1. Qədim Şərqin diplomatiyası



Yüklə 39,66 Kb.
səhifə1/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
  1   2   3   4   5   6   7   8   9   ...   12
Beynəlxalq münasibətlər tarixi


Sadə
1.Qədim Şərqin diplomatiyası.
Diplomatiya tarixi öz başlanğıcını dövlətlərarası münasibətlərin yarandığı dövrdən götürür. Bu mənada dövlətlər e.ə. IV minilliyin ortalarından etibarən tarix səhnəsinə qədəm qoymuşdur. Dövlətlərarası münasibətlərin erkən dövrlərində bunlar əsasən hərbi-iqtisadi xarakterli olmuşdur. Diplomatiya bir elm sahəsi kimi XVI-XVII əsrlərdən etibarən formalaşmağa başlasa da, daimi peşə kimi XVII əsrin sonu XVIII əsrlərdən etibarən təşəkkül tapmışdır.Dövlətlər meydana gəldiyi vaxtdan bir-biriləri ilə müxtəlif xarakterli münasibətlərdə olmuşlar ki, bunlar müəyyən ənənələrəəsaslanmışdır. Həmin adət vəənənələrin üzərində müasir beynəlxalq hüquq elmi təşəkkül tapmışdır. E.ə. XV yüzilliyə aid edildiyi hesab olunan və Misirdə aşkarlanan El-amarn yazıları təqribən 500 ədəd kitabdan ibarət olub, həm təsərrüfat xarakterli, həm də nomlararası xarakterli münasibətləri öyrənmək üçün əhəmiyyətlidir. Diplomatiya tarixi bir elm sahəsi kimi götürülsə də, bu əslində tarix elminin bir hissəsi kimi mövcud olmuşdur. Məlum olduğu kimi, elmlər öz təsnifatına görə Aristotelə borcludular. «Tarixin atası» Herodot yunan-iran müharibələrinin tarixini işləyərkən dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirmişdir. Beynəlxalq münasibətlər tarixinin müasir dövrləşməsi tarixi dövrləşməyə uyğundur. İlk mərhələ kimi quldarlıq dövrü diplomatiyası götürülə bilər ki, xronoloji baxımdan bu dövr e.ə.IV minilliyin II yarısı - Misir nomlarının siyasi ittifaqa çevrilməsindən Roma quldarlıq imperiyasının süqutuna qədər (b.e. 476-cı ilinədək) davam etmişdir. Feodalizm dövrü beynəlxalq münasibətləri V-XVIII əsrin ortalarına qədər davam etmiş və bir neçə mərhələdən keçmişdir. İntibah dövrü xadimlərindən Flavio Biyondo və Lorensa Vallua orta əsrlər dövrü kimi XII əsrin ortalarına qədər olan mərhələni götürsələr də və bu beynəlxalq münasibətlərin bir sıra problemlərinin qoyuluşu baxımından düzgün olsa da, dövlətlərarası münasibətlər epizodik xarakter daşıdığına görə, konkret mərhələ kimi qəbul edilə bilməz. XVIII əsrin II yarısından başlanan dövr I dünya müharibəsinin sonuna qədər davam edir və 2 mərhələyə bölünür. Bu elə dövrdür ki, beynəlxalq münasibətlər təşkilatlanır, daimi səfirlik institutu yaranır. Ənənələrə əsasən həmin institutun imtiyazları beynəlxalq hüquq elminin tələbləri baxımından məcəlləşdirilir. I dünya müharibəsinin sonundan başlanan dövr müasir beynəlxalq münasibətlər dövrü kimi qiymətləndirilə bilər və üç mərhələyə bölünür: 1.1918-1945-ci illər. 2.Soyuq müharıbə epoxası 1946-1990-ci illər 3.XX əsrin 90-cı illərdən müasir dövrdək Qədim Şərq diplomatiyasını öyrənmək üçün qaynaqları 2 qrupa bölürlər. Arxeoloji və yazılı qaynaqlar. Fransız arxeoloqu de Morqan XIX əsrin 80-ci illərində Suz kitabxanasını, ingilis arxeoloqu Corc Smit isə buradan 30000 gil kitabəni aşkaryır. Assur dövlətinin şərq ölkələri ilə münasibətlərinə dair faktlar aşkara çıxarıldı. Yazılı qaynaqlar isə əsasən yunan və roma qaynaqlarından ibarət olub epizodik xarakter daşıyırdı. Qaynaqlara görə, Misirdə erkən dövlət birləşmələri e.ə.IV min I yarısında meydana gəlmiş dini, hərbi, siyasi birliklərdən ibarət olan nomlar olmuşdur. Tədricən normaların birləşməsi prosesi cənub və şimal padşahlarının yaranması başa çatmış və e.ə. III minillikdə paytaxtı Memfis olan qədim Misir şahlığı meydana gəlmişdi. Qədim, orta, yeni şahlıq dövrlərinin fironları - Tutmoslar və II Ramzes Misir şahlığının hakimiyyətini orta Mesapatomiyaya qədər yaya bilmişdir. Xüsusilə II Ramzesin apardığı müharibələr uğurlu olmuşdu. E.ə. XIV əsrdə Misir giksos tayfalarının yürüşlərinə məruz qaldı. Giksos çarı Fivi mühasirəyə alaraq firondan təslim olmağı tələb etdi. Bu tələb tarixdə ilk ultimatum hesab olunur. Nəticədə Fiv tutulur, orta Misir çarlığı süqut edir. Elə bu dövrdən etibarən siyasi tarixə Assuriya kimi cəngavər dövlət daxil oldu. Aşşur dövlətinin yaranması e.ə. XXVIII əsrə aid edilir. Lakin XIV əsrdən etibarən Aşşur çarlığı Mespatomiyanın siyasi xəritəsinə ciddi dəyişikliklər gətirməyə başladı. Bu isə həm Het, həm də Misir çarlığını narahat etməyə bilməzdi. Assuriyanın işğalları ilk dövrdə Misir qoşunlarının müqaviməti üzündən ciddi əhəmiyyət kəsb etmirdi. Misir fıronları Mesapatomiyanın şimalına-Zaqros dağlarına hücumlarına ara vermirdi. Bu isə Het çarlığı ilə 17 il davam edən müharibəyə səbəb oldu. Nəhayət Misir fironu II Ramzes və Het çarı III Xattuşil müharibəni dayandırdılar və müqavilə imzaladılar. Müqavilənin mətnindən aydın olur ki, həmin sənəd II Ramzesin çarlığının 17-ci ilində imzalanıb. Müqavilə 3 hissədən ibarətdir. Giriş hissədə hökmdarların titulları sadalanır, sazişin əhəmiyyəti qeyd olunur. Müqavilənin mətni II hissədə verilib. Burada sazişə gələn tərəflər arasında iqtisadi və siyasi əməkdaşlıqdan bəhs edilir. Siyasi əməkdaşlıq bilavasitə Assuriyaya qarşı çevrilmişdi. Müqavilənin son hissəsində götürülmüş öhdəliklərin pozulacağı təqdirdə allahların qəzəbindən bəhs edilir. Misir və Het çariçaları da öz aralarmda saziş bağladılar. Saziş bəzək əşyalarının mübadiləsi ilə əlaqədardır. Dövlətlərarası münasibətlərin qiymətləndirilməsi, yaranmış ənənələrin öyrənilməsi baxımından Aşşur dövlətinin xarici siyasəti xüsusilə diqqətəlayiqdir. Bu dövlət təxminən e.ə.VIII-VII əsrlərdə qədim Şərqin cəngavər dövlətləri arasında olub və Babil çarı Hammurapidən sonra Mesapatomiyanın birləşməsinə nail olan II böyük dövlət olmuşdur. E.ə.VIII-VII əsrlərdə bütün Mesapatomiya Aşşur çarlarına tabe olmuş, dövlətin paytaxtı əvvəlcə Aşşur, sonra Nineviya şəhəri olmuşdur. Aşşur çarları Mesapatomiyanı birləşdirərkən iki üsuldan istifadə etmişlər. Aşşurnasirpal və Aşşurbanipal ayrı-ayrı ərazilərin başçılarına müraciət edərək onları Aşşur çarlarına tabe olmağa çağırırdılar.

Yüklə 39,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə