Linqvokulturoloji kontekstdə konnotativ məna Açar sözlər



Yüklə 205,6 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix19.10.2023
ölçüsü205,6 Kb.
#128043
1   2   3   4   5   6
Linqvokulturoloji kontekstde konnotativ mena

göyərçin 
s
özü sülh və ya sülhə can atmanı bildirir.
 
“Göyərçin şəkli 
quşların şəkilləri arasında denotativdirsə, ayrılıqda konfrans zalında divara vurulmuş şəkil kimi sülh, 
döyüşdə ağ bayraq məğlubiyyət mənasını bildirməklə konnotativ işlənmişdir”. [14, s.41]. Yaxud 
müxtəlif dillərdə 
göy qurşağı 
sevinc və ümidi təmsil edir,
 
sol, sağ 
sözləri isə öz nominativ 
funksiy
alarından başqa, ümumi ictimai məna da kəsb edərək sol və sağ siyasi istiqamət, axın və 
meyillərin nümayəndələrini ifadə edir
.
Hər hansı dildə mədəni kodlar, bir qayda olaraq, metaforalar – məcazlar vasitəsilə ifadə olunur 
və bunun əsasında mədəniyyətin antropomorfik (insan formalı, insanabənzər), artefakt (rəmzi məna 
daşıyan hər hansı bir süni yaradılmış obyekt, insan fəaliyyətinin, insan əməyinin nəticəsi olan 


məhsullar), zoomorf (insanların heyvanlara aid xüsusiyyətlərlə verilməsi), qastronomik (kulinariya ilə 
bağlı) və digər kodları ayrılır. 
1990-
cı illərin əvvəllərində rus dilçiliyində meydana çıxan “mədəni konsept” termini xalqın 
ruhunu, dil ilə bağlı təsəvvürlərin etnik xüsusiyyətlərini əks etdirməyə çalışır. Y.S.Stepanovun fikrinə 
görə, mədəni konsept həm mədəniyyətin insan şüurunda izləridir, həm də onun vasitəsilə insan özü 
mədəniyyətə daxil olur, bəzi hallarda isə ona təsir də edir [15, s.40]. 
Linqvokulturoloji təhlilin əsas vahidi olan linqvokulturema bir termin kimi dilçiliyə 
V.V.Vorobyov tərəfindən daxil edilmişdir [16]. Etnomədəni dəyərlərə malik sözlər, söz birləşmələri, 
mətnlər bu xüsusiyyətdə çıxış edə bilər. Lakin müxtəlif dil səviyyələri və onlara aid vahidlər 
mədəniyyətlə bağlı xüsusiyyətlərə eyni dərəcədə malik deyil. Frazeoloji vahidlər bu planda daha çox 
linqvokulturoloji potensiala malikdir, çünki “
dildə mədəni-milli etalonlarla, stereotiplərlə, 
mifologemlərlə və s. ilə assosiasiya edilən və nitqdə istifadə edildikdə bu və ya digər linqvomədəni 
birlik üç
ün səciyyəvi mentaliteti canlandıran məhz həmin bədii ifadələr sabitləşir və frazeolojiləşir” [3, 
s.233]. 
Linqvokulturoloji kontekstdə konnotasiya məsələsi linqvokulturoloji kateqoriya olan dil 
işarəsinin daxili forma probleminin məntiqi davamıdır. Linqvokulturoloji kontekstdə konnotativ məna 
dedikdə dil vahidinin konnotativ semantikasındakı milli-mədəni xüsusiyyətlərin dil və mədəniyyətin 
əlaqəsi kontekstində öyrənilməsi nəzərdə tutulur. V.A.Maslovanın fikrincə, mədəni konnotasiya 
anlayışı linqvokulturologiyanın vəzifələri ilə əlaqədar olaraq, onun əsasını təşkil edir və dil işarəsində 
mədəniyyətin eksponenti (göstəricisi – A.B.) kimi müəyyən edilir [9, s.53]. 
Hazırda konnotativ məna məsələsi elmdə ən mübahisəli məsələlərdən biridir, konnotasiya 
anl
ayışının həcmi isə hələ tam olaraq müəyyənləşdirilməmişdir. “Konnotasiya” anlayışı o qədər 
çoxşaxəlidir ki, tətbiq edildiyi sahədən asılı olaraq, ona müxtəlif izahlar, təriflər verilir. Üslubiyyatda 
“konno
tasiya” emosional qiymətləndirmə ilə bağlı üslubi çalar [17], tərcüməşünaslıqda – praqmatik 
məna [18], linqvistik ölkəşünaslıqda – milli çalara malik əlavə məlumat [11], psixologiyada semantik 
assosiasiyalar kimi [19]
başa düşülür. 
Ümumiyy
ətlə, müasir dilçilikdə konnotasiya nəzəriyyəsi çox zəngindir və semantik, semiotik, 
üslubi, psixoloji, f
əlsəfi və məntiqi aspektlərdə öyrənilir. Ənənəvi nöqteyi-nəzərə görə, konnotasiya 
m
ənanın denotativ aspektinə əlavədir. Belə ki, emosionallıq, ekspressivlik, qiymətləndirmə və 
funksional-üslubi komponentl
ər əsas – əşyəvi-məntiqi, denotativ mənaya əsaslanır, yəni konnotasiya 
denotasiyaya münasib
ətdə ikinci dərəcəlidir. 
Dilçilikdə konnotasiya anlayışı altında “dil vahidinin leksik mənasının bir hissəsi olan 
assosiativ əlamətlər” nəzərdə tutulur. Bundan əlavə, qeyd olunur ki, konnotasiyalar 
“kommunikantların təcrübəsi ilə də, dil sistemi ilə də formalaşır...” [20, s.34-35].
Konnotativ mənalar dünya haqqında məlumatlarla emotiv (hissi) qavrayış haqqında 
məlumatları, nitq subyektinin ifadə edilənə münasibətini birləşdirir, obyektiv və subyektiv semantikanı 
əlaqələndirir, eyni zamanda, assosiativ-obrazlı və emosional-qiymətləndirici məna komponentlərinə 
malikdir. Sözlərin əlavə, konnotativ mənaları çox vaxt gizli olur, lakin dil daşıyıcısı tərəfindən başa 
düşülür. Bu mənalar linqvistik və ekstralinqvistik amillərin təsiri ilə qazanıla və zamanla dəyişilə bilər. 
Beləliklə, “konnotasiya” anlayışına geniş spektrli (üslubi, praqmatik, psixolinqvistik, linqvokoqnitiv, 
linqvokulturoloji) məlumat daxildir. 
“Konnotasiya” anlayışı həm geniş, həm də dar mənada şərh edilə bilər. Geniş mənada şərh 
etdikd
ə, dil vahidinin maddi-əşyəvi və ya denotativ, həmçinin qrammatik mənasını tamamlayan və bu 
zaman ekspressiv funksiya yerin
ə yetirən hər hansı bir komponent nəzərdə tutulur. Dar mənada şərh 
etdikd
ə, konnotasiya dil vahidinin nitqdə istifadəsi zamanı onun obyektiv mənasına əlavə edilən, ifadə 
olunan reallıq haqqında assosiativ-obrazlı təsəvvürləri əks etdirən məna komponenti kimi nəzərdən 
keçirilir. 
Ümumiyy
ətlə, ənənəvi linqvistik kontekstdə konnotasiya aşağıdakı əlamətlərlə səciyyələnir: 
a) konnotasiya semantik m
ənadır; 
b) konnotasiya dil vahidl
ərinin semantikasına uzual və ya okkazional şəkildə daxil olur; 
c) konnotasiya nitq subyektinin gerç
əkliyə emosional-qiymətləndirici münasibətini ifadə edir; 
ç) konnotasiya m
əcazlar şəklində üslubi forma qazanır; 


d) konnotasiya ekspressiv effekt yaradır [21, s.5]. 
Şübhəsiz ki, linqvistik kateqoriya kimi, xüsusən də linqvokulturoloji tədqiqat çərçivəsində 
konnotasiyanın bu əlamətlərinin sayını artırmaq olar.
Konnotasiyanın linqvokulturoloji əhəmiyyətindən danışarkən konnotasiyanın əsasını təşkil 
ed
ən əlamətlərə nəzər yetirmək lazımdır. Həmin əlamətlər əsasında konnotasiyaya belə tərif verilir: 
Konnotasiya dil vahidinin semantikasının uzual və ya okkazional hissəsini təşkil edən, mövcud 
anlayışın ikinci dərəcəli, lakin daimi əlamətləri əsasında yaranan, gerçəkliyin bir hissəsi haqqında 
assosiativ-
obrazlı təsəvvür şəklində təzahür edən, subyektin obyektə emosional-qiymətləndirici 
münasib
ətini ifadə edən və milli-mədəni dil xüsusiyyətlərinə istinad edən semantik mənadır.
Mədəni konnotasiya – mədəniyyət kateqoriyalarında mənanın denotativ və ya obrazlı şəkildə 
motivləşdirilmiş aspektlərinin izahıdır [3, s.214-215]. Bu termin dilçiliyə 1993-cü ildə V.N.Teliya 
tərəfindən daxil edilmişdir. Milli-mədəni konnotasiya konsepsiyası V.N.Teliyanın frazeologizmlərin
linqvokulturoloji t
əhlili ilə məşğul olan məktəbi tərəfindən intensiv şəkildə işlənir. V.N.Teliyaya görə, 
dil vahidl
ərinin milli-mədəni konnotasiyası onların mənasını etalonlarla, stereotiplərlə və digər mədəni 
əlamətlərlə obrazlı assosiasiyalar formasında uzual şəkildə müşayiət edir [22, s.312-313]. 
Ümumiyy
ətlə, hər hansı bir dil vahidinin milli-mədəni konnotasiyasının müəyyən edilməsində 
həmin vahidin aid olduğu ölkənin, xalqın, millətin mədəniyyəti ilə bağlı məlumat mühüm rol oynayır. 
Anlayışın əlamətləri əsasında yaradılan assosiativ obrazla mədəni əlamətlərin qarşılıqlı əlaqəsi milli-
m
ədəni konnotasiyanın məzmununu təşkil edir. Bu qarşılıqlı əlaqə yalnız interaktiv rejimdə, yəni 
m
ədəni və linqvistik bilik və təcrübənin olması ilə mövcud ola bilər. 
Sözlərin mənasında denotativ və konnotativ aspektlər özünü göstərir. Hər hansı bir əşyanın 
müəyyən dil kollektivində semantik baxımdan təsviri həmin əşyanın hansı sivilizasiya çərçivəsində 
nəzərdən keçirilməsindən asılıdır. Semantikaya, o cümlədən də konnotativ mənaya ekstralinqvistik 
amillərin böyük təsiri vardır. Dil vahidlərində özünü göstərən konnotativ semantika dil və cəmiyyət, 
dil və təfəkkür, dil və mədəniyyət məsələləri ilə də sıx bağlıdır. Belə ki, hər hansı sözün konnotasiyası 
həmin sözün istifadəçisi olan millətlərin təfəkküründən, mədəniyyətindən asılı olaraq müxtəlif şəkildə 
təzahür edə bilər. Məsələn, 

Yüklə 205,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə