Ön söz 5 GiriĢ


Neft yataqlarının təbii rejimləri



Yüklə 4,05 Mb.
səhifə33/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   29   30   31   32   33   34   35   36   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neft yataqlarının təbii rejimləri


Neft yataqlarında layların təbii rejimləri geoloji amillərlə müəyyən olunur. Bunlara aşağıdakılar daxildir: yatağın mənsub olduğu regionun subasqı sisteminin xüsusiyyəti və onun bu sistemdə yerləşməsi; yatağın geoloji-fiziki xarakteristikası - termobarik şəraiti, karbohidrogenlərin faza vəziyyəti, kollektor süxurların səciyyəsi və yatım şəraitləri və s.
Lay şəraitində neft və qazın istismar quyularına hərəkətini təmin edən təbii qüvvələr cəminə yataqların təbii rejimləri deyilir.
Neft yataqlarında nefti hərəkət etdirən əsas qüvvələrə aşağıdakılar daxildir: kənar suların basqısı, kənar suların təsiri nəticəsində süxurların və
suyun elastiki genişlənilməsi, qaz papağındakı qazın təzyiqi, neftdə həll olmuş qazın təzyiqi, neftin ağırlıq qüvvəsi və s.
Neft və qaz yataqlarının işlənilmə layihələrinin tərtib edilməsində və işlənilmə prosesinin bilavasitə həyata keçirilməsində təbii rejimlərin müəyyən olunması çox böyük əhəmiyyət kəsb edir.
Rejimlərin təsnifatı layda mövcud olan enerjinin təzahürünə əsaslanır. Hərəkətedici qüvvələrin təbiətindən asılı olaraq neft yataqlarında aşağıdakı rejimlər qeyd edilir:
subasqı rejimi; elastik-subasqı rejimi;
qazbasqı rejimi (yaxud qaz papağı rejimi); neftdə həll olmuş qaz rejimi;
qravitasiya rejimi; qarışıq rejim.
Subasqı rejimi. Bu rejimdə neftli layda hərəkətetdirici qüvvə kənar, yaxud daban sularının yaratdığı təzyiqdən ibarətdir. İşlənilmənin ilk dövrlərində istismara daxil olan quyuların sayının tədricən artması nəticəsində neft hasilatının da artması baş verir. Hasilat layihə səviyyəsinə çatdıqdan sonra lay təzyiqi də ilk dövrlərdə sabitləşir. Lakin, müəyyən müddətdən sonra kənar suların hərəkəti nəticəsində layda sulaşma başlayır və neft hasilatı tədricən azalır. İşlənilmənin sonrakı dövrlərində də sulaşma prosesi fasiləsiz inkişaf edir, lay təzyiqinin düşküsü isə kiçik miqyaslarda müşahidə olunur. İşlənilmə üçün ən əlverişli olan belə rejimli yatağa süni suvurma üsulu tətbiq edilmir.
Səmərəli subasqı rejimində neftvermə əmsalı 0,60–0,70 arasında dəyişir. Elastik subasqı rejimi. Belə rejimdə lay enerjisinin mənbəyini kənar suların basqısı təşkil edir. Lakin, subasqı rejimindən fərqli olaraq burada süxur kollektorlarının və onların məsamələrində yerləşən mayenin elastik qüvvələri də enerji mənbəyinin formalaşmasında iştirak edir. Bu halda işlənilmə prosesində laydan götürülmüş maye həcmini kənar sular tam kompensasiya etmir və lay
təzyiqi tədricən aşağı düşür. Nəticədə, lay süxurlarının və suyun genişlənilməsi baş verir, yaranmış enerji isə neftin quyu dibinə süzülməsinə müsbət təsir göstərir.
Bu rejim işlənilmə üçün kifayət qədər əlverişli hesab olunur və layların neftveriminin 0,50-0,60 səviyyəsinə çatdırılmasına imkan verir.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə