Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə26/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   22   23   24   25   26   27   28   29   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

55 


 

tarxanlar

1

 vermişdi.  Kiməklərin  başbularının  da  türk  ünvanı  daşıdığını  bi-



lirik

2

. Çiklərin adına daha heç harada təsadüf olunmur.  



Kiməklər  Yuxarı  İrtiş  boyunda  yaşayırdılar.  Markver  hesab  edir  ki,  ki-

mək adı  iki  imək  sözlərindən  yaranmışdır  (çox mümkündür). Bu türk  eli  7 

boydan ibarət idi: imi, imək, tatar, bayandur, kıfçaq, nilhaz (?) və əcləd (?)

3



Buradakı  tatar adı  diqqəti cəlb  edir. Digər tərəfdən  yimək (buradakı  imək) 

boyunun bayaud adlı mühüm oymağı da vardı

4

. Eyni adda bir monqol boyu 



olduğunu bilirik

5

.  



Bunlar kiməklərin bir qövmi birlikdən ziyadə bir siyasi birlik olduqları 

ehtimalını yada salır. Kiməklərin IX əsrdə tənəzzül etməyə başladıqları mü-

şahidə  edilir.  Bu  əsərdə  qıpçaqlar  belə  müstəqil  bir  türk  qövmü  kimi  zikr 

olunmuşlar

6

. XI əsrdə isə kimək adı ortadan qalxmış və bu el başlıca olaraq 



qıpçaqlar və  yiməklər (imək) tərəfindən təmsil edilmişlər. Yiməklər həmin 

əsrdə də İrtış boyunda yaşayırdılar.  

Qıpçaqlara gəlincə, IX əsrdə eldən ayrılmış bu boy qərbə doğru köçmüş, 

 

şimaldan oğuzlara qonşu olmuşdur. Hələ «Hüdud ül-aləm»də (mənbə: Cey-



hani,  X  əsrin  birinci  rübü)  qıpçaqların  bəzi  adətlərdə  oğuzlara  bənzədiyi 

göstərilir. Kaşğari də qıpçaqların ləhcəsinin bir çox baxımdan oğuzlarınkına 

uyğun olduğunu yazır

7

.  



Bu hal kiməklərin əsil qolunun da on-oxlara mənsub olması ilə bağlıdır-

mı?  Qıpçaqlar  bir  tərəfdən  əhali  artımı,  digər  tərəfdən  bəlkə  də  kiməklərə 

mənsub  digər  bəzi  təşəkküllərin  onlara  qatılması  ilə  qüvvətlənərək  X  əsrin 

ikinci yarısından etibarən oğuzları sıxışdırmağa başlamış və onların köçmə-

sində  mühüm  bir  amilə  çevrilmişlər  ki,  bu  barədə  aşağıda  ayrıca  danışıla-

caqdır.  Qıpçaqların  Kaşğarinin  müasiri  olan  Kanlı  (Qanlı)  adlı  bir  bəyləri 

vardı

8

. Onun tabeliyindəki qıpçaqlar o biri əsrdə də bu adla (kanlı) tanındılar. 



Qıpçaqlar  kiməklərdən  necə  ayrılıb  müstəqil  bir el  olmuş,  hətta  qardaş  yi-

mək boyu ilə qohumluğu rədd etmişlərsə

9

, kanlılar da daha sonralar müstə-



qil bir qövm sayılmış, «Oğuz» dastanında belə göstərilmişlər.  

X  əsrin  birinci  rübünə  doğru  Səm  (Emba)  ilə  Yayık  (Ural)  çayları  ara-

sında  peçeneqlər  yaşayırdı.  Bəhs  edilən  dövrdə  onların  əsil  ana  qolu  Qara 

dənizin şimalındakı torpaqların hakimi idi. Qüvvətli ehtimala görə, peçeneq-

                                                           

1

 ƏTY, Şine-Usu kitabəsi, I, s. 170-172, 174. 



2

 Mücməl üt-təvarix, s.420. 

3

 Gərdizi, s. 83-84; Minorski, «Hüdud ül-aləm», izahlar qismi, s. 304-305. 



4

 Nəsəvi.  Sıryet  üs-sultan  Cəlaləddin  Mənquberti.  O.Udanın  fransızcaya  tərcüməsi.  Paris, 

1891, 1895 s.44. 

5

 Rəişdəddin. Berezin nəşri, s. 11. 



6

 İbn Xordadbeh, s. 31. 

7

 Atalay, I, s. 31, 33, 154; [Ramiz Əskər, I, 105, 107, 208]. 



8

 Kaşğari. Kilisli, III, s. 28; Atalay, III, s. 29; [Ramiz Əskər, III, s. 32]. 

9

 Kaşğari. Kilisli, III, s. 280; Atalay, III, s. 379; [Ramiz Əskər, III, s. 328]. 




FARUQ SÜMƏR 

56 


 

lər on-oxlara mənsub boydurlar və onların oğuzlarla heç bir qövmi münasi-

bətləri  yoxdur.  Yəni  onlar  24  oğuz  boyundan  biri  olan  peçeneqlər  ilə  eyni 

təşəkkül  deyildir

1

.  XI  əsrdəki  türk  qövmləri  haqqındakı  bu  qısa  xülasədən 



sonra

2

 artıq əsil mövzumuza keçə bilərik.  



 

1. OĞUZLARIN VƏTƏNİ  

  

X  əsrin  birinci  yarısında  oğuzlar  Xəzər  dənizindən  Sır-Dərya  (Ceyhun, 



İnci)  çayının  orta  yatağındakı  Fərab  (XI  əsrdə  türkcə  adı  Karaçuk  idi)  və 

İsficab  yörələrinə  qədər  olan  ərazi  ilə  bu  irmağın  şimalındakı  bozqırlarda 

yaşayırdılar

3

.  İstəxri  və  digər  coğrafiyaşünasların  əsərlərindən  oğuz  ölkəsi-



nin qərb, cənub və şərq  sərhədləri haqqında qəti bir fikir əldə etmək müm-

kündür.  Həmin  fikrə  görə,  oğuz  ölkəsi  qərbdə  Xəzər  dənizi  ilə  həmsərhəd 

idi. X əsrin əvvəllərində o vaxtadək qeyri-məskun olan və Xəzərin şərqində 

yerləşən  Siyah  Kuh  (Qara  dağ)  yarımadası  onlar  tərəfindən  işğal  edilmiş, 

məskunlaşdırılmış, yarımada bundan dolayı türkcə Manqışlaq adını almışdı

4



Cənubda  islam  ölkələrilə  olan  sərhədə  gəlincə,  qərbdə,  yəni  Xarəzm  ölkə-

sində  sərhəd  Cürcaniyə  (Gürgənc)  və  xüsusən  bu  şəhərin  şimal-qərbindəki 

Cit  (Jit)  qəsəbəsindən  başlanırdı.  Aral  gölünün  cənubundakı  Baratəkin  də 

sərhəd qəsəbələrindən idi

5

.  


Mavəraünnəhrdə  sərhəd  Buxaranın  şimalındakı  çöldən  başlayaraq  İsfi-

cab bölgəsinə qədər uzanırdı. Sır-Dəryanın sol sahilində Karaçuk dağlarının 

ətəyində və Yeniseyə bir günlük mənzildə yerləşən möhkəmləndirilmiş Sav-

ran (Sabran) müsəlmanların oğuzlara qarşı sərhəd şəhəri idi. Sır-Dərya Sar-

vandan sonra oğuzlara aid bozqır bölgəsinə daxil olurdu. Ancaq oğuz ölkə-

sinin  şimal  sərhədləri  haqqında  əlimizdə  dəqiq  məlumat  yoxdur.  İstəxriyə 

görə, oğuz ölkəsinin  hüdudları  bu  yöndə  İdil çayına  qədər uzanırdı

6

.  Lakin 



ibn Fədlan 912-921-ci ildə Bulğara səyahət edərkən Embadan sonra oğuzları 

görməmiş, əvəzində Yayıkın qərbində peçeneqlərə rast gəlmişdir. Bu üzdən, 

bizcə,  İstəxrinin  məlumatı  olduqca  şübhəlidir.  Xəzərin  şərqindən  Karaçuk 

dağlarına qədər uzanan çölü Bəlxiyə istinad edən müəlliflər

7

 «Oğuz bozqırı» 



                                                           

1

 Oğuzların peçeneq boyu haqda bax: II hissə. 



2

 Bu türk qövmləri haqda daha geniş məlumat üçün bax: «Hüdud ül-aləm». Minorski nəşri, 

s. 263-315 və Mərvəzi. İzahlar qismi, s. 92-110. 

3

 İstəxri, s. 9, ayrıca s. 290. 



4

 İstəxri, s. 219, ondan nəqlən: İbn Hövkəl, s. 389; «Hüdud ül-aləm», s 24, Minorski nəşri, 

s. 60. Oğuzların burada quruda və dənizdə yolkəsənlik etdiyi söylənir. «Hüdud ül-aləm» bu 

bəhsdə də İstəxri kimi Bəlxiyə əsaslanır (920). 

5

 İstəxri, s. 303; Müqəddəsi, s. 289. 



6

 İstəxri, s. 10, 222; «Hüdud ül-aləm», s. 86, Minorski nəşri, s. 100. 

7

 İstəxri, s. 217-218; «Hüdud ül-aləm», s. 55, 86. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə