On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   ...   81

 

O, dinə qarşı (əslində Müaviyənin hökumətinə qarşı!) bir bəladır. 
Izah:  Osmanın  xilafəti  dövründə  Misrin  idarə  olunması  Əbdüllah  ibni 
Səd  ibni  Əbi  Sərhəyə  tapşırılmışdı.  Məhəmməd  ibni  Əbi  Hüzeyfə  camaatı 
dövrün  hakiminə  qarşı  qiyama  səsləyən  şəxslərdən  biri  idi.  Osmanın 
qətlindən sonra onun təyin etdiyi hakim camaatın qorxusundan öz yerinə bir 
nümayəndə  qoyub  Misirdən  qaçdı.  Amma  Əbu-Hüzeyfənin  oğlu  camaatı 
hakimin nümayəndəsinin əleyhinə qiyama səslədi və nəhayət, onu Misirdən 
çıxartdı,  hakimiyyəti  öz  əlinə  aldı.  Imam  (ə)-ın  xilafətinin  əvvəllərində 
Misrin  idarə  olunması  Qeys  ibni  Sədə  tapşırılmış,  Məhəmməd  işdən 
götürülmüşdü. Müaviyə Misri öz hakimiyyəti altında keçirəndə Məhəmmədi 
həbs etdi, lakin o dostları ilə birlikdə zindandan qaçdı. Bəli, Məhəmməd ibni 
Əbu  Hüzeyfə  mahir  hərbçi  və  çevriliş  törədən  bir  şəxs  idi.  Özü  də 
Müaviyənin dayıoğlusu idi.
1
 
Əmr  As:–Bu  məsələ  çox  da  əhəmiyyətli  deyildir.  Sən  bir  dəstə  adam 
göndərə  bilərsən  ki,  onu  ya  öldürsünlər,  ya  da  tutub  sənə  təhvil  versinlər. 
Onu ələ keçirə bilməsən də narahat olma, çünki, o, hakimiyyəti səndən ala 
biləcək qədər təhlükəli adam deyildir. 
Müaviyə:–Roma  padşahı  Qeysər,  bir  dəstə  qoşunla  Şama  tərəf  hərəkət 
etmək, bu vilayəti bizdən almaq üçün hazırlaşır. 
Əmr  As:–Qeysərlə  əlaqədar  çətinliyi  çoxlu  hədiyyələr–romalı  qullar, 
kənizlər  və  qızıl-gümüş  qablar  göndərməklə  həll  edib  onu  dinc  yanaşı 
yaşamağa dəvət etməlisən. Tezliklə bu işə bir əncam çəkiləcəkdir. 
Müaviyə:–Əli Kufədə düşərgə salıb bizə tərəf hərəkət etməyə hazırlaşır. 
Bu müşkül barəsində fikrin nədir? 
Əmr  As:–Ərəblər  heç  vaxt  səni  Əli  ilə  bərabər  tutmazlar.  Əli 
müharibənin qayda-qanunlarını bilir. Qüreyş tayfasında onun misli-bərabəri 
yoxdur.  O,  əlində  olan  hökumətin  həqiqi  sahibidir.  Amma  ona  zülm  edib 
haqqını əlindən ala bilərsən. 
Müaviyə:–Mən  istəyirəm  ki,  sən  də  onunla  müharibə  edəsən,  çünki  o, 
Allah  hökmünün  əksinə  əməl  edib  xəlifəni  öldürmüş,  fitnə  qoparmış, 
cəmiyyətin birliyini pozmuş və qohumluq əlaqələrini kəsmişdir! 
Əmr  As:–Allaha  and  olsun,  sən  şərəf  və  fəzilətdə  Əli  ilə  əsla  bərabər 
deyilsən!  Səndə  nə  onun  mühacirət  fəziləti  var,  nə  onun  Peyğəmbərlə 
müsahib  olması,  nə  onun  müşriklərlə  cihad  etməsi,  nə  onun  elm  və 
dərrakəsi, nə də onun digər fəzilətləri. Allaha and olsun, Əlinin iti fikri, saf 
zehni, yorulmaz səyləri var. O, fəzilətli və səadətli, Allah yanında sınaqdan 
və imtahandan çıxmış bir adamdır. Belə bir fəzilətli  şəxslə vuruşmaq üçün 
nə qədər qiymət qoyursan ki, səninlə həmkarlıq edim? Özün bilirsən ki, bu 
həmkarlıqda necə xətərlər vardır! 
Müaviyə:–Ixtiyar sahibisən. De görüm nə istəyirsən? 
Əmr As:–Misrin hakimiyyətini. 
Müaviyə  son  dərəcə  hiyləgərliklə  dünya-axirət  məsələsini  irəli  çəkərək 
dedi:–Mən  istəmirəm  ki,  ərəblər  sənin  dünyəvi  qərəzlər  naminə  bizə 
qoşulduğunu fikirləşsinlər. Çox yaxşı olardı ki, onlar sənin Allah rizasına və 
                                              
1
 "Usdul-ğabə", 4-cü cild, səh.315-316 


 

axirət  savabına  görə  bizə  kömək  etməyini  təsəvvür  etsinlər.  Heç  vaxt 
əhəmiyyətsiz dünya malı axirət mükafatları ilə bərabər deyildir! 
Əmr As:–Bu sözləri boşla!
1
 
Müaviyə:–Mən istəsəm səni aldada bilərəm. 
Əmr  As:–Mənim  kimilər  aldanmazlar.  Mən  sənin  təsəvvür  etdiyindən 
çox-çox ayığam. 
Müaviyə:–Yaxına gəl, qəlbimin sirrini sənə deyim. 
Əmr  As  ona  yaxınlaşdı,  qulağını  Müaviyənin  ağzına  yaxınlaşdırdı  ki, 
onun  sirlərini  eşitsin.  Birdən  Müaviyə  onun  qulağını  dişləyib  dedi:–Indi 
gördünmü ki, mən səni aldada bilərəm?! Sən bilirsən ki, Misir də Iraq kimi 
böyük vilayətdir?! 
Əmr  As:–Bəli,  bilirəm!  Misir  mənim  olanda  Iraq  da  sənin  olacaqdır. 
Halbuki  Iraq  əhalisi  Əliyə  itaət  edir,  onun  qoşununda  müharibəyə 
hazırdırlar. 
Onlar  söhbətə  məşğul  ikən  Müaviyənin  qardaşı  Ütbə  ibni  Əbu-Süfyan 
onların  yanına  gəlib  dedi:–Müaviyə!  Nə  üçün  Misir  vilayətini  Əmr  Asa 
verməklə  onu  ələ  almırsan?  Kaş  elə  bu  Şamın  hakimiyyəti  sənin  üçün 
qalardı və heç kim sənə mane olmazdı! 
Sonra  bir  şer  oxuyaraq  Əmr  Asın  Müaviyə  ilə  həmkarlıq  etməsinin 
mahiyyətini açıqladı. O şerin bir beytinin məzmunu belə idi: 
"Əmr Asın istədiyini ona ver. 
O bu gün dünya naminə dinini tərk etmişdir." 
Nəhayət, Müaviyə nəyin bahasına olursa olsun, Əmr Ası həmkarlığa cəlb 
edərək onun sözlərinə əməl etmək qərarına gəldi. Lakin Əmr As onun hiylə 
və məkr işlədəcəyindən tam əmin deyildi və Müaviyənin ondan qələbə üçün 
bir  vasitə  kimi  istifadə  edib  məqsədinə  nail  olandan  sonra  onu  işdən 
kənarlaşdırmasına  ehtimal  verirdi.  Buna  görə  də  dedi:–Bizim  qərarımız 
gərək yazılı şəkildə olsun, bu barədə bir müqavilə yazılsın, sonra hər ikimiz 
onu imza edək. 
Müqavilənamə  yazıldı,  imzalanmaq  üçün  hazırlandı,  lakin  onların  hər 
biri  öz  imzasının  kənarına  bir  cümlə  yazaraq  öz  hiyləgərlik  və  nifaqlarını 
aşkar  etdilər.  Müaviyə  öz  adının  yanında  belə  yazdı:  "Bu  müqavilə  şərtin 
itaəti  pozmayacağı  vaxta  qədər  etibarlıdır."  Əmr  As  da  öz  adının  yanında 
belə yazdı: "Bu şərtlə ki, itaət, şərti pozmasın."
2
 
Onların  hər  ikisi  bu  qeydi  əlavə  etməklə  bir-birinə  kələk  gəlib 
müqaviləni  pozmaq  üçün  özlərinə  çıxış  yolu  qoydular.  Müaviyənin  həmin 
şərti qoymaqda məqsədi bu idi ki, Əmr As mütləq şəkildə və qeydsiz-şərtsiz 
olaraq  ona  beyət  etmişdir  və  əgər  Müaviyə  nə  vaxtsa  Misri  ona  verməsə, 
artıq  onun  öz  əhdinə  əməl  etməməsini  bəhanə  gətirərək  beyəti  pozmağa 
haqqı  yoxdur.  Amma  Müaviyənin  köhnə  rəqibi  onun  hiyləsindən  agah 
olduqda,  bunun  qarşısını  almaq  üçün  yazdı  ki,  onun  beyəti  o  vaxta  qədər 
etibarlıdır  ki,  Müaviyəyə  tabe  olmaq  müqavilənin  şərtinin  (Misrə  hakim 
olmağın) pozulmasına səbəb olmasın və gərək Müaviyə Misri ona versin. 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.65 (Misir çapı) 
2
 "Vəqətu Siffeyn", səh.40 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə