Linqvokulturoloji kontekstdə konnotativ məna Açar sözlər



Yüklə 205,6 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix19.10.2023
ölçüsü205,6 Kb.
#128043
  1   2   3   4   5   6
Linqvokulturoloji kontekstde konnotativ mena



 
Aytən Bəylərova 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
ayten_beylerova@mail.ru  
 
Linqvokulturoloji kontekstdə konnotativ məna 
 
Açar sözlər:
linqvokulturologiya, milli-
mədəni konnotasiya, konnotativ, assosiasiya, intensiya 
Ключевые слова:
лингвокультурология, национально-культурная коннотация, 
коннотативный, ассоциация, интенция
Key words:
linguoculturology, national cultural connotation, connotative, association
intention 
Son zamanlar 
dilçilikdə linqvokulturologiya və koqnitiv dilçiliyə daha çox diqqət yetirilir. “Dil 
və mədəniyyət” probleminə bu və ya digər dərəcədə toxunan çoxlu sayda elmi yazılar dil hadisələrinin 
kumulyativ 
(dil tərəfindən qorunan mənəvi zənginlik haqqında məlumatın əksi, təsbit olunması və 
qorunması qabiliyyəti) [1, s.190], kulturoloji (mədəniyyətlə əlaqədar məlumatların əksi) funksiyaları 
ilə əlaqələndirilmiş şəkildə öyrənilməsinin aktuallığını göstərir. 
XXI əsr dilçiliyində meydana gəlmiş yeni dilçilik istiqaməti olan linqvokulturologiyada dil, 
sadəcə, kommunikasiya və dərketmə vasitəsi kimi deyil, millətin mədəniyyət kodu kimi də nəzərdən 
keçirilir. Linqvokulturologiya – 
dil və mədəniyyətin qarşılıqlı təsirini öyrənən elmdir, dili 
mədəniyyətlə əlaqəli tədqiq edən humanitar fəndir. Bu elmin əsas vəzifəsi dil və mədəniyyətin, dil və 
etnosun, dil və xalq mentalitetinin qarşılıqlı əlaqəsinin öyrənilməsi və təsviridir. O, “dil, mədəniyyət, 
insan şəxsiyyəti” triadası [2] əsasında yaranmışdır. 
V.N.Teliya linqvokulturologiyanı etnolinqvistikanın bir hissəsi kimi nəzərdən keçirir. Onun 
fikrincə, linqvokulturologiya dil və mədəniyyətin sinxron qarşılıqlı əlaqəsini öyrənir və təsvir edir [3, 
s. 217-218]. 
Linqvokulturologiyanın sinxron xarakterinin belə konkretləşdirilmiş izahı A.A.Potebnya, 
V.V.Vinoqradov, M.M.Pokrovski, D.S.Lixaçev, Y.M.Lotman kimi alimlərin konsepsiyaları ilə, onların 
dilin ifadə vasitələrinin etnomədəni xüsusiyyətlərinin üzə çıxarılmasına dair fikirləri ilə bağlıdır [4; 5; 
6; 7; 8].
Fikrimizcə, linqvokulturologiyada dil və mədəniyyətin yalnız sinxron deyil, eyni zamanda, 
diaxron qarşılıqlı əlaqəsi də öyrənilir. Belə ki, müasir dillərdə mədəniyyətin izləri dilin mədəniyyətlə 
tarixən yaranmış əlaqəsinin də nəticəsi, göstəricisidir. 
V.A.Maslova linqvokulturologiyanın obyekt-predmet sahəsinə daha geniş yanaşır, onun bir 
neçə istiqamətini göstərir: “1) linqvistik ölkəşünaslığın predmeti – ekvivalentsiz leksika və lakunalar, 
linqvistik ölkəşünaslıq linqvokulturologiyanın tərkib hissəsi olduğu üçün bunlar onun 
(linqvokulturologiyanın – A.B.) da predmeti olur; 2) mifolojiləşdirilmiş dil vahidləri: dildə 
möhkəmlənmiş arxetip və mifologemlər, ayin və inanclar, mərasim və adətlər; 3) dilin paremioloji 
fondu; 4) dilin frazeoloji fondu; 5) etalonlar, stereotiplər, simvollar; 6) dilin metafora və obrazları; 7) 
dillərin üslubi sistemi; 8) nitq davranışı; 9) nitq etiketi sahəsi” [9, s.28-29]. 
XX əsrin sonunda V.A.Maslovanın qeyd etdiyi istiqamətlərdə çalışan dörd Rusiya 
linqvokulturoloji məktəbi yaranır. Hər bir istiqamətin xüsusiyyətlərini nəzərə alaraq, ümumiləşdirilmiş 
şəkildə linqvokulturologiyanın məqsəd və vəzifələri formalaşdırılır [9, s. 23-24]. 
L
inqvokulturologiyanın tədqiqat məqsəd və vəzifələri müxtəlif humanitar bilik sahələrində, o 
cümlədən dilçilikdə artıq mövcud olan elmi intensiyalarla bir çox cəhətdən əlaqəlidir. Bundan əlavə, 
ayrılıqda götürülən bu məqsəd və vəzifələrin sırf linqvokulturologiyaya aid olduğunu söyləmək 
mümkün deyil
, çünki bu elmi fənn kompleks səciyyəlidir, çoxkomponentli xarakterə malikdir. Onun 
həm klassik, həm də müasir elmlərdən götürülmüş tərkib hissələri, komponentləri yalnız sistem 
daxilində spesifikdir. Tədqiqatçılar qeyd edirlər ki, “nəticədə, dilçilik elminin problemlərinin 
fənlərarası sahədə birləşməsi ona gətirib çıxara bilər ki, linqvokulturologiya barədə yalnız birləşdirən 
elm kimi yox, həm də sistemləşdirən elm kimi danışmaq mümkün olar” [10, s.37]. 


Linqvokulturologiyanın əsas anlayışları bunlardır: mədəni semalar, mədəni fon, mədəni kod, 
mədəni konseptlər, mədəni konnotasiyalar. Bu anlayışlar vasitəsilə dil vahidlərindəki mədəni 
informasiya
, yəni mədəniyyətlə bağlı məlumat təqdim edilə bilər.
Ümumiyyətlə, dil – mürəkkəb hadisədir. “Dilin mürəkkəb mahiyyətini əks etdirmək üçün 
Y.S.Stepanov 
onu bir neçə obrazda təqdim etmişdir, çünki bu obrazların heç biri dilin bütün tərəflərini 
tam əks etdirə bilmir: 1) dil fərdin dili kimi; 2) dil dillər ailəsinin üzvü kimi; 3) dil struktur kimi; 4) dil 
sistem kimi; 5) dil tip və xarakter kimi; 6) dil kompüter kimi; 7) dil düşüncə məkanı kimi və “ruhun 
evi” (M.Haydeqqer) 
kimi, yəni dil insanın mürəkkəb koqnitiv fəaliyyətinin nəticəsi kimi. Yeddinci 
obrazın mövqelərinə müvafiq olaraq, dil, birincisi, xalqın fəaliyyətinin nəticəsidir; ikincisi, yaradıcı 
şəxsiyyətin və dili normallaşdıranların (dövlətin, norma və qaydaları işləyib hazırlayan institutların) 
fəaliyyətinin nəticəsidir. 
XX əsrin sonlarında bu obrazlara daha biri əlavə olundu: dil mədəniyyətin məhsulu kimi, onun 
mühüm tərkib hissəsi və mövcudluğunun şərti kimi, mədəniyyət kodlarının formalaşması faktoru 
kimi” [Bax: 9, s.7]. 
Dilin milli m
ədəniyyətlə əlaqəsi çoxyönlüdür. Dil və mədəniyyətin əlaqəsi hər bir dildə nitq 
t
əcrübələri ilə standartlaşdırılan, obrazlar sistemi olan, etnomədəniyyət çərçivəsində müəyyən bir 
r
əmzi məna daşıyan mədəniyyət koduna malikdir. Mədəni kodların təsviri ilə bağlı olaraq, 
t
ədqiqatçılar mənanın [11], əsas, baza rolunu oynayan məlumatların, fon biliklərinin milli-mədəni 
komponenti anlayışlarına müraciət edirlər [12]. Bu anlayışlar bilavasitə “mədəni fon” anlayışının 
t
ərkib hissələridir. Mədəni fon ictimai həyat hadisələrini və tarixi hadisələri ifadə edən nominativ 
vahidl
ərin – söz və frazeoloji birləşmələrin xarakteristikasını verir. Mədəni fon, hər şeydən əvvəl, milli 
əlamətlər daşıyır. Mədəni fonla, mədəni mühitlə müəyyən edilən konnotasiyaların öyrənilməsi xüsusi 
maraq doğurur. 
M
ədəni konnotasiyanın mahiyyəti belə izah edə bilər: sözü müşayiət edən kulturoloji mənalar 
yalnız müəyyən bir dilə məxsusdur, buna görə də söz, tarixi-mədəni varlıq kimi, yalnız müəyyən bir 
milli m
ədəniyyət kontekstində tam şəkildə başa düşülə, məna isə anlaşıla bilər.
H
ər bir dilin, hər bir mədəniyyətin özünün spesifik mənaları – konnotasiyaları meydana gəlir. 
Onların yaranma mexanizmi mənanın ayrı-ayrı aspektlərinin qüvvətləndirilməsi ilə bağlıdır. Bu zaman 
sözün daxili formasının rəngarəngliyi həlledici amil kimi çıxış edir, onun əsasında daha sabit 
assosiasiyalar yaranır. Assosiasiyalar konnotasiyaların əsasını təşkil edir. Adətən, konnotativ sözün 
daxili formasında denotatın ayrı-ayrı əlamətlərinin obrazı öz əksini tapır. 
M
ədəni konnotasiya, sanki, yaddaşın, tarixin dildə ifadəsidir, o, söz və söz birləşmələrinin 
diskursun növü il
ə əlaqədar olaraq tanınmasına (indiki ümumi mədəniyyət kodunun) və yada 
salınmasına (keçmişin ümumi mədəniyyət kodunun) səbəb olur, söz birləşmələrinin sabitliyini təmin 
edir. T
əsadüfi deyil ki, mədəni konnotasiyaların ifadə edilməsində frazeologizm və metaforaların 
xüsusi rolunun olması qeyd edilir. Yalnız mədəni konnotasiya sayəsində etnosun təcrübə xəzinəsi olan 
poetik xalq diskursu il
ə əlaqə yaradılır. Bu əlaqə bizə frazeologizm və paremiyalara əsaslanaraq 
m
ədəni dominantları ayırmaq imkanı verir. Ancaq bir çox tədqiqatçılar tərəfindən [13, s.263-305] 
haqlı olaraq qeyd edildiyi kimi, elə mənalar vardır ki, dünyanın bütün dillərində universal şəkildə ifadə 
olunur, buna gör
ə də bütün frazeoloji və paremioloji vahidlər milli-mədəni konnotasiyaya malik olmur. 

əyyən mədəniyyətlərdə mədəni konnotasiyaların üst-üstə düşməsi xüsusi haldır, axı mədəniyyətlər 
müxt
əlif dərəcədə uyğun ola bilər. Yəni eyni əşyaları ifadə edən leksika ayrı-ayrı xalqlarda eyni 
konotativ semantikaya malik olur. Bu isə müxtəlif millətlərin mədəniyyətlərarası əlaqəsindən xəbər 
verir. Məsələn, bir çox dillərdə 

Yüklə 205,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə