O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

73 


güman ki, doktor Cavidi güllələsinlər. Xanım isə cavabında onlara: "Millət yolunda ölmək doktor 

üçün iftixardır"  demişdir. 

Əvvəl bizim mühakiməmizi Təbrizdə, "şahid"lərin iştirakı ilə aparmaq istəmişdilər. Oyun baş 

tutmadıqda bu qondarma məhkəməni Tehranda qurdular. 1326cı il bəhmənin 11də (1948ci il 

fevral) mənim və ağaye Şəbüstərinin məhkəməsi başlandı. Sərtip Kopal ayrıayrılıqda mənə və 

Şəbüstəriyə Azərbaycan hadisəsində Qəvam və Firuzun "əməlləri" haqda bildiklərimizi 

gizlətmədən səmimiyyətlə etiraf etməyi, bu haqda Əlahəzrətə yazmağı məsləhət gördü. Kopal 

teztez bu cümləni təkrarlayırdı: "Olmuş həqiqəti gizlətsəniz bu iş uzanacaq və nəticə sizin üçün 

ağır olacaq". Mən və ağaye Şəbüstəri şaha məktub yazdıq və Qəvamın, eləcə də M.Firuzun məxfı 

əməlləri haqda heç nə bilmədiyimizi bildirdik.1 

1326cı il bəhmənin 13də ağaye Şəbüstərini yenə məndən ayırıb başqa təcridxanaya saldılar. Mən 

sərləşkər Rəzmara ilə görüşmək istədim və bu haqda məktubumu ona çatdırdılar. Bəhmənin 23də 

Rəzmara, sonra isə Sərtip Bəqai məni qəbul etdilər. Hər ikisi bizə yenə həqiqəti açıb söyləməyi və 

şaha 2ci məktubla müraciət etməyi təkrar məsləhət gördülər. Biz isə nə olmayan "həqiqəti" dedik, 

nə də şaha 2ci məktub yazdıq. 

 

 



YENƏ MÜTTƏHİM KÜRSÜSÜNDƏ 

Bizim mühakiməmiz 1326cı il esfəndin əvvəllərində başlanmalıydı. "Cinayət işi" 

təkmilləşmədiyindən bir qədər gecikdi. Bizi 4 məmurun müşayiəti ilə həıbi məhkəmənin 

təcridxanasından Tehran Şəhribani (polis) İdarəsinin zindanına gətirdilər. Son və yekun istintaqı 

sərqud (mayor) Səduqi adlı bir adam aparırdı. O, 2 saat ağaye Şəbüstərini, 2 3 saat isə məni 

sorğusuala çəkdi. Hiss olunurdu ki, Səduqi bizim məhkum olunmağımıza və "yağlı" cəza  

almağımıza meylli idi. Üstündən 1617 ay keçdikdən sonra o, məndən yenidən köhnəlmiş 

əhvalatları sorğusual etməyə başladı. Ərdəbil fədailəri ilə rabitəm, X.Azərbadiqan ilə aramızdakı 

"rəmzi" teleqraflar, müqavimət qüvvələrinə göstərdiyim köməklik, nə bilim daha nələr, nələr 

haqda danışmağımı və günahkar olmağı boynuma almağı təkid etsə də, bir fayda alınmadı. O, bir 




açıqsöz 

74 


qədər əsəbiləşmiş halda bizi həbs otağına aparmağı məmurlara əmr etdi. Bikəxanım və 

Şəbüstərinin qızı Tələt xanım bizim yenidən günahsız yerə həbs olunduğumuz haqda şahdan 

tutmuş aidiyyəti olan idarə başçılarına qədər şikayət etməkdə idilər. 

Bəzi müəlliflər hasız olaraq bu məktubu şaha satılma, ondan mərhəmət diləyi kimi şərh edirlər (tərtibatçı redaktor). 

Müttəhim kimi mənə vəkil tutmağa icazə verilsə də, bunun üçün pulum çatmırdı. Bunu bilən 

İttihadiyədəki (həmkarlar təşkilatında) qeyrətli yoldaşlarım 1500 tümən pul toplayıb vəkil tutmaq 

üçün Bikəyə vermişdilər. Biz həmin pula hərbçi Şahgülünü vəkil tutduq. Həmin günün sabahı 

sərvan Fazili adlı bir şəxs bildirdi ki, o, məni pulsuz müdafiə etməyə hazırdır və beləliklə sərvan 

Fazili mənim vəkilim oldu. O, cinayət dosyam ilə ətraflı tanış olduqdan sonra bizə qarşı 

ittihamların düzəltmə və əsassız olduğunu bildirdi, ürəkdirək verdi. 1327ci il fərvərdinin 18də 

(1948ci il aprel) bizi növbəti dəfə mühakimə etməyə başladılar. Tüfəngli sərbazların müşayiəti 

altında məni və ağaye Şəbüstərini mühakimə etməyə gətirdilər. Bizim barəmizdə Hərbi Cinayət 

məcəlləsinin 319, 312 və409cu maddələri üzrə cinayət işi qaldırılmışdı. İstintaq dan sonra bu işə 

əlavə edilmiş 12ci maddəyə əsasən bizi edama da məhkum edə bilərdilər. Bizi müdafiə etmək üçün 

vəkilləri mizin ixtiyarında lazımi mədrəklər (sənədlər) demək olar ki, yox idi. Vəkil məni 

məhkəmədəki oxuduğum yazılı difaiyyə (özünümüdafiə) əsasında müdafiə etmək 

məcbüriyyətində idi. Qəvam və Firuzıın "məxfi" fəaliyyətini "ifşa etmək" (əslində bu hoqqabazlıq 

şahla Qəvam arasında əmələ gəlmiş ziddiyyətlə bağlı idi) mənzuru (məqsədi) ilə başlanan 

mühakimə Şəbüstəri ilə mənim milli dövlətdəki fəaliyyətimizə aid idi. Məhkəmənin 5 cələsəsindən 

(iclasından) sonra sərhəng Şəqainin başçılığı altında aparılan mühakimə bizim hər birimizi 2 il 

zindana məhkum etdi (Bikə və Tələtin saysızhesabsız ərizə və şikayətlərindən sonra). Beləliklə, 

yenidən yolumuz zindana düşdü... Zindana yemək, palpaltar gətirməkdən, dövlot mə qamlarına 

"mərhəmət" ərizəsi yazmaqdan yorulmuş bu biçarələr (Bikə və Tələt xanmı) yenə də əzabəziyyətə 

düşdülər. 

Bizim yatdığımız zindanda İranda yaşayan müxtəlif millətlərin nümayəndələri olsa da, türklər və 

farslar (bəlkə də farsdillilər) daha çox idi. Gözlənilmədən zindanda farstürk mübahisəsi qızışdı və 

davaya çevrildi. Bu işdə, məncə, dövlətin əli var idi. Zindana arabir gətirilən "məchul" adamlar 

burada millətçiliyi qəsdən qızışdırıb, sonra aradan çıxırdılar. Dövlətin bu dəstxətti Təbrizdə 

"mühaciryerli" əhvalatından mənə tanış idi. Zindanda bu əhvalruhiyyənin əleyhinə var gücümlə 

mübarizə aparmağımdan zindanbanların xoşu gəlmirdi. Buna görə, mənim kimi adamları teztez bir 




açıqsöz 

75 


nəfərlik təcridxanaya salırdılar. 

Zindan həyatında günü başa vurmaq böyük məsələdir. Mən darıxmamaq və fıkirdən azad olmaq 

üçün bəzən corablarımı dəfələrlə söküb, sonra yenidən toxuyurdum (corab toxumağı Abacıdan 

öyrənmişdim). Bəzən də çörək xırdaların toplayıb, ondan xəmir düzəldib gün təqvimi düzəldirdim. 

Çox vaxt yadımda qalan təsnifləri zümzümə edir, şer yazmağa da həvəs göstərirdim. İmkan düşsə 

bu şerləri şair dostlarımın məsləhət və təshihindən sonra bəlkə çap etdirdim. Şerlərim bir qayda 

olaraq ictimai məzmunda olurdu və arabir Bikəxanımın mənimlə keçdiyi əzablı yolun lövhələrini 

də kağız üzərinə köçürürdüm. Bu yazıları arxiv sandığımda zindan həyatımın "inciləri" kimi 

qoruyub saxlamışam. 

1327ci ildə Əlahəzrət Azərbaycan xalqına "mərhəmət" göstərib nehzət iştirakçılarının bir qisminin 

əfv edilməsi haqda əmr verdi. Bu əmr bizə də şamil olundu. 1327ci il mordadın 6 da (1948ci il iyul) 

mən və Şəbüstəri zindandan azadlığa buraxıldıq. "Atəş", "Qiyam", "Ettelaat", "Sədaye mərdom" 

ruznamələri 16.4.1327ci il tarixli nömrələrində əfv fərmanının mənə və Şəbüstəriyə şamil 

edilməsini bizim şaha sədaqətli olmağımızla əlaqələndirməyə çalışmışlar. Mən təəssüflənirəm ki, 

sonralar bəzi ağzıgöyçəklər də bu qondarmam təkrar etmişlər. Mən və Şəbüstəri azadlığa 

çıxdıqdan sonra istədik ki, bu uydurmaya cavab yazıb ruznamələrdə çap etdirək, vəli bizi 

istəyənlərin məsləhətinə qulaq asıb bu işi etmədik. Əvvələn, doğrudan da heç bir ruznamə siyasi 

cənbə (məzmun) ilə həbsə alınmış və indi azadlığa çıxmış adamın cavabmı çap etməzdi. Digər 

tərəfdən, belə bir cavab işləri yenidən korlayardı. Mən gələcəkdə həqiqətin öz yerini tutacağına 

əminəm. 


Zindandan çıxdıqdan sonra İranda o vaxtkı siyasi mühit elə idi ki, sanki mən kiçik həbs otağından 

böyük həbs otağına gətirilmişdim. Bir yerdə söhbətləşmək, söz danışmaq, müstəqil fikir söyləmək 

mümkün deyildi. Hər şey şahanə çərçivədə olmalıydı. Zindandan çıxdıqdan sonra üzərimdə "göz" 

olduğunu və hər an izləndiyimi hiss edirdim. Suyu püfləyib içməkdən başqa çarə qalmamışdı. 

Dosttanışdan uzaq gəzmək, bazar küçəyə az çıxmaq məcburiyyətində idim. Nəfəs almağın belə 

çətin olduğu bir şəraitdə məni çox narahat edən həqiqəti bilmədən bizim Azərbaycan nehzətinin 

süqutuna bais olmaqda günahlandırılmağımız idi. Bəziləri belə düşünürdü ki, biz qoşuna yol 

verməklə nehzəti süquta uğratdıq. Hətta belə fıkirlər də səslənirdi ki, guya mən və Şəbüstəri İran 

dövlətindən böyük miqdarda pul alıb qoşunu Azərbaycana buraxmışıq. Bu cür düşünənlərin çoxu 

şəxsiqərəzliyə qapanan və ya burnunun ucundan uzağı görməyənlər idi. Hadisələrə yaxşı bələd 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə