OĞUZLAR (TÜRKMƏNLƏR)
411
33. Cəlayir
34. Xələc
35. Səədlü
36. Bulverdi
37. Qaşqay
38. Qurd
39. Acırlu
1. Ə f ş a r
a) Azərbaycan və bilxassə Urmiyə yörəsində yaşayır. Qasımlu və araşlu
adlı iki qola ayrılır. Bir çox obalardan meydana gəlmişdir ki, bunlardır: qa-
raçlu, imamlu, davudlu, heydərlü, yorğanlu, usallu (usalu), qılınclu, qani
bəylü, həsənsalu
1
, kiləlü, yəbərla, tutmaxlu, adaxlu, kuhguelü
2
, qarahəsənlu,
əlibəylü, tərzili, şahboranlu........................................................25.000 (nəfər)
b) Xəmsədə, yəni Qızıl-üzən sahillərindən Sultaniyyə və Sayınqalaya
qədər uzanan Zəncan torpağında...............................................10.000 (nəfər)
с) Qəzvin çevrəsi, başlıca Çal və Huar (Hiarə) yörələrində..5.000 (nəfər)
ç) Həmədan çevrəsində .......................................... təqribən 7.000 (nəfər)
d) Tehranın yerləşdiyi Rey bölgəsində .................. ...........7.000 (nəfər)
e) Xuzistandaki Şüştər yaxınında ............................... ......10.000 (nəfər)
f) Kirmanda ............................................................... ........6.000 (nəfər)
g) Xorasanda ............................................................... ........8.000 (nəfər)
ğ) Farsda ..................................................................... ........5.000 (nəfər)
h) Mazandaranda .......................................................... .........5.000 (nəfər)
cəmisi: 88.000
3
(nəfər)
2. Q a c a t (=Q a c a r)
Qacar oymağı yuxarı-baş və aşağı-baş olmaq üzərə iki qola ayrılmışdır.
İndiki İran şahları bu oymağa mənsubdurlar. Fətəli şah bu oymağın rəisidir.
Qacarlar çox da qələbəlik deyillər. Üstün bir mövqeyə çatan igidlər və xoş-
bəxt insanlar kimi qacarlar da digər oymaqlar və xalq tərəfindən sevilmir.
Yuxarıda adları keçən qacarın iki qolu bu obalara ayrılır: qavallu
4
, dəvəlü,
kikyalu, dabanlu, suçanlu, kərlü, izzəddinlü
5
.
1
Mətn: hassansalu.
2
Mətn: Kouhguelu, yəni kuh-giluyəli. Duprenin təsnifi ondan istifadəni asanlaşdırmaq
üçün bir az dəyişdirilmişdir.
3
Ünlü əfşar (avşar) boyunun İrandaki varlığı budur; bu sayı ilə İrandaki türk əsilli oymaq-
ların başında gəlir. Avşarın tarix boyu ən qələbəlik boylardan biri olduğunu bilirik. Ancaq
yaxşı bildiyimiz digər bir xüsus daha vardır: o da bu boya mənsub obaların hər yerdə avşar
(əfşar) adına möhkəm bağlı qalmalarıdır ki bu, digər 23 boyun çoxunda görünmür. Burada
verilən və aşağıda veriləcək rəqəmlərə qadınlar və uşaqların sayı daxil deyildir.
4
Doğrusu qovanludur. Bəzən qoyunlu şəklində yazılsa da, bunundoğruluq ehtimalı azdır.
5
Aşağı-başa bağlı obalar: qovanlu (qoyunlu?), izzəddinlü, şam-bayatı, qara musanlu, yuxa-
rı-başa gəlincə, bu qolun obaları bu adları daşıyırdı: dəvəlü, sapanlı, köhnəlü, xəzinədarlu,
qayaqlu və kərlü (F.Sümər. Qacar maddəsi. Encyclopaedia of İslam=E.İ). Qacarların əski
FARUQ SÜMƏR
412
a) Mazandaran və Tehran ............................................. .........1.800 (nəfər)
b) Xorasanda, Mərvdə .................................................. ............500 (nəfər)
с) İrəvanda .................................................................. .............500(nəfər)
ç) Gəncədə ................................................................... ..........1.000(nəfər)
cəmisi: 3.800 (nəfər)
Qacarlardan bir qol ana oymaqdan ayrılaraq əfşarlara qatılıb qacar-əfşar
adını daşımışdır. Bunlar Mazandaranla İrəvan dolaylarında yaşayırlar.
3. M ü q ə d d ə m
Marağada yurd tutmuşdur. Müqəddəmlərin başı Azərbaycan bəylərbəyi-
si Əhməd xandır. Əhalısi təqribən 5.000 nəfərdir.
4. D ü m b ə l ü
1
Azərbaycanın qərbində və Xoy ilə Səlmas yaxınlarında yaşayırlar. Baş-
çıları Cəfərqulu xandır. Bu, əski Xoy valisi idi. 1800-ci ildə Fətəli şaha qarşı
etmişdir. Oymağın əhalısi 1.200 ailəyə yaxındır.
5. T ü r k m ə n
Əski və yeni adı ilə iki qola ayrılır.
a) əski türkmən
2
, Azərbaycanda ............................... .........8.000 (nəfər)
Həmədan çevrəsində .......................... ........................ .........3.000 (nəfər)
Farsdakı Kazərunda ..................................................... .........2.000 (nəfər)
cəmisi:13.000 (nəfər)
b) yeni türkmən
3
Tehranda və Mazandaranda ......... .........3.000 (nəfər)
İranın bəzi çöl və ovalarında...............................................25.000 (nəfər)
cəmisi:38.000 (nəfər)
6. K ə n g ə r l ü
4
Kiçik bir oymaqdır. Araz sahillərində ........................ 4.000 və ya 5.000
Qum və dolaylarında.................................................1.000 nəfər qədərdir.
7. T a l ı ş
tarixləri haqqında bilgi üçün: "Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu" adlı
kitaba bax.Qacar xanədanı aşağı-başın qovanlu (qoyunlu) obasından çıxmışdır.
1
Şərəf xan dümbəlü oymağını kürd əsilli bir oymaq sayır. Fəqət dümbəlülərin hələ XVI
əsrdə türkcə danışduqlan yenə Şərəf xanın verdiyi bu lətifədən anlaşıla bilər. Şah Təhmasib
dövründə Xoy şəhəri dünbəlü oymağının rəisi Hacı bəyə verilmişdi. Bir gün Hacı Bəyin əs-
gərlərindən bir neçəsi dünbəlü bir halvacı dükanına gedib çoxlu halva yeyirlər. Dükandan
çıxarkən halvaçı onlardan pul istəyir. Dünbəlülər heyrətlə "nə pulu, şəhər bizim, halva bi-
zim" deyirlər (Şərəfnamə, Qahirə, 1930, s.401). Yenə Şərəf xan dünbəlülərlə bağlı bunun
kimi başqa bir lətifə də söyləyir (göstərilən yer). Əslində, bunlar Xoy şəhəri camaatının
zarafatlarından başqa bir şey deyildir. Şəhər camaatının kəndlilər və köçərilər haqqında hər
yerdə və hər zaman belə lətifələr uydurub danışdığı hamıya məlumdur.
2
Əski türkmən. Bu, bəlkə səfəvi xidmətində bulunan ağqoyunlu türkmənləri idi.
3
Bu da bəlkə İran torpağında yaşayan yaxa türkmənləridir.
4
Mətn: kəngüərli. Bu adı araşdırmalarımda biraz şübhəli ilə kəngərlü kimi oxumuşdum. Bu
oymağın yurdu Nahçivan yörəsi olub, ustacalu boyuna bağlı idi.