Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə201/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   197   198   199   200   201   202   203   204   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

423 



 

Qanlı-irinli oxa qan yürütdüm

Vursa kəsər kəskin qılınca tuğ bağlatdım, 

Qılıncımı sıyırıb Bel-Əkşəmdə quyu qazdım,  

Dərədə qışlayıb, qırda yaylayıb Balxan aşdım,  

Əysə yayını (?) Qaradağa uğrayıb gəldim,  

Hangi topluluq toy tutmadı orada oldum

Altın gözlü dovşanı gətirdi deyə  

Qaz ayağı üç ayrı damğa verdim

1



Öyürcük Alpa izafə edilən bu şeir yalnız tarixi bir hadisəni anlatması ba-

xımından deyil, qədimliyi və ifadə baxımından təsirliliyi və gözəlliyi ilə də 

diqqətə və ilgiyə layiqdir. Bu belə olmaqla bərabər Türkiyədə bu şeir üzərin-

də  heç  bir  tədqiqat  aparılmamışdır.  Halbuki  bu  mənzumənin  şərh  və  izah 

edilməsi  gərəkən  bir  çox  yerləri  vardır.  Hər  halda  Öyürcük  Alpın  bu  şeiri 

Xəzərarxası türkmənləri ədəbiyyatının ən əski yadigarlarından biridir. Daha 

öncə də qeyd edildği kimi, manqışlaqlılar və cəndlilər qanqlılar ilə savaşır-

dılar. Bundan dolayı onlar qazi ünvanı ilə vəsflənmişlər. Qanqlılara gəlincə, 

açıqlandığı  üzrə

2

,  onlar  qıpçaqların  ən  böyük  qolu  olmaqla  bərabər  adları 



ancaq  XII  əsrdən  etibarən  keçir.  Bu  qıpçaq  qolunun  XI  əsrdə  yaşayan  və 

Kaşğari tərəfindən tanınan qıpçaq bəylərindən Qanqlının adını daşıdığı şüb-

həsizdir. Qanqlılar qısa bir zaman içində qüvvətli bir varlıq göstərərək müs-

təqil bir qövm kimi sayıldılar. Plano Carpini və Rubruck Yayıq çayı ilə Sey-

hun arasındaki bozqırları Qanqlı (Kangles, Kangle) ölkəsi olaraq anırlar

3. 


Öyürcük  Alpın  “Şəcəreyi-tərakimə”də  (yəni  “Türkmənlərin  soy  kötü-

yü”) yer alması onun Salur Qazan Bəyin nəslindən sayılması və ya yuxarıda 

nəql olunan macərası və bununla bağlı şeiri olmayıb, bir çox türkmən toplu-

luqlarının  onun  qardaş  və  oğullarından  törədiklərinə  inanılmış  olması  ilə 

əlaqədardır. İrəlidə bu, bir sxem halında göstəriləcəkdir. 

“Şəcəreyi-tərakimə”dəki Ərsarı bay XIV əsrdə Balxanda yaşamış tarixi 

bir şəxsiyyətdir. Ərsarı bay orada Öyürcük Alpın nəvələrindən Qul Hacının 

oğlu kimi göstərilir. Ərsarı bay qırx dəvə verərək ürgəncli Şeyx Şərəfə dini 

                                                           

1

 Şeirin əsli üçün: Kononov, s. 68-69, türkcə tərcüməsi, M.Ərgin, s. 85-87. 



2

 The Mongol mission, London, 1955, s. 81, 125, 131, 132. 

3

 Monqol istilası və hakimiyyəti nəticəsində qanqlılar da parçalanmışlar və bəzi qanqlı qol-



ları özbək və çağatay ulusları arasında yer almışlar. Çağatay xanlarından Toğa-Timurun no-

yanlarından  Bəkicik  ilə  Timurun  komandanlarından  Şeyx  Nurəddinin  qanqlıların  ən 

tanınmış  bəyləri  olduqlarını  bilirik.  Oğuz  xan  dastanlarında  (təbii  ki,  doğru  olmayaraq) 

qanqlıların  arabanı  icad  edən  Qanqlı  adlı  bir  bəydən  törədikləri  göstərilir.  İndi  də 

Anadolunun bir çox yerində arabaya kanqlı (>qanqlı) deyilməkdədir. 

 



FARUQ SÜMƏR 

 

424 



 

məsələlərə  dair  türkcə  “Müin  ül-mürid”  adlı  bir  əsər  yazdırmışdı.  713-cü 

ildə (1314) yazılmış olan bu əsərin bir nüsxəsi Türkiyədə tapılmışdır

1



Ərsarı  bayın  eyni  zamanda  gözəl  bir  qızı  vardı  ki,  bu  gözəl  qız  Mama 

adını daşıyırdı

2

.  Koma adlı Xorasan valisi  ağır başlıq verərək Mamanı  ata-



sından istəsə də, rədd cəvabı ilə qarşılaşmışdı. Belə olunca Koma bəy Bal-

xana gəlib Dökər (Döyər ?) adlı quyunun başında Ərsarı bayı öldürüb oyma-

ğını  yağmalamış  və  gözəl  Mama  ilə  evlənmişdi.  Fəqət  Mama  oğlan  uşağı 

doğmamışdı.  Bu  üzdən  Koma  çox  mal  və  evli  bir  qul  verib  Mama  bikəni 

Balxandakı qardaşlarının yanına göndərir

3



Monqol hakimiyyətinin başlaması ilə Xarəzm türkmənləri Çingiz xanın 

İtilin ağzında oturan nəvəsi Batuya tabe olmuşdular. Xarəzm türkmənlərinə 

sayın xanlı türkmənləri deyilməsi də bu tabeçiliyi göstərir. Bu dövrdə türk-

mənlər haqqında qeydə  dəyər bir bilgiyə rast  gəlmirik. Anlaşıldığına  görə, 

onlar  Altın  Ordu  xanlarına  hər  halda  tam  itaət  göstərərək  vergilərini  hər  il 

gələn təhsildarlara ödəmişlər. 

Qaynaqlarda  Teymurun  ordularında  çoxlu  türkmənin  yer  alması  haq-

qında məlumata rast gəlinmir. Əksinə, qaynaqlar açıq bir şəkildə göstərir ki, 

çağataylar türkmənlərə dəyər verən bir gözlə baxmırdılar. Teymurun ən ta-

nınmış  müvərrixi  Şərafəddin  Əli  Yəzdi  türkmənlərin  çox  yerdə  Teymura 

müqavimət  etmələrindən  dolayı  onları  bilgisiz,  ağılsız  və  məhdud  görüşlü 

insanlar sayaraq  pisləyir. Hətta ona görə Teymur İldırım Bəyazidı qəsd edə-

rək  şəxsən  belə  demişdir:  "Türkmən  olması  onun  doğru  olan  itaət  və  sülh 

yoluna girməsinə mane olur"

4

. Gerçək bu idi ki, həm Teymur, həm də onun 



çağatay ulusu özlərini Çingiz xan dövrü monqollarının nəvələri sayır və bu-

nunla öyünürdülər. Onların  səthi bir müsəlmanlığı  ilə türkcə danışmaların-

dan  (hər  halda  hamısı  deyil)  başqa  əsil  monqollardan  bir  fərqləri  yox  idi. 

Teymur  dövründəki  çağatay  ulusunda  da  yalnız  siyasi  gələnəklərdə  və  əs-

gəri təşkilatda deyil, ictimai həyatın hər sahəsində monqol ənənələri və dav-

ranışları hakim idi. 1395-ci ildə Altın Ordu hökmdarı Toxtamışa qarşı qaza-

nılan ikinci zəfərə görə Teymurun əmirləri monqol adətncə mahnı oxumuş 

və  diz  çöküb  hökmdarlarına  içki  təqdim  etmişdilər

5

.  Vəziyyət  belə  ikən, 



                                                           

1

 Z.Vəlidi (Toğan). Xarəzmdə yazılmış əski türkcə əsərlər, Türkiyyat məcmuəsi, 1928, II, s. 



315-326. Buna daha öncə də işarət edilmişdi. 

2

 XI  və  XII  əsrlərdə  Ərzurum-Bayburd  bölgələrinin  hakimləri  olan  saltuqlulardan  Mama 



xatunu tanıyırıq ki, XII əsrın sonlarına doğru məlikə (yəni kıraliçə) sifəti ilə saltuqlu ölkəsi-

ni idarə etmiş, Tərcanda öz adını daşıyan bir karvansara tikdirmişdi (F.Sümər. Saltuqlular. 

Səlcuqlu araşdırmaları, Ankara, 1971, III, s. 418-420). 

3

 Şəcəreyi-tərakimə, s. 73-74, türkcəsi, s. 91-92. 



4

 Zafərnamə, II, s. 287. Teymur Bəyazidə göndərdiyi bir məktubda: "Sənin gəmiçi bir türk-

mən  nəslindən  olduğun  bizə  məlumdur,  bunu  söyləmənə  gərək  yoxdur"  deyərək  (həmin 

əsər, II, s. 187) onu və qövmünü həqir saydığını ifadə etmişdir. 

5

 “Üməra və ərkani-dövlət be rəsmi-təlmiyyət olcamış kərdə qoftənd... və be qaidə və adəti- 



moğol  surid  miqoftənd  və  zanü  zədə  kasə  midaştənd  =  bəylər  və  dövlət  adamları  təbrik 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə