1
ON İKİNCİ FƏSİL
SIFFEYN MÜHARIBƏSININ SƏBƏBLƏRI
IMAM (Ə)-IN MÜAVIYƏYƏ QƏTI SÖZÜ
Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və
səlahiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq hökumətinin
əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin
(sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiyyətindən
uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi Cəririn
Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi. O, Imam (ə)-ın məqsədindən agah
olduqdan sonra Imam (ə)-ın xəbərdarlığını ona çatdırmaq istədi və belə
dedi:–Mənim Müaviyə ilə köhnə dostluğum var. Onu sənin haqq olan
hökumətini rəsmi şəkildə tanımağa dəvət edər və Allahın itaətində olduğu
vaxta qədər sənin tərəfindən Şamda hakim qalacağını bildirərəm.
Imam (ə) onun sonuncu şərti qarşısında sükut etdi və heç nə demədi.
Çünki bilirdi ki, onun bu iş üçün səlahiyyəti yoxdur. Malik Əştər Cəririn
Imam (ə)-ın nümayəndəsi olmasının əleyhinə çıxdı və onu Müaviyə ilə
həmkarlıq etməkdə müttəhim etdi. Lakin Imam (ə) Malikin sözlərinin əksinə
olaraq Cəriri seçdi. Hadisələrin gedişi də o həzrətin düzgün fikirləşdiyini
isbat etdi.
1
Imam (ə) Cəriri göndərəndə ona buyurdu: Gördün ki, gözüaçıq
və din əhlindən olan səhabələrin hamısı mənimlədir. Peyğəmbər səni
"yəmənli xeyirxah" adlandırmışdı. Məktubumla birlikdə Müaviyənin yanına
get. Əgər müsəlmanların hamısının qəbul etdiyinə əməl etsə, lap yaxşı. Əks
halda ona bildir ki, indiyə qədər mövcud olan sakitlik və rahatlıq bir daha
mövcud olmayacaq. Ona çatdır ki, mən onun vali olmağına heç vaxt razı
olmamışam, camaat da onun (mənim tərəfimdən) vali olmağına razı
olmayacaq."
2
Cərir məktubu alıb Şama yola düşdü. Müaviyənin yanına gedib dedi:
"Məkkə, Mədinə, Kufə, Bəsrə, Hicaz, Yəmən, Misir, Əmman, Bəhreyn və
Yəmamə əhalisi əmioğlun Əli ilə beyət etmişlər və içərisində olduğun bu bir
neçə qaladan başqa bir kəs qalmamışdır. Əgər o yerlərin çöllərindən sel
qalxsa, hamını qərq edər. Mən ki, səadət yoluna dəvət etmək və bu kişiyə
beyət etmək üçün sənə yol göstərməyə gəlmişəm.
3
Sonra Imam (ə)-ın məktubunu Müaviyəyə verdi. Məktubda yazılmışdı:
"Mədinədə mühacir və ənsarın beyəti Şamda sənə höccəti tamam və itaət
1
"Tarixi-Yəqubi", 2-ci cild, səh.184; "Tarixi-Təbəri", 3-cü cild, səh. səh.235;
Kamil" (Ibni Əsir), 3-cü cild, səh.14
2
"Tarixi-Təbəri", 5-ci cild, səh.235 "Vəqətu Siffeyn", səh.27-28; Qurani-Kərim bu
məsələni "Ənfal" surəsinin 58-ci ayəsində aşkar şəkildə bəyan edir. Islam hakimi
müharibə elan etməzdən öncə, əvvəldə mövcud olan hər növ amanın aradan
götürüldüyünü elan edir.
3
"Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.75; "Əl-imamətu
vəs-siyasət", -ci cild, səh.847; "Vəqətu Siffeyn", səh.28
2
etməyi sənə vacib etmişdir. Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər elə
həmin qayda ilə mənə də beyət etmişlər. Bu beyətdən sonra nə (orada) hazır
olanların onunla müxalifət etmək haqqı var, nə də ki, sənin kimi orada
olmayanlar onu rədd edə bilərlər. Şura (sizin rəyinizə görə) mühacir və
ənsarın hüquqi ixtiyarıdır. Əgər onlar bir kəsin imamətinə rəy verərək onu
Imam adlandırsalar, onda Allah bu işdən razı olar. "Əgər bir kəs etiraz
məqsədilə, yaxud qarmaqarışıqlıq yaratmaq qəsdi ilə onların fərmanından
boyun qaçırsa, onu öz yerində oturdarlar və əgər tüğyan etsə, möminlərdən
başqasının yolunu getdiyinə görə onunla vuruşarlar, Allah da onu sərgərdan
halda buraxar, qiyamətdə onu cəhənnəmə atar. Bu da ən pis aqibətdir."
1
Təlhə və Zübeyr mənimlə beyət etdikdən sonra öz beyətlərini pozdular.
Beyəti pozmaq onu rədd etmək kimidir. Ey Müaviyə! Nəhayət, haqq qalib
gəldi, Allahın fərmanı qələbə çaldı. Mənim nəzərimdə sənin üçün ən yaxşı iş
sənin sağ-salamat olmağındır. Lakin özünü bəlaya salsan, səninlə vuruşacaq
və bu yolda Allahdan kömək istəyəcəyəm. Osmanın qatilləri barəsində çox
söz dedin. Sən də sair müsəlmanların getdiyi yolla get və bundan sonra bu
məsələni irəli çək. Mən hamını Allahın Kitabına əməl etməyə vadar edirəm.
Deyirsən ki, "Osmanın qatillərini mənə təhvil ver, sonra səninlə beyət
edim." Sənin bu təklifin uşağı südlə aldatmağa oxşayır. Canıma and olsun,
əgər sən öz nəfsinə yox, əqlinə müraciət etsən, Osmanın qanı qarşısında
mənim ən pak bir şəxs olduğumu dərk edərsən. Bil ki, sən "tüləqa"dan–
islamda əsir olduqdan sonra azad olunanlardansan. Xilafət belə şəxslərə
halal deyildir və onların şurada da üzv olmağa haqları yoxdur. Mən iman və
hicrət əhli olan Cərir ibni Əbdüllahı sənin və sənin tərəfindən işlə məşğul
olanların yanına göndərirəm ki, mənimlə beyət edib öz vəfadarlığını elan
edəsən."
2
IMAM (Ə)-IN NÜMAYƏNDƏSI ŞAMDA
Hər hansı bir insanın elçisi və nümayəndəsi onun şəxsiyyətini təmsil edir
və onun işbilən və münasib adamı seçməsi əqlinin kamilliyindən və
püxtələşməsindən xəbər verir. Elə buna görə də alimlər demişlər: "Düzgün
seçicilik kişinin əqlinin ən yaxşı nişanəsi, onun inkişaf səviyyəsinin
tərəzisidir."
Imam Əli (ə) Müaviyənin işdən götürülməsi fərmanını çatdırmaq üçün
siyasi və dövlət məsələlərində çoxlu təcrübələri olan, Müaviyəni yaxşı
tanıyan və özü də bacarıqlı və mahir söz ustası olan bir şəxsi seçdi. Bu şəxs
Cərir ibni Əbdüllah idi. O, Imam (ə)-ın məktubunu rəsmi bir məclisdə
Müaviyəyə verdi. O, məktubu oxuyub qurtardıqda Cərir Əli (ə)-ın rəsmi
nümayəndəsi kimi yerindən qalxdı, çox şirin və ürəkoxşayan bir xütbə
1
"Nisa" surəsinin 115-ci ayəsinə işarədir; "Əl-iqdul-fərid", 4-cü cild, səh.84-85;
"Əl-imamətu vəs-siyasət", "Vəqətu Siffeyn", səh.29-30; "Tarixi-Təbəri", 3-cü cild,
səh.235
2
"Nəhcül-bəlağə", 6-cı məktub; "Əl-iqdul-fərid", 4-cü cild, səh.322; "Əl-imamətu
vəs-siyasət", səh.84-85; "Vəqətu Siffeyn", səh.29-30; "Tarixi-Təbəri", 3-cü cild,
səh.235
Dostları ilə paylaş: |