Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə204/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   200   201   202   203   204   205   206   207   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

429 



 

Qardaşların  dördüncüsü  olan  İğ  bəkə  (İy  bəy)  gəlincə,  o,  Ərsarı  bayın 

oğullarının yanında qalmışdır. Onun oğulları iki obaya ayrıldılar: qullar və 

çağatay kullar. Bu sonuncuya çağatay qullar dənilməsi, onların çağatayların 

arulat  boyuna  mənsub  bir  kişinin  soyundan  olmaları  ilə  başlıdır.  İy  bəyin 

oğullarından biri bir arulata qızını vermiş və çağatay qullar bunlardan mey-

dana gəlmişlər

1



Türkmənlər arasındakı əski xalqı da həqiqi türkmən sayılmır və onların 

Ayaz adlı bir kölənin soyundan olduqları bildirilir

2

. Ağar və aymaqlı (?) oy-



maqlarının da oğuz xanın vəziri uyğur Irkıl xocanın oğulları olduqları yazı-

lır


3

.  Bu  sözlər  bu  iki  oymağın  əsillərinin  və  ya  keçmişlərini  bilinmədiyini 

göstərir. 

Xəzərarxası türkmənlərinin yurdları Manqışlaq və Balxan dağları olduq-

ca  tənha  yerlərdir  və  bu  yerlərin  mühim  bir  qismi  dəniz,  bozqır  və  çöl  ilə 

çevrilidir.  Buna  baxmayaraq  monqoldan,  çağataydan,  özbəkdən  adamlar, 

topluluqlar  türkmənlərə  sığınır,  onlar  arasında  yaşayır  və  zamanla  görmüş 

olduğumuz oymaqlar meydana gəlir. 

“Şəcəreyi-tərakimə”də daha bir çox oymağın əsli haqqında bilgi verilir. 

Məsələn, tərakimeyi-salur Öyürcük Alpın oğullarından Usara, cabı xalqı ye-

nə  həmin  bəyin  oğullarından  Dinliyə,  Ceyhun  sahilində  Qara  Qol  deyilən 

yerdə  yaşayan  yayalar  Dinlinin  qardaşı  Yaycıya  bağlanmışlar

4

.  Saqar  oy-



mağı  isə  yenə  Öyürcük  Alpın  qardaşı  Qabacığın,  azlar  oymağı  da  onların 

qardaşları  Duduğun,  olam  ürgəncli  xalqı  da  adları  çəkilən  bəylərin  qardaşı 

uşaqları və Suvarçığın oğlu Xurşidin nəslindən göstərilmişlər

5



Xorasanda Durun yörəsində yaşayan yemir elinə gəlincə, bu elin içki sa-

lurdan  Teymur  Tuğlu  xandan  törədildiyi  görünür

6

.  Fəqət  nə  burqaslar



7

,  nə 


də Teymur Tuğlu xan haqqında daha artıq bilgi verilmir. 

Səfəvi qaynaqlarından Xəzərarxası türmənlərinə ait ilk bilgi oxlu (ohlu) 

türkmənindən  Abanın  faaliyətləri  ilə  ilgilidir.  Aba  çox  gənç,  son  dərəcə 

                                                           

1

 Şəcəreyi-tərakimə, s. 75-76, türkcə tərcüməsi, s. 93-94. 



2

 Həmin əsər, s. 72-72, türkcə tərcüməsi, s. 90-91. 

3

 Həmin əsər, s. 71, türkcə tərcüməsi, s. 89. 



4

 Şəcəreyi-təraikimə, s. 71, türkcə tərcüməsi, s. 89. 

5

 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90. Buradakı Suvarcıq adı suvar qövmü ilə 



ilgili  ola  bilər.  “Cami  üt-təvarix”dəki  oğuznamədə  Qara  Arslan  xanın  Suvar  adlı  bir  kölə-

sindən söz edilir. Bu kölə suvar elindən gətirilmişdi. Xan bu kölənin sədaqətini görərək onu 

ordusunun komandanı edir (Oğuzlara ait dastanı mahiyətdə əsərlər, s. 377-378). “Şəcəreyi-

tərakimə”də (s. 55) bu qövm üçün suracıq eli deyilir. Bu fikrin Əbülqaziyə aid olub-olma-

dığı bilinmir. Fəqət oğuznamədə yoxdur. Suvarlar İtil boylarında yaşayırdılar və Kaşğariyə 

görə türk qövmlərindən biridir. Bu adlar oğuzlarla suvarlar arasındakı tarixi münasibətlərlə 

bağlı xatirələr olaraq görünür. 

6

 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90. 



7

 Bu Burkas adı da yenə İtil sahillərində oturan Burtas adlı  qövmü xatırladır. Bunların su-

varlara yaxın bir qövm olduqları söylənir (Ə.Z.Toğan. Burtas maddəsi, İA, II, s. 820-821). 



FARUQ SÜMƏR 

 

430 



 

yaraşıqlı və o nisbətdə bahadır bir bəy idi. Valiliyini təbrik etmək üçün qatı-

na gəldiyi səfəvilərin Astarabad bəylərbəyisinin ona aşiq olub bunu göstər-

məsi Abanın üsyan etməsinə səbəb olmuşdu. Aba bəy səfəvilərə ciddi prob-

lemlər yaratdı. Belə ki, 965-ci ildə (1558) divanbəyi ustacalu Bədir xan, mö-

hürdar zülqədir Şahqulu Xəlıfə, əfşar Rüstəm xan, mosullu Yadigar Məhəm-

məd bəy, ustacalu  Fəth  oğlu  Həsən bəy,  çavuşlu Şahqulu bəy, qacar Qaya 

oğlu Əhməd bəy, Çərəndab Saltanın oğlu Əli bəy və Turqut (Durqut) oğlu 

Qasım Əli Sultan kimi ünlü bəylərin olduğu qələbəlik bir ordu Abanın üzə-

rinə  göndərildi.  Bu  ordu  Aba  ilə  Xarəzm  hökmdarı  Əli  Sultan  tərəfindən 

Gürgən çayı  sahillərində ağır bir  yenilgiyə uğradıldı.  (21 şəvval  965 = av-

qust 1558). Astarabad bəylərbəyisi ustacalu  İbrahim xan, əfşar Rüstəm xan 

savaş meydanında qaldılar. Ustacalu Bədir xan ilə türkmən Yadigar Bəy də 

əsir  düşdülər.  Səfəvilər  ilk  dəfə  olaraq  özlərindən  sayıca  çox  az  bir  qüvvə 

qarşısında ağır bir yenilgiyə uğramışdılar. Qaynaqların ittifaqla göstərdiklə-

rinə  görə,  savaşın  qazanılmasında  ən  mühim  rolu  qüvvəsinin  az  olmasına 

rəğmən Aba oynamışdı. Fəqət Aba bu zəfərdən sonra (həmin il) gözlənilməz 

bir ölümün qurbanı oldu. Evləndiyi Astarabad yerlilərindən bir qadının təh-

riki ilə çadırında yatarkən bu qadının atasına mənsub bir adam tərəfindən öl-

dürüldü


1

.  Səlcuqlular  dövründə  başqa  bir  kəlmə  ilə  birlikdə  mürəkkəb  bir 

isim kimi işlənən (Altunaba, Bəyaba, Ayaba) Aba (Ара) ilə bu türkmən bə-

yinin adı eyni olmalıdır. 

Aba bəy dolayısı ilə oxluların Astarabaddakı səfəvi valilərinə vergi ver-

diklərini öyrənirik.  Eyni  əsrin sonlarına doğru  Astarabadın  şimalında, Gür-

gən və Ətrək çayları boylarında oxlu və göklənlərdən başqa eymür (eymir) 

və salurların da yaşadıqları və münbit torpaqları əkməyə başladıqları görü-

nüyor. Fəqət bunlardan bilxassə oxlular başçıları Qarı xan idarəsində səfəvi 

torpaqlarına  axınlar  etməkdən  geri  qalmırdılar.  Şah  Abbas  həm  türkmən 

axınlarını durdurmaq, həm də Astarabadın özbəklərin əlinə keçməsini önlə-

mək üçün eymürlərin bəyi olan Əliyarı xan ünvanı ilə Astarabad valisi təyin 

etmişdi. Eymürlər sayıca oxlu və göklənlərdən daha az idilər və bəlkə də bu-

raya Manqışlaqdan lap yaxın bir zamanda gəlmişdilər. Buna rəğmən eymür 

Əliyar  xanın  Astarabad  valiliyi  uğurla  keçdi;  1005-ci  ildə  (1596)  ölüncə 

mövqeyi oğlu Məhəmmədyara verildi. Ancaq oxlular ona müxalifət etdilər 

və bir çarpışmada Məhəmmədi öldürdülər

2



Yenə  bu  zamanlarda  Xəzərarxası  türkmənlərinin  tarixləri  üçün  önəmli 

olan  iki  hadisə  cərəyan  etdi.  Bunlardan  biri  Ceyhun  irmağının  yenidən  bir 

yol  tapıb  Aral  gölünə  tökülməsidir.  Bunun  1575-1578-ci  illər  arasında  baş 

                                                           

1

 Qaffari. Cahan-ara, s. 303-304; Qumlu Həsən bəy. Əhsən ül-təvarix, s. 346-347, 386-387, 



401-404,  405-406;  Türkmən  İskəndər  bəy.  Tarixi-aləm  arayi-Abbasi,  I,  s.  106-109;  Əbül-

qazi. Şəcəreyi-türk, s. 245-246, türkcəsi s.258-259; Barthotd, həmin əsər, s. 139. 

2

 Bundan daha öncə söz edilmişdi. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə