses  bir  o  qədər 
yüksək səviyyədə cərəyan edir. 
 
3. Məktəbin kadr təminatı pedaqoji prosesə xidmətdir. 
 
Vaxtilə  geniş  şəkildə  istifadə  olunmuş  “Kadır  hər  şeyi  həll  edir”  ifadəsi  müasir 
dövrümüzdə təhsil sahəsinə, pedaqoji prosesə də müəyyən mənada şamil edilə bilər. 
Pedaqoji  prosesə  rəhbərlikdə  məktəb  direktorunun  rolu  əvəz  edilməzdir.  Mövcud 
qaydalara görə məktəbin kadrlarla, xüsusən pedaqoji kadrlarla təmin olunması direktorun 
səlahiyyətindədir.  Belə  bir  ciddi  səlahiyyət  tələb  edir  ki,  məktəbin  direktoru  işə  qəbul 
ediləndə  səriştəli,  işgüzar,  təcrübəli,  gənc  nəslin  təlim-tərbiyəsi  ilə  canla-başla  xidmət 
etməyə  hazır  olan  müəllimlərə  üstünlük  versin.  Belə  olduqda  pedaqoji  proses  zamanı 
ortaya  çıxan  problemin  öhdəsindən  gəlmək  işi  xetli  yüngülləşir.  İşə  götürülən  bu  cür, 
məsələn,  biologiya  müəllimi  az  bir  zaman  kəsiyində  özünün  və  şagirdlərinin    gücü  ilə 
biologiya kabinetini çatışmayan eksponatlarla zənginləşdirir. 
Məktəb direktorunun müəllim kimi şəxsi fəaliyyət nümunəsinin əhəmiyyəti xüsusi 
qeyd edilməlidir. Məlumdur  ki,  məktəbin direktoru hansısa fənni tədris edir. Öz fənnini 
yüksək  səviyyədə  tədris  edən,  fənni  üzrə  kabinetinin  işini  nümunəvi  quran  direktor 
müəllimlər  və  valideynlər,  habelə  şagirdlər  arasında  böyü  nüfuz  qazanır;  nəticədə 
pedaqoji prosesin səviyyəsi yüksəlir. 
Pedaqoji prosesə rəhbərlikdə direktor müavinlərinin də rolu az deyil. O, məktəbdə 
tədris  işlərinin  normal  gedişinə  bilavasitə  cavabdeh  olan  şəxsdir.  Tədris  proqramlarının 
məktəbdə  tam  yerinə  yetirilməsinə,  dərs  cədvəlinin  tərtibinə,  müəllimlər  və  şagirdlər 
tərəfindən  ona  əməl  olunmasına  rəhbərliyi  tədris  işləri  üzrə  müavini  həyata  keçirir. 
Pedaqoji  prosesdə  müəllimlərin  nümunəvi  iş  təcrübəsinin  üzə  çıxarılması  və  geniş 
yayılması  kimi  bir  sıra  digər  vacib  məsələlərə  rəhbərlik  də  həmin  müavinin 
səlahiyyətlərinə aiddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə