Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə199/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   195   196   197   198   199   200   201   202   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

419 



 

Çağatay keştil

 

dirlər


 

12. Nəfər

 

 

Türk



 

Farsın bir çox yerində 

850 çadır

 

13. Baharlu



 

 

Türk 



 

 

1.230 çadır



 

 

8. Xorasan oymaqları

 

 



9. Kirmanşah oymaqları

 

 



XƏZƏRARXASI TÜRKMƏNLƏRİNİN  

OYMAQ TƏŞKİLATI İLƏ BAĞLI SİYAHILAR 

 

Xəzərarxası türkmən topluluqlarının oymaq təşkilatlarına dair ötən əsrdə 

düzənlənmiş siyahılara keçmədən öncə bu türkmənlərin tarixlərinin qısa bir 

xülasəsini vermək hər halda faydalı olacaqdır. Bundan gözlənən başlıca qa-

yə bu türkmənlərin tarixlərinin dönüş nöqtələrini xatırlatmaqdır. 

Daha öncə yazıldığı kimi, Xəzərarxası türkmənlərinin əsasını X əsrin bi-

rinci  yarısında  insan  yaşamayan    Siyahkuh  (Qaradağ)  yarımadasına  (Xəzər 

dənizinin şərqi) Sır-Dərya (Seyhun) boylarından gələn bir oğuz bölüyü təş-

kil etmişdir. Bu oğuz bölüyü həmin yarımadaya oğuzların öz aralarında cə-

rəyan  edən  bir  çəkişmə  nəticəsində  gəlmişdir.  Yenə  eyni  qaynaqların  Süt-

kənd çevrəsində yaşadıqlarını bildirdikləri oğuzlar ilə Fərab-Kəncədə və Şaş 

(Daşkənd) arasında yaşayan 1.000 evə yaxın müsəlman türkün də həmin çə-

kişmə üzündən oralara gəlmiş olmaları ehtimal edilir. 

X əsrin ikinci yarısı ilə XI əsrın birinci yarısında Sır suyundan komalar 

halında  baş  verən  oğuz  köçləri  Siyahkuh  yarımadasındakı  oğuzların  sayını 

çoxaltmış, hətta bəlkə onların Balxan dağları bölgəsində də yurd salmaların-

da amil olmuşdur. Bunun nəticəsində Siyahkuh yarımadası Manqışlaq adını 

alıb  oğuzların  ən  tanınmış  yurdları  halına  gəlmişdir.  Yarımadanın  bu  yeni 

adı Min qışlaq şəklində Müqəddəsinin coğrafiyasında keçir

3

. Kaşğari də ya-



                                                           

1

 Mətn: choolaee. Ondan öncəki (yəni merdee=mərdi) və bu, türk əsilli olmaya bilərlər. 



2

 Lady Shell. Glimpses of life and manners in Persia. London, 1856, s. 396-401. Lady Shell 

siyahısında bir çox yanlışın ola biləcəyini qeyd etmişdir (s. 396). 

3

 S. 355. Əsər 997-ci ildə yazılmışdır. 



Oymağın adı

 

Dili

 

Yaşadığı yer

 

Əhalısi

 

1. Mərdi


 

Türk


 

Dağınıq bir halda yaşayır

 

70 ev


 

2. Çalai


Türk


 

 

2.000 ev



 

3. Türki-cəlayir

 

Türk 


 

Kəlati-Nadiridə yaşayır

 

1.500 ev


 

4. Bayat və xurşabi

 

Türk


 

Nişapurda yaşayır

 

10.000 ev



 

5. Qarışıq

 

Türk


 

Səbzvarda yaşayır

 

1.000 ev


 

6. Kelicei

 

Türk


 

Cüveyndə yaşayır

 

200 ev


 

Xudabəndəlü

 

Türk


 

 

200 ev






FARUQ SÜMƏR 

 

420 



 

rımadanın adını Mankışlağ şəklində yazır, onu xəritəsində göstərir və bura-

nın  oğuzların  ölkəsindən  bir  yer  olduğunu  qeyd  edir

1

.  Həmin  əsrın  sonları 



ilə  XII  əsrə  aid  sənədlərdə  bu  adın  Mankışlağ  şəklində  keçdiği  görünür. 

Monqol istilasından sonra isə Mankışlağ ümumiyətlə Mankışlak şəklində ta-

nınmış və bu tələffüz şəkli zəmanəmizə qədər gəlmişdir. 

Fəqət oğuzlar XI əsrın ikinci yarısının əvvəllərində yalnız Manqışlaq və 

Balxanı deyil, Manqışlaq ilə Aral gölü arasındaki bölgəni də (Üstyurd) məs-

kunlaşdırmışdılar.  Bu  sonuncular  müsəlman  olmayan  qıpçaqlarla  birlikdə 

yaşayır  və  Xarəzmdən  İtil  hövzəsinə  gedən  ticarət  karvanlarını  vururdular. 

Bunların başında Çarığ (?) adlı bir başbuğları vardı. Çarığ 30.000 atlı topla-

ya  bilən və Alp-Arslan ilə qarşılaşmayı  gözə alacaq dərəcədə özünə və əs-

gərlərinin  çoxluğuna  güvənən  bir  başbuğ  idi.  Ancaq  daha  ilk  çarpışmada 

məğlub olmuş, camaatını, köçkünlərini və davarlarını buraxıb Manqışlaq tə-

rəflərinə  qaçmışdı.  Çarığın  aqıbəti  haqqında  heç  bir  bilgiyə  sahib  deyilik. 

Manqışlağa  gəlincə,  buranı  Kafşut  adlı  bir  bəy  idarə  edirdi.  Daha  öncə 

söyləndiyi kimi, o da Sultan tərəfindən suçlu sayılırdı. Kafşut Çarığın məğ-

lubiyyətə uğradığını  görüncə,  ərməğanlarla  gəlib Alp Arslanın  könlünü  al-

mışdı


2

. Alp Arslan sonra Cənd şəhərinə qədər gəldi. Bu, sadəcə babası Səl-

cuqun qəbrini ziyarət etmək qayəsi ilə bağlı idi

3

. Cəndin "Səlcuqlular nəz-



dində qüdsiyyət qazandığı" və Alp Arslanın nəvəsi Sultan Səncərin bu şəhər 

haqqında: "dövlətımizin başlanğgıcı və mənşəyi, bizim üçün ən əziz bəldə" 

sözləri ilə "bu duyğunu dilə gətirdiyi" irəli sürülmüşdür. Fəqət bu iddia əsla 

qəbul  edilə  bilməz.  Çünki  dəlil  olaraq  göstərilən  sənəd  Sultan  Səncərə  aid 

deyil, xarəzmşahlardan Sultan Təkişə (ölümü: 1200) aiddir

4

. Sultan Təkişin 



bu  sözləri  söyləməsi  isə  qayət  təbii  idi.  Çünki  Təkiş  şahzadə  ikən  Cənddə 

vali idi


5

.

 



Səlçuqlu hökmdarı Börkü Yaruq 490-cı ildə (1097) Qoçqar oğlu Əkin-

çini  (?)  xarəzmşah  ünvanı  ilə  Xarəzmə  vali  təyin  etmişdi.  Bu,  Mərvəzinin 

                                                           

1

 Türkcə tərcüməsi, I, s. 465, xəritə II cilddədir. 



2

 Alp  Arslanın Üstyurt səfəri 458-ci ilin  məhərrəmində (dekabr 1065) başlamışdı. O.Tura-

nın (Səlcuqlular tarixi və türk-islam mədəniyəti. Ankara, 1965, s. 108) Çarığı bir topluluq 

(ulus) qəbul etməsi gerçəkdən heyrətlidir. Çünki Çarığın bir şəxs olduğu barədə qaynaqdakı 

ifadələr çox açıqdır (bax: Mirxond. Rövzət üs-səfa, IV, s. 98). 

3

 Əvvəlcə bundan da söz edilmişdi. 



4

 Bahaəddin Məhəmməd b. Müəyyəd-i Bağdadi. Ət-təvəssül il ət-tərəssül. Tehran, 1315 ş., 

s. 14, 15. Bu əsər, bilindiyi kimi, xarəzmşahlardan Təkiş dövrünə (1172-1200) aid rəsmi və 

rəsmi olmayan yazıları ehtiva edən bir inşa məcmuəsidir. Bu məcmuədə nə Sultan Səncər, 

nə  də  digər  səlcuqlu  hökmdarlarına  aid  bir  yazı  vardır.  Məcmuənin  müəllifinin  Təkişin 

münşisi olduğunu da bilirik. 

5

 Təkiş xarəzmşah olunca (1172) oğullarından Nəsirəddin Məlik şahı Cənd valisi qoymuş-



du. Həmin sənəd bu təyinatla bağlıdır (həmin əsər, s. 12-13). Sultan Səncərin oğlu olmadı-

ğını bilirik. Təyinat yazısı olan bu vəsiqədə isə Nəsirəddin Məlik şahın adı keçir (s. l5). Mə-

lik şah Nişapurda vali ikən 593-cü ildə (1197) vəfat etmişdi. 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə