Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə195/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   191   192   193   194   195   196   197   198   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

411 



 

33. Cəlayir 

34. Xələc 

35. Səədlü 

36. Bulverdi 

37. Qaşqay 

38. Qurd 

39. Acırlu 



1. Ə f ş a r 

a) Azərbaycan və bilxassə Urmiyə yörəsində yaşayır. Qasımlu və araşlu 

adlı iki qola ayrılır. Bir çox obalardan meydana gəlmişdir ki, bunlardır: qa-

raçlu,  imamlu,  davudlu,  heydərlü,  yorğanlu,  usallu  (usalu),  qılınclu,  qani 

bəylü, həsənsalu

1

, kiləlü, yəbərla, tutmaxlu, adaxlu, kuhguelü



2

, qarahəsənlu, 

əlibəylü, tərzili, şahboranlu........................................................25.000 (nəfər) 

b)  Xəmsədə, yəni Qızıl-üzən sahillərindən Sultaniyyə və Sayınqalaya 

qədər uzanan Zəncan torpağında...............................................10.000 (nəfər) 

с) Qəzvin çevrəsi, başlıca Çal və Huar (Hiarə) yörələrində..5.000 (nəfər) 

ç) Həmədan çevrəsində .......................................... təqribən 7.000 (nəfər) 

d) Tehranın yerləşdiyi Rey bölgəsində     .................. ...........7.000 (nəfər) 

e) Xuzistandaki Şüştər yaxınında   ............................... ......10.000 (nəfər) 

f) Kirmanda    ............................................................... ........6.000 (nəfər) 

g) Xorasanda  ............................................................... ........8.000 (nəfər) 

ğ) Farsda   ..................................................................... ........5.000 (nəfər) 

h) Mazandaranda .......................................................... .........5.000 (nəfər) 

cəmisi: 88.000

3

 (nəfər) 



2. Q a c a t (=Q a c a r) 

Qacar oymağı yuxarı-baş və aşağı-baş olmaq üzərə iki qola ayrılmışdır. 

İndiki İran şahları bu oymağa mənsubdurlar. Fətəli şah bu oymağın rəisidir. 

Qacarlar çox da qələbəlik deyillər. Üstün bir mövqeyə çatan igidlər və xoş-

bəxt  insanlar  kimi  qacarlar  da  digər  oymaqlar  və  xalq  tərəfindən  sevilmir. 

Yuxarıda adları keçən qacarın iki qolu bu obalara ayrılır: qavallu

4

,  dəvəlü, 



kikyalu, dabanlu, suçanlu, kərlü, izzəddinlü

5



                                                           

1

 Mətn: hassansalu. 



2

 Mətn:  Kouhguelu,  yəni  kuh-giluyəli.  Duprenin  təsnifi  ondan  istifadəni  asanlaşdırmaq 

üçün bir az dəyişdirilmişdir. 

3

 Ünlü əfşar (avşar) boyunun İrandaki varlığı budur; bu sayı ilə İrandaki türk əsilli oymaq-



ların başında gəlir. Avşarın tarix boyu ən qələbəlik boylardan biri olduğunu bilirik. Ancaq 

yaxşı bildiyimiz digər bir xüsus daha vardır: o da bu boya mənsub obaların hər yerdə avşar 

(əfşar) adına möhkəm bağlı qalmalarıdır ki bu, digər 23 boyun çoxunda görünmür. Burada 

verilən və aşağıda veriləcək rəqəmlərə qadınlar və uşaqların sayı daxil deyildir. 

4

 Doğrusu qovanludur. Bəzən qoyunlu şəklində yazılsa da, bunundoğruluq ehtimalı azdır. 



5

 Aşağı-başa bağlı obalar: qovanlu (qoyunlu?), izzəddinlü, şam-bayatı, qara musanlu, yuxa-

rı-başa gəlincə, bu qolun obaları bu adları daşıyırdı: dəvəlü, sapanlı, köhnəlü, xəzinədarlu, 

qayaqlu  və  kərlü  (F.Sümər.  Qacar  maddəsi.  Encyclopaedia  of  İslam=E.İ).  Qacarların  əski 




FARUQ SÜMƏR 

 

412 



 

a) Mazandaran və Tehran ............................................. .........1.800 (nəfər) 

b) Xorasanda, Mərvdə .................................................. ............500 (nəfər) 

с) İrəvanda   .................................................................. .............500(nəfər) 

ç) Gəncədə  ................................................................... ..........1.000(nəfər) 

cəmisi: 3.800 (nəfər) 

Qacarlardan bir qol ana oymaqdan ayrılaraq əfşarlara qatılıb qacar-əfşar 

adını daşımışdır. Bunlar Mazandaranla İrəvan dolaylarında yaşayırlar. 



3. M ü q ə d d ə m 

Marağada yurd tutmuşdur. Müqəddəmlərin başı Azərbaycan bəylərbəyi-

si Əhməd xandır. Əhalısi təqribən 5.000 nəfərdir. 

4. D ü m b ə l ü

Azərbaycanın qərbində və Xoy ilə Səlmas  yaxınlarında yaşayırlar. Baş-

çıları Cəfərqulu xandır. Bu, əski Xoy valisi idi. 1800-ci ildə Fətəli şaha qarşı 

etmişdir. Oymağın  əhalısi 1.200 ailəyə yaxındır. 



5. T ü r k m ə n 

Əski və yeni adı ilə iki qola ayrılır. 

a) əski türkmən

2

, Azərbaycanda    ............................... .........8.000 (nəfər) 



Həmədan çevrəsində ..........................  ........................ .........3.000 (nəfər) 

Farsdakı Kazərunda ..................................................... .........2.000 (nəfər) 

cəmisi:13.000 (nəfər) 

b) yeni türkmən

3

 Tehranda və Mazandaranda    ......... .........3.000 (nəfər) 



İranın bəzi çöl və ovalarında...............................................25.000 (nəfər) 

cəmisi:38.000 (nəfər) 



 

6. K ə n g ə r l ü

Kiçik bir oymaqdır. Araz sahillərində  ........................ 4.000 və ya 5.000 

Qum və dolaylarında.................................................1.000 nəfər qədərdir. 

7. T a l ı ş  

                                                                                                                                                    

tarixləri haqqında bilgi üçün: "Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu" adlı 

kitaba bax.Qacar xanədanı aşağı-başın qovanlu (qoyunlu) obasından çıxmışdır. 

1

 Şərəf  xan  dümbəlü  oymağını  kürd  əsilli  bir  oymaq  sayır.  Fəqət  dümbəlülərin  hələ  XVI 



əsrdə türkcə danışduqlan yenə Şərəf xanın verdiyi bu lətifədən anlaşıla bilər. Şah Təhmasib 

dövründə Xoy şəhəri dünbəlü oymağının rəisi Hacı bəyə verilmişdi. Bir gün Hacı Bəyin əs-

gərlərindən bir neçəsi dünbəlü bir halvacı dükanına  gedib  çoxlu  halva  yeyirlər. Dükandan 

çıxarkən halvaçı onlardan pul istəyir. Dünbəlülər heyrətlə "nə pulu, şəhər bizim, halva bi-

zim"  deyirlər  (Şərəfnamə,  Qahirə,  1930,  s.401).  Yenə  Şərəf  xan  dünbəlülərlə  bağlı  bunun 

kimi  başqa  bir  lətifə  də  söyləyir  (göstərilən  yer).  Əslində,  bunlar  Xoy  şəhəri  camaatının  

zarafatlarından başqa bir şey deyildir. Şəhər camaatının kəndlilər və köçərilər haqqında hər 

yerdə və hər zaman belə lətifələr uydurub danışdığı hamıya məlumdur. 

2

 Əski türkmən. Bu, bəlkə səfəvi xidmətində bulunan ağqoyunlu türkmənləri idi. 



3

 Bu da bəlkə İran torpağında yaşayan yaxa türkmənləridir. 

4

 

Mətn: kəngüərli. Bu adı araşdırmalarımda biraz şübhəli ilə kəngərlü kimi oxumuşdum. Bu 



oymağın yurdu Nahçivan yörəsi olub, ustacalu boyuna bağlı idi.

 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə