Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

75  

bu  güzgüdə  xristian  dünyasının  himayə  etdiyi,  zəhərli  ilan 

kimi  qoynunda  bəslədiyi  erməni  adlı  nankor  qonşularımız 

necə varsa, eləcə riyakar, əyri görünürdü.  

Elə  bil  ki,  Ə.Abasov  “Zəngəzur”u  yazmaqla  həm  də 

uzaqgörənliklə  ötən  əsrin  sonlarında  xalqımızın  yenidən 

soyqırımı,  etnik təmizləmə  siyasətinə  məruz  qalacağını  gö-

rüb bizə vaxtında dərs verir, duyuq salmağa çalışır, bu dərs-

lərdən ibrət almağa, ayıq-sayıq olmağa, çağırırdı.  

Ə.Abasov  yaxşı  bilirdi  ki,  çar  və  bolşevik  Rusiyasının 

ağalığı  dövründə  1905-1920-ci  illərdə  Azərbaycanın  tarixi 

mahalı olan Zəngəzurda silahlı erməni dəstələrinin törətdiyi 

qırğınlar nəticəsində on mindən çox müsəlman qətlə yetiril-

miş, 115 müsəlman kəndi yer üzündən silinmişdi. Zəngəzur 

mahalının Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri rayonları 

1920-ci ildə xalqın iradəsinə zidd olaraq, Moskva və Tiflis-

də  oturan  ermənipərəst  qüvvələrin  siyasi  qərarı  ilə  zorla 

Azərbaycandan qoparılaraq Ermənistana verilmişdi.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

tarixi  torpaqlarımızın  zorla  qonşu  dövlətə  birləşdirilməsinə 

dəfələrlə münasibətini ifadə edib: “Zəngəzurun Ermənistana 

verilməsi haqqında qərar haqqında mən fikirlərimi dəfələrlə 

bildirmişdim. Bu gün də demək istəyirəm ki, böyük səhv və 

böyük  cinayət  idi.  Ancaq  bu  tarixi  həqiqətdir  ki,  İrəvan 

xanlığı, Zəngəzur mahalı bizim tarixi torpağımızdır.” 

 Görkəmli  siyasi  xadim  Heydər  Əliyev  yazarlarımız 

qarşısında  bu  vəzifəni  qoyurdu:  “Bundan  sonra  da  elə 

əsərlər  yaranmalıdır  ki,  o  əsərlər  Ermənistanda  yerləşən 

həmin  torpaqların  Azərbaycana  məxsus  olmasını  daim, 

ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək 

nəsillər üçün yol açmalıyıq.”  

Əyyub Abasov da  “Zəngəzur” romanını  məhz bu fikirlə 

yazmışdı ki, heç nə unudulmamalı, heç kim yaddan çıxma-

malıdır, pis pis, yaxşı yaxşı kimi tarixdə qalmalıdır.  

 

 



76  

 

ƏYYUB ABASOVUN DÜNYAYA GÖZ AÇDIĞI 

ŞƏKİ KƏNDİ HAQQINDA 

 

Şəki  Zəngəzurun  və  Sisiyanın  ən  qədim  və  ən  böyük 

azərbaycanh kəndlərindən biri idi. Kəndin iki min ilə yaxın 

yaşı olduğu güman edilir. "Kitabi-Dədə Qorqud"dakı Şöklü 

Məlikin  və  Babəki  Afşinə  satan  Səhl  ibn  Sumbatın  şəkili 

olduqları barədə fikirlər də mövcuddur. Şəki adı eramızdan 

öncə  VII  əsrdə  Qafana  gəlmiş  sak  tayfalarınm  adı  ilə 

bağlıdır. 

Şəki  kəndinin  cənubunda,  kənddən  700-800  m  aralıda 

Darvaza döşü (akademik Ziya Bünyadov bu yeri "Darvaza-

təpə" adlandırır) deyilən bir təpəlikdə Şəki qalası olmuşdur. 

Həmin  qalanın  qalıqları  son  vaxtlara  qədər  qalmaqda  idi. 

Şəki  kəndi  Sisyan  rayon  mərkəzindən  5  km  şimal-qərbdə 

yerləşir.  Şəkidən  3  km  şərqdə  Qızılcıq,  4  km  şimal-qərbdə 

isə erməni kəndi Əngələvid yerləşirdi. 

1988-ci  ildə  Şəkidə  azərbaycanlı  ailələrinin  sayı  190, 

əhalisi  isə  1.930  nəfər  olub.  Kənddə  böyük  üç  mərtəbəli 

məktəb, 500 nəfərlik klub, kitabxana, idarə binası, poçt, tibb 

məntəqəsi, univermaq, iki ərzaq mağazası, məişət evi, əma-

nət kassası, su dəyirmanı, ATS və s. social, iaşə obyektləri 

var  idi.  Kənddə  2  yerdə  məscid  olmuşdur.  Lakin  1918-ci 

ildə  bu  məbədlərin  hər  ikisi  yandırılmışdır.  Məscidlərin 

uçuqları son dövrlərə qədər qalırdı. Kəndin  yaşlı adamların 

dediklərinə görə, məscidlərdən biri sünni, digəri şiə məscidi 

olmuşdur.  Şəkidə  olan  qədim  alban  kilsəsi  1975-ci  ildə 

ermənilər tərəfindon dağıdıldı və onun yerində Böyük Vətən 

müharibəsində həlak olanlara abidə qoydular. Kənd qəbiris-

tanlığında obada hörmətlə adı çəkilən, böyük soy-kökə ma-

lik Seyid Mir Hüseyn ağanın günbəzi var idi. 1988-ci ildən 

sonra günbəz də, qəbristanlıq da dağıdılmışdır. Məşhur Qo-

şundaş abidəsi Şəki kəndindən 3 km cənub-şərq tərəfdədir. 



77  

Kəndin  cənub  tərəfində  yerləşən  "Şamaxı"  deyilən  bir 

qədim yaşayış yeri də var idi. Deyilənə görə, Şamaxı kəndi 

VIII-IX əsrlərdə salınnıış, Əmir Teymurun qoşunları tərəfin-

dən yerlə yeksan edilmişdir. Şamaxıdan tapılmış qədim qə-

bir  daşları  üzərində  800-cü  illərə  aid  tarixin  olduğu  qeyd 

edilmişdir.  Kəndin  aşağı  hissəsində  onlarla  bulağın  birləş-

məsindən Şəki çayı əmələ gəlir. Çay kənddən 1 km aşağıda 

yerləşən 36 min kvt-luq Şəki SES-ni işlədir. Kənd ətrafında 

çoxlu  bulaqlar,  o  cümlədən  Xor-xor  bulaq,  Güllü  bulağı, 

Gözə bulağı, Tələli bulağı, Göy bulaq, Çınqıllı bulaq, Südlü 

bulaq,  Qoşa  göl  deyilən  xırda  göl  vardı.  Əsas  dərələr  bun-

lardır: Vəng dərəsi, Şor dərə, Sel dərəsi, Qızılcıqla sərhəddə 

Ayı dərəsi. Başqa yer adları: Pirin döşü, Ramazan düzü, Də-

və ölən, Dəvə boynu, Təpə arası, Örəncə (köhnə kənd yeri), 

Balaşın  çalası,  Qaraxanbəyli,  Fərmaıun  quşu,  Almurad  ka-

hası,  Cəfərin  bağı,  XəIil  kahası,Qızıl  qaya  (hündürlüyü  50 

m-ə yaxın), Kaftar qaya və s. 

1918-ci  il  avqustun  15-də  kəndin  camaatı  arpa  biçini 

vaxtı  Andranikin  dəstəsinin  qəfil  hücumuna  məruz  qalmış, 

xeyli tələfat vermişdir. Sağ qalan əhali əsasən Araz boyu ra-

yonlarda  (Qubadlı,  Cəbrayıl,  Füzuli)  məskunlaşmışdır. 

Kənddən  23  ailə  Yevlaxa  gəlmiş,  2-3  ailə  Şəki  rayonunun 

Daşbulaq kəndinə, 2-3 ailə isə Naxçıvana köçmüşdür. Bun-

lardan  Yevlaxa  və  Daşbulağa  köçənlər  geri  qayıtmamışlar. 

Arazqırağı  rayonlarda  yerləşən əhalinin  yarıdan  çoxu  yolu-

xucu xəstəliklərdən tələf olmuş, qalanı isə 1921-22-ri illərdə 

kəndə  qayıtmışdır.  Üç  yüz  təsərrüfatdan  təqribən  150-si 

geriyə dönməmişdir. 

Kənddə  sovet  hökuməti  qurulana  qədər  böyük  ruhani 

məktəbi olub. Axund Isgəndər adlı şəxs orada dərs deyirmiş. 

Yaşlılann dediyinə görə, yaylağa gələn tərəkəmələr yaylaq-

dan qayıdana qədər öz uşaqlarını o məktəbə qoyurmışlar. İlk 

sovet  ibtidai  məktəbi  1928-ci  ildə  açılıb.  Böyük  Vətən 

müharibəsində  300-dən  çox  şəkili  iştirak  edib,  bunlardan 

125-i  geri  qayıtmayıb.  1930-40-a  illərdə  Qardaşxan  Bəylə-




78  

rov  və  onun  qardaşı  Bəhmən  Bəylərov  Sovet  hökumətınin 

əleyhdarları  kimi  təqib  edilmiş,  qaçaq  düşmüşlər.  Qaçaq 

Qardaşxan  təkcə  Zəngəzurda  deyil,  ətraf  bölgələrdə  də  ta-

nınmış, öz igidliyi ilə ad çıxarmışdır. Şəki kəndindən onlarla 

tanınmış alim və ictimai-siyasi xadim, şöhrətli əmək adamı 

çıxmışdır. 

Şəki  ermənilərlə  qarışıq  kənd  olduğundan,  1988-ci  il 

hadisələri  bu  kənddə  özünü  çox  qabarıq  şəkildə  göstərmiş-

dir. 1988-ci ilin fevral ayından başlayaraq, Şəkidə ermənilər 

tez-tez  anti-azərbaycan  mitinqləri  təşkil  edir,  azərbaycan-

lılan qorxudur, təhqir edir, söyür, evlərini daşlayır, mal-hey-

vanını oğurlayır və onları digər təzyiqlərə məruz qoyurdular. 

Həmin ilin yayından başlayaraq, Şəki azərbaycanlıları tədri-

cən  köçüb  getməyə  başladılar.  Noyabrın  sonları  şəkililərin 

öz  ata-baba  yurdlarında  yaşadıqları  axırıncı  günlər  olmuş-

dur. Noyabnn 24-dən 25-nə keçən gecə Şəki camaatı Kilsəlı 

dağı  aşaraq,  Laçın  rayonunun  Minkənd  kəndinə  getmişdir. 

Qarlı  dağ  aşırımını  keçərkən  bir  neçə  nəfər  qar  uçqununa 

düşmüş,  donub  ölmüşdür.  Şəki  camaatı  hal-hazırda  Naxçı-

van, Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir və s. şəhər və 

rayonlarda məskunlaşmışdır. 

Mənim  dünyaya  göz  açdığım,  ayaq  açıb  ilk  yeridiyim, 

konül verib ilk sevdiyim Qubadlı rayonunun 35 evlik Saray 

kəndində  1918-ci  ildə  ermənilərin  əlindən  qaçıb  canlarını 

qurtarmış  3 Şəkili  də pənah  gətirib, burda məskunlaşıb ev-

eşik,  oğul-uşaq,  nəvə-nəticə  sahibi  olmuş,  dünyadan  köç-

müşdülər.  Biri  Əyyub  Abasovun  bacısı  Həmidə  nənəydi. 

Nəvəsi Nüşabə müəllimə qardaşım Dostəli müəllimin ömür-

gün yoldaşıdır.  

O biri uca boylu, cantaraq Balay kişiydi, qaçqın gələndən 

Bala  bəyin  mülkündə  nökərçilik  eləmişdi,  sovet  hökuməti 

qurulandan sonra bəylik evinin sahibi olmuşdu. Qızı Nubarı 

da bəy oğlu Arifə ərə vermişdi. 

Şəkili  üçüncü  gəlmə  arıq-sısqa,  amma  cəld,  qıvraq  Əliş 

kişiydi. Uşaqlıqdan kəndimizin qoyun sürüsün otarırdı, halal 




79  

adam  idi,  gec  evlənmişdi,  oğlu  Sabitlə  sinif  yoldaşı  idim. 

Heç  vaxt  yadımdan  çıxmaz.  10-11  yaşım  olardı.  Mal 

nobatına  getmişdim.  Dərəyuxarı  örüşdə  yanıqlı  səs  məni 

özünə  tərəf  çəkirdi.  Əliş  dayının  özünü  xəlvətə  verib  bir 

qayaya söykənib üzü Zəngəzur dağlarına tərəf yanıqlı səslə 

zümzümə  elədiyin  gördüm.  Uşaq  marağı  məni  bürüdü. 

Səssiz-səmirsiz, xəlvətcə mümkün qədər yaxına gəldim, ilk 

dəfəydi  ki,  ağlayan  kişi  görürdüm;  ahıl  yaşda  Əliş  dayının 

göz yaşları yanaqlarından üzüaşağı axırdı, sakit səslə dizinə 

döyə-döyə  ağı  deyirdi...Evə  gələn  kimi  böyüklərimdən  ilk 

soruşduğum  Əliş  dayının  niyə  ağladığın  soruşmaq  oldu.  –

Ermənilər  18-ci  ildə  ailələrində  hamını  qırıblar,  güc-bəla 

qaçıb  gəlib  bizim  kəndə  pənah  gətirib,  heç  kimi  qalmayıb, 

görmürsən heç kəsə qaynayıb qarışmır, qaradinməz, həmişə 

fikirlidi, bizim kəndə gələndən belədi-dedilər. 

 O zamandan bu üç “gəlmə”yə qarşı ürəyimdə hər zaman 

sevgi, mərhəmət, hörmət olub. Və sonra tale bu didərginlik 

ağrı-acısın bizə də yaşatdı, yaşatmaqda davam edir...  

Əyyub  Abasov  da,  kürəkəni  tanınmış  alim  Cahangir 

Qəhrəmanov da bizim kənddə, evimizdə qonaq olmuşdular. 

Babam  Hacı  Fətəli  Əfəndinin  ərəb  dilində  əlyazmalarını, 

ərəb ölkələrindən, Osmanlı dövlətindən gətirdiyi, sovet hö-

kumətinin  qorxusundan  gizli  saxlanılan  kitablarını  oxuyub 

tanış olmuşlar, onun mütaliəsinə heyranlığını bildirmişlər. 

Aranlı-yaylaqlı,  barlı-bərəkətli,  axar  çaylı,  bol  bulaqlı, 

dağlı,  dərəli-təpəli,  qonaq-qaralı  Zəngəzur  elimizlə,  kəndi-

mizlə  bağlı  hər  şey  unudulmaz  xatirələrimdir.  Əyyub  Aba-

sov kimi... 

 

 



 

 

 



 


80  

 

MƏN İSƏ ONLARI HEÇ ZAMAN 

UNUTMAYACAĞAM… 

 

Bu  6  söz  2  cildlik  “Zəngəzur”  romanının  “Epiloq”unun 



son sətridir.  

Əyyub  Abasov  görüb  yaşadıqlarını,  el-obasının,  doğma-

əzizlərinin  ağrı-acılarını  ömrü  boyu  unutmadı,  tariximizin 

yaddaşına  köçürdü,  qısa  ömründə  onu  gecə-gündüz  rahat 

buraxmayan Zəngəzur faciələrini “Zəngəzur”da əbədiyyətə, 

bədii  ədəbiyyatın  yaddaşına  əbədi  həkk  elədi,  bununla  da 

ədəbiyyatımızın  vicdanlı,  obyektiv,  istedadlı  yazarlarından 

biri oldu, bəşəriyyətin ən böyük faciələrindən birini yaşamış 

Azərbaycan  xalqının  dərdli  yazıçısı,  dərdimizi  yazan  ədibi 

oldu!  


Ruhu şad olsun! 

 

 



 

 

 



 


81  

 

 

 

 

 



  

 

 



 

  

 



 

 

 




82  

 

 



 

 

 



 

 

 



 

   


 


83  

 

 



 

 

 



 

Əyyub Abasov uşaqları ilə (soldan sağa- Zemfira, Gülzar, Güllər) 

Əyyub Abasovun ailəsi  

(ayaq üstə - Zemfira, Güllər, oturublar Kamilə, Gülzar) 

 


84  

 

 



Əyyub Abasov  

həyat yoldaşı  

Kamilə ilə

 


85  

 

 

 

 

 

 

 

 



Naxçıvan ədəbiyyat cəmiyyətinin heyət idarəsi 

 


86  

 

 



Eyyub Abasov

 


87  

 

 



 

 

 



 

Əyyub Abasovun dəfn mərasimindən

 


88  

 

 



 

 

 




89  

 

 



 

 

 



 

 



90  

 

 



 

 

Qəhrəmanovlar: ayaq üstə - Eldar və Elçin,  



oturublar – Elxan, Cahangir, Zemfira

 

Abasova 

(Qəhrəmanova) 

Zemfira Əyyub qızı

 


91  

 

 



Azərbaycanın Küveytdə fövqəladə və səlahiyyətli səfiri  

Elxan Qəhrəmanov xanımı, professor  Aytən Qəhrəman və qızı Afətlə. 

 12 iyul 2013-cü il. 


92  

 

 



 

 

 



Abasova Gülzar Əyyub qızı qızları və nəvələri ilə 

 

Abasova (Nağı-zadə) Güllər Əyyub qızı nəvəsi Nəzrin ilə

 


93  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Abasova (Nağı-zadə) Güllərin oğlu Cavadın ailəsi

 

Abasova (Nağı-zadə) Güllər Əyyub qızının nəvələri Rəsul və Mikayıl 

 


94  

 

 



 

 

 



 

 

  



 

 

 



 

 

 

 

 

 

 

 


95  

 


96  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 

səhifələnmiş və çap olunmuşdur.  

 

Çapa imzalanıb: 10.06.2016. 



Format: 84x108 

1

/



32

. Qarnitur: Times. 

Həcmi: 6 ç.v. Tiraj: 300. Sifariş № 117.  

Qiyməti müqavilə ilə. 

 

 

TƏRCÜMƏ  



VƏ NƏŞRİYYAT-POLİQRAFİYA  

MƏRKƏZİ 

 

Az 1014, Bakı, Rəsul Rza küç., 125 



596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru 

 

www.mutercim.az



 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə