Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
 

Giləzi-Altıağac

  –  Xızı  şəhərinə  tərəf  irəlilədikcə  Tuğçayın 

sağ yamacında təbiətin yaratdığı möcüzələrdən birinə rast gəlmək 

mümkündür  ki,  bu  da  ağımtıl-boz  rəngli  bentonit  tipli  gillər  ilə 

qırmızımtıl rəngli adi gillərin növbələşməsindən əmələ gəlmiş bir 

sənət “əsəridir”. Yol boyunca diqqəti cəlb edən obyektlərdən biri 

də  relyefi,  suyu,  havası,  sosial-iqtisadi  durumunun  yeniləşməsi, 

inkişafı nəzərə çarpan Xızı şəhəridir. Burada  yolüstü dincəlmək, 

ədəbiyyatımızın  M.Müşfiq,C.Cabbarlı  kimi  klassiklərini  yad 

etməklə Xızı dağlarının seyrinə dalmaq imkanı vardır. 



 

 

 



Dağlara  tərəf  irəlilədikcə  Altıağac  Milli  Parkı  daha  çox 

maraq  doğurur,  çünki  sözün  əsl  mənasında  park  ərazisinin 

canlandığı  müşahidə  olunur.  Burada  hər  bir  xırda  kolun  belə 

pöhrələndiyini gormək çətin deyildir. Park ərazisinə daxil olarkən 

burada  ekoloji  tarazlığın  bərpası  hiss  olunur  və  meşənin  sıxlığı, 

yaşıllığı,  quşların  səsi  buralara  xüsusi  gözəllik  verməklə  insanı 

yaşamağa səsləyir.

 



18 

 

Giləzi-Altıağac  turizm 



marşrutunun 

ən 


gözəl 

istirahət obyektlərindən biri 

Altıağac kəndi yaxınlığında 

salınmış “Cənnət bağı” isti-

rahət  kompleksidir.  Kom-

pleks  meşə  ətəyində  sakit 

bir  guşədədir.  Burada  ilin 

bütün  fəsillərində  istirahət 

etmək  üçün  hər  cür  şərait 

yaradılmışdır.  Belə  ki,  burada  yüksək  zövq  ilə  tikilmiş 

mehmanxana, 

kotteclər, 

restoranlar, 

yay 


kino-konsert 

meydançası, açıq havada təmiz suyu olan hovuz, zoopark, uşaqlar 

üçün  müxtəlif  əyləncə  obyektləri,  meşə  ərazisində  inşa  edilmiş 

çayxana  və  s.  vardır.  "Cənnət  bağı"  kompleksində  turistlərin 

istirahəti  üçün  maksimum  şərait  yaradılmışdır  və  burada 

insanların  xoş  istirahəti  naminə  yeni-yeni  abadlıq,  quruculuq 

işləri davam etdirilir. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə