On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


"Allaha  and  olsun,  nə  mən  yalan  deyirəm,  nə  də  mənə  xəbər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə81/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
161 
buyurdu:  "Allaha  and  olsun,  nə  mən  yalan  deyirəm,  nə  də  mənə  xəbər 
verən şəxs; bu gecə elə mənə şəhadət vədəsi verilən gecədir."
1
 
Bu vədəni ona Peyğəmbəri-Əkrəm (s) vermişdi. Əli (ə)-ın özü nəql edirdi 
ki,  Peyğəmbər  (s)  Ramazan  ayının  ehtiramı  və  fəziləti  barədə  bir  xütbə 
söylədi,  axırda  ağladı.  Ondan  ağlamasının  səbəbini  soruşduqda,  buyurdu: 
"Bu ayda sənin başına gələcək işə görə (ağlayıram). Elə bil bunu görürəm 
ki,  sən  namaza  məşğulsan,  dünyanın  ən  alçaq  adamı–Səmud  naqəsini 
öldürənin  tayı  ayağa  qalxıb  sənin  başına  bir  zərbə  endirir  və  saqqalını 
qanına qəltan edir."
2
 
Nəhayət  o  qorxulu  gecə  sona  çatdı,  Əli  (ə)  sübhün  qaranlığında  sübh 
namazını  qılmaq  üçün  məscidə  tərəf  yola  düşdü.  Həyətdəki  qazlar  onun 
ardınca gedib paltarından tutdular. O qazları qovmaq istədilər, amma həzrət 
buyurdu:–Onlarla işiniz olmasın, bunlar fəryad çəkənlərdir, arxasınca novhə 
oxuyacaqlar.
3
 
Imam Həsən (ə) dedi:–Niyə belə bəd xəbər verirsən?! 
Buyurdu:–Ey  oğul,  bəd  xəbər  vermirəm,  qəlbim  mənə  şəhadət  verir  ki, 
öldürüləcəyəm.
4
 
Ümmü  Külsüm  Imam  (ə)-ın  sözlərindən  pərişan  olub  dedi:–Əmr  verin, 
Cödə gedib pişnamazlıq etsin. 
Həzrət buyurdu:–Allahın qəza-qədərindən qaçmaq olmaz! 
Bunu deyib kəmərini möhkəm bağladı, dilində bu şeri zümzümə edərək 
məscidə yola düşdü: Şerin tərcüməsi: 
"Ölüm  üçün  kəmərini  möhkəm  bağla,  çünki  ölüm  sənin  görüşünə 
gələcək, 
Ölümdən, sənə doğru gəldiyi vaxt ah-fəryad etmə."
5
 
Imam  (ə)  məscidə  daxil  olub  namaza  başladı,  təkbir  deyib  qiraətdən 
sonra  səcdəyə  getdi.  Bu  zaman  ibni  Mülcəm  fəryad  çəkib,  "Hökm  yalnız 
Allahındır,  sənin  üçün  deyildir,  ya  Əli!"  deyərək  zəhərli  qılıncla  Əli  (ə)-ın 
mübarək  başına  zərbə  vurdu.  Təsadüfən  bu  zərbə  elə  əvvəllər  Əmr  ibni 
Əbdüvüddün vurduğu yerə endi və o həzrətin başını alnına qədər yardı.
6
 
Mərhum Şeyx Tusi "Əmali" kitabında başqa bir hədisdə Imam Riza (ə)-
dan, o da əziz ata-babalarından, onlar da Imam Səccad (ə)-dan nəql etmişlər 
ki,  "Ibni  Mülcəm  Əli  (ə)-ın  mübarək  başını  səcdə  halında 
zərbətləmişdir."
7
 
Məşhur şiə təfsirçisi Əbul Fütuh Razi öz təfsirində yazır: "Ibni Mülcəm 
Əli (ə)-ı vuranda o həzrət namazın birinci rəkətində "Ənbiya" surəsindən 
                                              
1
 "Rovzətul-vaizin", 1-ci cild, səh.164 
2
 "Uyunu əxbarir-Riza ™", 1-ci cild, səh.298 
3
  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.425;  "Rovzətul-vaizin",  1-ci  cild,  səh.165;  "Əl-
irşad", səh.652; "Tarixi-Yəqubi", 2-ci cild, səh.212 
4
 "Kəşful-ğümmə", 1-ci cild, səh.284 
5
 "Məqatilut-talibiyyin", səh.31; "Murucuz-zəhəb", 2-ci cild, səh.429 
6
 "Kəşful-ğümmə", 1-ci cild, səh.584 
7
 "Biharul-ənvar", 9-cu cild, səh.650 ( "Əmali"dən nəqlən) 


 
162 
on bir ayə tilavət etmişdi."
1
 
Məşhur sünnü alimi Sibt ibni Covzi yazır: "Imam mehraba daxil olduqda, 
bir  neçə  nəfər  ona  hücum  etdi,  onların  içindən  Ibni  Mülcəm  (qılıncla)  ona 
bir zərbə vurdu və dərhal öz yoldaşları ilə qaçdı."
2
 
Mehrabda  Əli  (ə)-ın  başından  qan  axıb  mübarək  saqqalını  qızartdı.  Bu 
halda o həzrət buyururdu:  "Kəbənin Allahına and olsun ki, nicat tapdım! 
(Sonra bu ayəni tilavət etdi:) "Sizi torpaqdan yaratdıq, ona da qaytaracağıq 
və yenidən ondan (dirildib) çıxaracağıq."
3
 
Əli  (ə)-a  zərbə  dəyəndə  fəryad  edib  dedi:–"Tutun  onu!"  Hamı  Ibni 
Mülcəmin  ardınca  qaçdı,  hər  kəs  ona  yaxınlaşırdısa,  onu  qılıncla  vururdu. 
Axırda Qəsəm Ibni Abbas irəli atılıb onu qucağına aldı və yerə çırpdı. Onu 
Əli (ə)-ın yanına apardılar. Həzrət dedi:–Mülcəmin oğlu! 
Dedi:–Bəli! 
Həzrət onu tanıyandan sonra oğlu Həsənə buyurdu:–Düşməndən muğayat 
ol, onun qarnını doyuzdur, bəndini möhkəm bağla. Əgər ölsəm, onu mənim 
yanıma  göndər,  Allahımın  yanında  onunla  höcətləşim.  Yox,  əgər  sağ 
qalsam, ya onu bağışlayar, ya da qisas alaram.
4
 
Həsənlə  Hüseyn  Bəni-Haşim  cavanları  ilə  birlikdə  Əli  (ə)-ı  kilimin 
arasına qoyub evə gətirdilər. Sonra Ibni Mülcəmi bir daha o həzrətin yanına 
apardılar.  Əmirəl-möminin  (ə)  ona  baxıb  buyurdu:–Əgər  mən  ölsəm,  məni 
öldürdüyü kimi, onu da öldürün, yox əgər sağ qalsam, onunla nə edəcəyimi 
özüm bilərəm. 
Ibni Mülcəm dedi:–Mən bu qılıncı min dirhəmə almışam, min dirhəm də 
verib  ona  zəhər  yedirtmişəm.  Əgər  mənə  xəyanət  etsə,  Allah  onu  həlak 
etsin!
5
 
Ümmü  Külsüm  ona  dedi:–Ey  Allahın  düşməni,  Əmirəl-möminini 
öldürdünmü?! 
O məlun dedi:–Əmirəl-möminini yox, sənin atanı öldürmüşəm! 
Ümmü Külsüm dedi:–Inşallah, atam bu yaradan şəfa tapar! 
Ibni  Mülcəm  yenə  də  həyasızlıqla  dedi:–Görərik,  onun  üçün  ağlar 
qalacaqsan! Ona elə bir zərbə vurmuşam ki, əgər onu dünya əhalisi arasında 
bölüşdürsələr, hamısını həlak edər.
6
 
O həzrətə bir az süd gətirdilər, bir az içib buyurdu ki, o süddən məhbusa 
da  aparsınlar  və  ona  əziyyət  verməsinlər.  Imam  (ə)-a  zərbə  dəyəndə  Kufə 
təbibləri onun başı üstünə gəldilər. Onların içində ən mahir həkim Əsir ibni 
Əmr  yaranı  müalicə  edirdi.  O,  yaranı  görəndə  dedi  ki,  bir  qoyun  kəsib 
döşünü  isti-isti  gətirsinlər.  Sonra  onun  içindən  bir  damar  çıxardıb  yaranın 
                                              
1
 "Ət-təfsir" (Əbul-Fütuh Razi), 4-cü cild, səh.425 
2
 "Təzkirətul-xəvass" (Nəcəf çapı), səh.177 
3
 "Taha" surəsi, 55 
4
 "Tarixi-Yəqubi", 2-ci cild, səh.212 
5
 "Tarixi-Təbəri", 6-cı cild, səh.185; "Kəşful-ğümmə", 1-ci cild, səh.586 
6
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.169; "Təbəqat" (Ibni Səd), 2-ci cild, səh.24; "Əl-
əxbarut-tival",  səh.214;  "Məqatilut-talibiyyin",  səh.36;  "Kəşful-ğümmə",  1-ci  cild, 
səh.63; "Iqdul-fərid", 4-cü cild, səh.359; "Tarixi-Təbəri", 6-cı cild, səh.85 


 
163 
içinə qoydu, sonra onu çıxarıb dedi:–Ya Əli, vəsiyyətini et. Çünki, bu zərbə 
beyinə çatmışdır, artıq müalicənin faydası yoxdur. 
Bu vaxt Imam (ə) kağız-qələm istədi, sonra Həsən və Hüseynə xitabən öz 
vəsiyyətini  yazdı.  Bu  vəsiyyətin  o  həzrətin  iki  oğlu–Həsənlə-Hüseyn  (ə) 
üçün edilməsinə baxmayaraq, həqiqətdə dünyanın sonuna qədər olan bütün 
insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum Seyyid Rəzidən əvvəl və sonra 
yaşamış  bir  çox  tarixçilər  və  mühəddislər  mötəbər  sənədlə  qeyd  etmişlər.
1
 
Əlbəttə, vəsiyyətin əsli Seyyid Rəzinin "Nəhcül-Bəlağə"də qeyd etdiyindən 
çoxdur. Indi onun bir hissəsini burada qeyd edirik: 
"Sizə  tövsiyə  edirəm  ki,  təqvalı  olub  Allahdan qorxasınız,  dünya  sizin 
sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən 
çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab 
üçün  iş  görün,  zalımların  düşməni  və  məzlumların  dostu,  himayəçisi 
olun."
 
*** 
"Mən  sizə  və  bütün  övladlarıma,  əhlimə  və  bu  vəsiyyətnamənin 
çatacağı  hər  bir  kəsə  təqvalı  olub  Allahdan  qorxmağı,  öz  işində  nəzmli 
(dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki 
sizin  cəddinizin  belə  buyurduğunu  eşitdim:  "Camaat  arasında  sülh 
yaratmaq bir illik oruc-namazdan əfzəldir." 
*** 
"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi 
vaxtlar  tox  olalar!  Məbada  sizin  hüzurunuzda,  onlara  baş  çəkən  bir 
adamın olmadığına görə (tələf olub) aradan gedələr!" 
*** 
"Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində 
sizin  Peyğəmbəriniz  (çoxlu)  tövsiyələr  etmişdir.  O  həzrət  qonşular 
barəsində  o  qədər  tövsiyə  edirdi  ki,  biz  tezliklə  irsdən  onlara  da  bir  pay 
verəcəyini güman edərdik." 
*** 
"Amandır,  Qurana  (çox-çox)  əhəmiyyət  verin!  Məbada  başqaları  ona 
əməl  etməkdə  sizdən  qabağa  keçə!  Amandır,  namazdan  qafil  olmayın! 
Həqiqətən  namaz  dinin  sütunudur.  Amandır,  Allahın  Evi  (Kəbə) 
barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, 
sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq." 
*** 
"Amandır,  Allah  yolunda  mal-dövlətinizlə,  canınızla  və  dilinizlə  olan 
cahadı  unutmayın!  Sizə  vacibdir  ki,  dostluq  əlaqələrini  və  məhəbbəti 
möhkəmlədəsiniz,  ehsanı,  bəxşişi  unutmayasınız  və  bir-birinizə  arxa 
çevirməkdən,  əlaqələrinizi  kəsməkdən  uzaq  olasınız.  Əmr  be  məruf  və 
nəhy əz münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, 
                                              
1
 "Tarixi-Təbəri", 6-cı cild, səh.85; Əbu  Hatəm Sistaninin "Əl-muəmmərunə  vəs-
sələf"  kitabından,  səh.149;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.425;  "Kafi",  7-ci  cild, 
səh.51;  "Mən  la  yəhzuruhul-fəqih",  4-cü  cild,  səh.141;  "Töhəful-üqul",  səh.197; 
"Məqatilut-talibiyyin", səh.38 


 
164 
sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır." 
Sonra  buyurdu:–Ey  Əbdül-Müttəlib  övladları!  Məbada  siz  mənim 
şəhadətimdən  sonra  "Əmirəl-möminin  öldürüldü",  deyə  bəhanə  edərək 
qolunuzu  çırmalayıb  müsəlmanları  qanına  qəltan  edəsiniz!
1
  Bilin  və  agah 
olun  ki,  mənim  qisasımı  alanda  yalnız  qatili  öldürməlisiniz.  Əgər  mən  bu 
zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–
bir  zərbə  müqabilində  olsun.  Məbada  onun  burun-qulağını  kəsəsiniz!  Mən 
Peyğəmbər  (s)-in  belə  buyurduğunu  eşitmişdim:  "Hətta  quduz  iti  belə, 
müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!" 
Imam (ə)-ın övladları pərişan, boğazları qəm-qüssədən qəhərlənmiş halda 
oturub o həzrətin nəvazişli sözlərinə qulaq asırdılar. Imam (ə) bu vəsiyyətin 
axırında  huşdan  getdi,  huşa  gəlib  gözlərini  yenidən  açanda  buyurdu:  "Ey 
Həsən,  sənə  bir-iki  sözüm  var.  Bu  gecə  mənim  ömrümün  axır  gecəsidir. 
Öldükdən sonra öz əlinlə mənə qüsl ver, kəfənə bük. Mənim kəfən və dəfn 
işlərimi özün şəxsən gör, cənazəmə namaz qılıb gecə qaranlığında Kufədən 
uzaqda, məxfi şəkildə torpağa tapşır, qoy heç kim ondan xəbərdar olmasın." 
Əli  (ə)  iki  gün  sağ  qaldıqdan  sonra  40-cı  ilin  Ramazan  ayının  21-ci 
gecəsində 63 yaşında dünyadan getdi. Onun əziz oğlu Imam Həsən (ə) öz əli 
ilə ona qüsl verdi, ona yeddi təkbirlə namaz qıldı, sonra buyurdu: "Bilin, Əli 
(ə)-dan sonra heç kimin cənazəsinə yeddi təkbir deyilməyəcəkdir." 
Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki Nəcəf-Əşrəfdə) dəfn edildi. 
Xilafət dövrü 4 il 2 ay çəkdi.
2
 
ƏLI (Ə)-IN MATƏMINDƏ 
Əli (ə) şəhid olandan sonra Həsən ibni Əli (ə) bir xütbə söylədi. Əvvəlcə 
Allaha  həmd-səna  edib,  Peyğəmbərə  salavat  göndərdikdən  sonra  buyurdu: 
"Bu  gün  elə  bir  insan  ölmüşdür  ki,  əvvəlkilər  onun  həqiqətini  dərk 
etməmişlər,  gələcək  nəsil  də  heç  vaxt  onun  mislini  görməyəcəkdir.  O 
döyüşəndə  Cəbrail  onun  sağ  tərəfində,  Mikail  isə  sol  tərəfində  dayanırdı. 
Allaha and olsun, o Musəbni Imranın vəfat etdiyi, Isəbni Məryəmin göylərə 
aparıldığı,  Quranın  nazil  olduğu  gecədə  vəfat  etmişdir.  Bilin  ki,  o  öz 
maaşından  ehtiyat  üçün  yığdığı  yeddi  yüz  dirhəmdən  savayı  heç  bir  şey 
qoymamışdır.  Bu  məbləği  də  yığmaqla  öz  ailəsi  üçün  xidmətçi  tutmaq 
istəyirdi."
3
 
Sonra Qəqa ibni Zürarə ayağa durub dedi: "Allahın rizvanı sənə olsun, 
ey  Əmirəl-möminin!  Allaha  and  olsun,  sənin  həyatın  bütün  xeyirlərin 
açarı  idi;  əgər  səni  qəbul  etsəydilər,  onda  hər  tərəfdən  nazil  olan 
nemətlərdən  bəhrələnərdilər,  Allahın  neməti  onları  əhatə  edərdi.  Lakin 
onlar nankorluq etdilər və dünyanı tutub axirəti atdılar."
4
 
Əbül-Əsvəd  Düəli  Əli  (ə)-ın  matəmində  bir  neçə  beyt  şer  qoşmuşdu, 
                                              
1
 "Nəhcül-bəlağə", 47-ci məktub 
2
  "Tarixi-Yəqubi",  2-ci  cild,  səh.213;  "Təzkirətul-xəvass",  səh.112;  "Mənaqibi  Ali 
Əbitalib", 3-cü cild, səh.313 
3
 "Tarixi-Yəqubi", 2-ci cild, səh.213 
4
 "Tarixi-Yəqubi", 2-ci cild, səh.213 


 
165 
onun bir hissəsinin tərcüməsi belədir: 
"Müaviyə  ibni  Hərbə  deyin  ki,  dil  yarası  vuranların  gözləri  heç  vaxt 
aydın olmasın! 
Ramazan  ayında  bizi  bütün  insanların  ən  yaxşısının  matəmində 
oturdursunuzmu? 
Ən yaxşı bir insanı öldürdünüz ki, o, heyvanlara minib onları ram edirdi. 
Siz ayaqlarına bir cüt başmaq geyən ən yaxşı şəxsi, 
Məsani  ayələrini  və  Kitabi-mübini  oxuyan  ən  yaxşı  bir  insanı 
öldürdünüz! 
Əgər Həsənin atasının üzünə baxsanız, ondakı nuru görərsiniz, ki, o nur 
baxanların başlarının üstünə işıq saçmışdır. 
Ey  Əli,  Qüreyş  hər  yerdə,  hər  məqamda  olsa,  bilmişdir  ki,  sən  əsil-
nəsəbdə və dində onların ən yaxşısısan."
1
 
Əli (ə) barəsində mərsiyə şeri qoşanlardan biri də söz ustalığında məşhur 
olan  Səsəə  ibni  Suhandır.  O,  Əmirəl-möminin  (ə)-ın  matəmində  belə 
demişdir: "Atam-anam sənə fəda olsun, ey Əmirəl-möminin! Nuş olsun sənə 
(ilahi kəramətlər). Sən pak-pakizə bir mövlud, bəsirət sahibi və mücahid bir 
şəxs idin, öz arzuna çatdın və Allah ilə faydalı bir müamilə (al-ver) etdin, öz 
Pərvərdigarına tərəf tələsdin. O səni xoşluq və müjdə ilə qəbul etdi, mələklər 
sənin  ətrafına  yığışdılar  və  Mustəfanın  qonşuluğunda  sakin  oldun.  Allah 
sənə onun yanında yer verdi, sənə onun məqamı kimi bir məqam əta etdi və 
Öz camı ilə səni sirab etdi. Öz Allahımdan istəyirəm ki, bizi səninlə birlikdə 
məhşur  etsin  (diriltsin),  çünki  sən  elə  bir  mərtəbəyə  çatmısan  ki,  səndən 
qabaq  heç  kim  ora  çatmamışdır  və  elə  bir  məqama  yetişmisən  ki,  səndən 
qabaq  heç  kim  o  məqamı  əldə  edə  bilməmişdir.  Sən  Peyğəmbərlə  birlikdə 
Allah  yolunda  gözəl  şəkildə  cihad  etdin,  Allah  dinini  və  Peyğəmbərin 
sünnəsini möhkəmləndirdin, fitnə odunu söndürdün. Islam sənin vücudunla 
möhkimləndi,  din  sənin  hesabına  nizama  düşdü.  Səndə  elə  fəzilətlər  cəm 
olmuşdu  ki,  o  fəzilətlər  səndən  savayı  heç  kimdə  yox  idi.  Hamıdan  əvvəl 
Peyğəmbər  (s)-in  dəvətini  qəbul  etdin,  ona  itaət  etməyi  hər  şeydən  üstün 
tutdun,  ona  kömək  etməkdə  qabaqcıl  oldun;  öz  canınla  Allah  yolunda 
fədakarlıq  göstərdin;  öz  qılıncını  Onun  dininə  kömək  etmək  üçün  siyirdin. 
Hər  bir  inadkar  zalım  sənin  əlinlə  məğlub,  hər  kafir  sənin  əlinlə  xar  oldu. 
Küfrün,  şirkin,  zülmün  kökü  sənin  əlinlə  quruduldu,  sən  üsyankarları, 
zəlalətdə  olanları  həlak  etdin.  Ey  Əmirəl-möminin,  Allahın  sənə  verdiyi 
fəzilətlər  sənə  nuş  olsun!  Peyğəmbərə  ən  yaxın  adam  sən  idin,  hamıdan 
əvvəl  iman  gətirdin;  elmdə,  dərrakədə  hamıdan  üstün,  yəqində  hamıdan 
kamil, hamıdan şücaətli və qoçaq idin. Sənin islamdakı xidmətlərin hamıdan 
çox  idi.  Allah  bizi  sənin  əcrindən  məhrum  etməsin,  çünki  sən  xeyirləri 
üzümüzə  açdın  və  pisliklərin  qapısını  üzümüzə  bağladın.  Amma  sənin 
şəhadətə  çatmağınla  şər  və  pislik  qapıları  bizim  üzümüzə  açıldı,  xeyir 
qapıları  bağlandı.  Əgər  camaat  sənin  sözlərinə  qulaq  assaydı,  bərəkət  hər 
tərəfdən–yerdən və göydən–onlara nazil olardı, lakin çox əfsuslar olsun ki, 
                                              
1
  "Kamil"  Ibni  Əsir),  3cü  cild,  səh.394;  "Tarixi-Təbəri",  4-cü  cild,  səh.116; 
k824səh.2,cild "Mürucüz-zəhəb", 2-ci cild, səh.428 


 
166 
onlar dünyanı axirətdən üstün tutdular." 
Xəvaric  və  digər  islam  düşmənləri  Ibni  Mülcəmin  bu  dəhşətli 
cinayətindən  sevinərək  bu  işi  tərifləyirdilər.  Xəvaricdən  biri–Imran  ibni 
Həttan  Vəqqaşi  Ibni  Qəsəm  (Ibni  Mülcəm)  barəsində  bir  şer  demişdir  ki, 
onun tərcüməsi belədir: "(Bu zərbə) necə bir zərbədir ki, Allahın rizvanına 
(razılığına)  çatmaqdan  savayı  başqa  bir  məqsədi  olmayan  bir 
pərhizkardan  (!)  baş  vermişdir.  Mən  onu  yadıma  salanda  Allah  yanında 
əməl tərəzisinin hamınınkından ağır olduğunu təsəvvür edirəm." 
Qazi  Əbu  Təyyib  Tahir  ibni  Əbdüllah  Şafei  də  onun  cavabında  bir  şer 
qoşmuşdur  ki,  onun  tərcüməsi  belədir:  "Bu  necə  zərbədir  ki,  dinin 
əsaslarını viran etməkdən savayı bir məqsədi olmayan alçaq bir adamdan 
baş  vermişdir!  Mən  onu  yadıma  salanda  Imrana  və  Hittana  bir  dünya 
lənət göndərirəm. Həmişə–aşkarda və gizlində Allahın lənətləri ona olsun! 
Siz  ikiniz  (Imran  və  Hittan)  cəhənnəm  itlərindənsiniz  ki,  şəriətin  aşkar 
dəlilləri ona şahid və sübutdur."
1
 
Beləliklə  də  Kəbə  evində  doğulan,  məsciddə  şəhadətə  çatan  böyük  və 
dahi  bir  şəxsiyyətin  həyat  nurunun  şölələri  söndü.  Rəsuli-Əkrəm  (s)-dən 
sonra dünya onun tayını görməmiş və heç vaxt da görməyəcəkdir. Nə cihad 
və  fədakarlıqda  onun  misli  vardı,  nə  varlıq  dünyasının  sirləri  barədə  olan 
elm və bilikdə, nə də digər fəzilətlərdə. 
Müəllif  elə  buradaca  üzr  istəyərək  sözü  sona  çatdırır,  etiraf  edir  ki, 
Əmirəl-möminin  Əli  (ə)-ın  gözəl  və  mənəvi  simasının  hətta  kiçik  bir 
hissəsini  belə,  lazımınca  əks  etdirə  bilməmişdir.  Lakin  çox  sevinir  ki,  öz 
vəzifəsinə  əməl  etmişdir.  Inşallah,  o  həzrət  bir  gün  (Qiyamətdə)  onun 
şəfaətçisi olar! 
Cəfər Sübhani 
Qum, "Imam Sadiq (ə) müəssisəsi", 15 Şəvval, 1408 h.q 
MÜNDƏRICAT 
 
                                              
1
  Imran  ibni  Hittanın  yazdığı  bu  iki  beyt  şerin  cavabı  başqa  şerlə  də  verilmişdir, 
Məsudi bunu öz kitabında qeyd etmişdir. "Mürucüz-zəhəb", 2-ci cild, səh.427 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə